Məhkəmə qərarları › İş №2(102)-1327/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1327/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1327/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 MMC Cavabdeh: “xxxx” MMMC Cavabdeh: “xxxx” MMC Cavabdeh: “xxxx” MMC Cavabdeh: Cavabdeh3 Talib oğlu Cavabdeh: Cavabdeh 4 oğlu İddia tələbi: “müqavilələrin etibarsız hesab edilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Səfərov Rübail Hətəməli oğlunun, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (direktor) X21, vəkili Abılova Radmilla Abul qızının, Cavabdeh 4 oğlunun nümayəndəsi X2 və vəkili Abılova Radmilla Abul qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1081/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC və Cavabdeh 4 oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 30 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının 267 nömrəli, 12.10.2005-ci il tarixli sərəncamından çıxarışının surətindən görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının 15.09.2005-ci il tarixli 1008 saylı məktubu, “xxxx” MMC-nin 10.09.2005-ci il tarixli 05 saylı müraciəti, Xətai Bələdiyyəsinin 11.03.2005-ci il tarixli, 07/96 saylı icarə müqaviləsi nəzərə alınaraq, Xətai rayonu, ünvan məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə “xxxx” MMC-yə icazə verilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surətindən görünür ki, “xxxx” MMC-nin təsisçisi X8r. -Birgə təsərrüfat fəaliyyəti haqqında 16.11.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” MMC-nin direktoru X19 ilə “xxxx” MMC-nin direktoru X13 həmin müqaviləyə əsasən Xətai rayonu, ünvan məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. -08.07.2006-cı il tarixli, 117 saylı müqavilədən görünür ki, “xxxx” MMC-nin Gəncə pr. 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün X14 ilə “xxxx” MMC arasında müqavilə bağlanılmışdır. -“xxxx” ilə X14 arasında 117 saylı, 02.07.2006-cı ildə bağlanmış müqavilədən və İddiaçı keçid haqqında 20.01.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.m. olan mənzili bir pay kimi payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. -20.01.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi lahiyyəyə əsasən 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.m. olan mənzilin müqavilə dəyərini tam ödənilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2018 saylı, 03.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” MMC və X1rşı cavabdeh X3 Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında yerləşən iki bloklu, yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən bir otaqlı, 59,47 kv.m. sahəsi olan mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8292/2018 saylı, 05.09.201 8-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)489/19 saylı, 18 yanvar 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. -09.02.2008-ci il tarixli, 229 saylı müqavilədən görünür ki, “xxxx” MMC-nin Gəncə pr. 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsindən 1 otaqlı mənzil almaq üçün Cavabdeh3 ilə “xxxx- K” MMC arasında müqavilə bağlanılmışdır. -Cavabdeh1 MMC-nin BEB seriyalı, 349271 nömrəli kassa mədaxil orderi qəbzindən görünür ki, Cavabdeh3 mənzilin dəyərini tam ödəmişdir. -Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2014 saylı, 08.10.2014-cü il tarixli hökmündən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 17 8.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə; X30 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına; X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmün 14-cü vərəqinin 3cü abzasından müəyyən edilir ki, Kazım-zadə X23 prospektindəki 2935 A saylı ünvanda inşa etdirdiyi binanın 1-ci blok 11-ci mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi 57,47 kv.m. olan mənzili “xxxx” MMC-nin qeyri-rəsmi mü hasibi X12 ilə birlikdə 09.02.2008-ci il tarixli 229 nömrəli müqavilə ilə Cavabdeh3 Talib oğluna 14408,2 manata satmış, həmçinin “xxxx” MMC-nin qeyri-rəsmi mühasibi X12 ilə birlikdə həmin mənzili 18.08.2011-ci ildə 349 nömrəli müqavilə ilə Əliyeva (Fətullayeva) Ülviyyə Abdulla qızına 11.666 manata satmışdır. Hökmün 33 vərəqində əks olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh3 Talib oğlunun ifadəsindən görünür ki, həmin ifadəsində Cavabdeh3 Talib oğlu təsdiq etmişdir ki, X13 ilə ünvan ünvanda inşa olunan binanın 1-ci blok 11-ci mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi 57,47 kv.m. olan mənzillə bağlı 09.02.2008-ci il tarixli, 229 nömrəli müqavilə bağlamış, sonradan həmin mənzilin başqa şəxsə satıldığını öyrənmiş, tikintini davam etdirən Cəfərov Əkbər adında şəxslə 2012-ci ilin y ayında görüşmüş, Əkbər ondan sənədlərini qəbul edərək, mənzillə təmin edəcəyinə dair söz vermişdir. Hazırda şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Hökmün 169-cu vərəqində qeyd edilmişdir ki, cinayət işinin materiallarından görünür ki, “xxxx” MMC tərəfindən Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanda inşa edilən binanın tikintisi etibarnamə əsasında Cavabdeh1 MMC-yə həvalə edilmişdir. -22.04.2019-cu il tarixli ilkin müqavilədən görünür ki, birinci tərəf Cavabdeh3 və ikinci tərəf X15 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilinə dair gələcəkdə alqı-satqı müqaviləsi rəsmiləşdirilməsi üçün öhdəliklər götürmüşlər. -**********095 nömrəli ərizənin notarius t ərəfindən təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ilə X15 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilin alqı-satqı müqaviləsini rəsmiləşdirmək razılığına gəlmişlər. **********096 nömrəli ərizənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilinə olan pay hüququndan imtina etmişdir. -A-005/2019 saylı, 22.04.2019-cu il tarixli “xxxx” MMC-nin maliyyə arayışından görünür ki, X4 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1- ci giriş, 0,000 səviyyəsindən başlayan 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59.47 kv.m. olan, 1 otaqlı, 42 saylı mənzilinə müqavilə dəyəri tam ödənilmişdir. - A-005/2019 saylı, 22.04.2019-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MMC ilə X15 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci giriş, 0,000 səviyyəsindən başlayan 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59.47 kv.m. olan, 1 otaqlı, 42 saylı mənzili “xxxx” MMC tərəfindən X9 33999,59 manata satılması barədə razılığa gəlinmişdir. -26.05.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, bu əqdlər üzrə haqqıhesab aparmaq və sair səlahiyyətləri 1 (bir) il müddətinə X18 etibar etmişdir. İş materiallarından Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilinə verilən 088 nömrəli çıxarışın, 229 saylı 09.02.2008-ci ildə bağlanmış müqavilənin və 14 yanvar 2013cü il tarixli maliyyə arayışının 22.04.2019-cu ildə “xxxx” MMC tərəfindən ləğv olunması aydın olur. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 M MC və “xxxx” MMC-yə qarşı iddia ərizəsi, daha sonra cavabdehlər Cavabdeh1 MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, Cavabdeh3 Talib oğlu və Abdullayev İbrahim Ədil oğluna qarşı iddia ərizəsinə əlavə təqdim edərək, X. ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m. olan bir otaqlı mənzillə bağlı 09.02.2008-ci il tarixli, 229 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə olaraq Cavabdeh3 Talib oğlu ilə bağlanmış 14.01.2013-cü il tarixli müqavilənin və cavabdeh “xxxx” MMC ilə Cavabdeh 4 oğlu arasında bağlanmış 22.04.2019-cu il tarixli, A-005/2019 saylı müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2 (011)6346/2019 saylı qətnaməsi ilə (hakim İ.N.Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxx” MMMC-yə, “xxxx” MMC-yə, “xxxx” MMC-yə, Cavabdeh3 Talib oğluna və Abdullayev İbrahim Ədil oğluna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1081/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6346/2019 saylı iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tə ləbinin qismən təmin edilməsi, X. ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m. olan bir otaqlı mənzillə bağlı Cavabdeh1 MMC ilə Cavabdeh3 Talib oğlu arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilənin və “xxxx” MMC ilə Cavabdeh 4 oğlu arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və “xxxx –K” MMC və X16 arasında bağlanmış 08 iyul 2006-cı il tarixli, 117 saylı müqavilə “saxta” oldu ğu üçün, Cavabdeh1 MMC ilə 20 yanvar 2014-cü il tarixli İddiaçı arasında bağlanmış “keçid müqaviləsi”nin etibarsız hesab edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası *** saylı, 08.07.2006-cı il tarixli müqaviləni yoxlamamış, birtərəfli mövqe nümayiş etdirmiş, qeyri-obyektiv qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin aşağıdakı faktiki halını nəzərə almamışdır. İddiaçı şəxsiyyət vəsiqəsinin seriyası AZE № 07190977, verilmə tarixi 24.04.2009-cu il, amma keçid müqaviləsinin təsdiq qrafasında şəxsiyyət vəsiqəsinin seriyası AZE № 07190977, ve rilmə tarixi 21.02.2008-ci il göstərilmiş, bu isə X5 şəxsiyyət vəsiqəsinin tarixi ilə eynidir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh 4 oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə birtərəfli yanaşaraq təsdiq olunmayan sübutlara istinad etmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qan unsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (direktor) X31, Cavabdeh 4 oğlunun nümayəndəsi X10 və cavabdehlərin vəkili Abılova Radmilla Abul qızı kasasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında İddiaçı vəkili Səfərov Rübail Hətəməli oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 MMC-nin, “xxxx” MMMC-nin,“xxxx” MMC-nin nümayəndələri və Cavabdeh3 Talib oğlu hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. -337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) on un dəyərini pulla ödəməlidir. -385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını ta m verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. -152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istiədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərancam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya i nstansiyası məhkəməsi qeyd etmişdir ki, X13 26.05.2012-ci il tarixdə X18 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, (müəssisələrdən, idarələrdən təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədlə ri almağı bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiyməti və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bıı tapşırığın yerinə yeitirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etməsi haqqında etibarnamə vermişd ir. İş materiallarında olan “xxxx” MMC (MMC-nin təsisçisi X6 nümayəndəsi X22) ilə Cavabdeh1 MMC (MMC-nin təsisçisi X20) arasında 28.05.2012-ci il tarixdə bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin” surətindən görünür ki, tərəflər Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 267 saylı 12.10.2005-ci il tarixli sərəncamı ilə X. ünvanında yerləşən yaşayış binasının layihələşdirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. Həmin müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, tərəflər bu müqavilə imzalandığı andan etibarən mənzillərin satışının rəsmişləşdirilməsi (alqı-satqı, icarə, barter, əvəzləşdirmə, bağışlama, təmir-bərpa və s.) hüququnun 2-ci tərəf ad landırılan Cavabdeh1 MMC-yə həvalə olunmasına razılaşmışlar. İş materiallarından görünür ki, “xxxx” ilə X14 arasında 02.07.2006-cı ildə bağlanmış **** saylı müqavilədən İddiaçı keçid müqaviləsi 20.01.2014-cü il tarixdə sonuncu ilə hüquqi şəxs olaraq Cavabdeh1 MMC arasında bağlanmış və sonuncunun adından müqaviləni direktor X22 imzalamışdır. Əkbər Cəfərov mənzilin alqı-satqısını 26.05.2012-ci il tarixli etibarnaməyə əsasən həyata keçirməmiş, həmçinin alqı-satqı müqaviləsini həmin etibarnaməyə əsasən imzalamamışdır. Mənzilin alqı-satqısı barədə müvafiq müqavilə “Birgə təsərrüfat fəaliyyəti haqqında” 28.05.2012-ci il tarixli müqavilənin tələblərinə əsasən hüquqi şəxs olan Cavabdeh1 MMC-nin adından bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru X17 arasında 20.01.2014-cü il tarixdə mü bahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanarkən Əkbər Cəfərov müqaviləni fiziki şəxs olaraq öz adından deyil, hüquqi şəxs olan MMC-nin adından bağladığından apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, K.Kazımlı tərəfindən Ə.Cəfərova fiziki şəxs kimi səlahiyyətlər verilmiş 26.05.2012-ci il tarixli etibarnamənin müddətinin 26.05.2013-cü il tarixdə bitməsinə əsaslanaraq İddiaçı ilə mübahisəli mənzilin alqı-satqı müqaviləsinin 20.01.2014-cü il tarixdə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün, onun bağlandığı andan etibarsız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 08.07.2006-ci il tarixli müqaviləyə əsasən Hidayət Me hdiyev mübahisəli mənzili almış və 15.01.2014-cü il tarixə qədər mübahisəli mənzil ona məxsus olmuş, göstərilən tarixdə isə mənzildən imtina etmiş və mənzil üçün ödəmiş olduğu pul ona qaytarılmış, bundan sonra həmin mənzil 20.01.2014-cü il tarixdə İddiaçıya satılmışdır. Mənzilin dəyəri tam ödənilmişdir. Hər iki müqavilə bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət edilmiş, müqavilələrin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Mübahisəli mənzilə dair Hidayət Mehdiyev ilə müqavilə bağlandığı halda, həmin müqavilə ləğv edilmədən, yaxud müqavilə şərtlərinə xitam verilmədən Cavabdeh1 MMC ilə digər Cavabdeh3 Talib oğlu arasında 14.01.2013-cü il tarixdə müqavilə bağlandığından apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə digər Cavabdeh3 arasında bağlanmış qeyd edilən 14.01.2013-cü il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır və etibarsızdır. Sonradan mübahisəli mənzil Cavabdeh3 Talib oğlu tərəfindən Cavabdeh 4 oğluna satılmış, bununla bağlı onunla bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilmiş və həmin mənzillə bağlı “xxxx” MMC ilə Cavabdeh 4 oğlu arasında 22.04.2019-cu il tarixli, ***** saylı müqavilə bağlanmışdır. Cavabdeh3 mübahisəli mənzilə dair bağladığı alqı-satqı müqaviləsi özü etibarsız olduğu üçün, həmin müqaviləyə əsasən aldığını hesab etdiyi mənzili başqasına satması barədə bağlanmış müqavilə də qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığı üçün etibarsız hesab edilir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh MMC sözügedən müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyindən, iddiaçı haqlı olaraq həmin müqavilədən yaranan öhdəliyin yerinə yetirilməsini tələb etmişdir. İddiaçı bağlanmış müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyərini tam ödəmişdir, buna baxmayaraq, cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Ona görə də mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbli də əsaslı hesab edilərək, təmin edilməlidir. Məhkəmə kollegiyası müqavilədə İddiaçı şəxsiyyət vəsiqəsinin verilmə tarixinin düzgün göstərilməməs i ilə kassasiya şikayətinin dəlilini əsassız hesab edir.Belə ki, 20 yanvar 2014-cü il tarixli keçid müqaviləsində İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin seriyası düzgün olaraq “AZE № 07190977” kimi qeyd olunmuşdur. Doğrudur, həmin müqavilədə şəxsiyyət vəsiqəsinin verilmə tarixi düzgün olaraq “24.04.2009” tarixi kimi deyil, səhvən “21.02.2008” tarixi kimi göstərilməsi sadə məntiqi mühakimə baxımından müqavilənin etibarsızlığına əsas verən hal kimi qiymətləndirilə bilməz. Buna görə kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MMC və Cavabdeh 4 oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1081/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar