Məhkəmə qərarları › İş №2(102)-1329/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1329/2022

14.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1329/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri NurMuxtarzadə Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2846/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 23 dekabr 2009-cu il tarixli, 10984 saylı mənzilin alğı-satqısı müqaviləsinə əsasən satıcı "xxxx" ASC Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kvadrat metr olan mənzili alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə mənzilin dəyərini satıcı "xxxx" ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sözügedən mənzilin dəyəri 226600 manat müəyyən edilmişdir. 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqısı müqaviləsinə əsasən satıcı "xxxx" ASC Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kvadrat metr olan mənzili alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə mənzilin dəyərini satıcı "x xxx" ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sözügedən mənzilin dəyəri 191300 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 23.12.2009-cu il tarixli maliyyə arayışlarına əsasən hər iki mənzilin dəyəri tam ödənilmişdir və heç bir borc yoxdur. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-dən 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinə əsasən ödənilmiş 417900 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8905/2019 saylı, 01.08.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şə hər Xətai Rayon Məhkəməsinin 2(011)-991/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh1 "xxxx" ASC-yə qarşı “mənzillərin alğı-satqı müqavilələrinə əsasən ödənilmiş pul vəsaitinin tutulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin Alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan müqavilələrlə bağlı araşdırma apararkən məlum olmuşdur ki, tərəflər arasında imzalanmış müqavilələrə görə Cavabdeh1 ASC-yə hər hansı ödəniş etməmiş, xidmət göstərməmiş və ya mal-material verməmişdir. Halbuki, Cavabdeh1 ilk zamanlar iddiasında bildirmişdir ki, qeyd olunan müqavilələrə görə ASC-yə ödəniş etmişdir. ASC həmin ödənişlərin təsdiq edən sənədləri (qəbz, çeki və s.) istədikdə isə hər hansı sənəd təqdim edə bilməmişdir. Nəzərə alsaq ki, cavabdehin iddia etdiyi məbləğ kifayət qədər yüksəkdir, bu zaman həqiqətən ödəniş edilmiş olsaydı onu təsdiq edən sənədlər cavabdehə və ya “Akkord"da olmalı idi. Sonradan isə cavabdeh, “Akkord-a xidmət göstərdiyini iddia etmiş, lakin bununla bağlı da hər hansı rəsmi sənəd təqdim edə bilməmiş, habelə həmin sənədlər “Akkord”-da da aşkar olunmamışdır. Araşdırma zamanı həmçinin məlum olmuşdur ki, “STS” şirk ətinin (əldə olunan məlumata əsasən STS şirkətinin adı sonradan dəyişdirilərək “Sahil-D Kompani" MMC adlandırılmışdır) “Akkord”-a borcu olmuş və həmin borcun əvəzində “STS” şirkəti "Akkord”a bir neçə mənzil vermişdir. Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 5 otaqdan ibarət, ümumi yaşayış sahəsi 226,6 kvadrat metr olan mənzil və Bakı şəhəri, F.Bayramov küçəsi 1156, 1-2 saylı bina, 4 otaqdan ibarət, ümumi yaşayış sahəsi 191,3 kvadrat metr olan mənzillər də daxil olmaqla “Akkord”un STS şirkətindən aldığı mənzillər X1 adına rəsmiləşdilmişdir. Cavabdeh1 "xxxx" MMC-nin direktorudur. “Akkord”un “STS” şirkətindən aldığı mənzillərin adına rəsmiləşdirildiyi X2 ilə "xxxx" MMC ilə arasında 505032 manat məbləğində borc münasibətləri mövcud olmuşdur. Qeyd edilən borc barter təsdiq formas ında öz əksini tapmışdır. T.Muxtarzadəun "xxxx" MMC-yə olan 505032 manat borcu adıçəkilən mənzillərin hər ikisinin ümumi dəyəri 417900 manat müəyyən edilməklə həmin mənzillərlə əvəzləşdirilmişdir. Lakin mənzillər "xxxx" MMC-nin adına yox, onun direktoru olan Cavabdeh1 adına sənədləşdirilmişdir. Ən maraqlısı ondan ibarətdir ki, Cavabdeh1 "xxxx" MMC-yə qarşı Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “09.01.2010-cu il tarixdə Sahil-D Kompani MMC ilə arasında (Cavabdeh1 ilə) bağlanmış müqavilə əsasında MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binasının 16-cı mərtəbəsindəki 226,6 kvadrat metr ölçülü, 5 otaqlı 70 nömrəli mənzil əldə etmişdir. Mənzilin həmin müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulmuş 135960 manat məbləğində qiyməti ödənilmiş və iddiaçıya (Cavabdeh1) pulun ödənilməsini təsdiq edən qəbz cavabdeh MMC-nin möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından bir neçə il sonra mənzil iddiaçıya təhvil verilmişdir. “09.01.2010-cu il tarixdə "xxxx" Kompani MMC ilə arasında (Muxtarzadə Zülfüqa ilə) bağlanmış müqavilə əsasında MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsindəki 191.4 kvadrat metr ölçülü, 4 otaqlı 54 nömrəli mənzil əldə etmişdir. Mənzilin 114800 manat məbləğində qiyməti iddiaçı (Cavabdeh1) tərəfindən ödənilmiş və ona (Cavabdeh1) həmin gün pulun ödənilməsini təsdiq edən qəbz maliyyə arayışı verilmişdir. Həm müqavilə, həm də pulun ödənilməsini təsdiq edən qəbz cavabdeh MMC-nin ("xxxx") möhürü və direktorunun im zası ilə təsdiq edilmişdir. Alğı-satqı müqaviləsinin bağlanmasından bir müddət sonra mənzil iddiaçıya təhvil verilmişdir (Xətai Rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli 2(01 D1586/2018 saylı qətnaməsi 1 ci səhifə)”. Göründüyü kimi, Cavabdeh1 eyni mənzillərə görə həm də "xxxx" MMC ilə müqavilə bağladığını, ödəniş etdiyini və maliyyə arayışını aldığını iddia etmişdir. Onu da bildirir ki, Akkord ilə Cavabdeh1 arasında bağlanmış müqavilələri Akkord adından departament direktoru imzalamış və müqavilədə olan möhür Akkordun əsas möhürü olmamış, departamentin möhürü olmuşdur. Departament direktorunun bu müqaviləni imzalamaq üçün səlahiyyətinin olub-olmamasını təsdiq edən hər hansı sənəd (etibarnamə, və s.) aşkar olunmamışdır. Qeyd olunanlardan aydın olur ki, “Akkord”la cavabdeh arasında bağlanm ış müqavilələr uydurma əqdlərdir, çünki bu müqavilələri bağlamaq üçün heç bir əsası olmamış və qarşı tərəf “Akkord”a hər hansı ödəniş etməmiş və ya xidmət göstərməmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Muxtarzadə) 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi V.Süleymanov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məh kəmə iddianı iddia müddəti keçdiyinə görə təmin etməmişdir. Bununla razılaşmaq olmaz. Belə ki, cavabdeh iddiaçıya qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia qaldırmışdır. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək mülki işin icraatını dayandırmışlar. Beləliklə də, iddia müddətini buraxmamışlar. İddia müddətinin axımı iddiaçıya qarşı pul tələbinin tutulması anından başlayır. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Muxtarzadəa və Telman Quliyev) 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş üzrə məhkəmə tərəfindən iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili əsassızdır. Belə ki, əqdin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən müddətlər müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı "xxxx" ASC mübahisə predmeti olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 23 dekabr 2009-cu il tarixli, 10985 saylı mənzilin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdeh iddiaçıya qarşı pul tələbi barədə iddia qaldırarkən tərəflərindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Lakin məhkəmə iddia müddətini tətbiq etməyərək qeyd etmişdir ki, Cavabdeh1 "xxxx" MMC ilə olan müqaviləsi məhkəmə qətnaməsi ilə etibarsız hesab etmişdir. Buna görə də, iddia müddəti müqavilənin etibarsız hesab edilməsi anından başlayır. Lakin, apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməmişdir. Cavabdeh iddiaçıya qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək mülki işin icraatı dayandırılmışdır. Beləliklə də, iddia müddəti buraxmamışdır. İddia müddətinin axımı iddiaçıya qarşı pul tələbinin tutulması anından başlayır. Apellyasiya məhkəməsi bu normaya düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəl ləsi: Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanı n təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı öz ünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir. Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı ASC ilə Cavabdeh1 arasında 23 dekabr 2009-cu il tarixdə 10984 və 10985 nömrəli iki müqavilələr bağlanmışdır. Hazırki tələbində iddiaçı həmin müqavilələrin heç bir əsas olmadan görünüş üçün bağlanması, cavabdehin müqavilələr üzrə heç bir ödəniş etməməsi, müqavilələrin səlahiyyəti olmayan şəxs tərəfindən (Departament direktoru) imzalanması və müqavilələrdə olan möhürlərin ASC-yə aid olmadığını göstərərək müqavilələlərin uydurma əqd olması ilə əsaslandırmış və Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etmişdir. İş məhkəmədə baxılıb yekunlaşana qədər iddianın əsası və ya predmeti dəyişdirilməmiş, iddia tələbinin həcmini artırmamış və ya azaltmamış, bu barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. İşə baxan məhkəmələr iddianı iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü əsasla deyil, iddia ərizəsində və birinci instansiya məhkəməsində iddiaçının istinad etmədiyi tamamilə başqa əsasla rədd etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla da prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiq edərək əqdin e tibarsızlığı üçün müəyyən edilmiş müddətin iddiaçı tərəfindən buraxıldığını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi bu qənaəti əsaslı hesab etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Yəni göstərilən müddət məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlər sayılan əhəmiy yətsiz əqdlərin (həmçinin Mülki Məcəllənin 340.1-ci maddəsi) etibarsızlığının nəticələrinə dair Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən iddia müddəti deyildir. Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 35 4.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Göründüyü kimi işə baxan məhkəmələrin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarına və MPM-nin 53-cü maddəsi ilə yanaşı, 9.1-9.3, 14.1 və 14.2-ci maddələrinin də tələblərinə zidd olmuş, kəsici müddətin ötürülmüsi əsası ilə iddia tələbini rədd edərkən Mülki Məcəllənin 354.1-ci deyil, 354.2-ci maddəsini tətbiq etmişdir. İşdən daha sonra görünür ki, Cavabdeh1 “X3 Korpor asiyası” ASC-yə qarşı hazırkı iş üzrə iddianın predmeti olan 23 dekabr 2009-cu il tarixli, 10984 saylı və 10985 saylı mənzilin alğı-satqısı müqavilələrinə əsasən ödənilmiş 417900 manat pulun ASC-dən alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmış, Xətai Rayon Məhkəməsinin 2(011)991/2019 saylı iş üzrə 07 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh ASC-nin apellyasiya şikayətin əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-89051/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən verilən kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki Kolleg iyasının 2(102)-411/2020 saylı iş üzrə 18 mart 2020-ci il tariixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5694/2020 saylı iş üzrə 14 sentyabr mart 2020-ci il tariixli qərardadı ilə həmin işə baxılması hazırkı iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsində icraatı dayandırılmış iş üzrə iddia tələbinin əsasını hazırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələri təşkil edir, tərəflər eynidir, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni alqı-satqı müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıbbağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bir iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürməsi prosessual hüquqlardan prosessual qənaət prinsipinə zidd sui-istifadə olmaqla, MPM-nin 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri ilə bir araya sığmayan hal hesab olunmalıdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, MPM-nin prosessual qənaət prinsipinin təmin olun masına xidmət edən mühüm institutlarından biri də əlaqəli işlərin bir icraatda birləşdirilməsidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq iddiaçının tələbinə Konstitusiya Məhkəməsi Plenumun istinad edilən qərarında ifadə edilmiş hüquqi mövqeni əsas götürərək qiymət verməli, hazırki tələbin əsasını əhəmiyyətsiz əqd olmasını nəzərə almalı, həmçinin hazırkı işin Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraatı dayandırılmış Cavabdeh1 oğlunun “ X3 Korporasiyası” ASC-yə qarşı pul tələbinə dair iddiası ilə əlaqədar mülki iş ilə bir icraatda birləşdirilib baxılması məsələsini müzakirə etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyas iya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2846/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar