Məhkəmə qərarları › İş №2(102)-1311/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1311/2018

27.02.2018 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1311/2018 27.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 27 fevral 2018-ci il № 2(102)-1209/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 04.12.2015ci il tarixli 2(004)-10451/2015 nömrəli qətnaməsi ilə İddiaçı cavabd ehlər Bakı şəhəri Cavabdeh4na, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “15.10.2012-ci il tarixdə 2V-2-803 nömrə ilə qeydə alınmış 295/2012 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, F.Talışinski, İ.Əsədov) 29.02.2016-cı il tarixli 2(103)-1630/2016 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.12.2015-ci il tarixli 2(004)-10451/2015 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev, Ə.Əhmədov, Ə.Nurməmmədov) 28.09.2016-cı il tarixli 2(102)3364/2016 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.02.2016-cı il tarixli 2(103)1630/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, M.Bağırova, S.Məmmədov) 16.12.2016-cı il tarixli 2(103)-9539/2016 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.12.2015-ci il tarixli 2(004)-10451/2015 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, G.Quliyev, V.İbayev) 26.05.2017-ci il tarixli 2(102)-3072/2017 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qism ən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.12.2016-cı il tarixli 2(103)-9539/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2017-ci il tarixli 2(103)8426/2017 nömrəli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov) İddiaçı apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş üzrə 04.12.2015-ci il tarixli 2(004)-10451/2015 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbi qismən təmin olunmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Bakı şəhəri C avabdeh4na, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “15.10.2012-ci il tarixdə 2V-2-803 nömrə ilə qeydə alınmış 295/2012 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.09.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, 15.10.2012-ci il tarixdə 2V-2803 nömrə ilə qeydə alınmış 295/2012 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” ləğv edilməsi, həyat yoldaşı X3 miras əmlakının həddinin müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı 1/2 paya dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, Əliqardaş Novruzovdan miras qalmış əmlakının qanun üzrə vərəsələr arasında bərabər bölünməsi, ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa dəyişiklik edilərək 5/8 hissədə payının olması barədə qeydiyyatın aparılması vəzifəsinin DƏDRX-yə tapşırılması, Bakı şəhəri Cavabdeh4 notariusu X5 qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində "xxxx" ASC-də mərhumun adına açılmış 20912L********** saylı depozit hesabında olmuş 3.000 manat, **********2417828209 saylı hesabda olmuş 75 manat, "xxxx" ASC-nin “Mərkəzi” filialında 03-2123-3861-AZM-00 saylı əmanət hesabında olmuş 4.000 manat, 03-2123-3871-USD-00 saylı əmanət hesabında olmuş 4.000 ABŞ dolları, DSMF-in Yasamal rayon Şöbəsindəki hesabında olmuş 3.904,61 manat və "xxxx" QSC-nin Bül-Bül filialında olmuş 9.000 manat əmanət məbləği və cari hesabda olmuş 172,51 m anat, yəni ümumilikdə 20.152,12 manat və 4.000 ABŞ dolları məbləğində pul vəsaitindən ona ödənilməmiş 7.557,045 manat və 1.500 ABŞ dolları məbləğində pulun dəymiş maddi ziyan qismində notarius E.Kərimovdan və digər cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, notarius E.Kərimovdan dəymiş mənəvi ziyana görə 10.000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili E.İsmayılov məhkəmə kollegiyasının iclasında kassa siya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil E.İsmayılovun izahatını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Kassasiya şikayətinin əsas dəlillərindən biri apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən kobud prosessual pozuntuya yol verilməsi, qətnamənin çıxarılmasında işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimin iştirak etməsi və əvvəllər həmin işə baxılmasında sədrlik edən və məruzəçi kimi iştirak etmiş hakimin yenid ən işə baxılmasında iştirak etməsi barədədir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsaslı sayır və qeyd edir ki, həqiqətən də hazırkı işə apelyasiya qaydasında baxılarkən kobud prosessual pozuntulara yol verilmişdir və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin hazırda Cavabdeh1 tərəfindən mübahisələndirilən 11 oktyabr 2017-ci il tarixli qətnaməsi hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və S.Hacıyev tərəfindən çıxarılmışdır. Lakin iş üzrə tərtib olunmuş məhkəmə iclas protokolunda işə R.Qurbanov, E.Nəbiyev və A.İmanov tərəfindən baxıldığı qeyd edilmişdir. Hakim A.İmanov özü isə əvvəllər həmin işə baxılmasında sədrlik edən və məruzəçi kimi iştirak etmiş və iş üzrə 29.02.2016-cı il tarixli 2(103)-1630/2016 nömrəli qətnamə onun sədrliyi ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclas protokolunun tərtibində də pozuntuya yol verilmişdir. Belə ki, iş üzrə qətnamə 11 oktyabr 2017-ci il tarixdə elan olunsa da, protokolda onun 10 oktyabr 2017-ci ildə tərtib olunduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.4.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən çıxarılması şikayətin dəlillərindən asılı olmayaraq həmin qətnamə və ya qərardadın ləğv olunması üçün əsasdır. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 19.1.3-cü maddəsi əvvə llər hakim kimi birinci instansiya məhkəməsində, apelyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında hakim kimi iştirak etmiş şəxsin yenidən həmin işə baxılmasında iştirakını istisna edir. Göstərilən pozuntular şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün şərtsiz əsas yaratdığından məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri üzrə araşdırma aparılmasına lüzum görmür. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və mübahisəli hüquq münasibətinə işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kon stitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X8 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüqu qunu mənasız edir”. Konstitusia Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 11 oktyabr 2017-ci il tarixli, 2(103)-8426/17 saylı qətnaməsi ləğv edilsin və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əliyev İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar