Məhkəmə qərarları › İş №2(102)-1322/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1322/2021

12.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1322/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1322/21 (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, məcburi pay) Bakı şəhəri, 12 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “qanun üzrə X12 şəhadətnamənin, həmin şəhadətnamə əsasında aparılmış müvafiq qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin və vəsiyyətnamə üzrə X12 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqındda şəhadətnamə əsasında verilmiş çıxarışın və çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 oğlunun kassasiya şikayətinə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddia çı ilə Cavabdeh2 qohumdurlar, cavabdeh iddiaçının əmisidir.

2. İddiaçının mərhum babası xxx və mərhum nənəsi X1 kəndində 0,40 ha, 015 ha həyətyanı, 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 verilmiş 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V- 39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X12 şəhadətnamələrin etibarsız sayılması, Cavabdeh2 adına 12 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın; həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquq ların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın; həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoyulmuşdur.

5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçının xxx və mərhum nənəsi X1 JN seriyalı 342A nömrəli torpağın mülkiyyətə ver ilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha və JN seriyalı 342B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 ha həyətyanı, o cümlədən A seriyalı 164769 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır.

6. İddiaçının nənəsi X10 22 sentyabr 2007-ci ildə, babası isə 27 aprel 2007-ci ildə vəfat etmişdir. İddiaçının xxx isə nənə və babadan əvvəl, 22 noyabr 2006-cı ildə öldüyündən, iddiaçı birinci dərəcəli vərəsə hesab olunmuşdur.

7. İddiaçının xxx 05 dekabr 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən bütün əmlaklarını iddiaçıya vəsiyyət etmişdir.

8. Qeyd olunan torpaq sahələrdindən JN seriyalı 342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xxx və xxx mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, 29 iyul 2009-cu ildə Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontorunda iddiaçıya 2V-58 reyestr nömrəli vəsiyyətnamə üzrə X12 şəhadətnamə verilmişdir.

9. İddiaçının 0,40 ha torpaq sahəsi üzərində hüquqları 10 avqust 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.

10. Buna baxmayaraq, iddiaçı 2019-cu ildə nənə və babasından miras qalmış digər həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının tanıtdırılması üçün müraciət etdikdə, əmisi – iş üzrə Cavabdeh2 04.02.2013- cü ildə həmin əmlakları dövlət reyestrində öz adına qeydiyyata aldırdığı müəyyən olunmuşdur.

11. Bu səbəbdən iddiaçı cavabdehin adına aparılmı ş qeydiyyatın və qeydiyyatın aparılması üçün əsas olmuş qanun üzrə X12 şəhadətnamələrin ləğv edilməsi üçün hazırki iddianı vermişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1159.1.3, 1243.1, 1243.2, 1255,1321.1 və 1322-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh2 da Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və İddiaçı qarşılıqlı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Aşağı Tala bələdiyyəsində 05.12.2006-cı il tarixdə təsdiq edilmiş xxx İddiaçı verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala rayonu 1 saylı X9, 29.07.2009-cu il tarixdə 2V- 58 nömrə ilə İddiaçı X12 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin X12 şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışın, həmin çıxarış əsasında bağlanmış 11 avqust 2009-cu il tarixli, AN-İ, ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddiada da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoyulmuşdur.

14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılıb ki, ilkin iddia ərizəsində göstərilən X12 şəhadətnamələr verilərkən bütün digər qanun üzrə və vəsiyyət üzrə vərəsələr notariusda öz razılıq və imtina ərizələrini yazmışlar.

15. Bundan başqa işdə iki vəsiyyətnamə var, biri Notariat Kontorunda 06.07.2005-ci ildə digəri isə 05.12.2006-cı ildə xxx bələdiyyəsində təsdi q edilib. Buradan görünür ki, mərhum xxx 2 dəfə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamənin birini notariusda, digərini isə bələdiyyədə yazmışdır.

16. Bələdiyyədə yazılmış vəsiyyətnamə etibarsızdır, çünki həmin vəsiyyətnamədəki imzalar Hacıömər Ərəbova məxsus deyildir.

17. Eyni zamanda vəsiyyətnamə üzrə 29.07.2009-cu il tarixli 2V-58 nömrə ilə qeydə alınmış X12 şəhadətnamə də etibarsız hesab edilməlidir.

18. JN-342A nömrəli şəhadətnamədəki 0,40 ha torpaq sahəsi mərhum Hacıömər Ərəbova və mərhum Kəlimət Ərəbovaya məxsusdur. Hansı ki, həmin 0,40 ha torpaq sahəsinin 0,20 ha hissəsi, yəni Kəlimət Ərəbovaya məxsus hissəsi 29.07.2019-cu il tarixli qanun üzrə X12 şəhadətnamə əsasında Cavabdeh2, digər 0,20 ha, yəni Hacıömər Ərəbova məxsus hissəsi isə vəsiyyətnamə üzrə 29.07.2009-cu il tarixli X12 şəha dətnamə əsasında İddiaçı verilmişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.08.2019-cu il tarixli 21(107)- 409/2019 saylı qərarı ilə hazırda sözügedən JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş 0,40 ha torpaq sahəsinin 0,20 ha hissədə ləğv edilməsinə dair qərar verilmişdir.

20. Yuxarıda adı çəkilən məhkəmə qərarı qüvvədə qaldığı təqdirdə mərhum xxx məxsus 0,40 ha torpaq sahəsi azalaraq 0,20 ha torpaq sahəsi qalmış olur. Belə olan halda, yerdə qalan 0,20 ha torpaq sahəsi mərhumlar xxx və xxx məxsus olan torpaq sahəsi olduğundan həmin 0,20 ha torpaq sahəsinin yarısı, yəni 0,10 ha hissəsi Kəlimət Ərəbovaya, 0,10 ha hissəsi isə xxx məxsus olmuş olur. Beləliklə, qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən xxx məx sus 0,10 ha torpaq sahəsi Cavabdeh2, Hacıömər Ərəbova məxsus 0,10 ha torpaq sahəsinin yarısı, yəni 0,05 ha hissəsi vəsiyyətnamə üzrə İddiaçı, yerdə qalan 0,05 ha hissəsi isə məcburi pay kimi Cavabdeh2 verilməlidir.

21. X15 Məhkəməsinin qətnaməsində qeyd olunan torpaq sahəsinin azaldılması həyata keçərsə, həmin torpaq sahəsinə dair verilmiş vəsiyyətnamə və qanun üzrə vərəsəlik şəhadətnamələri öz hüquqi qüvvələrini itirmiş olur. Notariusun təsdiq etdiyi 29.07.2009-cu il tarixli vəsiyyət üzrə X12n şəhadətnamə verilərkən Cavabdeh2 məcburi pay verilmədən Hacıömər Ərəbova məxsus torpaq sahəsi bütövlükdə İddiaçı verildiyindən Cavabdeh2 məcburi pay almaq hüququ pozulmuşdur.

22. Qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1193, 1223.2 və 1225.3-cü maddələrinə istinad etmişdir.

23. X5 qarşılıqlı iddia üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir.

24. Zaqatala Rayon Məhkəməsinin 2(033)-153/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xxx yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xxx kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala Rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V- 40 reyestr nömrəli qanun üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında iş üzrə Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair h üquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. (hakim Tural Həsənov)

25. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə xxx və X6 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 d ekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə xxx və X6 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin, AN seriyalı 164769 nömrəli “Torpaq sahəsinin Planı və Ölçüsü”ndə qeyd olunan 0,3374 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi Ərəbov Hacıömər Şaban oğlu və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. 05.12.2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi İddiaçı vəsiyyət etmişdir. xxx 27.04.2007-ci il tarixdə, X10 22.09.2007-ci il tarixdə ölmüşdür. Eyni zamanda, vəsiyyət edən xxx, yəni vəsiyyət etdiyi nəvəsi İddiaçı atası xxx 22.11.2006-cı il tarixdə ölmüşdür. 26. xxx vərəsəsi, xxx Cavabdeh2 04 fevral 2013-cü il tarixdə mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3374.32 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinə qanun üzrə X12 şəhadətnamələr almış, onların əsasında isə Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir.

