Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1312/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov, iş № 2(054)-245/19) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı (X2 3-cü şəxs qismində cəlb edilməklə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 13.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 206 kv.metr olan əmlak kompleksi və həmin əmlak kompleksinə aid olan 0,06634 hektar torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş 15.08.2018-ci il tarixli ******* nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti v ermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən, M.Əsədli-məruzəçi və İ.Quliyev, iş № 2(107)-2569/19) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Oğuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı (X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ca vabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 4019 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş 15.08.2018-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə vəsatət təqdim ed ərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh qismində, Oğuz rayon İcra Hakimiyyətinin, həmçinin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə Nümayəndəliyinin üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və digər ailə üzvləri 1992-ci ildə Xocalı rayonundan məcburi köçkün düşərək Oğuz rayonuna gəlmişlər. Oğuz rayonuna gəldikləri ilk vaxtlarda keçmiş Pioner düşərgəsinin binasında məskunlaşmış, həmin ev 2010-cu ilin avqust ayında bütün əşyaları ilə birlikdə yanaraq məhv olduğundan Oğuz rayon İcra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə hazırda yaşadıqları, keçmişdə Oğuz rayonu DəriZöhrəvi Dispanserə məxsus olmuş binada yerləşdirilmiş və həmin vaxtdan ailə üzvləri ilə birlikdə qeyd olunan binada yaşayır. Həmin binada məskunlaşıb yaşamaq üçün ailə üzvlərinin və qohumlarının maddi və fiziki köməyi ilə binanın birinci mərtəbəsini təmir etmiş, binaya işıq, qaz, su xətti çəkdirmiş, həyətdə ağaclar əkərək abadlıq işləri aparmışdır. Binanın təmirinə və digər abadlıq işlərinə indiyədək 20.000 manat vəsait sərf etmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 206 kv.metr olan əmlak kompleksinə və kompleksin yerləşdiyi 0,06634 hektar torpaq sahəsinə 2018-ci ildə Anar Məmmədov öz adına qanunsuz yolla mülkiyyət sənədi əldə etmişdir. Anar Məmmədovun adına həmin əmlaklara dair hüquqmüəyyənedici sənədlər tərtib edilərkən onun ailə üzvləri ilə birlikdə uzun müddətdən bəri həmin binada yaşadığı və qeyd olunan binaya Oğuz rayon İcra Hakimiyyətinin rəhbərliyinin göstər işi ilə yerləşdirildiyi nəzərə alınmamışdır. O və ailə üzvləri hazırda yaşadıqları binaya məcburi köçkün kimi yerləşdirilmişlər. O, məskunlaşdıqları binanın dövlət mülkiyyətində olan əmlak olduğunu bildiyi üçün həmin binanı özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsinə şifahi müraciət etmiş, həmin orqandan ona qeyd olunan əmlakın hələlik satışa çıxarılmadığı bildirilmişdir. O, qeyd olunan əmlak satışa çıxarılacağı təqdirdə, onu almaq istədiyini bildirsə də, sonradan həmin əmlak onun məlumatı olmadan hərraca çıxarılaraq Anar Məmmədova satılmışdır. Anar Məmmədov sonradan həmin əmlaka dair öz adına mülkiyyət hüququnu tanıyan sənədlər əldə etmişdir. O, ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi ünvan 1 ünvanında yerləşən binaya səlahiyyət li şəxslərin göstərişi ilə yerləşdirildiyi halda, qeyd olunan əmlakın onun məlumatı olmadan hərraca çıxarılaraq digər şəxsə satılması və bu əmlak üzərində digər şəxsin hüquqlarının qeydiyyata alınması qanunsuz və əsassızdır. Qeyd olunan əsaslara görə hesab edir ki, ünvan 1 ünvanında yerləşən binaya dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Anar Məmmədov arasında bağlanmış 13 iyun 2018-ci il tarixli 4019 nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Anar Məmmədovun adına verilmiş 15.08.2018-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi qanunsuz olaraq tərtib edilmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. 3-cü şəxs A.Məmmədov Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası M PM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlak kom pleksinin özəlləşdirilməsi üzrə 12 iyun 2018-ci il tarixdə hərrac keçirilmiş və Anar Məmmədov həmin hərracın qalibi olmuşdur. Hərracın nəticələri əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Anar Məmmədov arasında 13.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən əmlak kompleksi Anar Məmmədova satılmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında Anar Məmmədovun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 206 kv.metr olan əmlak kompleksi və həmin əmlak kompleksinə aid olan 0,06634 hektar torpaq sahəsinə dair 15.08.2018-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Texniki Pasport tərtib edilmişdir. İşdə olan 06 iyun 2018-ci il tarixli sifarişin, hərracda satılmış əmlakların siyahısının və 12 iyun 2018-ci il tarixli 8 saylı protokolun surətləri də bu halları təsdiq edir. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, iddiaçı və onun ailə üzvlərinin qeyd olunan binaya yerləşdirilməsi barədə səlahiyyətli orqanlar tərəfindən hər hansı rəsmi sənəd verilməmişdir. Qeyd olunan əmlak dövlət mülkiyyətində olmaqla iddiaçı həmin əmlakın özəlləşdirilməsi üzrə keçiriləcək hərracda iştirak etməmiş, həracın keçirilməsində iştirak etmək üçün yazılı müraciət də etməmişdir. ünvan 1 ünvanında yerləşən əmlakın özəlləşdirilməsi üzrə keçirilən hərracın qanunsuz və ya əsassız olubolm aması da məhkəmədə mübahisələndirilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Anar Məmmədov arasında bağlanmış 13.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi də məhz həmin hərracın nəticələrinə əsasən bağlanmış və dövlət qeydiyyatından keçmişdir. Qeyd olunan alqı-satqı müqaviləsinin bağlanması zamanı da tərəflərdən hər hansı birinin hüquqlarının, eyni zamanda müqavilə şərtlərinin pozulması, qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkar edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmiş, məhkəmə iddianı rədd edərkən düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual h üquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 153.5, 157.2-ci və MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 384.0.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən k assasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələn dirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxa rarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və h esab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 oktyabr 2019-cu il tarixli, 2(107)-2569/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1312/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1312/2020
03.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver