Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1303/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X2 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehlərin vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X4 və X oğlunun nümayəndəsi X1 və cavabdehlərin vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-557/2013 saylı, 10 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. B akı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3693/2013 saylı, 26 avqust 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd olunmuşdur. İddiaçının kasssiya şikayəti əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-479/14 saylı, 30 yanvar 2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2274/2014 saylı, 18 iyul 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4317/14 saylı, 13 noyabr 20 14-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-49/2015 saylı, 15 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddia tələbinin 33451 manat hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə qalan hissədə - cavabdehlərdən qəbul etdikləri miras əmlakın dəyəri olan 30000 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-557/16 saylı, 12 fevral 2016-cı il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3645/2016 saylı, 24 may 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5596/16 saylı, 07 dekabr 2016-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2518/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-6875/17 sa ylı, 30 oktyabr 2017-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-3(k)/2019 saylı, 12 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6875/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Mülki Kollegiyasının 2(103)-2518/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) cavabdehlər tə rəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-557/2013 saylı, 10 aprel 2013-cü il tarixli qətnaməsinin qismən, iddia tələbinin-44701 manat hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin olunmaması, qətnamənin qalan hissədə-cavabdehlər X7 və X oğlundan qəbul etdikləri miras əmlakın dəyəri olan 18750 (on səkkiz min yeddi yüz əlli) manat pulun iddiaçı X6 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 hüquqi varisləri X5 və X oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Cavabdeh1 hüquqi varisləri kimi tanınması və onlardan müştərək qaydada 63451 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarı da göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər X4 və X oğlunun nümayəndəsi X3 və cavabdehlərin vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası işə baxarkən maddi və prosessual hüquq normalarını pozmaqla yanaşı, bu iş üzrə yuxarı məhkəmələrin öz qərarlarında ifadə etdikləri hüquqi mövqedən fərqli mövqe nümayiş etmiş və bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 oktyabr 2019-cu il tarixli 2(103)-8418/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehləri n vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər proses iştirakçıları üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 oktyabr 2019-cu il tarixli 2(103)-8418/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma k imi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 779.1, 782.1, 1133.1, 1133.2, 1159.1.1, 1243, 1306.1, 1306.2, 1151-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Cavabdeh1 vərəsələri olan hazırki iş üzrə cavabdehlər atalarından miras qalmış Bakı şəhəri, Ünvan saylı evin 21-ci mənzilinin 1/4 hissəsində vərəsəlik əldə etmişlər. Həmin mənzilin qiymətləndirilməsi zamanı mənzilin dəyərinin 2012-ci il üçün 75000 manat olması müəyyən edilmişdir. Belə olan halda iddia tələbi 75000 manatın 1/4 hissəsinə (18750) uyğun olaraq təmin edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halla rı ilə müəyyən etdiyi kimi, iddiaçı "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən binanın 19-cu girişinin 5-ci mərtəbəsindəki ümumi sahəsi 123,0 kv.metr olan üç otaqlı 2196 saylı mənzili üçün payçı kimi "xxxx" MMC-nin hesabına 63.451 manat vəsait köçürmüşdür, Cavabdeh5 MMC-yə qalıq borcu 2133 manat təşkil edir. Bakı şəhəri, 26 saylı notariat kontorunda 08.05.2012-ci il tarixdə rəsmiləşdirilmiş etibarnamə ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş 16 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən binanın sahəsi 123,0 kv.metrdən ibarət olan üç otaqlı mənzilini idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, bütün məhkəmə orqanlarında ona aid olan mü lki işləri aparmağı 08.09.2080-cı il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan 15 may 2012-ci il tarixli ərizədən görünür ki, “xxxx” MMCnin mübahisəli mənzil üçün "xxxx" MMC-yə ödənilən pay haqqını etibarnaməyə əsasən Cavabdeh1 tam şəkildə geri almışdır. İddiaçının tələblərinə əsasən bir müddət Bakı şəhərində olmayacağını nəzərə alaraq “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi binanın 19-cu girişinin 5-ci mərtəbəsindəki sahəsi 120,0 kv.metr olan üç otaqlı 2196 saylı mənzilə görə 63.451 manat ay haqqını geri almaq məqsədi ilə Bakı şəhərinin N Kontorunda 08.05.2012-ci il tarixində Cavabdeh1 adına etibarnamə verdikdən sonra Bakı şəhərini tərk etmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra “xxxx” MMC-yə müraciət etmiş, sonuncu 63.451 manat vəsaiti vəkil etdiyi şəxsə qaytardı ğını bildirmiş, məsələ ilə bağlı cavabdehə müraciət etmiş, aldığı məbləği qaytarmasını tələb etmiş, lakin cavabdeh həmin məbləği qaytarmaqdan müxtəlif bəhanalərlə yayınmış, sonradan onu tapa bilməmişdir. İşin materiallarından görünür ki, Cavabdeh1 2012-ci il avqustun 30-da vəfat etmişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Cavabdeh1 2012-ci il avqustun 30-da ölümü ilə əlaqədar 2012-ci il noyabrın 23-də 928/12 nömrəli vərəsəlik işi açılmış, Cavabdeh1 miras qalmış Bakı şəhəri, Ünvan saylı evə və Bakı şəhəri, Ünvan saylı evin 21-ci mənzilinin 1/4 hissəsinə mirası qəbul etmək üçün qanuni vərəsələr olan X4 və X oğlunun adından etibarnamə əsasında X3 müraciət etmiş, X5 və X oğluna hər birinin payın ½ hissədə olmaqla “Kapital b ank”da olan pul əmanətinı almaq üçün 2012-ci il dekabrın 27-də 2-V-3-1745 nömrəli reyestrdə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı Cavabdeh1 hüquqi varisləri X5 və X oğluna qarşı qeyd edilən iddia ilə müraciət etmişdir. Cavabdehlər isə iddiaya etirazlarının əsası kimi göstərmişlər ki, iddiaçının uzun müddət ala bilmədiyi pulu Cavabdeh1 tez qaytarılması ağlabatan deyil. Atalarının iddiaçı ilə hər hansı münasibətinin olması barədə məlumatları yoxdur. Həmin ərəfədə ataları xəstəlikdən əziyyət çəkib, xəstə yatıb, 25.05.2012-ci il tarixdən isə ümumiyyətlə tibb müəssisəsində stasionar müalicədə olub. Ataları tərəfindən MMC-yə ünvanlanmış ərizədə iddiaçının iddia etdiyi məbləğdə pul qeyd olunmayıb. Həmin ərizənin ataları tərəfindən imzalanması şübhə d oğurur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə arasında bağlanmış şifahi tapşırıq müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti və bununla bağlı maddi hüquq normalarının tətbiqi də düzgün olmuşdur. Belə ki, Mülki Məcəlləyə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.1 və 777.2). Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (maddə 778.1). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1). Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur (maddə 782.1). Məhkəmə kollegiyası kassatorların mərhum atalarına pulun alınması ilə bağlı tapşırıq verilməməsinə dair dəlili ilə bağlı hesab edir ki, 26 saylı notariat kontorunda 08.05.2012-ci il tarixdə rəsmiləşdirilmiş etibarnamənin və mərhumun sağlığında 15 may 2012-ci il tarixli ərizənin məzmunları belə tapşırıqla bağlı öhdəliyin olmasını özündə ehtiva edir. Həmçinin də kassatorlarun ataları tərəfindən MMC-yə ünvanlanmış ərizənin onun tərəfindən imzalanmasının şübhə doğurması kimi dəlillərinin əsassız olması iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2016-cı il tarixli, 5760 saylı ekspert rəyinin məzmunu ilə təsdiq edilir. Belə ki, həmin rəydən görünür ki, üzərində “...Xərc İst.m-May 2012” yazıları ilə başlayan siyahıda “İddiaçı (QL.Az № 2196) 17.05.12.63451m” yazıları qarşısındakı imza, Cavabdeh5 MMC-nin sədri M.İ.Axundova ünvanlanmış 15.05.2012- ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və həmin imzanın qarşısında “Cavabdeh1 P.O.” yazıları Cavabdeh1 tərəfindən icra ol unmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə kollegiya r azılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, kassatorlarun ataları tərəfindən MMC-yə ünvanlanmış ərizənin onun tərəfindən imzalanması faktının (iddiaçının iddia etdiyi məbləğdə pul qeyd olunmasa da belə) sübut növü olan ekspert rəyi ilə təsdiq edilməsi həqiqətən də bağlanmış şifahi tapşırıq müqaviləsi üzrə mərhum Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsinin düzgün olmasını bir daha təsdiq edir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenumlarının Qərarlarının göstəriş inə əməl etməklə məhkəmənin Bakı şəhəri, Ünvan saylı evin 21-ci mənzilinin dəyərinin 2012-ci il üçün 75000 manat olması müəyyən edildiyi üçün iddia tələbi 75000 manatın 1/4 hissəsinə (18750) uyğun olaraq təmin edilməli olmasına dair nəticəsi də qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, vərəsələrin miras qoyanın borcuna görə məsuliyyətinin miras əmlakın dəyəri ilə məhdudlaşmalıdır və iş materiallarından görünür ki, vərəsələr X və X2 Cavabdeh1 məxsus olan mənzilin ¼ hissəsini miras kimi qəbul etmişlər; ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddi müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar baxış zamanı məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 avqust 2019-cu il tarixli, H/02-PLS rəyi ilə ünvan 3 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 82.95 kv.m, yaşayış sahəsi 59.85 kv.m olan 21 saylı mənzilin 2012-ci ilin dekabr ayı üçün bazar qiymətinin 750 00 manat, hazırki bazar qiymətinin isə 68000 manat olduğu müəyyən edilmişdir. Mülki Məcəlləyə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2). Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mülki Məcəllə, həmçinin müəyyən edir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldı ğı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1306.2). Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə ölmüş şəxsin (miras qoyanın) uşaqları, arvadı (əri), birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılır. Vərəsə miras əmlaka və ya onun bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mirası tamamilə qəbul etmiş sayılır. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras qoyanın borcları mirasdan çox olduğu halda həmin halı sübut etmək yükü vərəsənin üzərinə düşür. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalı olmasını nəzərə alaraq miras qoyanın borcuna görə vərəsələrin məsuliyyətinin mirasın həcmi ilə məhdudlaşmanı nəzərə alaraq iddia tələbini qismən. 75000 manatın 1/4 hissəsinə (18750) uyğun olaraq təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlil lərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarın ın 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1,372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu ndan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X4 və X oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 oktyabr 2019-cu il tarixli 2(103)8418/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1303/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1303/2020
02.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver