Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1328/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X2 Cavabdehlər: “xxxx” MMC, “X8” MMC, “xxxx” MMC İddia tələbi: əmək hüquqlarının bərpası Açar sözlər: əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, X1, vəkili Vəkil, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Sifarişçi «xxxx» MMC ilə podratçı «xxxx» MMC arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli podrat müqaviləsinə əsasən, tərəflər Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 104 saylı Sərəncamı üzrə ayrılmış 1,2 ha torpaq sahəsinin bir hissəsində tikintisi başa çatmamış, «A» blokunda, natamam inşa edilmiş 1 binada tam inşası inşaat-quraşdırma işlərinin aparılmasını, təhvil verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə iş həcmlərinin təmin edilməsi, öhdəliklərin yerinə yetirilməsi və tikilən mənzillərin açar altı vəziyyətdə təhvil verilməsi barədə razılığa gəlmişlər. Tərəflər arasın da xx xxxxxxxx 2016-cı il tarixdə oxşar məzmunda digər podrat müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı «xxxx» MMC, «X8» MMC və «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pozulmuş əmək hüquqlarının bərpa olunması və 16 ay müddətində (2016-cı ilin yanvar ayından iyun ayına kimi əmək haqqı 400 manat, 2016- cı ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi əmək haqqı 600 manat məbləğində razılaşdırılmışdır) ödənilməmiş 8400 manat məbləğində əmək haqqının və vurulmuş mənəvi ziyana görə 5000 manat pulun, ümumilikdə 13400 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi əmək müqaviləsi bağlanmadan faktiki işlərə cəlb olunmasını, 16 ay müddətində işləməsi, 2016-cı ilin yanvar ayından iyun ayına kimi əmək haqqının 400 manat, 2016-cı ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi isə əmək haqqının 600 manat məbləğində razılaşdırılmasını, lakin həmin pul vəsaitinin ona ödənilməməsini və s. göstərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-846/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia qismən təmin edilmiş, 8400 manat məbləğində ödənilməmiş əmək haqqı, 500 manat məbləğində mənəvi zərərin əvəzi, cəmi 8920 (səkkiz min doqquz yüz iyirmi) manat məbləğində pul vəsaitinin «xxxx» MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” MMC arasın da bağlanmış podrat müqavilələrindən göründüyü kimi, podratçı təşkilat, yəni “xxxx” MMC subpodrat təşkilatları, üçüncü şəxslər ilə, təchizat müəssisələri ilə bağladığı müqavilələrə görə özü məsuliyyət daşıyır. Qeyd edilən podrat müqaviləsindən və şahidlərin ifadəsindən aydın olur ki, İddiaçı müvafiq işlərə podratçı “xxxx” MMC tərəfindən cəlb edilirək əmək münasibətlərinə daxil olmuşdur. “xxxx” MMC-nin İddiaçı tikinti obyektində elektrik işlərinə cəlb etməklə faktiki əmək münasibətlərinə daxil olması iddiaçının izahatı ilə yanaşı şahid ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, iş üzrə dindirilmiş şahidlər ifadələrində işçilərin tikinti obyektində işlərə cavabdeh “xxxx” MMC tərəfindən cəlb edildiyi, əmək müqaviləsinin bağlanacağına dair danışıqlar aparılaraq sənədlərin toplanmasına baxma yaraq əmək müqaviləsi bağlanmaması və hazıradək ödənilməli olan əmək haqqlarının tam olaraq ödənilməməsinə dair xüsusatları qeyd etmişlər. Beləliklə, İddiaçı cavabdeh “xxxx” MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı əvvəlcədən işəgötürənin razılığı ilə faktiki olaraq 2016-cı ilin yanvar ayından işə başladığından, onunla cavabdeh arasında yazılı əmək müqaviləsi tərtib edilməli idi. Lakin, iddiaçı 2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayınadək “xxxx” MMC tərəfindən işə cəlb edilsə də, onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamışdır. İddiaçı faktiki işlədiyi 16 ay müddətində ödənilməli olan, lakin ödənilməmiş 8400 manat məbləğində əmək haqqının ona ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3843/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə qis mən, iddianın «xxxx» MMC-yə aid təmin olunan hissələrində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı «xxxx» MMC-yə münasibətdə təmin edərkən yalnız iddiaçının izahatına və iki şahid ifadəsinə əsaslanmışdır. İşdə olan sənədlərdən (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar, X6 Xidmətinin məktubları və s.) görünür ki, iddiaçının analoji şikayətləri üzrə aparılmış araşdırma nəticəsində onun «xxxx» MMC-də rəsmi və ya əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi, əmək haqqının ödənilməməsi və s. bu kimi zəruri halların mövcudluğu müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçı cavabdeh «xxxx» MMC-də əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilməsini (yəni, 2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayınadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Ə.Əhmədov (Talıblı) küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının inşasında elektrik vəzifəsini icra etmək üçün işçi qismində işə cəlb olunması), işlədiyi müddətdə ona əmək haqqı ödənilməməsini, əmək haqqının 2016-cı ilin yanvar ayından iyun ayına qədər hər ay üçün 400 manat, daha sonra isə hər ay üçün 600 manat razılaşdırılması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Yalnız şahid ifadəsinə əsaslanaraq qeyd edilən halların mövcudluğunun müəyyən edilməsi isə maddi və prosessual hüquq normalarının tələbləri ilə uzlaşmır (eyni zamanda şahidlər ifadələri ümumi formada vermiş, konkret hallara istinad etməmişlər). Eyni zamanda, iddiaçı nəy ə görə ona əmək haqqı ödənilmədən və əmək müqaviləsi bağlanmadan 2016-cı ilin yanvar ayından 2017-ci ilin aprel ayınadək, yəni 01 il 04 ay ərzində yaşayış binasının inşasında elektrik vəzifəsini icra etməsini, bu müddət ərzində hər hansı tələblər irəli sürməməsini (əmək müqaviləsinin bağlanmasını tələb etməməsi, səlahiyyətli orqanlara müraciət etməməsi və s.) də izah edə bilməmişdir. İddiaçı izahatında gördüyü işlərə görə əmək haqqı almamasının səbəbini sonda ona həmin yaşayış binasından ev verilməsi barədə razılıqlarının olması ilə əlaqələndirmiş, lakin bu istiqamətdə də məhkəməyə hər hansı sübut (razılaşma barədə yazılı sənəd və s.) təqdim edə bilməmişdir. Eyni zamanda, yeni inşa olunan yaşayış binalarında mənzillərin qiymətinin iddiaçının tələb həddindən dəfələrlə qiymətli olması nəzərə alınmaqla, iddiaçının bildirdikləri ağlabatan və məntiqli görünmür. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kasasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağla nır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1328/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1328/2021
03.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver