Məhkəmə qərarları › İş №2(102)-1300/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1300/2022

14.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1300/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbulu müddətinin ötürülməsi, mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdehnə, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi, mirasın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2343/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 24.02.2017-ci il tarixdə vəfat etmiş X1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 170 nömrəli mənzil (bundan sonra – miras əmlak və ya mübahisəli mənzil) miras qalmışdır. İddiaçı (bundan sonra – iddiaçı), Maraqlı şəxs1 və Maraqlı şəxs2 (bundan sonra – cavabdehlər) X2 övladlarıdır. Cavabdeh (bundan sonra – Notariat Ofisi) tərəfindən iddiaçıya ünvanlanmış 06.02.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, sonuncu, 24.02.2017-ci il tarixində vəfat etmiş atası X1 miras qalmış mübah isəli mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı mirasın qəbulu müddətini buraxmışdır. Müddət buraxıldığı və digər vərəsələrlə aralarında mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Notariat Ofisinə və digər cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməsini müəyyən edərək, ötürülmüş müddətin bərpa edilməsi, miras əmlakın 1/3 payına dair onun vərəsəlik hüququnun müəyyən olunması və həmin paya dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ic lasında iddiaçı tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, 06 fevral 2020-ci il tarixdə mirasın qəbulu üçün Notariat Ofisinə müraciət etmiş, lakin Notariat Ofisi ona imtina cavabında bildirmişdir ki, mirasın qəbulu üçün müddəti buraxıldığı və digər vərəsələrlə onun arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Mərhum atasının ondan başqa vərəsələri yoxdur. Atası vəfat etdikdən sonra mirasın qəbulu üçün 3 ay müddət olduğunu bilməmişdir. Buna görə də Notariat Ofisinə gec müraciət etmişdir. Onun gec müraciət etməsi məcburi pay hüququndan imtina anlamına gəlmir. Belə ki, hüquqdan yalnız bilərəkdən imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən həmin hüququn məzmununu və imtinanın nəticələrini aydın şəkildə dərk etməlidir. Onun 3 ay ərzində mirası qəbul etm əməsi və ya ondan imtina etməməsi (vərəsənin susması) öz hüququndan imtina kimi qiymətləndirilə bilməz, çünki o, bilikli olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 9.3-cü maddəsinə görə, qanunu bilməmək qanunun tətbiq edilməməsinə əsas verə bilməz. Məhkəmə qanunu bilməməyi işin digər halları ilə birlikdə qiymətləndirərək müddətin ötürülməsinin üzrlü səbəbi hesab edə bilər. Bundan başqa, iş üzrə cavabdehlərlə onun arasında payların bölünməsi ilə bağlı da mübahisə vardır. Buna görə də o, məhkəməyə müraciət edərək həm ötürülmüş müddətin uzadılması, həm də payların bölgüsünü tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs1 iddia tələbinin əsassız olduğunu qeyd edərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən mirası n qəbul edilməsi barədə Notariat Ofisinə ərizə verilməmiş, iddiaçı nə əmlaka sahiblik etməmiş, nə də əmlakı idarə etməyə faktiki başlamamışdır. İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş 3 və 6 aylıq müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Cavabdeh Maraqlı şəxs2 məhkəməyə 09.10.2020-ci il tarixdə ərizə göndərərək ərizəsində qeyd etmişdir ki, iddia tələbi əsassızdır, iddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. İddia tələbinin dəlilləri formal mülahizələrdən ibarətdir, iddiaçı ərizəsində qeyd olunanları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1597/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) iddia rədd olunmuşdur. Məhkəmə Mülki Məcəllənin 1133.1, 1243.2, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu üçün müraciət etməmişdir. Eləcə də sonuncu tərəfindən miras əmlakın faktiki qəbulu təsdiq olunmamışdır. Odur ki, iddiaçı mərhum atasının vəfatından sonra mirası faktiki qəbul edərək, idarə etmədiyindən, həmçinin miras açıldığı gündən altı ay ərzində bu barədə Notariat Ofisinə ərizə ilə müraciət etmədiyindən, eləcə də həmin müddəti üzrlü səbəbdən ötürməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, onun iddiası təmin edilməməlidir. Qətnamədən iddiaçı ape llyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində göstərmişdir ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, atası vəfat etdiyi tarixdən atasına məxsus mübahisəli evdə yaşamış və mirası bununla faktiki olaraq qəbul etmişdir. Atası vəfat etdikdən sonra güclü psixi sarsıntılar keçirmiş, gərgin psixoloji vəziyyətdə mirasın qəbul edilməsi üçün notariata müraciət edə bilməmiş və üzrlü səbəblərə görə miras əmlakın qəbul edilməsi müddətini ötürmüşdür. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, öz evində təmir getdiyi üçün atası vəfat edəndən sonra 1 il 8 ay mübahisəli evdə yaşamış, bununla da mirası faktiki qəb ul etmişdir. Cavabdeh Maraqlı şəxs1 izahatında göstərmişdir ki, iddiaçı nə atalarının sağlığında, nə də ölümündən sonra mübahisəli evdə yaşamamışdır, iddiaçı yalan danışır. Mübahisəli mənzildə o və bacısı Maraqlı şəxs2 yaşamışlar, mirası onlar qəbul etmişlər. İddiaçı mirası nə faktiki, nə də hüquqi cəhətdən qəbul etməmişdir. Halbuki iddiaçı əvvəllər notariatda işləmişdir və mirasın qəbulu ilə bağlı məsələləri yaxşı bilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2343/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apel lyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Belə ki, iddiaçının atasının ölümündən sonra mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürməsi müəyyən edilməmişdir, iddiaçı mirası faktiki qəbul etdiyini qeyd etsə də, bu halı sübuta yetirə bilməmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1193, 1194, 1202.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayət i üzrə 18 iyul 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin əsası kimi, Mülki Məcəllənin 1193, 1243.2, 1243.3, 1248.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. instansiyası Kassasiya baxışı nın hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması i lə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2343/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar