Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1327/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-519/2025 nömrəli mülki iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir.
2. Məhkum edilmiş X4 hazırki iş üzrə İddiaçı gəlinidir. 3. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən imzalanmışdır) Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilini 240.000 manata alıcı Cavabdeh2 satmışdır. 4. 28.10.2019-cu il tari xdə vəfat etmiş X5 9 saylı notariat ofisində açılmış vərəsəlik işinə əsasən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 - X5 qanun üzrə vərəsələridir. 5. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilini 70.000 manata alıcı Cavabdeh1 satmışdır.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Ca vabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilinə dair onunla Cavabdeh2 arasında, sonuncu ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş Çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisi olmuş, 25 ildir ki, həmin mənzildə yaşayır. Validə Bəxtiyarova onun gəlinidir və o, 07 iyun 2004-ci il tarixdən Aida Yeganovaya məxsus olan evdə xadimə olaraq işə başlamışdır. 2012-ci ildə Aida Yeganovanın tanışı olan Gülnarə adlı bir xanım bahalı zinyət əşyaları satışı ilə məşğul olub. Həmən evə tez-tez gedib gəlirmiş, X16 adlı xanımdan alış-veriş edirmiş, Aida Yeganova bir gün qərara gəlmişdir ki, istifadə etmədiyi özünə məxsus olan bahalı qızıl brilyantdan olan əşyaları Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aida Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişmişdir. Bir müddətdən sonra Aida Yeganova özünə məxsus olan istifadə etmədiyi (Kolye boyunbağı 1ədəd, 2 dəst komplekt qızıl brilyant) əşyalarını satmağa vermişdir. Aida Yeganova bir müddətdən sonra Türkiyəyə getmişdir. Bir vaxtdan sonra ona zəng vuraraq, bildirmişdir ki, “Gülnarə sənə əşyalar gətirəcək onları o, gələnə qədər saxla”. İddiaçı da həmin əşyaları Aida Yeganovanın yataq otağında saxlamışdır. X13 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil vermişdir. Bu neçə müddətdə də əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aida Yeganova özünə məxsus olan boyunbağını (kolyesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirmişdir ki, onun apardığı boyunbağının (kolyenin) daşları brilyant əvəzinə şüşə çıxıb. İddiaçı Aida Yeganovaya bildirir ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, o, ona demişdir ki, saxlasın gələndə özünə verər. 2015-ci ilin mart ayında Aida Yeganova polis orqanına gəlini Validə Bəxtiyarova və Gülnarə xanımdan şikayət etmişdir. X4 dəfələrlə Aida xanıma deyib ki, mənim bu məsələdən xəbərim yox dur. Buna baxmayaraq onu zorla Sabunçu rayon polis bölməsinə apardılar. Orada dəfələrlə ona zor tədbiq olundu və bədən xəsarətləri yetirildi. Onu məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişdir. Amma onun heç nədən xəbəri yox idi. Sonradan məlum olmuşdur ki, bunu edən, yəni brilyant daşqaşlar şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə X1 işgəncələr edib boynuna qoydular ki, güya o da əlbir olmuşdur. Sonra onu, oğlunu və nəvəsini məcbur edib, ondan zorla aldığı evi etibarnamə əsasında imza ilə müvəqqəti olaraq Bünyad Mehdiyevin adına keçiriblər. Bildirmişdir ki, qısa müddətdən sonra evi yenə onun adına keçirəcəkdir. Bu vədə inanaraq, iddiaçı 82.000 manat pulu toplayaraq Aida Yeqanovaya vermişdir. X14 ölümündən 4 il keçir və ona v erilən sözün heç birini tutmadılar. Evi saxta yollarla məcbur əlindən aldılar. İndi hal-hazırda onları evdən çıxarmaq qərarına gəliblər. X6 Əhmədova onları verilən ərizə ilə evdən çıxarmaq istəyir. Yalnız məhkəməyə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil Cavabdeh2 Cavabdeh1 adına keçmişdir. Onların heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bugünə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Əksinə bu günə qədər mənzilə dair bütün kommunal xərəclər iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə yaşamamaqları, mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməkləri, bu dövr ərzində mənzilin kommunal xərclərinin iddiaçının tərəfindən ödənilməsi aralarında bağlanmış alqı-satqı müqaviləsi nin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu sübut edir. Yuxarıda göstərilən hallarda iddianın təmin olunması üçün kifayət qədər əsaslar vardır. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzil onun daima mülkiyyətində olmuşdur. Həmin mənzillə bağlı 2 dəfə alqı-satqı barədə notariat əməliyyatı aparılmışdır. 1-ci dəfə Aida Yeqanovanın təzyiqləri və hədə-qorxuları ilə Gənclik metrosunun yanında “Karvan” restoranının yanında yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır və mənzil həmin vaxtlar Aida Yeqanovanın və qızı Cavabdeh1 ailə sürücüləri olmuş Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Sonradan Nərimanov rayonu 9 saylı notariat kontorunda alqı-satqı ilə mənzil Cavabdeh2 Cavabdeh1 adına keçirilmişdir. Cavabdeh2 bildirmişdir ki, onun heç nədən xəbəri olmamışdır. Ona demişlər ki, “gəl bura imza çək”. Sonradan bilmişdir ki, onun evini əlindən alıblar. Mənzilin alqı-satqısı zamanı o, heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Aida Yeqanova dələduzluq yolu ilə mənzili onun əlidən almışdır, indi isə qızı Cavabdeh1 onun yolunu davam etdirərək onları evindən çıxarmaq istəyir.
9. İddiaçı daha sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildən Ermənistan rayonundan qaçqın düşərək, 33 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı m ənzilində yaşayır və o, həmin mənzilin mülkiyyətçisi olmuşdur. Validə Bəxtiyarova onun gəlinidir və o, 07 iyun 2004-ci ildən Aidə Yeganovaya məxsus olan evdə xadimə olaraq işə başlamışdır. 2012-ci ildə Aida Yeganovanın tanışı olan Gülnarə adlı bir xanım bahalı zinyət əşyaları satışı ilə məşğul olub. Həmən evə teztez gedib-gəlirdi. X16 adlı xanımdan alış-veriş edirdi. Aida Yeganova bir gün qərara gəldi ki, istifadə etmədiyi özünə məxsus olan bahalı qızıl brilyantdan Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aida Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişdi. Bir müddətdən sonra Aida Yeganova özünə məxsus olan istifadə etmədiyi (kolye boyunbağı 1 ədəd, 2 dəst komplekt qızıl brilyant) əşyalarını satmağa vermişdir. Aida Yeganova bir müddətdən sonra Türkiyəyə getmişdir. Bir vaxtdan sonra ona zəng vuraraq bildirmişdir ki, “Gülnarə əşyalar gətirəcək onları o, gələnə qədər saxla”. İddiaçı da həmin əşyaları Aida Yeganovanın yataq otağında saxlamışdır. X13 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil vermişdir. Bu müddətdə əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aida Yeganova özünəməxsus olan boyunbağını (kolyesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirmişdir ki, onun apardığı boyunbağının (kolyenin) daşları brilyant əvəzinə şüşə çıxıb. İddiaçı Aida Yeganovaya bildirdi ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, ona demişdilər ki, saxla iddaçı gələndə özünə verərsən. 2015-ci ilin mart ayında Aida Yeganova polis orqanına gəlini Bəxtiyarova Validə və Gülnarə xanımdan şikayət etmişdir, X4 dəfələrlə Aida xanıma deyib ki, onun bu məsələdən xəbəri yoxdur. Buna baxmayaraq, onu zorla Sabunçu rayon polis bölməsinə aparmışdılar. Orada dəfələrlə ona zor tədbiq olunmuş və bədən xəsarətləri yetirilmişdir. Onu məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişdir. Amma onun heç nədən xəbəri yox idi, sonradan məlum olmuşdur ki, bunu edən, yəni brilyant daşqaşları şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə X1 işgəncələr edib boynuna qoydular ki, güya o da əlbir olmuşdur. Sonra onu, oğlunu və nəvəsini məcbur edib, 17 saylı notariat kontorunun notariusu axşam evə gələrək, ona al qı-satqı üçün razılıq ərizəsini imzalatmışlar. Həmçinin həmin vaxt da etibarnamə vermişdir. Notariat kontorundan əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzillə bağlı xx.xx.2015-ci il tarixdə Cavabdeh1 anası X9 onun adından etibarnamə ilə çıxış edərək, iddiaçının mülkiyyətində olan mənzili öz sürücüsü Cavabdeh2 adına 240.000 manata alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı bu faktdan notariat işini əldə etdiyi vaxt məlumatlı olmuşdur. Cavabdeh2 sonradan yenidən alqı-satqı müqaviləsi ilə mənzili Aida Yeqanovanın qızı Cavabdeh1 adına keçirmişdir. İddiaçı həmin mənzilin Cavabdeh1 adına keçməsini bilmirdi. Yalnız məhkəmə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil Cavabdeh2 Cavabdeh1 adına keçmişdir. Onların heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bu günə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Həmçinin iddiaçı bildirir ki, notariat kontorundan əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzili ilə bağlı xx.xx.2015-ci il tarixdə iddiaçı Samirənin anası X9 onun adından etibarnamə ilə çıxış edərək, mülkiyyətində olan mənzili öz sürücüsü Cavabdeh2 adına 240.000 manata alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı bu faktdan notariat işini əldə etdiyi vaxtdan məlumatlı olmuşdur. Alqı-satqı müqaviləsində 240.000 manatı Aida Yeqanova almışdır. Bu onu göstərir ki, müqavilə formal bağlanmışdır. Əks halda iddiaçı və ailə üzvləri də birlikdə evdən çıxmalı idi. 9 ildir ki, müqavilədən sonra da iddiaçı həmin mənzildə yaşayır və mənzilə dair bütün kommunal xərcləri ödəmişdir. Məhkəmə prosesində bilmişdir ki, Cavabdeh2 sonradan mənzili X6 Əhmədovanın adına keçirmişdir. 9 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində onun mənzilin satılmasına razılıq ərizəsi alınmamış, onun mənzilin satışından xəbəri olmamışdır. Noratiat işini vəkil sorğusu əsasında əldə etdiyi zaman notariat işinin daxilində xx.xx.2019-cu il tarixli aktın mövcudluğunu müəyyən etmişdir. Həmin aktda qeyd olunur ki, “Mən, Cavabdeh2 bildirirəm ki, mülkiyyətçi olduğum Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilində qeydiyyatda olan həmin kənar şəxslər onun ailə üzvləri deyillər. Gələcəkdə bununla bağlı hər hansı bir mübahisə olarsa, məsuliyyəti öz üzərimə götürürəm.” xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində 2015-ci il tarixli razılıq ərizələrinin surətləri əlavə olunub. Göründüyü kimi, o ndan alınmış etibarnamədən suiistifadə edərək X9 onun mənzilini dolayı yolla öz qızının adına keçirmişdir. Hazırda isə X2 Samirə Eldar qızı onun yolunu davam etdirərək, onları evdən çıxarmaq istəyir. Belə ki, Cavabdeh1 Sabunçu Rayon Məhkəməsində bununla bağlı iddia qaldırmış və hazırda həmin məhkəmənin icraatında 2(008)-338/2024 saylı mülki iş üzrə məhkəmə prosesi yekunlaşmışdır. İddiaçının iddiası təmin olunmuş və onun və ailə üzvlərinin mənzildən çıxarılması qət olunmuşdur. Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, onun mülkiyyətində olan mənzil Aida Yeqanova tərəfindən öz sürücüsü Cavabdeh2 satılmış və ona pul verilməmişdir.xx.xx.2019-cu ildə isə X6 Əhmədova da Cavabdeh2 alqı-satqı edərək, mənzili öz mülkiyyətinə keçirmişdir. Odur ki, ailə üzvləri ilə birlikdə mənzildən çıxarılarsa onda mənzilin satış qiyməti olan 240.000 manat ona ödənilməlidir ki, o, yenidən mənzil alıb orada yaşaya bilsin. Əks halda həm mənzildən çıxarılması, həm də pulun verilməməsi onun mülkiyyətindən qanunsuz məhrum olması deməkdir ki, bu da cinayətdir. Aida Yeqanova öldüyü üçün bu vəziyyətdə onun hüquqi vərəsəsi olan Cavabdeh1 mənzilin müqabilində mənzilin dəyəri olan 240.000 manatı ona ödəməlidir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2686/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” iddiasına və “pul tələbinə” dair mülki işlər bir icraatda birləşdirilməlidir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2(011)2686/2024 saylı qətnaməsi ilə (hakim A. Abdullayeva) hər iki idd ia tələbləri rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlandığını iddia edir. Nəzərə alınmalıdır ki, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə (iddiaçıya) aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə 354.2-cü maddə). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirir. Belə ki, həmin müddət kəsici müddət hesab edilir.
14. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, 30 saylı evin 1 saylı mənzilinin alqı-satqısına dair müb ahisələndirilən xx.xx.2015-ci il tarixli müqavilə iddiaçının səlahiyyətli nümayəndəsi X9 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanılmışdır. İddiaçı həmin müqavilənin mübahisələndirilməsinə dair iddia ərizəsini məhkəməyə xx.xx.2024-ci il tarixdə təqdim etmişdir. Əqd bağlanılarkən aldanılma nəticəsində iradənin zədələnməsi hallarında əqdin etibarsızlığının tələb edilməsi üçün 1 illik kəsici müddət tətbiq edildiyindən və iddiaçı həmin müddətdə öz hüququndan istifadə etmədiyindən - həmin hüquqa (müqavilənin etibarsızlığı barədə tələbin irəli sürülməsi barədə hüquqa) artıq xitam verilmişdir. Kəsici müddətlər iş üzrə buna dair ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir.
15. Buna görə də Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilinə dair iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əqd əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməməlidir.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı əqdin bağlanılması zamanı aldanılma nəticəsində iradəsinin zədələndiyini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə həmçinin “Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat pul vəsaitinin alınması” barədə iddia tələblərinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, göstərilən hissədə də iddia tələbləri təmin edilməməlidir.
18. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2015-ci il tarixli əqdin bağlanılmasından 8 ildən çox müddət keçmişdir və iş materialları müqavilənin bağlanılmasından sonrakı dövrdə iddiaçı ilə onun nümayəndəsi Aida Yeqanova arasındakı pul vəsaitlərinin hərəkətinə dair münasibətləri əks etdirmir. Çünki xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakın satışından əldə edilmiş pul vəsaitinin X9 tərəfindən iddiaçıya verilməməsi (saxlanılması) və daha sonra həmin pul vəsaitinin Aida Yeqanovanın vəfatından sonra miras kütləsinə daxil olub vərəsələri tərəfindən alınması mülki iş materialları ilə sübuta yetirilmir. Ona görə iddia tələbi bu hissədə də rədd edilməlidir.
19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.2, 339.3, 347.1, 35 4.2, 777.1, 782.1, 1151.1, 1243.2, 1243.3, 1306.1-ci, habelə MPMin 14.2, 77.1, 81-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaların tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona və ailəsinə qarşı mənzildən çıxarılma tələbi ilə Sabunçu Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra sözügedən alqı-satqı müqavilələrindən məlumatı olmuşdur. Bundan sonra notariat kontoruna verilmiş sorğu əsasında sözügedən alqı-satqı müqavilələrinin surətlərini əldə etmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. G öründüyü kimi, qanunla müəyyən olunmuş 1 illik müddət tərəfindən ötürülməmişdir. Yəni məhkəmənin bu əsaslandırması qanunsuz və əsassızdır. Digər tərəfdən mənzilin Cavabdeh1 adına keçməsini bilmirdi. Yalnız məhkəməyə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil X10 Əhmədovanın adına keçmişdir. Alqı-satqı müqavilələrinin heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bugünə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Əksinə bugünə qədər mənzilə dair bütün kommunal xərclər tərəfindən ödənilmişdir. Beləliklə göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə yaşamaması, mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, bu dövr ərzində mənzilin kommunal xərcələrinin tərəfindən ödənilməsi ondan gizli, iştirakı olmadan bağlanmış alqı-satqı m üqavilələrinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğunu sübut edir. Tərəfindən alqı-satqı müqaviləsinin bağlandığı bilinən 2015-ci ildən bugünədək mənzillə bağlı bütün kommunal xərclərin tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə arayışlar təqdim etmişdir. Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən Bakıxanov bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və xx.xx.2024-cü il tarixə qədər borcu yoxdur. Həmçinin 147 saylı MKİS-nin arayışıdna qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilinin məişət-kommunal ödənişləri 2015-ci ildən hazırki vaxtadək İddiaçı tərəfindən ödənilir. Bu arayışların məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə bu sənədlərə hüquqi qiymət verməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-519/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e2(011)-2686/2024 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehlərə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Çıxarışların ləğv edilməsi” barədə iddiası, habelə iddiaçının cavabdehlərə qarşı “pul tələbi”nə dair iddiası rədd edilmişdir.
23. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmay araq qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı hazırkı tələbləri mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair cavabdehlərin adlarına verilmiş Çıxarışların ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat pul vəsaitinin tutulub ona verilməsi barədədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən alqı-satqı müqavilələri aldatma təsiri altından bağlandığından etibarsız sayılmalı və mənzilin dəyəri ona ödənilmədiyi üçün, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 240.000 manat pul tutulmalıdır.
24. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin birinci tələb üzrə xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ü zrə əmlakın satışından əldə edilmiş pul vəsaitinin Aida Yeqanova tərəfindən iddiaçıya verilməməsi və daha sonra miras əmlak olaraq Aida Yeqanovanın vərəsələri tərəfindən alınması sübuta yetirilmədiyi əsası, eləcə də digər iddia tələbi üzrə əqd bağlanılarkən aldatma nəticəsində iradənin zədələnməsi hallarında əqdin etibarsızlığının tələb edilməsi üçün 1 illik kəsici müddət tətbiq edildiyindən və iddiaçının həmin müddətdə öz hüququndan istifadə etməməsi əsası ilə rədd edərkən, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünün məzmununda göstərilənlərə diqqət yetirməmiş və iddia tələblərinin təmin edilməməli olmamasına dair nəticəsini qeyd edilən hökmdə müəyyən edilmiş hallar baxımından düzgün qiymətləndirməmişdir.
25. Belə ki, qeyd edilən hökmün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir.
26. Hökmdən daha sonra görünür ki, X4 özgənin əmlakını gizli yolla talamaq məqsədi idə 2012-ci ilin oktyabr ayından 2015-ci ilin mart ayına kimi olan müddət ərzində X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup şəklində xadimə işlədiyi evin sahibəsi Aida Yeganovanın Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasından istifadə edərək, ona etibar etdiyi Bakı şəhəri, N.İsmayılov küçəsi 39 saylı mənzilin yataq otağında yerləş ən mebelin siyirməsində və saxlanc yeri olan dəmir seyfə qanunsuz olaraq 439.165 manat dəyərində qızıl əşyaların briliyant qaşlarını sökdürüb şəffaf şüşə ilə əvəz etməklə, sonuncuya külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. İş materiallarından görünür ki, X4 (iddiaçının gəlini) xx.xx.2015-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış və xx.xx.2015-ci il tarixədək həbsdə olmuşdur. 27. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən, satıcı İddiaçı (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X9 tərəfindən imzalanmışdır) Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, 30 saylı evin 1 saylı mənzilini 240.000 manata alıcı Cavabdeh2 satmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutları araşdıraraq müəyyən etm işdir ki, sözügedən cinayət işi üzrə istintaq dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzili məhz vurulmuş maddi ziyanla əvəzləşdirilmişdir. Təsadüfi deyildir ki, hökmdə məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi zərərinin tam ödənilməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmaması yüngülləşdirici hallar kimi, CMnin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Validə Bəxtiyarovanın cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır.
29. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri saymışdır ki, alqısatqı müqaviləsi bağlanmamışdan əvvəl İddiaçı tərəfindən X7 et ibarnamə verilmiş, daha sonra bu etibarnamə əsasında həmin əqd bağlanmışdır. Başqa sözlə, sözügedən etibarnamə verilərkən onun hüquqi nəticələri İddiaçı tam aydın olmuş və alqı-satqı müqaviləsi bağlananadək bu etibarnamənin hansı şəraitdə verilməsini heç bir formada mübahisələndirməmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, öhdəliklərin bu qaydada (vurulmuş ziyanın əvəzində əmlak (mənzil) verilməsi yolu ilə) icrası nəinki mülki qanunvericiliyə zidd deyil, hətta müvafiq normalarla tənzimlənir.
31. Belə ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun ra zılığı tələb edilmir (Mülki Məcəllənin 431.1-ci maddəsi, həmin dövrdə qüvvədə olan redaksiyası).
32. Beləliklə, Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bəxtiyarova Validənin əməlləri nəticəsində Aida Yeganovaya maddi zərər vurulmuş və Bəxtiyarova Validənin qayınanası, yəni iddiaçı həmin zərəri (onun bir qismini) özünə məxsus mənzillə ödəmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından və formalaşmış məhkəmə təcrübəsinə əsasən müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzus unda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə yaradır.
33. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi vəsait mənzilin alqı-satqısı zamanı verilməməsi faktı mövcud olsa da, həmin müqavilə məhz cinayət işi zamanı ziyanın əvəzinə əmlak verilməsi yolu ilə həyata keçirilməsi işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir.
34. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf olmayan iddiaçının ümumiyyətlə bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa müv afiq subyektiv hüququnun olmamasına da birinci instansiya məhkəməsi diqqət yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
35. Subyektiv mənada h üquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və olanların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. 36. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki qanunveri ciliyə əsasən, pozulması ehtimal edilən hüququn aradan qaldırılmasını tələb etmək hüququ yalnız hüququ pozulmuş şəxsə məxsusdur. Belə ki, şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarına dəyən zərərə görə istənilən şəxsin tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır. Bu baxımdan da, aidiyyəti şəxs birbaşa özünə toxunan əməllərlə bağlı iddia qaldırmadığı təqdirdə, həmin əməllərə görə başqasının tələb irəli sürməsi, başqa şəxsə məxsus qeyri-əmlak hüquqlarının üçüncü şəxs tərəfindən müdafiə edilməsi iddiaçının istinad etdiyi qanuni əsasın mahiyyətinə ziddir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun.
37. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.
38. Beləliklə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf olmayan iddiaçının bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa subyektiv hüququ olmamışdır.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin son iclasın da iddiaçı tərəf 82.000 manat pul ilə bağlı şahidlərin dindirilməsinə dair vəsatəti elektron məhkəmə sistemi vasitəsilə təqdim edərək bununla əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsinin əsası kimi şahid ifadələri ilə bağlı birinci instansiya məhkəməsində vəsatət verilməməsini, həmçinin apellyasiya instansiyası məhkəməsinin iclasında işə baxılarkən yeni sübutların təqdim edilməməsinin mümkünsüzlüyünü nəzərə almışdır.
40. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılmaları ilə razılaşmamış və qeyd etmişdir qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilməlidir. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddial arı göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
41. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339.2, 339.3, 431.1, 431.2, 435, 528, 1096.1, 1096.2, 1097.1, 1115-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.2, 217.3, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əslində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə bağlı iş materiallarını Bakı Ağır Cinayətlər Məhkəməsindən tələb edərək araşdırmamış və işin hallarına düzgün istinad etməmişdir. Belə ki, hökmün 11 səhifəsində göstərilmişdir ki, “aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınaraq, təqdim edilmiş 36 adda zərgəelik məmulatlarının 2015-ci ilin mart ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti ümumilikdə təxminən 564.112 manat, həmin məmulatların üzərindən sökülərək götürülmüş brilyant qaşların respublikadaxili orta bazar pərakəndə satış qiyməti ümumilikdə təxminən 439.165 manat müəyyən edilir”. Hökmün 14-cü səhifəsində isə zərgərlik məmulatlarının iş üzrə zərərçəkmiş Aida Yeqanovaya qaytarıldığı öz əksini tapmışdır. Hökmün 12-ci səhifəsində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslər Validə Bəxtiyarova və Gülnarə Məhərrəmovaya qarşı şikayət və tələbinin olmamasını cəzalarını yüngülləşdirən hallar kimi AR CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır.” Bakı Apellyasiya Məhkəməsinin istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı xx.xx.2016-cı il tarixli hökmünün məzmunundan belə çıxır ki, Aida Yeqanova həm zərgərlik məm ulatlarını geri almış, həm ona vurulmuş bütün maddi zərəri geri almış, həm də onun mənzilini əlindən almışdır. Bu halda Aida Yeqanova əsassız varlanmış olmuş olur. Çünki zərgərlik məmulatları ona geri verildikdən və bütün maddi zərər ödənildikdən sonra səbəbsiz yerə əlavə olaraq da onun mənzilini əlindən almasının başqa açıqlaması ola bilməz. Apellyasiya instansiyası məhkəməsi isə tamamilə əsassız olaraq maddi hüquq normalarını pozaraq qanunun normalarını səhv təfsir etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Cavabdeh1 vəkili Nümayəndə kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin rədd edilməsini və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
47. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud di gər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
48. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
49. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
50. Maddə
435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
51. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
52. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
61. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
63. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünün məzmununda göstərilənlərə diqqət yetirməmiş və iddia tələblərinin təmin edilməməli olmamasına dair nəticəsini qeyd edilən hökmdə müəyyən edilmiş hallar baxımından düzgün qiymətləndirməmişdir.
64. Belə ki, qeyd edilən hökmün surətindən görünür ki, X4 (iddiaçının gəlini) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilərək, ona 3 il sınaq müddəti təyin edilmişdir.
65. Hökmdən daha sonra görünür ki, X4 özgənin əmlakını gizli yolla talamaq məqsədi idə 2012-ci ilin oktyabr ayından 2015-ci ilin mart ayına kimi olan müddət ərzində X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup şəklində xadimə işlədiyi evin sahibəsi Aida Yeganovanın Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasından istifadə edərək, ona etibar etd iyi Bakı şəhəri, N.İsmayılov küçəsi 39 saylı mənzilin yataq otağında yerləşən mebelin siyirməsində və saxlanc yeri olan dəmir seyfə qanunsuz olaraq 439.165 manat dəyərində qızıl əşyaların briliyant qaşlarını sökdürüb şəffaf şüşə ilə əvəz etməklə, sonuncuya külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Həmçinin iş materiallarından görünür ki, X4 xx.xx.2015-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış və xx.xx.2015-ci il tarixədək həbsdə olmuşdur.
66. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada təsdiq edilməklə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlansa da, sözügedən cinayət işi üzrə istintaq dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi 30 saylı evin 1 saylı mənzili, məhz X8 Yeqanovaya vurduğu maddi ziyanla əvəzləşdirilmişdir. Təsadüfi deyildir ki, hökmlə Validə Bəxtiyarovaya cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi zərərinin tam ödənilməsi və zərərçəkmiş şəxs Aidə Yeqanovaının təqsirləndirilən şəxs Validə Bəxtiyarovaya qarşı şikayət və tələbinin olmaması CM-nin 61-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alınmışdır.
67. Apellyasiya instansiyası məhkəməsi həmçinin işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin bağlanmasından əvvəl İddiaçı tərəfindən X5 adına 11 aprel 2015-ci il tarixli etibarnamə verilmiş, sonuncu isə bu etibarnamə əsasında qeyd olunan əqdi bağlamışdır. Başqa sözlə, sözügedən etibarnamə verilərkən on un hüquqi nəticələri iddiaçıya tam aydın olmuş və alqı-satqı müqaviləsi bağlananadək bu etibarnamənin hansı şəraitdə verilməsini heç bir formada iddiaçı mübahisələndirməmişdir.
68. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, öhdəliklərin bu qaydada (vurulmuş ziyanın əvəzində əmlak (mənzil) verilməsi yolu ilə) icrası nəinki mülki qanunvericiliyə zidd deyil, hətta müvafiq normalarla tənzimlənir.
69. Belə ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir (Mülki Məcəllənin 431.1-ci maddəsi, həmin dövrdə qüvvədə olan redaksiyası).
70. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının gəlini Validə Bəxtiyarovanın cinayət əməli nəticəsində Aida Yeganovaya maddi zərər vurulmuş və Validə Bəxtiyarovanın qayınanası, yəni iddiaçı həmin zərəri (onun bir qismini) özünə məxsus mənzillə ödəmişdir.
71. Mülki qanunvericiliyin tələbləri baxımından və formalaşmış məhkəmə təcrübəsinə əsasən müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və bun a uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə yaradır.
72. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələb etdiyi vəsait mənzilin alqısatqısı zamanı verilməməsi faktı mövcud olsa da, həmin müqavilə məhz cinayət işi zamanı ziyanın əvəzinə əmlak verilməsi yolu ilə həyata keçirilməsi işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir.
73. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ümumiyyətlə iddiaçının bu müqavilən in etibarsızlığına dair iddia qaldırmağa müvafiq subyektiv hüququnun olmamasına diqqət yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
74. Subyek tiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və olanların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qa nunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
75. Beləliklə, apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tərəf olmayan iddiaçının bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa müvafiq subyektiv hüququ olmamışdır.
76. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliy in yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-519/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.