27. Bundan başqa, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xxx və X6 məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.40 ha torpaq sahəsinin 0.20 ha hissəsinə Cavabdeh2 Qanun üzrə X12 Şəhadətnamə, həmin torpağın 0.20 hissəsinə İddiaçı Vəsiyyətnamə üzrə X12 Şəhadətnamə verilmişdir. xxx yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabde h2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. xxx yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. xxx X13 rayonu, xxx yerləşən 0,20 ha torpaq sahəsini alıcı X2 5000 manata daimi olaraq heç bir şərti olmadan satmışdır.

28. Birinci instansiya məhkəməsi müəyyən etdiyi işin hallarına əsasən hesab edib ki, İddiaçı 05.12.2006-cı il tarixdə babası xxx ölən günədək özünə məxsus olan xxx kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını vəsiyyət etdiyi halda iddiaçıya aid miras əmlakın bütünlükdə Cavabdeh2 adına qanun üzrə X12 şəhadətnaməl ər verilməklə rəsmiləşdirilməsi əsaslı deyil. Bu səbəbdən də Cavabdeh2 adına verilmiş qanun üzrə X12 şəhadətnamələrin etibarsızlığına dair tələb əsaslıdır.

29. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, etibarlı olmayan qanun üzrə X12 şəhadətnamələr əsasında Cavabdeh2 verilmiş 12 fevral 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli və 12 fevral 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da qanuni sənəd hesab edilə bilməz.

30. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə qeyd edib ki, xxx bələdiyyəsində 05.12.2006-cı il tarixdə təsdiq edilmiş xxx İddiaçı verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur, çünki bununla bağlı qarşılıqlı iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında hər hansı mötə bər sübut təqdim etməmişdir. Həmçinin vəsiyyətnamə qanunverciliyin müəyyənləşdirdiyi qaydaların pozulması, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməmişdir.

31. Birinci instansiya məhkəməsinin qənaətinə görə, vəsiyyətnamə etibarsız hesab edilmədiyi halda, onun əsasında verilmiş şəhadətnamə, çıxarış və çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsi də ləğv edilə bilməz.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1159.1.1, 1166, 1193, 1194, 1195, 1196, 1231.1, 1243.2, 1246, 1252,1255, 1274, 1301.1,1301.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırlılıb ki, vəsiyyət edən şəxs Hacıömər Ərəbov 2 dəfə vəsiyyətnamə yazıb, vəsiyyətnamələrin biri notariusda, ikincisi isə bələdiyyədə təsdiq edilib.

35. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir.

36. Notariusun təsdiq etdiyi 29.07.2009-cu il tarixli vəsiyyət üzrə X12 şəhadətnamə verilərkən Cavabdeh2 məcburi pay verilməyib. xxx məxsus torpaq sahəsinin bütövlükdə İddiaçı verilməsinə görə Cavabdeh2 məcburi pay almaq hüququ pozulub.

37. Qarşılıqlı iddia tələbi üzrə h eç bir araşdırma və dəyərləndirmə aparılmayıb.

38. İddiaçı iddiasındakı tələb bələdiyyədə təsdiq edilmiş vəsiyyətnamə üzrədir, lakin həmin vəsiyyətnamədən əvvəl notariusda təsdiqlənmiş başqa bir vəsiyyətnamə də vardır.

39. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli, 2(107)-1266/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilmiş, xxx özünə məxsus 0,20 ha torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət etməsilə əlaqədar Zaqatala Rayon 1 saylı X9 29.07.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınınmış vəsiyyətnamə üzrə X12 şəhadətnamənin etibarsız hesab olunması və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyal ******* nömrəli çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmamverdi Şükürov )

40. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi ilk iddianı təmin etməkdə düzgün nəticəyə gəlsə də, qarşılıqlı iddia tələbini bütövlükdə rədd etməkdə səhvə yol vermişdir.

41. Apellyasiya məhkəməsi müəyyən edib ki, Zaqatala 2 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh2 04 fevral 2013-cü il tarixdə 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli qanun üzrə X12 şəhadətnamələr verilərkən Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh2 reyestrdə 2V-37 nömrə ilə qeyd edilən 04 fevral 2013-cü il tarixli qanun üzrə X12 şəhadətnamə ilə 22.09.2007-ci il tarixdə ölmüş X7 vərəsəsi kimi DƏDRX-nın Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********57 nömrəli 08.11.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən xxx yerləşən vəfat etmiş anası Kəlmət Ərəbovaya məxsus olmuş 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin anasına məxsus hissəsinə hüquq əldə etmişdir. Bundan başqa, Cavabdeh2 reyestrdə 2V-38 nömrə ilə qeyd edilən 04 fevral 2013-cü il tarixli qanun üzrə X12 şəhadətnamə ilə 27.04.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi kimi DƏDRX-nın Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********57 nömrəli 08.11.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən xxx kəndində yerləşən vəfat etmiş atası Hacıömər Ərəbova məxsus olmuş 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin atasına məxsus hissəsinə hüquq əldə etmişdir. Bundan əlavə, Cavabdeh2 reyestrdə 2V-39 nömrə ilə qeyd edilən 04 fevral 2013-cü il tarixli qanun üzrə X12 şəhadətnamə ilə 27.04.2007-ci ildə vəfat etmiş atası Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi kimi Zaqatala RAİK-nın 04 dekabr 1997-ci il tarixli 64 nömrəli qərarı ilə xxx mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-342B nömrəli 40200028 kodlu şəhadətnamə ilə Zaqatala rayonunun Aşağı Tala kəndində Hacıömər Ərəbovun mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin atasına məxsus hissəsinə hüquq əldə etmi şdir. Həmçinin, Cavabdeh2 reyestrdə 2V-40 nömrə ilə qeyd edilən 04 fevral 2013-cü il tarixli qanun üzrə X12 şəhadətnamə ilə 27.04.2007-ci ildə vəfat etmiş anası X7 vərəsəsi kimi Zaqatala RAİK-nın 04 dekabr 1997-ci il tarixli 64 nömrəli qərarı ilə Kəlmət Ərəbovun mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN342B nömrəli 40200028 kodlu şəhadətnamə ilə xxx mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin atasına məxsus hissəsinə hüquq əldə etmişdir.

42. Apellyasiya məhkəməsi hesab edib ki, Cavabdeh2 qanun üzrə X12 şəhadətnamə verilərkən digər vərəsə, iş üzrə İddiaçı birinci növbəli vərəsə olaraq həmin miraslardan irs, yəni pay almaq hüququnun olması nəzərə alınmamışdır.

43. Apellyasiya məhkəməsi vurğulayıb ki, xxx ölən g ünədək ona məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını vəsiyyət etdiyi halda iddiaçıya aid miras əmlakını bütünlükdə Cavabdeh2 adına qanun üzrə X12 şəhadətnamələrin verilməklə rəsmiləşdirilməsi qanuni və əsaslı sayıla bilməz. Çünki həmin şəhadətnamələr verilərkən xxx və onun arvadı xxx miras qalmış DƏDRX-nın Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********57 nömrəli 08.11.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən xxx yerləşən 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-342B nömrəli 40200028 kodlu şəhadətnamə ilə xxx mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsi bütövlükdə Cavabdeh2 verilə bilməzdi. Qanunun tələbinə görə həmin torpaq sahəsi birinci növbəli vərəsələr olan iddiaçı ilə cavabdeh arası nda 1/2 hissədə bölünməli olduğu halda bölünməmişdir.

44. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi ilk iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı sayıb.

45. Həmçinin apellyasiya məhkəməsi xxx bələdiyyəsində 05.12.2006-cı ildə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı tələbinin təmin edilməli olmaması barədə gəldiyi nəticəni də əsaslı hesab edib. Apellyasiyanın mövqeyinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanunazidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

46. Bu baxımdan, apellyasiya məhkəməsi hazırki iş üzrə mübahisələndirilən vəsiyyətnamənin eti barsız hesab edilməsi üçün heç bir əsas müəyyən etməmişdir.

47. Bununla belə, apelyasiya məhkəməsi qarşılıqlı iddianın Zaqatala Rayon 1 saylı X9 29.07.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş xxx məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyət etməsilə bağlı verilmiş vəsiyyətnamə üzrə X12 şəhadətnamənin etibarsız hesab edilməsi və həmin vəsiyyətnamə üzrə X12 şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməli olması barədə tələbini əsaslı hesab edib.

48. Apellyasiya məhkəməsi müəyyən edib ki, Cavabdeh2 vəsiyyət edən Hacıömər Ərəbovun oğlu olmaqla, birinci növbəli vərəsədir. Belə olan halda, xxx və X4 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinin 0,20 hektarının İddiaçı vəsiyyət edilməsindən asılı olmayaraq, Cavabdeh2 həmin 0,20 ha torpaq sahəsində məcburi payı olmuşdur. Lakin notariat kontorunda İddiaçı vəsiyyətnamə üzrə X12 şəhadətnamə verilərkən qanunun bu tələbi nəzərə alınmamışdır.

49. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, İddiaçı verilmiş vəsiyyətnamə üzrə X12 Zaqatala Rayon 1 saylı X9 29.07.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş vəsiyyətnamə üzrə X12 şəhadətnamə etibarsız hesab edilməlidir.

50. Apellyasiya məhkəməsi 29 iyul 2009-cu il tarixli 2V-57 nömrəli şəhadətnaməyə əsasən onu da qeyd edib ki, Cavabdeh2 mərhum X8 məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,40 ha torpaq sahəsindən 0,20 ha torpaq sahəsinə qanun üzrə X12 şəhadətnamə verilmişdir. Ona görə də həmin şəhadətnaməyə əsasən xxx məxsus 0,20 ha torpaq sahəsinin yarısı İddiaçı, xxx İddiaçı vəsiyyət e tdiyi 0,20 ha torpaq sahəsinin yarısının yarısı, yəni 0,05 ha hissəsi məcburi pay kimi Cavabdeh2 verilməli olduğu halda verilməmişdir ki, bu da 29 iyul 2009-cu il tarixli qanun və vəsiyyətnamə üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsasdır.

51. Apellyasiya məhkəməsi qeyd edib ki, İddiaçı vəsiyyətnamə üzrə X12 29 iyul 2009-cu il tarixli 2V-58 nömrəli şəhadətnamə verilərkən notariat orqanı tərəfindən yol verilmiş qanun pozuntusu ondan əvvəl Cavabdeh2 qanun üzrə X12 eyni tarixli 2V-57 nömrəli Şəhadətnamə verilərkən də mövcud olmuşdur. Ona görə də həmin məsələ ilə yuxarıda qeyd olunan nəticələr bu şəhadətnaməyə də aid edilməlidir.

52. Apellyasiya məhkəməsi qeyd edib ki, belə olan halda həmin şəhadətnamə əsasında iddiaçıya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış d a ləğv edilməlidir.

53. Həmçinin apellyasiya məhkəməsi qarşılıqlı iddianın çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair tələbilə razılaşmamış və hesab etmişdir ki, alqı-satqı müqaviləsi bağlanan tarixdə xxx yerləşən 0,20 ha torpaq torpaq sahəsi İddiaçı mülkiyyətində olub, İsmayıl İsmayılov həmin torpaq sahəsini 5000 manata satın almışdır. Alq-satqıdan keçən 10 il müddət ərzində müqavilənin ləğvini şərtləndirən hal müəyyən edilməmişdir.

54. Apellyasiya məhkəməsi şikayətin dəlillərindən biri olan ilk iddiaçının adına verilmiş iki vəsiyyətnamənin mövcud olması barədə dəlillə bağlı qeyd edib ki, 06.07.2005ci il tarixli 2V-127 nömrəli notariat işində olan eyni tarixli vəsiyyətnamə üzrə vəsiyyət edən şəxs Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan xxx deyil, Zaqat ala şəhəri, Vidadi küçəsi, ev 26-da yaşayan X3. Belə olan halda Hacıömər Ərəbovun 2 dəfə vəsiyyətnamə yazmasına dair apelyasiya şikayətinin dəlilləri əsaslı ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

55. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib, qətnamənin qarşılıqlı iddianın təmin dilməyən hissəsinin ləğv edilməsi, işin həmin hissədə yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.

56. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya məhkəməsi ilk iddiaçının adına verilmiş şəhadətnaməni etibarsız hesab etsə də, alqı-satqı müqaviləsini etibarsız hesan etməməklə, ziddiyyətli nəticəyə gəlib.

57. İddiaçı da qətnamədən kassasiya şikayəti verib, qarşılıqlı iddianın təmin edilən h issəsində qətnamənin ləğv edilməklə, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

58. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya məhkəməsi 29 iyul 2009-cu il tarixli 2V-58 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnaməni etibarsız hesab edib, alqı-satqını qüvvədə saxlamaqla icrasıl mümkün olmayan qətnamə çıxarıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

59. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

60. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

61. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğ ulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik za manı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Ma ddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən qarşılıqlı iddianın təmin edilən, cavabdeh tərəfindən isə qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirilir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni qarşılıqlı iddiaya münasibətdə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

64. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, İddiaçı 29.07.2009-cu il tarixli X12 şəhadətnamə 06.07.2005-ci il tarixli 2V-127 reyestr nömrəli vəsiyyətnamə əsasında verilmişdir.

65. Həmçinin apellyasiya məhkəməsi müəyyən edib ki, 06.07.2005-ci il tarixli 2V-127 reyestr nömrəli vəsiyyətnamə üzrə vəsiyyət edən şəxs X3, vəsiyyət edilən isə X11r. Başqa sözlə, İddiaçı verilən X12 şəhadətnamədə istinad edilən vəsiyyətnamə tamam başqa bir vəsiyyətnamədir.

66. Göründüyü kimi, işin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı vəsiyyətnamə üzrə 29.07.2009-cu il tarixdə X12 şəhadətnamə verilərkən istinad edilən 06.07.2005-ci il ta rixli 2V-127 reyestr nömrəli vəsiyyətnamə tamam başqa şəxlərə və əmlaka aiddir.

67. Apellyasiya məhkəməsi bunu qətnamədə qeyd etsə də, vəsiyyətnamə üzrə X12 şəhadətnamədə istinad edilən vəsiyyətnamə üzrə işin hallarına bu kontekstdə deyil, İddiaçı adına xxx tərəfindən xxx 05 dekabr 2005-ci ildə təsdiq edilmiş vəsiyyətnamə üzrə qiymət vermişdir. Halbuki 29.07.2009-cu il tarixli X12 şəhadətnamə xxx təsdiq edilmiş 05 dekabr 2005-ci il tarixli vəsiyyətnamə əsasında verilməmişdir. İddiaçı istinad etdiyi vəsiyyətnamə isə məhz 05 dekabr 2005-ci il tarixli vəsiyyətnamədir.

68. İşin qeyd edilən bu ziddiyyətli halına apellyasiya məhkəməsi düzgün qiymət verməmişdir.

69. Bundan başqa, qarşılıqlı iddiada Cavabdeh2 11 avqust 2009-cu il tarixli, AN-İ, ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməs ini xahiş etmişdir. Apellyasiya məhkəməsi alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini rədd edərkən müqavilənin ləğvini şərtləndirən halların müəyyən edilmədiyinə istinad etsə də, Cavabdeh2 tərəf olmadığı müqavilənin ləğvini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır.

70. Qanunverciliyə görə əqdin (müqavilənin) etibarsızlığı ilə bağlı iddianı maraqlı şəxs, yəni əqdin iştirakçısı olmayan şəxs verə bilsə də, əqdin ləğvini yalnız onda iştirak edən şəxs tələb edə bilər. (Mülki Məcəllənin 354.2 və 421-ci maddələri)

71. Apellyasiya məhkəməsi isə Cavabdeh2 11 avqust 2009-cu il tarixli, AN-İ, ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddiasına qeyd edilən qanunvericilik normalarının tələbi baxımından düzgün qiymət verməmişdir.

72. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi (qarşılıqlı iddiaya münasibətdə) ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

73. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Cavabdeh Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 7)-1266/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi (qarşılıqlı iddiaya münasibətdə) ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar