Məhkəmə qərarları › İş №2(102)-1305/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1305/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1305/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6601/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakıları müəyyən etdi İşin halları 1. ünvan 1 ünvanında abonent İddiaçı (abonent kodu **********10010) qazdan sayğacdan kənar istifadəyə görə xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 885,60 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən 944,64 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1036,80 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1382,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəlia akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 544,32 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 m anat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat borc, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 246,24 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 306,72 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 306,72 manat, 2024-cü ilin yanvar ayı üzrə 306,72 manat və mart ayı üzrə 613,44 manat borc hesablanmışdır. 2. "xxxx" ASC-nin abunə haqqında sayğacdan çıxarışa əsasən, ünvan 1 ünvanına 2021-ci ildən cüzi məbləğlərdə elektrk enerjisi istifadəsi hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu **********10010) hesablanmış 10.366 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında olan **********10010 saylı abonent hesabına 2021-ci ilin yanvar ayında 885,60 manat, noyabr ayında 944,64 manat, 2022-ci ilin avqust ayında 1036,80 manat, dekabr ayında 1382,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 734,40 manat, mart ayında 734,40 manat, aprel ayında 734,40 manat, iyul ayında 544,32 manat, avqust ayında 181,44 manat, sentyabr ayında 181,44 manat, oktyabr ayında 246,24 manat, noyabr ayında 306,72 manat, dekabr ayında 306,72 manat, 2024-cü ilin yanvar ayında 306,72 manat, mart ayında 613,44 manat məbləğində borc yazılmışdır. Onun evində 2012-ci ildən bu yana yaşayış olmamış və təbii qazdan istifadə edilməmişdir. Yazılmış aktlara əlavə olunan fotoşəkillərin və k ənar xəttin onun ünvanına heç bir aiddiyətı olmamışdır. Məhkəmədən yerli baxış keçirilməsini və müvafiq ekspertiza təyin edilərək göstərilən halların yerində müəyyən edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmiş və çəkilən foto-şəkillərin iddiaçının ünvanına aid olduğunu bildirmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2498/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanına (abonent kodu: **********10010) hesablanmış 10.366 manat məbləğində borcun silinməsi, 130,98 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 7. “Qa z təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qaz ın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

8. Birinci instansiya məhkəməsi “Qaz təhcizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinin 2022-ci ilin may ayından qüvvədə olan rdaksiyasına istinadən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin məhkəmədə müəyyən olunan hallarına görə Cavabdeh iddiaçıya qarşı 11 akt 2022-ci ilin may ayından sonra tərtib olunmuşdur. Eyni zamanda, aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana göndərilməli və ya iddiaçının hərəkətlərində cinayət tərkibi olduğu halda prokurorluq orqanları cinayət işini başlamalı idilər. İş üzrə Cavabdeh İB bu hərəkətləri etməmişdi r.

9. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, 11 akt üzrə 2022-ci ilin may ayından sonra hesablanmış borc silinməlidir.

10. Həmçinin iki akt (xx.xx.2021 və xx.xx.2021-ci il tarixli) 2022-ci ilin may ayından əvvəl tərtib olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən tərtib olunmuş saldodan müəyyən olunur ki, İddiaçı bu müddətlətdə cüzi məbləğlərdə işıqdan istifadə etmiş (məsələn soyuducu və s.) bu evdə yaşamamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının ünvanına bu iki akt üzrə heablanmış borc da silinməlidir.

11. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8.1-ci bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e2(003)-2498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfind ən mənzilində qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan sənaye qaz cihazlarında istifadə edildiyi aşkar edilmişdir. “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 9874,08 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən iddiaçıya aid olan abonent koduna hesabla naraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) 2(103)-6601/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, iddiaçının ünvan 1 ünvanına (abonent kodu **********10010) hesablanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1036,80 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1382,40 ma nat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəlia akt üzrə 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 544,32 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 181,44 manat borc, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 246,24 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 306,72 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 306,72 manat, 2024-cü ilin yanvar ayı üzrə 306,72 manat və mart ayı üzrə 613,44 manat olmaqla, cəmi manat 8043,84 hesablanmış borcun silinməsi qət edil miş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 2021-ci illər üzrə hesablanmış borcun silinməli olması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar, o cümlədən saldoya əsasən 2024-cü ilin yan var və mart ayları üzrə aktlar üzrə borc hesablanmışdır. Qeyd edilən aktlar “Qaz təchizatı haqqında” Qanuna 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanuna 8-1 nömrəli maddənin tətbiqinə başlandığı tarixdən sonra (2022-ci il mayın 1-dən qüvvəyə minmiş) tərtib edilmişdir. Göründüyü kimi qeyd edilən aktlar tərtib edilərkən artıq “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi qüvvədə olmuşdur.

16. Qanunvericiliyin tələbinə görə istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh İB-nin istinad etdiyi aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci ildən 2024-cü ilin mart ayınadək olan d övr üçün aktlar üzrə dəymiş ziyan olaraq hesablanmış borc məbləği silinməlidir.

17. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin edilməli olması ilə bağlı düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, aktlar üzrə 2021-ci ildə 1830,24 manat, 2022-2024-cü illərdə 8043,84 manat olmaqla, cəmi 9874,08 manat zərər hesablanmışdır. Cavabdeh İB-nin istinad etdiyi aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilmədiyindən xx.xx.2022-ci ildən – 2024-cü ilin mart ayınadək olan dövr üçün aktlar üzrə dəymiş ziyan olaraq hesablanmış borc məbləği silinməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5, 6.1.4, 6.5-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmuş hissədə də rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikatətinin dəlilləri ilə eyni əsaslandırılmış, Mülki Məcəllənin 21.1, 386-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 6.2 və 6.5-ci bəndinə i stinad edilərək qeyd edilmişdir ki, məhkəmə mülki işi təqdim edilmiş sübut və ya sübutlar əsasında araşdırmaq əvəzinə sübutsuz və ya sübut təqdim edilməsini lüzum bilmədən qətnamə qəbul etmişdir. Halbuki təqdim edilən fotoşəkillərdən, saldo və aktlardan iddiaçının təbii qazı talamış olduğu açıq aydın bəlli olur.

21. Həmçinin, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulm uş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərə findən müəyyən edilir.

28. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qər arı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi ka ssasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 40. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 8-1-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibi nin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları i lə tənzimlənir.

41. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə bu tələblərə uyğundur.

42. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki p rosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6601/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar