Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1323/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı və təminatlı kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş kredit məbləğinin qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(105)-140/2020 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4568/2018 nömrəli iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva) İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddiası təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 2 otaqlı, 13 nömrəli mənzilin satıcı tərəfindən alıcıya təhvil verilməsinə dair cavabdehlə iddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" ASC (Bank) ilə borcalan - iddiaçı arasında bağlanmış 16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən 36 ay ərzində Banka ödənilmiş 20.226 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və Banka ödənilməli olan 24.372 manat pulun cavabdehdən tutularaq Banka ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğvini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-140/2020 nömrəli iş üzrə 20 f evral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov – sədrlik edən və məruzəçi, Ş.Abasov və A.Abbasov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və şikayətə prosessual müddətin bərpası barədə ərizə əlavə edərək, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasını, kassasiya şikayətinin aidiyyətı üzrə göndərilməsini xahiş etmişdir. Şikayət (ərizə) 08 oktyabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. İddiaçı prosessual müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əldə etmək məqsədil ə dəfələrlə həmin Məhkəməyə müraciət etsə də, Məhkəmənin 12.07.2021 və 13.07.2021-ci il tarixli cavab məktublarında qətnamənin surətinin 19.03.2020-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı ünvana göndərildiyi və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə aldığı qeyd olunmuşdur. Sonradan məlum olmuşdur ki, sözügedən qətnamənin surəti həqiqətən də rəsmi qaydada poçt vasitəsilə yaşadığı ünvana göndərilmiş, lakin poçtalyon işləyən X2 19 mart 2020-ci il tarixdə onun əvəzinə xəbərnamədə imza edərək, ona təqdim etməmiş, ciddi karantin rejimi olduğundan məktubu ona çatdırmamış, sonradan isə məktubu itirmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-140/2020 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov – sədrlik edən və məruzəçi, Ş.Ab asov və S.Qafari) prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, iddiaçının kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 128, 130.1, 133.1, 134.1.5, 135.2, 135.3, 135.5, 403.1, 405.0.1, 408.1.4-cü maddələrinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi poçt vasitəsi ilə iddiaçının qeydiyyatda olduğu Lənkəran şəhəri, P.Təhməzov küçəsi, 4 saylı evin 32 saylı mənzilinə göndərilmiş və 19 mart 2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə alınmışdır. Odur ki, qanunvericiliyin tələbinə əsasən qətnamə iddiaçıya rəsmi qaydada verilmiş hesab edilir. İddiaçını n ərizəsində qeyd etdiyi hallar isə öz təsdiqini tapmamışdır. Belə ki, X1 həqiqətən rabitə orqanında işləməsi, iddiaçının göstərdiyi faktla bağlı rabitə orqanında araşdırılma aparılması və göstərdiyi halın öz təsdiqini tapmasına dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi rəsmi qaydada təqdim olunduqdan sonra iddiaçı tərəfindən kassasiya şikayəti qanunla müəyyən olunmuş 2 ay müddətində deyil, 08 oktyabr 2021-ci il tarixdə, yəni 1 il 7 aydan sonra verilmişdir. İddiaçı qətnamənin surətini poçt vasitəsi ilə aldıqdan 1 ildən çox müddət keçdikdən sonra, 29 iyun 2021-ci il tarixdə qətnamənin surətinin verilməsi barədə apellyasiya məhkəməsinə müraciət etmiş və dövlət rüsumu ödəməklə qətnamənin surətini 13 iyul 2021- ci il tarixdə təkrarən almış, lakin yenidən müddəti ötürməklə, kassasiya şikayətini 30 sentyabr 2021-ci il tarixdə rabitə orqanına vermişdir. Həmçinin, qətnamə iddiaçının iştirakı ilə elan edilmiş və onun qətnamənin nəticəsi barədə məlumatı olmuşdur. Bu halı məhkəmə iclasında iddiaçı özü də inkar etməmişdir. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və prosessual müddətin buraxılmasının üzrlü hesab olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri prosessual müddətin bərpası barədə ərizənin dəlilləri ilə eynidir. Şikayətdə qeyd olunmuşdur ki, xəbərnamədəki imzanın iddiaçıy a məxsus olmaması açıq-aşkar görünür, poçtalyon X2 apellyasiya məhkəməsinə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, prosessual müddətin bərpası barədə ərizədə qeyd olunanları təsdiq etmişdir. Lakin məhkəmə MPM-in 77.1-ci maddəsini düzgün tətbiq etməmiş, Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə almamış, əsassız olaraq müddəti bərpa etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, fo rması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir (maddə 135.2). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (maddə 135.5). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apelyasiya instansiyası mə hkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçı müddətin bərpası barədə ərizəsini və şikayətini 19.03.2020-ci il tarixdə almadığı ilə əsaslandırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı 13.07.2021-ci il tarixdə məhkəmə aktını təkrar almış və kassasiya şikayətini həmin tarixdən sonra da prosessual müddəti 16 gün ötürməklə rabitə orqanına təqdim etmişdir. Buna baxmayaraq iddiaçı 13.07.2021-ci ildən sonra kassasiya şikayəti vermə müddətinin ötürməsinin səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-140/2020 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1323/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1323/2022
21.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver