Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1331/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1331/21 (Açar sözlər: miras payının müəyyən edilməsi, ölmüş vərəsənin məcburi payı hüququ ilə bağlı məsələlər) Bakı şəhəri, 12 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X16 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 vəkili Əskərova Venera Məmməd qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh 1 və Bakı şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı “vərəsəlik paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4492/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mərhum qayınatası X2 və mərhum qayınanası X4 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzilin 2/3 hissəsi üz ərində və «xxxx» MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 98 saylı mənzilin 2/3 hissəsi üzərində övladları Bəxtiyar və Sevincin vərəsəlik paylarının müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. “xxxx” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi üçüncü şəxslər kimi göstərilmişlər.
3. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı xxx 24.06.2005-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 05.02.2008-ci il təvəllüdlü X12 və 11.12.2010-cu il təvəllüdlü X11 adlı iki uşağı var.
4. İddiaçının əri xxx 18.06.2017-ci il tarixdə, qayınanası X9 10.11.2018-ci il tarixdə, qayınatası X6 isə 22.02.2019-cu il tarixdə vəfat etmişlər.
5. İddiaçının qayınanası xxx birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, mənzil 12-ni almışlar. Həmin əmlak qayınana ilə qaynatanın birgə nikahları dövründə əldə edildiyi üçün Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32ci maddələrinə əsasən onların birgə mülkiyyəti hesab edilir. Qeyd edilən mənzildə bütün ailələri birgə yaşamış, təsərrüfat aparmışlar. Həmçinin iddiaçının övladları xxx qeyd edilən ünvanına qeydiyyata alınmışlar.
6. İddiaçının əri xxx vəfat etdiyi üçün iddiaçının mərhum qayınatası Bəxtiyar Hüseynovdan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, mənzil 12 və mərhum qayınanası Zərifə Hüseynovadan miras qalmış «xxxx» MMC tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən 98 saylı mənzil üzrə övladları xxx və xxx mülkiyyət hüquqları tanınmalıdır.
7. Qanunvericiliyin tələbinə görə mira s qoyanın ölümü ilə iddiaçının övladlarının həmin mənzilin bir hissəsi üzərində vərəsəlik hüquqları yaranmışdır.
8. İddiaçının bildirir ki, həmişə xxx yaşamamış, qayınanası ilə bərabər qayınatası ilə də münasibəti çox yaxşı olmuş, xəstəliyi və ahıllığı ilə əlaqədar qayınatanın bütün qayğılarını iddiaçı çəkmişdir.
9. Buna baxmayaraq, qayınananın vəfatından sonra qayınatanın ölümündən bir neçə ay əvvəl baldızı Arzu qayınatasını iddiaçıya qarşı öyrətmiş, evi satıb, pulunu ona verməsinə təkid etmişdir, bundan sonra qayınatasının iddiaçıya qarşı münasibəti dəyişmişdir.
10. İddiaçı əlavə olaraq bildirir ki, ünvan 3-ə gəlin gəlmiş və həmin mənzildə yaşamışdır. Daha sonra ailələri böyüdüyü üçün yeni tikilidən mənzil almaq qərarına gəlmişlər. 2013-cü ildə mənzili əşyalarla satıb, üzərinə pul əlavə edib, “xxxx” MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 98 saylı mənzili almışlar. Ərinin məsləhətinə uyğun olaraq mənzil iddiaçının qayınanasının adına rəsmiləşdirilmişdir. Həmin mənzil təmirsiz idi və onlar ünvan 3 ünvanında qaynanasıyla yaşamışlar.
11. Cavabdeh xxx evlərə dair sənədləri iddiaçıdan gizlətdiyi üçün iddiaçı bu hüquqları həyata keçirə bilmir. Bakı şəhəri 3 saylı «ASAN xidmət» Mərkəzinin notariat ofisinə ayrıca etdiyi müraciətlərə 03.07.2019-cu il tarixli (notarius xxx) və 03.10.2019-cu il tarixli (notarius xxx) cavablarda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
12. Notariusların Cavabdeh1 şəhadətnamə verməyə razı olmadığı və «xxxx» MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların qeydiyyatdan k eçmədiyini əsas gətirilməklə imtinaları əsassızdır.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 1159.13, Ailə Məcəlləsinin 32-cü maddələrinə istinad etmişdir.
14. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, iddiaçının qayınatası mərhum X6 11.01.2019-cu il tarixdə ölən günədək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızı, iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir.
15. Yasamal rayon Məhkəməsinin 2(004)-6678/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim Ayaz Məmmədov)
16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı mərhum qayınanası X5 10.11.2018-ci il tarixdə vəfat etməsi ilə sonuncudan qalan ünvan 4 ünvanda yerləşən 98 saylı mənzilə, iddiaçının mə rhum qayınatası X3 22.02.2019-cu il tarixdə vəfat etməsi ilə onun adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzilə miras açılmışdır. X6 11 yanvar 2019-cu il tarixli Vəsiyyətnamə ilə ölən günədək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh1 vəsiyyət etmiş, habelə, qanun üzrə digər vərəsələri vərəsəlik hüququndan və məcburi paydan məhrum etmişdir.
17. Birinci instansiya məhkəməsi belə hesab edib ki, bütün miras əmlak X6 tərəfindən qızı, iş üzrə cavabdeh X7 vəsiyyət edildiyindən, habelə miras qoyanın oğlu X10 valideynlərindən əvvəl (18.06.2017-ci il tarixdə) vəfat etdiyindən məcburi pay üzrə tələb hüququ sonucunun övladlarına keçməmişdir.
18. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1145, 1159.1.1, 1166, 1194-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılıb, şikayətdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna istinda edilib.
22. Həmçinin şikayətdə göstərilib ki, cavabdehə verilmiş vəsiyyətinamə şübhəlidir. Belə bir vəsiyyətnamənin dəfələrlə əməliyyat olunduqdan sonra, yüzlərlə dav a-dərman qəbul etdiyi, iynələrin vurulduğu vaxtda qayınatasının verməsi inandırıcı deyildir.
23. Digər tərəfdən məhkəmə mirasda məcburi pay ifadəsini işlətməklə, Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2014-cü il tarixli qərarına istinad etməklə qarışıqlıq yaratmağa çalışmışdır. İddiaçının övladlarının birinci növbəli vərəsə olması hüququ Mülki Məcəllənin 159.1.3-cü maddəsində təsbit edilmişdir. Məcburi pay hüquqi isə tamamilə başqa bir anlayış, başqa bir hüquqdur.
24. İddiaçının qayınanasına məxsus mənzilə dair vəsiyyətnamə olmamış, qayınatanın adına olan mənzilin yarısı isə qayınanasına məxsus olmuşdur.
25. Cavabdeh1 vəkili apelyasiya şikayətinə etiraz edib göstərib ki, cavabdehin anası X5 adına xxx ünvanında yerləşən yaşayış evində 1 otaqlı mənzilə dair "xxxx" MMC ilə müqavilə bağ lansa da, dəyərini ödəyə bilmədikləri üçün hələ Zərifə Hüseynovanın sağlığında həmin müqavilə ləğv edilmiş və sonradan «xxxx» MMC tərəfindən başqa vətəndaşa satılmışdır. Ona görə də həmin mənzil, ümumiyyətlə, vərəsəliyin predmeti ola bilməz.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4492/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(004)-6678/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev)
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız sayıb qeyd etmişdir ki, mübahisə predmeti olan xxx nömrəli mənzil 19.04.2011-ci il tarixdə X3 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X6 11 yanvar 2019-cu il tarixli vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını qızı, iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. Miras qoyanın oğlu və iddiaçının əri olan xxx valideynlərindən əvvəl (18.06.2017-ci il tarixdə) vəfat etdiyindən və məcburi pay üzrə tələb hüququ xxx övladlarına keçmədiyindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzilə vərəsəlik payının müəyyən edilməsi barədə iddianın təmin edilməsi üçün qanuni əsas müəyyən edilməmişdir.
28. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, mənzil 12-yə dair mirasla bağlı apellyasiya məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 1194-cü maddəsinə görə məcbur i payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22.04.2014-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1194-cü maddəsinin bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.
29. İddiaçının qayınanası xxx məxsus, «xxxx» MMC tərəfindən xxx mənzilə dair mirasla bağlı apellyaisya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC ilə X9 arasında bağlanmış 06.11.2013-cü il tarixli yaşayış evinin tikintisinin sə rmayələşdirilməsi barədə müqaviləyə əsasən sərmayəçi Zərifə Hüseynova «xxxx» MMC tərəfindən xxx ünvanında yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak etməyi, "xxxx" MMC isə yaşayış evi istifadəyə verildikdən sonra ümumi sahəsi 47,9 kv.m olan 1 otaqlı, 98 saylı mənzili sərmayəçiyə verməyi öhdəsinə götürmüşdür. Lakin mənzilin dəyəri ödənilmədiyindən, 18.06.2019-cu il tarixli yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilə əsasında mənzil X1 və 31.01.2020-ci il tarixli maliyyə arayışına əsasən sonuncu mənzilin dəyərini tam olaraq "xxxx" MMC-yə ödəmişdir.
30. Bununla da apellyasiya məhkəməsi hesab edib ki, iddiaçı həmin mənzilin miras əmlaka daxil olmasını sübut edə bilməmişdir.
31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin tətbiq etdiyi norm alardan əlavə, Mülki Məcəllənin 1133.1, 1151.1 və 1151.2-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş edib.
33. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə işin faktiki hallarına, maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
34. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili Vəkil kassasiya şikayə tini müdafiə edib, onun təmin edilməsini xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Əskərova Venera Məmməd qızı kassasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini xahiş etdi.
37. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh Bakı şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisinin, üçüncü şəxslər “xxxx” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyi üçün məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülk Məcəlləsi 1133.1 Maddə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıq da isə bu əmlakın dəyəri daxildir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
42. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. 43.xxx dair mirasla bağlı müəyyən edilib ki, həmin mənzili miras qoyan Bəxtiyar Hüseynov hələ sağikən 11 yanvar 2019-cu il tarixli vəsiyyətnamə ilə qızı, hazırki iş üzrə cavabdehə vəsiyyət etmiş, xxx 22 fevral 2019-cu il tarxidə ölməsi həmin mənzilə miras ilə açılmışdır. İddiaçının övladlarının atası xxx isə 18 iyun 2016-cı ildə ölmüş, başqa sözlə mənzilə miras açılarkən sağ olmamışdır. Belə olan halda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarına uyğun olaraq işin müəyyən edilmiş hallarına əsasən iddiaçının övladlarının qeyd edilən mənzillə bağlı vərəsəlik hüquqları istisna edilmişdir.
44. İddiaçının qayınanası xxx məxsus, «xxxx» MMC tərəfindən inşa edilən xxx yerləşən mənzilə dair isə müəyyən edilib ki, həmin mənzil xxx mülkiyyətinə keçməmiş, hətta sonradan həmin mənzillə bağlı başqa bir şəxslə müqavilə bağlanmışdır. Bununla da müəyyən edilib ki, qeyd edilə n mənzil iddiaçının qayınanasının öldüyü məqamda sonuncunun miras aktivinə daxil olmamışdır.
45. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.
46. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
47. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
48. Məhkəmə kollegiyası xxx iddiaçının qayınanası ilə qayınatasının birgə nikah dövründə əldə etdikləri mənzil olması, vəsiyyətnamənin də mənzilin yalnız qayınataya məxsus hissəsinə aid olması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki məhkəmələr tərəfindən işin mübahisəsiz halı kimi müəyyən edilən hallarından görünür ki, iddiaçının qayınanası 12 noyabr 2018-ci ildə vəfat etmiş, həmin mənzil qayınananın ölümündən sonra qayınata tərəfindən qızına vəsiyyət edilmişdir.
49. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)4492/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.