Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1315/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı X.X.X.nin vəkili Məmmədov Hafiz Səttar oğlunun, Cavabdeh1 iştirakları ilə, iddiaçı X.X.X.nin və vəkili Məmmədov Hafiz Səttar oğlunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsi ilə (hakim A.B.Əliyev) iddiaçı X.X.X.nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi» tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac idarəsindən tutularaq, 100 (bir yüz) manat məbləğində pulun Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2948/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) iddiaçı X.X.X. tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X.X.X. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X4 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə Qəbələ rayonunun Savalan kəndi ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilməkdə olan tikilinin (yaşayış evi) cavabdehin öz vəsaiti hesabına tam sökülərək kəmərin mühafizə zonasından çıxarılması və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Savalan kəndi ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Az DTN 2.9-2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, Qəbələ rayonunun, Savalan kəndi ərazisindən keçən 325 mm-lik “Qəbələ QPS” qolu yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 39 metr məsafədə qanunsuz olaraq yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarının 2.23-cü bəndi nə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa olunan daxilində yaşayış evinin tik intisi nəzərdə tutulmuş daş hasar yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı X.X.X. həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı X.X.X. və vəkili Məmmədov Hafiz Səttar oğlu k assasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası mübahisəyə yalnız mülkiyyət hüququ prizmasından yanaşmış, mübahisəli tikililərin qaz kəmərinin təhlükəsizlik və mühafizə zonasında inşa edilməsinə və həmin tikilinin iddiaçının qaz kəmərindən təhlükəsiz istifadəsinə maneə yaratmamasına əhəmiyyət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyin ə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X.X.X.nin vəkili Məmmədov Hafiz Səttar oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı X.X.X.nin vəkili Məmmədov Hafiz Səttar oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı X.X.X.nin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə lə ğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki h allarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda qeyd olunan halları üzrə əsaslandırılmışdır. JN-053A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli qərarı ilə Cavabdeh2, Cavabdeh1, X2 və X3 mülkiyyətinə Qəbələ rayon Savalan kəndində 0,12 ha torpaq sahəsi verilmişdir. Apellyasiya instansiyası məhkəməsində işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və onun üzərində inşa edilən tikili qanuni əsaslarla cavabdehlərin mülkiyyətində olan torpaq sahə sində, başqa sözlə-JN-053A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Qəbələ rayonu, Savalan kəndində 0,12 ha torpaq sahəsi Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli qərarı ilə Cavabdeh2, Cavabdeh1, X2 və X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2019-cu il tarixli, 13095 № -li ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində aşağıdakılar qeyd olunmuşdur: “... Mülki iş materiallarında Ağdaş MQKS-nin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş aktdan görünür ki, Qəbələ rayonu, Savalan kəndi ərazisindən keçən hissəsində “Qaz İxrac” İdarəsinin X7 Kəmərləri Sahəsinin balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında Cavabdeh1 Cavad qızı tərəfindən 39.0 metr məsafədə yaşayış evi inşa olduğu göstərilmişdir. Habelə, mülki iş materiallarında Cavabdeh1 və Cavabdeh2 və başqalarına məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN-053A, KOD 40609038 olan “Şəhadətnamə” vardır (i.v.55). Lakin Şəhadətnamədə qeyd olunan mülkiyyətə verilmiş 1200 kv.m. torpaq sahəsi mişar daşı ilə hasarlanaraq hüdudları müəyyən edilməmişdir. Ekspertin, məhkəmənin və tərəflərin iştirakı ilə ünvana baxış keçirilən zaman “Qaz İxrac” İdarəsinin yeraltı magistral qaz kəmərinin “RD7100 markalı Radiodetection” boru axtaran cihazı vasitəsilə müəyyən etdikləri (göstərdikləri yerdən) hissəsindən ölçü işləri aparılaraq tikilməkdə olan fərdi yaşayış evindən 43.0 məsafədən keçdiyi müşahidə olunmuşdur...”. Həmin ekspert rəyinin tədqiqatının nəticəsi adlanan hissəsində isə aşağıdakılar qeyd olunmuşdur: Qərardadın 1-ci sualı üzrə Cavabdehlərə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-053A, KOD 40609038 olan Şəhadətnamə”-yə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin hüdudları müəyyən olunaraq mişar daşı ilə hasarlanmadığına görə, “Qaz İxrac” idarəsinin Ağdaş Magistral X4 b alansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəməri yeraltı olduğu üçün mühafizə zonası iddia tələbinə münasibətdə haradan başlayıb, harada qurtarması “Qaz İxrac” İdarəsinin əməkdaşlarının göstərdikləri yerdən 43.0 m məsafədə yerləşməsi ilə müşahidə olunur. Qərardadın 2-ci sualı üzrə Ekspertin, məhkəmənin və tərəflərin iştirakı ilə Qəbələ rayonu, Savalan kəndi ərazisindən keçən hissəsində “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X4 balansında və istismarında olan 325 mm-lik yüksək təzyiqli Qəbələ QPS qolu qaz kəmərinin “RD7100 markalı Radiodetection” boru axtaran cihazı vasitəsilə “Qaz İxrac” İdarəsinin əməkdaşlarının göstərdikləri yerdən ölçü işləri aparılaraq inşa edilməkdə olan fərdi yaşayış evinə qədər 43.0 m məsafədə yerləşdiyini nəzərə alsaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7 bəndinə əsasən həmin tikilinin qaz kəmərinin 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Yuxarıda şərh olunanlardan göründüyü kimi sökülməsi iddia edilən tikilinin məhz cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi məsələsi qeyd olunan ekspert rəyində konkret öz həllini tapmamışdır. Bu isə verilmiş tələbə düzgün hüquqi qiymət vermək üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilə r. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları arad an qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı X.X.X.nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2948/20 19 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1315/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1315/2020
10.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver