Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1335/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARI Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi, mirasdan imtina üçün müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) “ vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(103)-5617/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh bacısıdır.
2. Onların valideynləri - X10 xx.xx.2022-ci il tarixdə, X13 xx.xx.2022-ci il tarixdə vəfat edib. Onların sağ qalmış vərəsələri: İddiaçı, Cavabdeh və X2 ibarət olub.
3. X4 Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzil miras qalıb.
4. Cavabdeh xx.xx.2022-ci il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Not ariat ofisinə müraciət edərək, atasından qalan mirasa dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edib və ərizədə sağ qalan vərəsələr kimi bacıları İddiaçı və X5 da qeyd edib.
5. Həmin notariat ofisi tərəfindən Cavabdeh atası X4 miras qalan əmlaka dair xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik şəhadətnaməsində miras əmlak kimi Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzil göstərilmiş, mirasda onun ayı ½ hissədə müəyyən edilmişdir. X1 vərəsəsi olan qızı - X3 ½ hissədə payı açıq saxlanılmışdır.
6. Bundan sonra Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzilin ½ hissəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdı r.
7. X9 xx.xx.2023-cü ildə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət edərək, atasından miras qalan Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 61 saylı mənzilin ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
8. Bakı şəhəri 7 saylı Notariat Ofisində İddiaçı və X9 ilə bağlı hər hansı vərəsəlik işi rəsmiləşdirilməmişdir.
9. X13, X10, Cavabdeh və X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair Cavabdeh adına 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-183 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilin 1/2 hissəsinə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, onun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzilə dair 1/3 hissədə miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 69.30 kv.m olan 61 nömrəli mənzil iddiaçının mərhum atası X7 xüsusi mülkiyyətində olmuşdur. İddiaçının anası X10 xx.xx.2022-ci il tarixdə, atası X13 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Atasının birinci növbə vərəsələri iddiaçı, onun bacısı X9 və qardaşı Cavabdehdur. İddiaçı miras əmlakın yerləşdiyi ünvanda qeydiyyatda olmasa da, atasının sağlığında və onun ölümündən sonra orada yaşamış, bununla da, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da orada yaşamamış, mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, qardaşı Cavabdeh Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı vəkillə hüquqi yardım haqqında müqavilə bağlamış və vəkil sorğusu əsasında 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işinin təsdiq edilmiş surətini əldə etmişdir. İddiaçı miras qalan evdə yaşayaraq, miras əmlakı faktiki olaraq qəbul etmiş, mirasdan imtina etməmişdir. Belə olan halda, mərhum atasından qalmış miras əmlaka dair onunda vərəsəlik hüququ olduğundan, həmin əmlaka dair ona qarşı miras payı müəyyən edilməlidir.
12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırkı iş üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının qüvvəyə minməsindən əvvəl mövcud olmuşdur. Hazırki mübahisə üzrə vərəsəlik münasibətləri davam edən müddətdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddəsi tətbiq edilməlidir. Hansı ki, 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi qeyd edilən maddi hüquq normalarına uy ğun vərəsəlik işini aparmışdır. Sorğu əsasında əldə edilmiş vərəsəlik işi materiallarından da müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməmişdir. Belə ki, 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin 24 may 2023-cü il tarixli məktubu ilə iddiaçı X8 məlumat verilmişdir ki, xx.xx.2022-ci il tarixində iddiaçının atası X7 adına vərəsəlik işi açılmışdır. Qeyd edilən məktub teleqramla göndərilmişdir. Məktub xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Bundan başqa, 23 may 2023-cü il tarixində İddiaçı mobil telefon nömrəsi vasitəsilə 7 saylı Bakı "ASAN xidmət" mərkəzinde Notariat ofisinin əməkdaşları tərəfindən telefon əlaqəsi saxlanılmış və atası X7 adına vərəsəlik işinin açılması və vərəsəliyə çağrılması ba rədə məlumat verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixində 7 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisində akt tərtib edilmişdir. Qeyd edilən mobil telefon nömrəsi İddiaçı adına rəsmiləşdirilib və hazırkı günədək onun istfadəsindədir. Həmin nömrənin “WhatsApp” söhbətlərindəki səs yazılıları “DVD” yaddaş diskində məhkəməyə təqdim edilmişdir. Həmin danışıqlardakı səs yazıları iddiaçıya məxsusdur. Bundan başqa, qarşı tərəfin vəkil sorğusuna cavab olaraq, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbinin 15 mart 2024-cü il tarixli 320 nömrəli məktubunda qeyd edilmişdir ki, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyən İddiaçı məktəb sənədlərində faktiki yaşayış ünvanı Buzovna qəsəbəsi Mustafa Sübhi küçəsi ev, mənzil 61 qeyd edilmişdir. Orta məktəbin mə ktubu həqiqətə uyğun deyil. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddiaçının ünvanı kimi ünvan 4şdir. Bununla da iddiaçı bütün məhkəmə bildirişlərinin bu ünvana çatdırılmasına razılıq vermişdir. Əgər notariusun teleqram göndərdiyi ünvan olan ünvan 5iaçının faktiki yaşadığı ünvan deyilsə və ya iddiaçı həmin unvanla əlaqəli deyilsə, iddia ərizəsində həmin ünvanı qeyd etməzdi. Eyni zamanda Bakı şəhəri Təhsil İdarəsinə vəkil sorgusu təqdim edərək, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbinin 15 mart 2024 cu il tarixli 320 nömrəli məktubunda qeyd edilən məktəb sənədlərinin surətləri istənilmişdir. Lakin Bakı şəhəri Təhsil İdarəsi sözügedən sənədləri verməkdən imtina etmişdir. Bu da onu göstərir ki, qeyd edilən sənədlər mövcud deyildir. Göründüyü kimi, İddiaçı atası X 7 adına vərəsəlik işinin açılması barədə kifayət qədər məlumatı olmuş, notariusun teleqramını almış, lakin qəsdən mirası qəbul etməkdən yayınmışdır. Buna görə də iddia tələbinin rədd edilməsini, 1000 manat hüquqi yardım göstərilməsi xərcinin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X13, X10, Cavabdeh və X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
14. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirmişdir ki, onlar üç uşaq olmuşlar, atasından bir ev qalmışdır. Onlar həmişə o evdə yaşamışlar. Hazırda da həmin evdə o və Xatirə yaşayır. Bundan əvvəl də həmin evdə onlar valideynləri ilə birlikdə y aşamışlar. Valideynləri vəfat etdikdən sonra da həmin evdə o və Xatirə yaşamışdır. Xatirə həmin evdən işə gedib-gəlir. Cavabdeh 19981999-cu ildən orada yaşamır.
15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1239/2024 nömrəli 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin edilərək, 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş, 2V-183 reyestrlə qeydə alınmış (vərəsəlik işinin nömrəsi: V-123/2022) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********44-05101-093059) çıxarışın ləğv edilməsi, X4 miras qalmış ünvan 7 saylı daşınmaz əmlakda vərəsə İ ddiaçı, Cavabdeh hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
16. Məhkəmənin e-2(003)-1239/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə adıçəkilən qətnamədəki yanlışlığın düzəldilməsi, “əsaslandırıcı” və “qət etdi” hissələrindəki “X4 miras qalmış ünvan 7 saylı daşınmaz əmlakda vərəsə İddiaçı, Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilsin” cümləsinin “X4 miras qalmış ünvan 7 saylı daşınmaz əmlakda vərəsə İddiaçı, Cavabdeh hər birinin 1/3 hissədə payları müəyyən edilsin” kimi oxunması qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının payının müəyyən edilməsi və ya açıq saxlanılması ona görə mümkün olmamamışdır ki, o, notariat ofisinə mirasın qəbuluna dair ərizə ilə müraciət etməmiş, həmçinin atasından miras qalmış mənzildə ya şayanlar (qeydiyyatda olanlar) barədə elektron məlumatlarda onun barəsində heç bir qeyd aşkar edilməmişdir. Bu hal notariat orqanı tərəfindən iddiaçıya ünvanlanmış məktubda öz əksini tapmışdır.
18. Halbuki, işdə olan sənədlərdən də müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Notariat ofisinə ərizə ilə müraciət edərək, 02 sentyabr 2022-ci il tarixdə vəfat etmiş atası - X11 məxsus olan ünvan 7 ünvanında yerləşən mənzilin ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum atasından qalmış miras əmlaka münasibətdə onun vərəsə kimi pay almaq hüququ yarandığından Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-183 reyestrlə qeydə alınmış (vərəsəlik işi №V123/2022) qanun üzrə vərəsəl ik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1151, 1159.1.1, 1243, 1246-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının vərəsəlik işinin açılması və onun miras açıldığı gündən yəni, xx.xx.2022-ci ildən 23 may 2023-cü ilə qədər vərəsəliyə çağırılması və onun vərəsəliyə öz iradəsi ilə gəlməməsi işin faktiki halları ilə təsdiq edilir. Məhkəmə Mülki Məcəllənin 1243-cü maddəsinə istinad etsə də, istinad etdiyi əsaslandırma, yəni iddiaçının mirası qəbul etməsi, hətta mirası faktiki qəbul etməsi iş materialları ilə nəinki MPM-nin 77.1-ci maddəsinə əsasən sübut edilmir, hətta İddiaçı miras əmlakı nə faktiki qəbul etməməsi, nə də notariat orqanına qəsdən bilərək ərizə verməməsi cavabdeh tərəfin təkzibedilməz sübutları ilə təsdiq edilir. İddiaçı vərəsəliyə çağırılmalı olduğunu xx.xx.2022-ci ildən bildiyi halda, ən azı isə xx.xx.2023-cü ildə Notariat ofisi tərəfindən göndərilən teleqram və həmin tarixli zəng ilə vərəsəliyə çağırıldığını bilmişdir. Buna baxmayaraq, notariat ofsinə müraciət etməmişdir. Yalnız 8 ay sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 1246-cı maddəsini tətbiq edərək iddianı rədd etməli idi.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5617/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Abdıyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1239/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini işin halları ilə əlaqəli formada qiymətləndirərək qeyd etmişdir ki, hazırki mübahisəyə vərəsəliyin qəbulu ilə bağlı müddətləri təsbit edən Mülki Məcəllənin 1246-cı maddəsinin tətbiq edilməsinin mümkünlüyündən öncə həmin qəbul edilmə anlayışının nədə ehtiva olunduğunu və bu cür qəbul edilmənin iddiaçı tər əfindən həyata keçirilib-keçirilmədiyi aydınlaşdırılmalı, bundan sonra zərurət qalarsa, həmin müddətlərin gözlənibgözlənmədiyinə qiymət verilməlidir.
25. Belə ki, qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
26. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2 014-cü il tarixli qərarı).
27. Kollegiya qeyd edib ki, Cavabdeh atasından miras qalmış əmlakı notariat orqanına rəsmi qaydada müraciət edərək qəbul etsə də, iş materiallarına əsasən digər vərəsələrdən olan iddiaçı X9 isə mübahisəli ünvanda yaşamış, yəni atasından qalan miras mülkünü qəbul etməklə həmin əmlaka sahiblik etmiş və əmlakı idarə etmiş, beləliklə, mirası faktiki olaraq qəbul etmişdir.
28. Belə ki, birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X9 bildirmişdir ki, onlar üç uşaq olmuşlar, atasından bir ev qalmışdır. Onlar həmişə o evdə yaşamışlar. Hazırda da həmin evdə o və Xatirə yaşayır. Bundan əvvəl də həmin evdə onlar validenləri ilə birlikdə yaşamışlar. Valideynləri vəfat etdikdən sonra da həmin evdə o və Xatirə yaşamışdır. Xatirə həmin evdən işə gedib-gəlir. Elşən 1998 -1999-cu ildən orada yaşamır.
29. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi təyinatlı mənzil – kommunal təsərrüfatı birliyi 111 saylı mənzil - kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, xx.xx.1969-cü il təvəllüdlü İddiaçı 1976-cı il tarixdən bu günə qədər faktiki olaraq ünvan 8 ünvanında qeydiyyatsız yaşayır.
30. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin yerləşdiyi ünvan 9 ünvanında aparılmış yerli baxış nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı həmin mənzildə yaşadığı otağı, həmin otaqda özünün çarpayısını, dolabını, stolunu və gündəlik istifadə etdiyi paltarlarını, ayaqqabıları və s. əşyaları göstərmişdir. Üçüncü şəxs X9 (iddiaçını n bacısı) da bildirmişdir ki, İddiaçı həmişə bu evdə yaşamış, hazırda da bu evdə yaşamaqdadır və hər ikisi ailə qurmamışlar.
31. Bundan əlavə, cavabdehin 7 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin 24 may 2023-cü il tarixli məktubu ilə iddiaçı X8 xx.xx.2022-ci il tarixində iddiaçının atası X7 adına vərəsəlik işi açılması barədə məlumat verilməsi və həmin məktubun xx.xx.2023-cü il tarixdə çatdırılması, lakin iddiaçının notariat ofisinə gəlməkdən imtina etməsi ilə bağlı fikirlərinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, sözügedən məktub iddiaçının qeydiyyatda olduğu ünvan 10 ünvanına göndərilsə də, iş materiallarından görünür ki, iddiaçı həmin ərazidə faktiki yaşamamış, həmin məktubu əldə etməmişdir. Belə ki, iş materiallarında olan H.Z.Tağıyev adına 123 saylı tam orta m əktəbin ünvan 11 ünvanladığı xx.xx.2024-cü il tarixli 320 saylı məktubdan görünür ki, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi olan İddiaçı məktəb sənədlərindəki faktiki yaşayış ünvanı Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2 mənzil 61 qeyd edilmişdir.
32. Həmçinin iş materiallarında olan “Covid-19 virus infeksiyasının təyin olunması üçün laboratoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair” iltizamnamənin surətindən görünür ki, X6 yaşadığı və müayinənin keçirildiyi ünvan kimi Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, ev 2 mənzil 61 qeyd edilmişdir.
33. Bundan əlavə iş materiallarındakı iddiaçının atası X7 adına vərəsəlik işi açılması barədə məlumat verilməsi barədə məktubun teleqram vasitəsilə xx.xx.2 023-cü il tarixdə, saat 08:40-da iddiaçının qeydiyyatda olduğu ünvan 10 ünvanına çatdırıldığı qeyd edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ünvan 11 ünvanladığı xx.xx.2024-cü il tarixli 422 saylı məktubdan görünür ki, həmin məktəbin riyaziyyat müəllimi olan X12 xx.xx.2023-cü il tarixində saat 08:00-da məktəbin inzibati binasında olaraq 9 “c” sinfində riyaziyyat dərsini tədris etmişdir. Bu barədə məlumat sinif jurnalında öz əksini tapmışdır.
34. Həmçinin, məhkəmə kollegiyası cavabdehin başqa ünvanda qeydiyyatda olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
35. Beləliklə, işdə olan bir çox (əksər) s übutlarla müəyyən edilərək kollegiyada əmin mövqe formalaşır ki, iddiaçı X12 mirasın qəbulunu mübahisəli əmlaka faktiki sahiblik etməklə həyata keçirmiş, notariat ofisinin onu vərəsəlik işinin açılması barədə məlumatlandırmasına dair dəlillər isə işdəki digər sübutlarla təkzib olunmuşdur.
36. Bu da onu deməyə əsas verir ki, mərhum Siyahət Mustafayevin hər 3 vərəsəsi, o cümlədən hazırki iş üzrə iddiaçı miras qoyana məxsus olan əmlakın həcminə görə onlardan 1/3 hissədə pay əldə etmək hüququna malikdirlər.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2., 1159.1., 1159.1.1., 1243.2., 1243.3., 1244., 1274., 1291. və Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 88., 384.0.1., 385.2.-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh (vəkili Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi, iddianın rədd olunması, əks təqdirdə işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq və rəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Sözügedən qərar 28 dekabr 2023-cü il tarixində qüvvəyə minmişdir. Hazırkı iş üzrə vərəsəlik münasibətləri qeyd olunan qərarın qüvvəyə mindiyi tarixdən daha əvvəl yaranmışdır.
40. Bundan əlavə, iş materiallarında olan şahid ifadələrindən belə məlum olmuşdur ki, X14 mübahisə edilən ünvanda faktiki olaraq yaşamamışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 111 saylı mənzil - kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun arxasında qonşuların iştirakı ilə aktın olub-olmaması araşdırılmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün anten məlumatları nı da yoxlamamışdır.
41. Kasator öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29 cu maddəsinin Vİİ hissəsinə uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 3-cü bəndinə və Mülki Pprosessual Məcəlləsinin 14.1-ci, 174.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmuşdur.
43. Ərizə mahiyyət etibarı ilə iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etmiş və əlavə olaraq qeyd olunmuşdur ki, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı mirasın qəbulunu mübahisəli əmlaka faktiki sahiblik etməklə həyata keçirmiş, notariat ofisinin iddiaçını vərəsəlik işinin açılması barədə məlumatlandırmasına dair dəlillər isə işdəki digər sübutlarla təkzib olunmuşdur. Bu da onu deməyə əsas verir ki, mərhum Siyahət Mustafayevin hər 3 vərəsəsi, o cümlədən hazırkı iş üzrə iddiaçı miras qoyana məxsus olan əmlakın həcminə görə onlardan 1/3 hissədə pay əldə etmək hüququna malikdirlər. Sonda kassasiya şikayətinin təmin olunmaması məhkəmədən xahiş olunmuşdur. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisə olunan hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
46. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
49. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
50. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
51. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (mir as passivi) toplusu daxildir.
53. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
54. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
55. Maddə 243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
56. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
57. Maddə 1243.3. Vərəsə mirasın bir hiss əsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Belə ki, hazırki iş üzrə iddiaçının atasının miras qoyanın birinci növbədə vərəsəsi olması işin mübahisəsiz halıdır.
67. Həmçinin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı miras qalmış (mübahisəli) evdə yaşamaqla, həmin evə həm f aktiki sahibliyi, həm də onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir.
68. Məhkəmə kollegiyası izah edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən (Mülki Məcəllənin 1269-cu maddəsi) mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə yalnız Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən olunan müddət ərzində mirasın qəbulundan imtina edə bilər. 69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, «Vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyy ənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət ) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmə nin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir.... Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötür ülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər».
70. İddiaçının atasının miras əmlakı qəbul etməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin faktiki hallarının aydınlaşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 4 07.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusion-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarı və s.).
71. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(103)5617/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.