Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1322/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: “pul tələbi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 6927/2023 nömrəli iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə boşanmışlar. xx.xx.2019-cu ildən nikah münasibətlərinə faktiki olaraq xitam verilmişdir. xx.xx.2010-cu ildə iddiaçı ilə "xxxx" KB ASC arasında kredit müqaviləsi bağlanmışdır. xx.xx.2010-cu il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqavilələrinə əsasən iddiaçı Nərimanov rayonu, Həsənoğlu küçəsi 14-də yerləşən və ümumi sahəsi 49,36 kvm olan 2 otaqlı 28 saylı mənzili əldə etmişdir. Mənzilin ümumi dəyərini təşkil edən 54500 manatın 18000 manatı alıcının özü tərəfindən ilkin ödəniş kimi ödənilmiş, qalan 36500 manatın isə bankdan götürülm üş kredit hesabına ödəniş cədvəli üzrə ayba ay ödənilməsi nəzərdə tutulmuşdur. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2010-cu ildə qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh ("xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Banka ilkin ödəniş kimi ödənilmiş pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, cədvəldən kənar ödənilmiş 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2019-cu ildən xx.xx.2030-cu il tarixədək ödənilən 15925 (on beş min doqquz yüz iyirmi beş) manat, ödənilmiş 176 manat dövlət rüsumunun, ümumilikdə isə 28601 (iyirmi səkkiz min altı yüz bir) manat məbləğində pul vəsaitinin xe yrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən Banka ilkin ödəniş kimi ödənilmiş pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, cədvəldən kənar ödənilmiş 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək ödənilən və ödəniləcək 33157.83 (otuz üç min yüz əlli yeddi manat 83 qəp) manat məbləğində pul vəsaitinin, ödənilmiş 176 manat dövlət rüsumunun, ümumilikdə 45833.83 (qırx beş min səkkiz yüz otuz üç manat 83 qəp) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə İddiaçı və X1 arasında yaşayış s ahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq, 06 iyul 2010- cu il tarixli, 27İKYi/10 nömrəli “Alqı-satqı və İpoteka” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 iyun 2010-cu il tarixli, 11/15210 nömrəli arayışa əsasında 2 otaqlı, ümumi sahəsi 49,36 kv.m olan, ünvan 1 nömrəli binada yerləşən 28 nömrəli mənzili Alıcı-İpoteka qoyanın - İddiaçı mülkiyyətinə verir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 54500 (əlli dörd min beş yüz) manatdır, mənzilin dəyərinin 18000 (on səkkiz min) Alıcı-İpoteka qoyanın özü tərəfindən, 36500 (otuz altı min beş yüz) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 05 iyul 2010-cu il tarixli, 27İKYi/ 10 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1.6.2-ci bəndinə əsasən Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 240 (iki yüz qırx) ay müddətinə 01 iyul 2030-cu il tarixədək müəyyən edilir. Müqavilənin 1.6.4-cü bəndinə əsasən kredit üzrə əsas borc və faizlər növbəti ayın 5-dək aylıq 305,30 (üç yüz beş manat, 30 qəpik) manat məbləğində bərabər hissələrlə ödənilir. Müqavilənin 2.4.1-ci bəndinə əsasən ipoteka predmetinin alınması üçün (ilkin ödəniş) 18000 (on səkkiz min) manat məbləğində vəsait xx.xx.2010-cu il tarixdə notariusun depozit hesabına mədaxil edilmişdir. Kreditin (cədvəldən kənar, vaxtından əvvəl) 7000 (yeddi min) manatı isə xx. xx.2012-ci il tarixdə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2012-ci il tarixdən kredit ödənişi müqavilənin 1.6.4cü bəndində qeyd edilən kimi deyil, hər ay üçün 245 (iki yüz qırx beş) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-213/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh 25 sentyabr 2019-cu il tarixdən yaşadığı mənzili sərbəst şəkildə tərk etmişdir, yəni bu tarixdən birgə təssərrüfat aparmamışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-109/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzilə Cavabdeh 2/1-hissədə payı müəyyən edilmiş və onun həmin paya mülkiyyət hüququ tanınmışdır. 2022-ci ildə ünvan 1 ünvanında yer ləşən bina söküldüyü üçün, xx.xx.2022-ci il tarixli, 27İKYi/10-2 nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka predmeti X2 məxsus Bakı şəhəri, Gen., Şıxlinski küçəsində yerləşən 36 nömrəli evin 53 nömrəli mənzil ilə əvəz edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq 06 iyul 2010-cu il tarixli, 27İKYi/10 nömrəli “Alqısatqı və İpoteka” müqaviləsinin 2.4.1-ci bəndinə əsasən ipoteka predmetinin alınması üçün, ilkin ödəniş kimi ödənilmiş 18000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin 9000 (doqquz min) manat hissəsi, xx.xx.2012-ci il tarixdə cədvəldən kənar ödənilmiş 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin 3500 (üç min beş yüz) manat hissəsi, xx.xx.2019-cu ildən xx.xx.2030-cu il tarixədək, 15925 (on beş min doqquz yüz iyirmi beş) manat, ümumilikdə isə 28425 (iyirmi sə kkiz min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e2(005)-264/2023 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 10561,41 (on min beş yüz altmış bir manat, 41 qəpik) manat məbləğində pulun və 41 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mülki qanunvericiliyin normaları baxımından iddiaçı “ilkin ödəniş və cədvəldən kənar ödənilmiş pul vəsaitlərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə tələb irəli sürməkdə haqlı olmamışdır. Həmin hissədə tələblərə qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2 021 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə ümumi vəsaitləri hesabına əldə etmələri öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının təkrarən həmin vəsaitlərlə bağlı mübahisə etməsinin heç bir hüquqi əsası olmamışdır. Bununla yanaşı məhkəmə iddiaçının “xx.xx.2010-cu il tarixdən xx.xx.2030-cu il tarixədək ödənilən və ödəniləcək 33157.83 (otuz üç min yüz əlli yeddi manat 83 qəp) manat pul vəsaitinin ödənilməsi” tələbinə münasibətdə yuxarıda qeyd olunanlara istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı müvafiq ipoteka müqaviləsi üzrə pul vəsaitini xx.xx.2010-cu il tarixdən başlayaraq tələb etməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçının hazırda iddia tələbi sadəcə xx.xx.2019-cu il tarixindən sonrakı müddətlə əhatə olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 9/1126 nömrəli ekspert rəyi ilə "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 27İKYİ/10-2 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixə əsas borc üzrə 21043,32 manat, faiz borcu üzrə 79,50 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-109/2021 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 28 nömrəli mənzilə İddiaçı ½ hissədə payı, Cavabdeh isə ½ hissədə payı müəyyən edildiyindən, iddiaçının “ipoteka müqaviləsi üzrə 33157.83 manat pul vəsaitinin ödənilməsi” tələbi xx.xx.2019-cu il tarixə olan ümumi borc məbləğinin, yəni 21122,82 manat pulun ½ hissədə tutulması hissəsində əsaslıdır və 10561,41 manat (21122,82: 2) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
9. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra pozuntulara və yanlışlıqlara yol vermişdir. Nəticədə cavabdehin hüquqları pozulumuşdur. Məhkəmə öz qətnaməsində ipoteka predmeti olan mənzilin iddiaçının anasının mülkiyy ətində olan Bakı şəhəri, Gen.,Şıxlinski küçəsində yerləşən 36 nömrəli evin 53 nömrəli mənzili ilə əvəz edilməsi, yeni müqavilənin şərtləri, ödəniləcək kreditin şərtlərinin dəyişib-dəyişilməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Çünki qətnamədən hal-hazırda kreditin ödənişinin kimin tərəfindən aparılması, iddiaçının cavabdehə qarşı 01 sentyabr 2019-cu ildən 01 iyul 2030-cu ilədək kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hissə-hissə ödənilməsi nəzərdə tutulan kredit borcu məbləğinin iddiaçı tərəfindən cavabdehdən birdəfəyə tutulması barədə iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmaması müəyyən olunmur. Cavabdeh birinci instansiya məhkəməsinin ondan iddiaçının xeyrinə tutulmalı olan kredit borcu məbləğinin 01 sentyabr 2019-cu il tarixdən hesablamasını düzgün hesab et mir. Belə ki, bu məbləğ 01 iyun 2020-ci il tarixdən (iddiaçı ilə aralarında olan nigahın pozulması barədə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin çıxarılma tarixindən) 01 iyul 2030-cu il tarixədək olan dövr ərzində ödənilməli olan kredit borcu məbləğini əhatə etməli idi. Həmçinin cavabdeh 25 sentyabr 2019-cu il tarixdə yaşadığı evi tərk etsə də, iddiaçı ilə müəyyən münasibətləri mövcud idi və tam olaraq 01 iyun 2020-ci il tarixdən sonra həmin münasibətlərə son qoyulmuşdur. Birinci instansiya məhkəməsinin 10561,41 manat pulun birdəfəyə ondan iddiaçının nəfinə tutulması ilə bağlı qənaətini düzgün hesab etmir. Belə ki, iddiaçı krediti üzrə borc tam şəkildə bağlandıqdan sonra ödədiyi məbləğin cavabdehə düşən hissəsinin birdəfəlik ödənilməsini tələb edə bilərdi. İddiaçı isə məhkəməyə kreditin tam ödənilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-6927/2023 nömrəli qətnaməsi (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), M.Rüstəmli və V.Sadıqov) ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində, yəni Cavabdeh İddiaçı xeyrinə 10561,41 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 27İKYi/10 nömrəli kredit müqaviləsi üzrə tərəflərin nikah münasibətlərinə faktiki olaraq xitam verdikləri 2019-cu ilin sentyabr ayından hazırkı iş üzrə qətn amə çıxarılan tarixədək, yəni xx.xx.2023-cü ilədək icra edilmiş öhdəliklər üzrə ödənilmiş 12740 manat kredit borcunun yarısı, yəni 6370 (altı min üç yüz yetmiş) manat Cavabdeh alınıb İddiaçı ödənilməsi, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 27İKYi/10 nömrəli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliklərdə tərəflərin payları bərabər hesab edilmiş, iddia tələbi apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının gələcəkdə ödəməli olduğu məbləğlərin ½ hissəsini əvvəlcədən birdəfəlik olaraq cavabdehdən tutmaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi yalnız icra edilmiş öhdəlikdən paya uyğun hissəni cavabdehdən tuta bilərdi.
12. İddiaçının tələbi müqavilə müddətinin sonuna, yəni xx.xx.2030-cu ilədək olan dövrə görə icra edilmiş və edilməmiş öhdəliklərlə bağlı olduğundan iddia tələbi qismən – tərəflərin nikah münasibətinə faktiki xitam verildiyi 2019-cu ilin sentyabr ayından hazırkı iş üzrə qətnamə çıxarılan tarixədək ödənilmiş borc məbləğinin yarısının cavabdehə aid edilməsi və ondan tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası bunu iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir.
13. Bank qarşısında icra edilməmiş öhdəliklərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin öhdəliklərdə tərəflərin payları bərabər sayılmalıdır. Bu, öhdəliyi icra edən kredit müqaviləsi üzrə borclunun həmin məbləği gələcəkdə ümumi əmlakın digər mü lkiyyətçisindən tələb etmək hüququnun yaranması üçün əsasdır.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, Ailə Məcəlləsinin 32, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin ondan iddiaçının xeyrinə tutulmalı olan kredit borcu məbləğinin 01 sentyabr 2019-cu il tarixdən hesablamasını düzgün hesab etmir. Bu məbləğ 01 iyun 2020-ci il tarixdən (İddiaçı ilə arasında olan “nikahın pozulması, uşaqların kimin himayəsində qalmasının müəyyən olunması və aliment tələbi” barədə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin tarixindən) 01 iyul 2030-cu il tarixədək olan dövr ərzində ödənilməli olan kredit borcu məbləğini əhatə etməli idi. İddiaçı ilkin iddia ərizəsində özü tələb etdiyi məbləğin 01 oktyabr 2019-cu ildən hesablanmasını qeyd etsədə nədənsə məhkəmələr iddiaçının xeyrinə ondan 1 ayda artıq kredit borcunun tutulmasını qət ediblər. O, 25 sentyabr 2019-cu il tarixdə yaşadığı evi tərk etsə də, onların iddiaçı ilə münasibətləri mövcud idi, iki azyaşlı övladı onun himayəsində idi, uşaqlarının maddi ehtiyacları onun üzərində idi. İddiaçı aylıq kredit borcunun ödənişini həyata keçirsədə uşaqların maddi ehtiyaclarını qarşılamaq onun üzərində idi. İddiaçı yalnız 01 iyun 2020-ci il tarixdən sonra uşaqlara görə aliment ödəmək öhdəliklərini yerinə yetirməyə başlamışdır.Yəni onların ailə münasibətlərinə, qarşılıqlı ailə öhdəliklərinə, vəzifələrinə Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsindən sonra tam olaraq son qoyulmuşdur.
17. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində icra edillmiş öhdəliklər üzrə iddiaçı tərəfindən xx.xx.2023-cü ilə qədər ödənilmiş 12740 manat pulun hansı qaydada hesablanması və həmin məbləğin yarısının, 6370 manat pulun ondan tutulub iddiaçıya ödənilməsi aydın deyil, ziddiyətlidir. Qətnamədə bununla bağlı hər hansı məlumat yoxdur və qeyd olunan məbləğin mütəxəssiz, yaxud ekspertiza rəyi ilə müəyyən olunması ilə bağlı qeyd yoxdur.
18. Bundan başqa, apellyasiya məhkə məsinin qətnaməsində göstərilən məbləğ məhkəmə iclasında müzakirə olunmayıb,tədqiq olunmayıb və həmin məbləğdən qətnaməni alandan sonra məlumatı olub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.
21. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
23. Maddə 32 nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pe nsiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Mad də 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkə mənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6927/2023 nömrəli iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.