Məhkəmə qərarları › İş №2(102)-1330/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1330/2024

09.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1330/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməyən və prosessual müddəti ötürməklə verilən kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-72/2023 nömrəli, 9 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Şirkəti (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra- cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Binəqə di Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-6864/2018 nömrəli 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Abbas Rzayev).

3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Cəmilova (sədrlik edən və məruzəçi), V.M.Məmmədov və N.Ş.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh şirkətin Saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin 992 kv.metr hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 413 kv.metr torpaq sahəsinin boşaldılaraq İddiaçı şirkətinin qanuni istifadəsinə verilməsi hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsi, Cavabdeh inşa etdiyi özbaşına tikilinin 43 kv.metr hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.metr torpaq sahəsinin İddiaçı şirkətinin qanuni istifadəsinə verilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3994/2021 nöm rəli qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), G.A.Quliyev və Z.Ə.Əliyevdən ibarət tərkibdə) İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-50/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – məhkəmə kollegiyası) 2(103)-72/2023 nömrəli, 1 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmlinin sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov və Vahid Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxar ılaraq, iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı kassasiya şikayəti verib apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

9. Məhkəmə kollegiyasının mövqeyinə görə, şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Belə ki, elektron qaydada tərtib edilərək elektron imza ilə təsdiq edilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) 3 saylı Əlavədə nəzərdə tutulan formada tərtib edilməmiş, formanın “digər məsələlər” bəndinə şikayət bütövlükdə təkrarən yüklənmiş, şikayətin sonunda şikayəti imzalayan şəxs kimi nümayəndə olaraq X1 göstərilmiş, lakin şikayəti elektron imza ilə iddiaçının qanuni nümayəndəsi imzalamışdır.

10. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

11. Məhkəmə kollegiyası mövqeyini MPM-in 407, 408-ci maddələrinə və 3 saylı Əlavədə kassasiya şikayətinin məzmunu üçün nəzərdə tutulmuş tələblərə istinad edərək əsaslandırmışdır. 12. xx.xx.2023-cü il tarixdə həmin qərardaddan iddiaçı tərəfindən poçt vasitəsilə kağız daşıyıcıda göndərilmiş kassasiya şikayəti məhkəməyə daxi l olmuşdur.

13. Ərizə belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixli kassasiya şikayəti tərtib edilmiş və həmin şikayət xx.xx.2023-cü il tarixdə iddiaçının şəxsi kabineti vasitəsilə “AZEMİS” elektron məhkəmə informasiya sisteminə yerləşdirilməklə şirkətə məxsus olan “Asan imza” ilə imzalanmışdır. Vəkil2 şəxsi kabinetində kassasiya şikayətini imzalayarkən “AZEMİS” elektron məhkəmə informasiya sistemində problem yaranmış və vəkil tərəfindən şikayət imzalansa da, sistemdə “natamam imzalanmış” kimi qeyd olunmuşdur. Bu barədə dərhal 880 qaynar xəttinin əməkdaşı ilə əlaqə saxlanılmış və o, kassasiya şikayətinin məhkəmənin şəxsi kabinetinə yerləşdirildiyini və vəkil tərəfindən imzalandığını, bu səbəbdə n də kassasiya şikayətinin məhkəməyə təqdim edilməsi ilə bağlı heç bir problem olmadığını bildirmişdir.

14. Məhkəmə kollegiyasının 9 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, kasassiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, elektron imza ilə təsdiq edilməmişdir. Həmçinin iş materiallarından məlum olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilməklə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüş, ka ssasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilməmişdir.

16. Məhkəmə kollegiyası mövqeyini MPM-in 10-1.3, 10-1.7, 130.1, 130.2, 130.3, 135.5, 135.6, 405, 408.1.4, 408.1.7, 408.3, 408.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinin icraata qəbul edilərək Ali Məhkəmədə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Şikayətin məzmunu əvvəlki kassasiya şikayətinin məzmunu ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmi ş, buna görə də müddətin bərpasına dair ərizənin təqdim edilməsinə zərurət yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndir ilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.

24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzr ə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

27. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:... 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. 28. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıq larının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

33. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu c ür məhdudiyyətlərdən biri MPM-nin 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilməsi müəyyən olunur.

34. Qərardadın rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

35. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, həmin ərardaddan şikayət isə xx.xx.2023-cü il tarixdə verilməklə iddiaçı tərəfin dən qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.

36. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.

37. Bundan başqa, MPM-nin 408.1.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələbləri nə uyğun verilmədikdə kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

38. Bu tələb MPM-nin 10-1.3-cü maddəsindən irəli gəlir. Çünki həmin normada müəyyən edilmiş qaydaya görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

39. Baxılan iş üzrə kassasiya şikayətinin mümkünlüyünü araşdırarkən apelyasiya instansiyası məhkəməsi bu normanı tətbiq etmiş və apelyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə ə saslanaraq apelyasiya şikayətini qeyri-mümkün hesab etmişdir.

40. Kassasiya şikayətinin dəlilləri, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin dəyişməsinə əsas vermir.

41. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-72/2023 nömrəli, 9 fevral 2024- cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar