Məhkəmə qərarları › İş №2(102)-1315/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1315/2021

04.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1315/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1604/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Yuxarı Sarovlu kəndi ərazisində Cavabdeh tərəfindən Az DTN 2.9-2 “X4 Layihələndirmə Normaları”nın və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri Sahəsinin balans və istismarında olan, diametri 1020 mm-lik yüksək təzyiqli Qazıməmməd-Qazax magistral qaz kəmərinin mühafizə zonasında qaz kəmərindən 21 metr məsafədə birmərtəbəli yaşayış evi və kəmərin üzərində yardımçı tikili inşa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 saylı qərarının 2.23-cü bəndinə əsasən X4nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hi ssəsinin tələblərinə görə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin təhlükəsizlik zonasında torpaq sahəsinin özününküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin Məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də həmin Məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyi nin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri Sahəsi tərəfindən cavabdehə tikintinin dayandırılması və adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələbləri yerinə yetirməmişdir. Cavabdeh tərəfindən Goranboy rayonu Yuxarı Sarovlu kəndi ərazisində kəmərin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə inşa edilmiş birmərtəbəli yaşayış evinin və kəmərin üzərində inşa edilmiş yardımçı tikilinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 1020 mm-lik yüksək təzyiqli Qazıməmməd-Qazax magistral qaz k əmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Goranboy rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mayılov, iş № 2(045)-636/2019) iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı “Qaz İxrac” İdarəsindən ekspert xərci üzrə 50 manat tutularaq, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işdə olan hü quqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* saylı çıxarışa görə, Goranboy rayonu, Sarovlu kəndində 0.08 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi 89.7 kv.m, köməkçi sahəsi 142.1 kv.m olan yaşayış binası xx.xx.2009-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 3 saylı reyestr kitabının 183 saylı vərəqində qeydiyyata alımışdır. xx.xx.2019-cu il tarixli aktda, yüksək təzyiqli D-1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin Goranboy rayonu Yuxarı Sarovlu kəndi ərazisindən keçən hissəsində Cavabdeh tərəfindən kəmərin mühafizə zonasında, kəmərdən 21 metr məsafədə birmərtəbəli yaşayış evi və kəmərin üzərində yardımçı tikili inşa olunduğu göstərilir. Məhkəmə tikinti-texniki ekspertiza sının 19715 saylı xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə, cavabdehə məxsus fərdi yaşayış evi magistral qaz kəmərindən 17 metr məsafədə, köməkçi tikili isə qaz kəmərinin üzərində yerləşdiyinə görə, “Qaz Təchizatında mühafizə zonaları və təhiükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinin tələbinə əsasən göstərilən kəmərlərin 50.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə ekspertin mühəndislik sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, tikintinin qaz kəmərinin mühafizə zonasına düşdüyünü müəyyən etmiş 19715 saylı xx.xx.2019-cu il tarixli rəylə razılaşır. Bununla yanaşı həmin halın iddianın təmin edilməs inə əsas olmadığı nəticəsinə gəlir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli tikinti və onun yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi nə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov, iş № 2(104)-1604/2020) iddiaçı “ Qaz İxrac” İdarəsinin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(045)-636/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, sökülməsi xahiş olunan Goranboy rayonu, Sarovlu kəndində inşa edilmiş tikili Cavabdeh xüsusi mülkiyyətindədir və yeganə evidir. Başqa yerdə onun və ailəsinin yaşayış evi yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyası nın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci mad dəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində yer alan və ümumi xarakter daşıyan norma əmlakdan maneəsiz istifadə prinsipini təsbit edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin sökülməsi tələb olunan tikintiyə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ var. Cavabdeh sökülməsi tələb olunan tikintiyə dair mülkiyyət hüququnu itirmədiyindən iddianın təmin edilməsi mümkünsüzdür. Kassasiya şikayətinin və ona eti razın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı “Qaz İxrac” İdarəsi (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)1604/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh oğlnun izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)1604/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı “Qaz İxrac” İdarəsi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsin ə istinad etmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, Cavabdeh Bayraməli oğlu tərəfindən Goranboy rayon Yuxarı Sarovlu kəndi ərazisində kəmərin mühafizə zonasında kəmərdən 21 metr məsafədə inşa edilmiş birmərtəbəli yaşayış evinin və kəmərin üzərində inşa edilmiş yardımçı tikilinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 1020 mm-lik yüksək təzyiqli Qazıməmməd-Qazax magistral qaz kəmərinin mühafizə zonasından çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən və müvafiq olaraq apellyasiya instansiya məhkəməsi həmin qətnaməni dəyişdirilmədən saxlayarkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş lazımi qaydada təsdiq olunmayan reyestrdən çıxarışa əsaslanmışdır. Həmin reyestrdən çıxarışa əsaslanmaqla məhkəmələr sökülməsi tələb olunan bir mərtəbəli evin və yardımçı tikilinin cavabdehin mülkiyyətində olması nəticəsinə gəlmişlər. İş materiallarında olan reyestrdən çıxarışın lazımi qaydada təsdiq olunmayan surətindən görünür ki, Goranboy rayon Sarovlu kəndində 0,008 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 89,7 kv.m yaşayış, 142,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 183 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 19715 saylı xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə isə cavabdehə məxsus fərdi yaşayış evinin magistral qaz kəmərindən 17 metr məsafədə, köməkçi tikilinin isə qaz kəmərinin üzərində yerləşdiyinə görə, “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinin tələbinə əsasən göstərilən kəmərlərin 50.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi iddia tələbində göstərilən fərdi yaşayış evi ilə cavabdehin mülkiyyət hüququnun qeydə alındığı tikilinin eyni fərdi yaşayış evi və tikili olması müəyyən edilməmiş qalmışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən nəzərə alır ki, iddiaçı cavabdehin istifadəsində olan bir mərtəbəli fərdi yaşayış evinin və köməkçi sahənin sökülməsini tələb etmişdir. İş materiallarında olan lazımi qaydada təsdiq olunmayan reyestrdən çıxarışdan isə görünür ki, göstərilən ünvanda yerləşən 2 mərtəb əli 89,7 kv.m yaşayış, 142,1 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə cavabdehin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin reyestrindən çıxarışda cavabdehin mülkiyyətində yardımçı tikilinin olması qeyd edilməmişdir. İş materiallarında reyestrdən çıxarış olmasına və iddiaçının iddia tələbində göstərilən tikililərin mərtəbəsi, tikililərin sayı və təyinatı barədə məlumatlar olmasına baxmayaraq ekspertiza təyin edən birinci instansiya məhkəməsi eksperti qarşısında tədqiqat obyekti barəsində tam olmayan məlumatlar daxil edilən sual qoyulmuş, öz növbəsində verilmiş rəydə də tədqiqat obyekti barəsində məlumatların aydın göstərilməmiş və iş üçün əhəmiyyətli ola bilən və işin mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər əsaslı olmayan rəy verilmişdir. Belə olan halda tədqiqat aparıl an, iddia tələbində göstərilən bir mərtəbəli evin reyestrdən çıxarışda göstərilən fərdi yaşayış evi ilə eyni ev və tikili olmasını müəyyən edilməsi mümkünsüzdür. Bu halda isə məhkəmələrin təqdim olunmuş sübutları tam araşdırmaması ilə bağlı iddiaçı tərəfin dəlillərinin əsaslı olması müəyyən olunmuş olur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstəril məlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bi lərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaq la yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1604/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar