Məhkəmə qərarları › İş №2(102)-132/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-132/2023

17.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-132/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ”ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 avqust 2022-ci il tarixli, 2(107)939/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,02 hektar həyətyanı torpaq sahəsi JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən, X2, İddiaçı2 və İddiaçı3 onların ailə üzvlərinin, həmçinin, Cavabdeh ümumi birgə mülkiyyətindədir.

2. Oğuz Rayon Məhkəməsinin 01 aprel 2009-cu il tarixli, 2(054)-28/2009 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2, İddiaçı1 və X1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanda yerləşən bir otaqlı evdə yaşayış sahəsindən istifadə hüququ tanınmış və onun uşaqları xx.xx.2001-ci il tarixdə ana dan olmuş X5 və xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir.

3. Oğuz Rayon Məhkəməsinin 29 aprel 2014-ci il tarixli, 2(054)-113/2014 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2, İddiaçı1 və X1 qarşı istifadə hüququnun tanındığı, ünvan 2 ünvanında yerləşən İddiaçı2 adına olmuş və hazırda sökülmüş bir otaqlı evin yerində inşa edilən evə və həmin evin yerləşdiyi 0,025 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir.

4. Oğuz Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(054)-1/2019 nömrəli qətnaməsinə əsasən, İddiaçı2 Cavabdeh qarşı ona vurduğu maddi və mənəvi zərərə görə (JN - 292A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşən, mülkiyy ətində olan evi sökdüyünə görə) 45000 manat məbləğin tutularaq ona ödənilməsinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10243,86 manat maddi zərər məbləği və 7 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.

5. Oğuz Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(054)-27/2021 nömrəli qətnaməsi ilə Oğuz şəhərində yerləşən JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasında iddiaçılar X2, İddiaçı2 və onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olan 0.02 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki invetarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsi Cavabdeh qadağan edilmişdir.

6. Oğuz Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(054)-153/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər X2, İddiaçı2 və İddiaçı3 qarşı JN – 292B (KOD 4001004) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və Seriya RX ******* nömrəli çıxarış sənədinə əsasən ümumi birgə mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmiş qanunsuz yarımçıq tikilnin sökülməsi və tikinti işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 3 ünvanında yerləşən JN – 292B (KOD 4001004) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə və Seriya RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən ç ıxarış sənədinə əsasən Cavabdeh, cavabdehlər X2, İddiaçı2 və İddiaçı3 və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.10 ha hektar həyətyanı torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş yarımçıq tikilinin sökülməsi və tikinti işlərinin aparılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.

7. Oğuz Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(054)-168/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehin JN – 292B (KOD 4001004) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0.10 hektar həyətyanı torpaq sahəsindəki 125 kv.metrdən ibarət torpaq payı ilə iddiaçıların ailə üzvlərinin JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0.02 hektar həyətyanı torpaq sahəsind əki 175 kv.metrdən ibarət torpaq payının dəyişdirilməsi və mülkiyyət sənədlərində müvafiq dəyişiklik edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehin ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsində iddiaçıların payı digər ailə üzvlərinin də payları da daxil olmaqla, 175 kv.metrdən, cavabdehin payı isə cəmi 25 kv.metrdən ibarətdir. Həmin torpaq sahəsində əvvəllər mövcud olmuş fərdi yaşayış evini İddiaçı2 xx.xx.1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və cavabdeh uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. Sonradan cavabdeh qeyd olunan evi sökərək yerində yeni yaşayış evi inşa etdirmişdir və hazırda da həmin evdə yaşayır. 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdehin cəmi 25 kv.metrdən ibarət torpaq payı olmasına baxmayaraq, 0,02 hektar həyətyanı torpaq sahəsi bütövlükdə cavabdehin faktiki i stifadəsindədir. Cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsində tikinti işləri aparılmasına onların razılığı olmamışdır. Cavabdehin İddiaçı2 məxsus evi qanunsuz olaraq sökməsi ilə əlaqədar maddi zərərin ödənilməsi tələbi barədə mülki iş üzrə xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən 10.243,86 manat maddi zərər məbləği tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Onlarla cavabdeh arasında uzun illərdir davam edən məhkəmə mübahisələri nəticəsində qəbul edilmiş qətnamələrin məzmunundan da aydın olur ki, cavabdeh onlara qarşı əsassız olaraq əmlak və torpaq iddiaları ilə bü gün də məhkəmələrə müraciət etməkdə davam edir. Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı t orpaq sahəsi cavabdehin qanunsuz olaraq inşa etdirdiyi tikililərin altında yerləşən torpaq sahəsidir. Həmin şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsi də onların ailə üzvlərinin, həmçinin, cavabdehin ümumi birgə mülkiyyətindədir. Buna baxmayaraq, cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsində cəmi 125 kv.metr payı olduğuna görə qeyd olunan 0,10 hektar torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini tələb etmişdir. Həmin iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Onlar həmin şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsində özlərinə məxsus olan cəmi 175 kv.metr torpaq sahəsi ilə şəhadətnamədə göstərilən 0,10 hekta r həyətyanı torpaq sahəsində cavabdehə məxsus 125 kv.metr torpaq sahələrinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh buna razı olmadığına görə həmin iddia məhkəmə tərəfindən təmin edilməmişdir. Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla mülkiyyətçilərin hər birinin naturada yeri bəlli deyildir. Bu da onu deməyə əsas verir ki, hazırki vəziyyətdə birgə mülkiyyətçilər 0,02 hektar həyətyanı torpaq sahəsinə və ya onun hər hansı hissəsinə münasibətdə bərabər hüquqlara malikdirlər. Onlar özləri də torpaq sahələrinin dəyişdirilməsini cavabdehə dəfələrlə təklif etsələr də, cavabdeh bu təkliflə razı olmamışdır. Ona görə də məcburiyyət qarşısında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçılar ona qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Oğuz Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir və qeyd olunan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və artıq rəy də verilmişdir. Belə olan halda, hazırki iş üzrə iddiaçılar Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında deyil, onların mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra əldə etdikləri Hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əsasında məhkəməyə müraciət edə bilərlər. Oğuz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə onun ünvan 1 ünvanında yerləşən, İddiaçı2 adına olan bir otaqlı evdə yaşayış sahəsindən istifadə hüququ tanınmış və uşaqları ilə birlikdə həmin evə köçürülmüş, lakin sonradan həmin ev sökülərək yerində yeni yaşayış sahəsi inşa edilmişdir. O, qeyd olunan ərazidə yeni yaşayış sahəsi inşa etdirdiyini inkar etmir, ancaq həmin yaşayış sahəsinin JN - 292A nömrəli Şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsində yerləşib-yerləşmədiyini də dəqiq bilmir. İlk olaraq həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin harada, hansı ünvanda yerləşdiyi, daha sonra da onun inşa etdir diyi evin yerləşdiyi ünvan müəyyən edilməlidir.

11. İşin məhkəmə araşdırılması ilə əlaqədar mübahisəli həyətyanı torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi və ya digər hər hansı tikilinin olub-olmaması barədə əraziyə baxış keçirməklə məlumat verilməsi üçün Oğuz Rayon Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və yer quruluşu planına əsasən, mübahisə predmetinə aid olan əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə da ir Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsində tikili mövcuddur və həmin tikili cavabdehin istifadəsindədir.

12. Oğuz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 22 aprel 2022-ci il tarixli, 2(054)-59/2022 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmetinə aid olan 0,02 hektar həyətyanı torpaq sahəsinin, iddiaçılar da daxil olmaqla, 8 nəfərin ümumi birgə mülkiyyətində olması təsdiq edilsə də, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşasına iddiaçıların razılığının olması iş materialları və işin faktiki halları ilə müəyyən edilməmişdir. 0,02 hektar həyətyanı torpaq sahəsi hazırda da iddiaçıların, onların ailə üzvl ərinin və cavabdehin ümumi birgə mülkiyyətində olmasına baxmayaraq, cavabdehin həmin torpaq sahəsində (və ya bir hissəsində) hər hansı tikili inşa etməsi birgə mülkiyyətçi kimi iddiaçıların da mülkiyyət hüquqlarına təsir etmiş və onların əmlak üzərindəki mülkiyyət hüquqlarından sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir.

14. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 0,02 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, hazırki vəziyyətdə həmin torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının naturada yeri bəlli deyildir. Belə ki, 0,02 hektar həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçiləri hazırki vəziyyətdə həmin torpaq sahəsinə və ya onun hər hansı hissəsinə münasibətdə bərabər hüquqlara malikdirlər.

15. Bundan başqa, birinci instansiy a məhkəməsi bildirmişdir ki, tərəflərə məxsus, mübahisə predmetinə aid olan 0,02 hektar torpaq sahəsinin harada yerləşdiyi və eyni zamanda, həmin torpaq sahəsində tikili olması faktı mütəxəssis rəyi ilə təsdiq edilmiş, 0,02 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması isə iş materialları ilə müəyyən edilmişdir. 0,02 hektar torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçılar da daxil olmaqla 8 nəfərin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir və həmin şəxslərin hər biri qeyd olunan torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarına malikdirlər. Mübahisə predmetinə aid olan tikilinin həmin torpaq sahəsinin hüdudları daxilində hansı hissədə inşa edilməsindən asılı olmayaraq həmin tikili qeyd olunan torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərinin hər birinin maraq və mənafelərinə, hüquqlarına toxuna bilər. Cavabdehin iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi hallar isə hər hansı şəxsin, o cümlədən, iddiaçıların öz hüquqlarının məhkəmə müdafiəsi təminatından istifadə etmək imkanlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Qeyd olunan əsaslara görə cavabdehlin dəlillərinə tənqidi yanaşılmalıdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 213.2, 222.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələb inin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirdiyi qətnaməni qəbul edərkən nəzərə almamışdır ki, işə sübut kimi əlavə edilən şəhadətnamələrdə onun da mülkiyyət hüququ vardır və JN-292A (********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən torpaq sahəsinə mülkiyyətçilərin, o cümlədən onun və iddiaçıların payı naturada ayrılmamışdır. Bundan əlavə, iddiaçılar iddia ərizələrində qeyd edirlər ki, onların və cavabdehin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililər onun hesabına sökülməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə yalnız iddiaçıların mülkiyyət hüququna üstünlük verərək onun mülkiyyət hüququna qiymə t vermədən ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin evə onun istifadə hüququ daha əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda əvvələr qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi nəzərə alınmadan qətnamə çıxarılmışdır. Mübahisə predmeti olan torpaq sahəsində 8 nəfərin payının olması qeyd edilsə də, həmin paylar naturada ayrılmadan, torpaq sahəsində evin inşa edildiyi qeyd edilsə də, evin hansı hissədə payçılara məxsus olması, hansı payçının torpaq sahəsinə nə qədər müdaxilə edilməsi məhkəmə tərəfindən müəyyən edilmədən qətnamə qəbul edilmişdir. Bu da Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

19. Şəki Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiy a instasiya məhkəməsi) Mülki kollegiyasının 09 avqust 2022-ci il tarixli, 2(107)-939/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudovun sədrliyi və məruzəsi ilə, Ələddin Məcidov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qeyd olunan 0,02 hektar həyətyanı torpaq sahəsinin, iddiaçılar da daxil olmaqla, 8 nəfərin ümumi birgə mülkiyyətində olması təsdiq edilsə də, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşasına iddiaçıların (digər mülkiyyətçilərin) razılığının olması iş materialları və işin faktiki halları ilə müəyyən edilməmişdir. 0,02 hektar həyəty anı torpaq sahəsi hazırda da iddiaçıların, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olmasına baxmayaraq cavabdehin həmin torpaq sahəsində (və ya bir hissəsində) hər hansı tikili inşa etməsi birgə mülkiyyətçi kimi iddiaçıların da mülkiyyət hüquqlarına təsir etmiş və onların əmlak üzərindəki mülkiyyət hüquqlarından sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.8, 213.2, 222.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəl illəri

22. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassator şikayətini onunla əsaslandırmışdır ki, işə baxan nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhəməsi digər ümumi birgə mülküyyətçilərin prosesdə iştiraklarını təmin etməmişdir. Belə ki, AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarına əsasən, torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübah isələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir.

24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.1, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

26. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqə ti əleyhinə istifadə edilə bilməz.

27. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsu b əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məns ubdur.

31. Maddə 213.2. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.

32. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa ha lların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında t ədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

40. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

44. Nəzərə almaq lazımd ır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikay əti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 avqust 2022-ci il tarixli, 2(107)-939/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar