Məhkəmə qərarları › İş №2(102)-1304/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1304/2025

28.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1304/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh a (Nəsimi rayon İcra Hakimiyyəti mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu v ə Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (Nəsimi rayon İcra Hakimiyyəti mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh İmanov Eldara qarşı "müqavilələrin etibarsız hesab edilməsi və s" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5589/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" MMC və cavabdeh İmanov Eldar arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ilə tərəfləri razılığa gəlmişlər ki, MMC, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən B akı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov, Z.Əliyeva, Rixard Zorge və K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar olaraq, cavabdeh mülkiyyətində olan və ümumi sahəsi 42,2 kv metr mənzili boşaldaraq MMC-yə təhvil verir, mənzilin MMC tərəfindən sökülür, həmin mənzilin əvəzində MMC tərəfindən cavabdehə yeni inşa ediləcək binanın 2 blok, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,5 kv metretrdən ibarət 105 saylı mənzilin cavabdehə təhvil verir və mənzil MMC tərəfindən 6 ay ərzində tam təmir edilir.

2. MMC-nin adından X2 ilə cavabdeh arasında həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli saziş ilə tərəflər razılığa g əlmişlər ki, MMC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin 1.3-cü bəndi aşağıdaki kimi verilir: «"xxxx" MMC ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv metr ibarət, 2 otaqlı, 38 saylı mənzilin sökülərək, əvəzinə mənzilin kvadraturasına əlavə olaraq 58,3 kv metr yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 24 təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 8-ci mərtəbə, ümumi sahəsi 100,5 kv metr ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi və 6 təqvim ay ərzində tam təmir etməyi öz üzərinə götürür».

3. Həmin müqavilə ilə MMC, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 4 9,3 kv metr ibarət olan, blok 2, 13-cü mərtəbə, 1 otaqlı 80 saylı mənzili təmirsiz olaraq cavabdehə satmağı, cavabdeh isə bu müqavilə ilə razılaşdırılmış şərtlər ilə ödənişləri tam ödəniş edərək almağı öhdəsinə götürür. Cavabdeh tərəfindən MMC-yə ümumilikdə 4300 manat ödəniş etməlidir (mənzilin 1 kv metr üçün 1000 manat).

4. MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və MMC-nin direktoru Turxan Mahmudov tərəfindən imzalanmış kassa mədaxil orderi ilə cavabdeh tərəfindən MMC-yə 49300 manat məbləğində ödəniş edilmişdir. Həmin tarixdə verilmiş və MMC-nin direktoru Turxan Mahmudov tərəfindən imzalanmış Maliyyə arayışı ilə ünvan 1 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49,3 kv metr olan, 1 otaqlı 80 saylı mənzilin dəyəri cavabdeh tərəfindən MMC-yə ta m olaraq ödənilmişdir.

5. Hazırda iddiaçı MTK cavabdehə verilməli olan sahədən artıq sahə verildiyini əsas gətirərək, həmin bağlanmış müqavilənin qismən etibarsız hesab olunmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (Nəsimi rayon İcra Hakimiyyəti mübahidə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh aqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə "xxxx" MMC (hazırda MTK) arasında ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 100,5 kv metr sahədən ibarət olan mənzilin cavabdehə verilməsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalan mış sazişin qismən, yəni cavabdehə 100,5 kv metr sahədən ibarət olan mənzilin verilməsi hissəsində etibarsız hesab edilərək, cavabdehə eyni əsaslarla və eyni mərtəbədə 50,7 kv metr sahəsi olan mənzilin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti Başçısının 345 saylı xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanlarda yerləşən istismar müddəti başa çatmış binalarının yerində pilot layihə əsasında "xxxx" MMC tərəfindən yeni çoxmərtəbəli binaların tikintisinin aparılması nəzərdə tutulmuşdur. Həmin ərazidə cavabdeh Almaniya vətəndaşı olan adlı vətəndaşa məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 42,2 kv metr olan 2 otaqlı 38 saylı mənzilin sökülərək əvəzin ə yeni tikilən binada müvafiq ölçüdə olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarında nəzərdə tutulmuşdur ki, pilot layihə əsasında vətəndaşlara məxsus mənzillərin sökülərək yerində tikilən yeni banadan vətəndaşa məxsus sökülmüş mənzilin ölçüsünün üzərinə 20 faiz gəlməklə yeni mənzil verilir. Cavabdehə məxsus sökülən mənzil cəmi 42,2 kv metrdən ibarət olmuşdur. Bu sahənin üzərinə 20 faiz gəldikdə (8,44 kv metr) edir 50,64 kv metr edir. Lakin cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli üç tərəfli müqaviləyə əsasən ona məxsus sökülmüş mənzilin 42,2 kv metr sahəsi üzərinə 20 faiz, yəni 8,5 kv metr deyil, 58,3 kv metr (faktiki olaraq 138,9 faiz təşkil edir) gəlinərək sonuncuya ünvan 3 ünvanda inşa ediləcək binadan 2-ci blok 17-ci mərtəbədə ümumi sahəsi 100,5 kv metrdən ibarət 4 otaqlı 105 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Halbuki, həmin şəxsə 50,7 kv metr (42,2+8,5=50,7) yaşayış sahəsi verilməlidir. Başqa sözlə, həmin vaxt "xxxx" MMC-nin adından çıxış edən X3 vəzifə səlahiyyətlərindən sui istifadə edərək dostu olan yuxarıda qeyd olunan sakinin sökülən mənzilinin sahəsinin üzərinə 20 faiz gəlməklə yeni yaşayış sahəsi vermək əvəzinə, həmin sahənin 138,9 faizini təşkil edən 58,3 kv metr əlavə sahə verilmişdir. Bununla da, adı çəkilən şəxslərin qanunsuz hərəkətləri nəticəsində "xxxx" MMC-yə külli miqdarda əmlak ziyanı vurulmuşdur. Daha sonra, tərəflər arasında xx.xx.2019-cu il tarixdə imzalanmış müqaviləyə dəyişiklik edilməsinə dair sazişə əsasən cavabdehə verilməli olan mə nzilin ümumi sahəsi 100,5 kv metrdən ibarət 4 otaqlı 105 saylı mənzilin əvəzinə ünvan 3 ünvanda inşa ediləcək binadan (yəni eyni binadan) cavabdehə 2-ci blok 8-ci mərtəbədə ümumi sahəsi 100,5 kv metrdən ibarət 4 otaqlı 39(40 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur. Bundan sonra "xxxx" MMC təşkilati-hüquqi formasını dəyişərək "xxxx" etmişdir. Bu zaman "xxxx" MTK-nın təsisçiləri tərəfindən aparılan təftiş nəticəsində yuxarıda göstərilən qanun pozuntuları aşkar olunmuşdur. Belə ki, "xxxx" MMC-yə məxsus 100,5 kv metr sahədən ibarət olan daşınmaz əmlak müvafiq müqavilə əsasında cavabdeh İmanov Eldar adlı şəxsə əvəzsiz verilmişdir. Nəticədə "xxxx" MMC-yə məxsus əmlak sonuncunun mülkiyyətindən çıxmışdır. Hazırki iddia üzrə cavabdeh la "xxxx" MMC arasında tərtib edilmiş müqavilə qismən etibar sız hesab edilməlidir. Belə ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, MMC özünə məxsus inşa edilən hündür mərtəbəli binadan 1 ədəd mənzili cavabdeh İmanov Eldar adlı şəxsə verir, sonuncu isə bunun müqabilində heç bir məbləğdə pul vəsaiti ödəmir, lakin özünə məxsus mənzilin sökülməsinə razılıq verir. Cavabdehə məxsus sökülən mənzil 42,2 kv metr təşkil etdiyi üçün həmin mənzilin əvəzinə yeni tikilən binadan verilən mənzilin sahəsi 50,7 kv metrdən çox ola bilməzdi (42,2+20%=50.7). Göründüyü kimi, yaşayış sahəsinə dair müqavilə bağlasa da, həmin müqavilə üzrə cavabdeh İmanov Eldar bu sahəyə görə heç bir məbləğdə vəsait ödəməmiş, yalnız özünə məxsus və sökülməyə məruz qalmış 42,2 kv metr təşkil edən mənzilini təqdim etmiş, bu səbəbdən ona yalnız 50,7 kv metr yaşayış sahəsi təqdim olunmalı olduğundan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə, habelə həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış saziş etibarlı sayıla bilməz. Göstərilənlərə əsasən, cavabdeh İmanov Eldar adlı şəxs ilə iddiaçı "xxxx" MMC (hazırda MTK) arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 100,5 kv metr sahədən ibarət olan mənzilin cavabdeh İmanov Eldar adlı şəxsə verilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış sazişin qismən, yəni cavabdeh İmanov Eldar adlı şəxsə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 100,5 kv metr sahədən ibarət olan mənzilin verilməsi hiss əsində etibarsız hesab edilərək, həmin şəxsə eyni əsaslarla və eyni mərtəbədə 50,7 kv metr sahəsi olaan mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia ərizəsinə baxılmasından məhkəmə tərəfindən imtina edilməlidir. Belə ki, mülki qanunvericilikdə podrat müqaviləsi üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı tərəfindən 2018-ci il tarixdə bağlanılmış müqavilənin təsdiq edilməsindən təxminən 6 il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, iddiaya baxılmasından imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.20 24-cü il tarixli, 2(006)2949/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ki, MMC (hazırda MTK) ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2019-cu il tarixdə imzalanmış sazişin qismən etibarsız hesab olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

11. İddianın digər hissəsi, yəni cavabdehə 50,7 kv metr sahəsi olan mənzilin verilməsi barədə tələblə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi ilkin hissələrdə (əqdlərin qismən etibarsız hesab edilməsi) təmin edilmədiyindən və ilkin tələblə bağlı olduğundan əlavə araşdırılma aparılmadan prosessual qənaət pri nsipini nəzərə almaqla bu hissədə də iddia təmin edilə bilməz. 12. “İddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia əsassız olduğundan iddia müddətinin tətbiqinə ehtiyac qalmır. Çünki iddia müddəti yalnız əsaslı olan iddiaya tətbiq edilə bilər.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 339.3, 752.1, 762.1, 776.1, 776.2 və 324-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5589/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, "xxxx" MMC-nin adından X1 cavabdeh ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilə ilə tərəflər razılığa gəlmişlər ki, MMC, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacı bəyov, Z.Əliyeva, Rixard Zorge və K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar olaraq, cavabdeh mülkiyyətində olan və ümumi sahəsi 42,2 kv metr mənzili boşaldaraq MMC-yə təhvil verir, mənzilin MMC tərəfindən sökülür, həmin mənzilin əvəzində MMC tərəfindən cavabdehə yeni inşa ediləcək binanın 2 blok, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,5 kv metretrdən ibarət 105 saylı mənzilin cavabdehə təhvil verir və mənzil MMC tərəfindən 6 ay ərzində tam təmir edilir. MMC-nin adından X2 ilə cavabdeh arasında həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişlə tərəflər razılığa gəlmişlər ki, MMC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin 1.3-cü bəndi aşağıdaki kimi verilir: «"xxxx" MMC ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv metr ibarət, 2 otaqlı, 38 saylı mənzilin sökülərək, əvəzinə mənzilin kvadraturasına əlavə olaraq 58,3 kv metr yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 24 təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 8-ci mərtəbə, ümumi sahəsi 100,5 kv metr ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi və 6 təqvim ay ərzində tam təmir etməyi öz üzərinə götürür».

18. MMC-nin adından Turxan Mahmudov ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, MMC, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünva nında tikilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 49,3 kv metr ibarət olan, blok 2, 13-cü mərtəbə, 1 otaqlı 80 saylı mənzili təmirsiz olaraq cavabdehə satmağı, cavabdeh isə bu müqavilə ilə razılaşdırılmış şərtlər ilə ödənişləri tam ödəniş edərək almağı öhdəsinə götürür. Cavabdeh tərəfindən MMC-yə ümumilikdə 49.300 manat ödəniş etməlidir (mənzilin 1 kv metr üçün 1000 manat). MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və MMC-nin direktoru Turxan Mahmudov tərəfindən imzalanmış "xxxx" görünür ki, cavabdeh tərəfindən MMC-yə 49300 manat məbləğində ödəniş edilmişdir.

19. MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş və MMC-nin direktoru Turxan Mahmudov tərəfindən imzalanmış “Maliyyə arayışından” görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49,3 kv metr olan, 1 otaqlı 80 saylı mənzilin dəyəri cavabdeh tərəfindən MMC-yə tam olaraq ödənilmişdir.

20. MMC təşkilati-hüquqi formasını dəyişdirilib, MMC, MTK-yə çevrildikdən sonra, yəni xx.xx.2024-cü il tarixində MTK-nin sədri, təsisçisi və hüquqşünası tərəfindən tərtib edilmiş akt ilə müəyyən olunmuşdur ki, Nəsimi RİH başçısının 345 saylı, xx.xx.2017ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanlarda yerləşən istismar müddəti başa çatmış binalarının yerində pilot layihə əsasında MMC tərəfindən yeni çoxmərtəbəli binaların tikintisinin aparılması nəzərdə tutulmuşdur. Həmin ərazidə cavabdehə məxsus olan və ümumi sahəsi 42,2 kv metr olan 2 otaqlı 38 saylı mənzilin sökülərək əvəzinə yeni tikilən binada müvafiq ölçüdə olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarında nəzərdə tutulmuşdur ki, pilot layihə əsasında vətəndaşlara məxsus mənzillərin sökülərək yerində tikilən yeni binadan vətəndaşa məxsus sökülmüş mənzilin ölçüsünün üzərinə 20 faiz gəlməklə yeni mənzil verilir. Cavabdehə məxsus sökülən mənzil cəmi 42,2 kv metrdən ibarət olmuşdur. Bu sahənin üzərinə 20 faiz gəldikdə (8,44 kv metr) edir 50,64 kv metr. Lakin cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli üç tərəfli müqaviləyə əsasən ona məxsus sökülmüş mənzilin 42,2 kv metretr sahəsi üzərinə 20 faiz, yəni 8,5 kv metr deyil, 58,3 kv metr (faktiki olaraq 138,9 təşkil edir) gəlinərək sonuncuya ünvan 4 ünvanda inşa ediləcək binadan 2-ci blok 17-ci mərtəbədə ümumi sahəsi 100,5 kv metrdən ibarət 4 otaqlı 105 saylı mənzilin verilməsi nəzərdə tutulmuşdur.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçı MTK-nın təşkilati-hüquqi forması MMC olan dövrdə, MMC-nin adından direktor Namiq Məmmədov ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmış, müqavilə ilə MMC ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42,2 kv metr ibarət, 2 otaqlı, 38 saylı mənzilin əvəzinə ünvan 1 ünvanında inşa ediləcək 22 mərtəbəli yaşayış kompleksində 2 blok, 17-ci mərtəbə, ümumi sahəsi 100,5 kv metr ibarət, 4 otaqlı, 105 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamış və hər iki tərəf sərbəst şəki ldə müqavilə azadlığı prinsipini nəzərə almaqla azad şəkildə öz iradəsinə uyğun müqavilə bağlamışlar.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324, 337.1, 337.2, 337.4, 337.5, 339.3, 339.1-339.4, 339.6, 752.1, 762.1, 776.1 və 776.2 -cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə lаzım оlаn mаddi hüquq nоrmаlаrınа istinаd еtməmişdir. Bеlə ki, məhkəmənin istinаd еtdiyi mаddi nоrmаlаr pоdrаt müqаviləsinə аid оlаn nоrmаlаrdı r.

25. Bеlə ki, pоdrаt müqаviləsinə аid mаddi nоrmаlаr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəsli ilə nizаmа sаlınır. Lакin tərəflər аrаsındа yаrаnmış hаzırki mübаhisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarı ilə nizаmlаnır. Bu münаsibətlərin isə pоdrаt müqаviləsinə hеç bir аidiyyəti yохdur.Həmin qərаrda isə nəzərdə tutulmuşdur ki, pilot layihə əsasında vətəndaşlara məxsus mənzillərin sökülərək yerində tikilən yeni binadan vətəndaşa məxsus sökülmüş mənzilin ölçüsünün üzərinə 20% qədər gəlməklə vеrilə bilər. Lаkin məhkəmə bеlə nəticəyə gəlmişdir ki, 86 saylı qərarı ilə 20 faiz meyarla müəyyən edilməsi ilə verilməsi, söküntünü və tikintini aparan hüquqi şəxsin ondan daha çox sahə verilə bilməməsini qadağan etməmişdir. Məhkəmənin bu m övqеyi ilə rаzılаşmаq mümкün dеyil. Bеlə ki, MTK-nın nizаmnаməsinə görə MTK-nın əmlаkı оnun iştirаkçılаrının rаzılığı ilə bаşqа şəхsə vеrilə bilər. Bаşqа sözlə, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarı ilə sökülmüş mənzilin kvаdrаtınа uyğun kvаdrаtı оlаn yеni tikilən binаdа mənzil təqdim еdilir. Bu zаmаn 20 faizə qədər əlаvə kvаdrаt vеrilə bilər.

26. Bundаn bаşqа, cаvаbdеh gizli yаzdığı аudiоyаzılаrı məhкəməyə təqdim еdərəк guyа MTK-nın rəhbərliyi ilə mənzilə dаir dаnışıqlаr аpаrmışdır. Məhkəmə isə bu аudiоyаzılаrı sübut kimi qəbul еtmişdir. Məhkəmənin bu mövqеyi də əsаssızdır. Bеlə ki, birincisi, cаvаbdеh məhkəmədə еtirаf еtmişdir ki, аudiоyаzılаr gizli оlаrаq аpаrılmış, bu bаrədə qаrşı tərəfi хəbərdаr еtməmişdir. İkincisi, məhкəmədə səsləndirilmiş həmin vidеоyаzıdа dаnışıq аpаrаn diktоrlаrdаn birinin səsi cаvаbdеhin səsinə охşаsа dа, digər diktоrun kim оlduğu bəlli dеyildir, həmin şəхsin MTK-nın rəhbəri оlduğunа dəlаlət еdən hər hаnsı bir hаllаr mövcud оlmаmışdır.

27. Qeyd edilənlərdən başqa, cаvаbdеhin təqdim еtdiyi şəkillərdə cəmi iki kiçik ölçülü оtаq təsvir оlunmuş, birinci mərtəbədə yаşаyаn qоnşunun еyvаnını dаmını göstərərək, divаrlаrı və dаmı оlmаyаn qırlа örtülmüş sаhəni özünün yаşаyış sаhəsi kimi təqdim еtmiş və bununlа dа оnun istifаdəsində sənədlərdə göstərilən 42,2 kv metrеtr yаşаyış sаhəsinin guyа əslində 100 kv metrеtr оlduğunu sübut еtməyə çаlışmış və məhkəmənin köməyi ilə sübut оlunduğunа nаil оlmuşdur.

28. Kassasiya şikayəti Mülki Məcəllənin 349, 49.4.2, 49.4.5-ci, Mülki Prоsеssuаl Məcəllənin 14.2, 77.1, 106.1-ci maddələrinə istinad la əsaslandırılmışdır. b)

29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə

6. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

31. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

36. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

37. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi is ə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

40. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

41. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

53. Məhkəmə kollegiyası iddiaçının şifahi icraat qaydasında baxılmasına dair vəsatətinin təmin olunması üçün əsaslar müəyyən etməmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçin i dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz ara şdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəll ənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5589/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar