Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1336/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: lizinq obyektinə vurulmuş zərərin ödənilməsi, apellyasiya icraatında yeni sübutların qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)7686/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 01 avqust 2017-ci il tarixli, AL-1502 saylı Daxili lizinq müqaviləsi ilə İddiaçı MMC mülkiyyətində olan lizinq dəyəri 15500 manat təşkil edən 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili illik 15% ödəmək şərti ilə, 48 ay müddətinə Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə 30 avqust 2017-ci il, 01 oktyabr 2017-ci il, 01 noyabr 2017-ci il, 04 dekabr 2017-ci il, 15 yanvar 2018-ci il, 08 fevral 2018-ci il, 06 mart 2018-ci il, 28 mart 2018-ci ilə və 08 fevral 2019-cu il tarixlərdə ödənişlər olunmuşdur. İddiaçının təqdim etdiyi 25 sentyabr 2020-ci il tarixli Maliyyə arayışına əsasən Cavabdeh 01 avqust 2017-ci il tarixli, AL-1502 saylı “Daxili lizinq müqaviləsi” üzrə 10 fevral 2020-ci il tarixə əsas borcu 3920,26 manat, mükafat borcu 1255,99 manat, cərimə borcu 2234,08 manat, cəmi borcu 7410,33 manat təşkil edir. Lizinq predmetinin lizinq alanın istifadəsində olduğu zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ziyan vurulmuşdur. 18 fevral 2020-ci il tarixli qüsur aktına əsasən “Ravon R3” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 8439 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 aprel 2021-ci il tarixli rəyinə əsasən “Ravon Nexia R3” markalı, **-PC*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xər ci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7813 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış 01 avqust 2017-ci il tarixli, AL-1502 saylı X1 ləğv edilməsi, cavabdehdən həmin lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə etməsinə görə 10 fevral 2020-ci il tarixə 3920,26 manat əsas, 1255,99 manat mükafat, 2234,08 manat dəbbə pulu, 8439 manat dəymiş zərər olmaqla, ümumilikdə 15849.33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin müvəqqəti istifadəsinə veri lmiş iddiaçının mülkiyyətində olan avtomobil 10 fevral 2020-ci il tarixdə istifadəyə yararsız vəziyyətə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 8439 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-cu il tarixli, 2(001)374/2021 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia tələbi qismən təmin olunmuş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2017-ci il tarixli, AL-1502 saylı X1 ləğv edilməsi, Cavabdeh 3920,26 manat əsas borc, 1255,99 manat mükafat, 223,75 manat cərimə və 7813 manat lizinq obyektinə dəymiş zərər olmaqla, cəmi 13213 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbini n qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini tərəflər arasında bağlanmış X1 şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 747.1, 748-1.8, 748-1.12, 7487.1, 748-7.11-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-cu il tarixli, 2(001)-374/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-7686/2021 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdən və Ş.Ə.Məhərrəmovadan ibarət tərkibdə) apellyasiy a şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-cu il tarixli, 2(001)374/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Lizinq verən iddiaçı Lizinq alan cavabdehə Lizinq obyekti olan avtomobili təhvil vermiş, lizinq alan müqavilə üzrə öhdəliklərini müqavilə şərtlərinə uyğun şəkildə icra edərək ödənişlər etmiş, avtomobilin idarə edilməsi üçün lizinq verən tərəfindən lizinq alana ödənişlər edildiyi zaman növbəti ödənişə qədər dövrü əhatə edən etibarnamələr verilmiş, lizinq alan həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və avtomobilə 7813 manat məbləğində zərər dəymişdir. Bundan sonra lizinq verən avtomobilin təmirindən imtina etmiş, lizinq alan isə avtomobili əvvəl öz hesabına təmir etmək qərarına gəlsə də, sonradan tərəflər arasında müqavilənin şərtlərinin icrası ilə bağlı yaranmış narazılıq səbəbindən avtomobili təmir etməkdən imtina etmiş və həmin avtomobili tərəflərin aralarında razılaşdırdıqları avtoservisdə tərk etmişdir. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 425.1, 425.2, 747.1, 748-1.12, 7481.12.4, 748-1.5, 748-1.6, 750, 425.1-ci maddələrinə, “Lizinq xidmətləri haqqında” Qanunun 14-cü maddəsinə, habelə tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü bəndinin şərtlərinə görə, avtomobilin zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verdikdən sonra, həmin avtomobilin təmir edilməsi öhdəliy i lizinq verən İddiaçı MMC-nin üzərinə düşmüşdür. Bu zaman apellyasiya məhkəməsi iddiaçının lizinq alan tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi və 2018-ci ilin fevral ayından aylıq ödənişləri həyata keçirməməsi, bu səbəbdən də ona avtomobili idarə etmək üçün etibarnamə verilməməsi ilə bağlı dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri ilə hadisənin baş verdiyi 2018-ci ilin fevral ayına qədər onun hər ay qrafik üzrə ödənişlər etdiyi və lizinq verənə borcunun olmadığı müəyyən olunur. Bu vəziyyətdə iddiaçının cavabdeh tərəfindən aylıq ödənişlərini həyata keçirməməsi səbəbi ilə avtomobili idarə etmək üçün ona etibarnamə verilmədiyi barədə dəlilini də apellyasiya məhkəməsi əsassız hesab etmiş və qeyd etmişdir ki, cavabdeh tərəfin dən müqavilə üzrə öhdəliklərini tam icra etdiyi vəziyyətdə, iddiaçının müqavilə şərtlərini pozaraq lizinq alana etibarnamə verməməsi və bu əsasla da, lizinq obyektinə vurulmuş zərərə görə məsuliyyəti sonuncunun üzərinə qoyması, habelə lizinq obyektini təmir etmək öhdəliyini yerinə yetirməyərək lizinq alanı avtomobildən təyinatı üzrə istifadə etmək hüququndan uzun müddət ərzində məhrum etdiyi halda, həmin müddətə görə lizinq ödənişlərini və onun gecikdirilməsinə görə cərimə tələbi də əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi tərəfindən tərəflər arasında 01 avqust 2017-ci il tarixli AL-1502 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklərinin icra olunması haqqında 1 №-li, 19 oktyabr 2018-ci il tarixli razılaşmanı MPMin 372.2-ci maddəsinə əsasən gecik dirilmiş sübut kimi qəbul etmiş və qətnamə qəbul edərkən nəzərə almamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-7686/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında 19 oktyabr 2018ci il tarixdə Lizinq müqaviləsi üzrə öhdəliklərin icra olunması haqqında razılaşmanın şərtləri, lizinq obyekti olan avtomobilin 10 fevral 2020-ci il tarixdə şirkətin duracağına yerləşdirilməsi nəzərə alınmamışdır. Belə ki, apellyasiya məhkəməsi MPM-in 372.2-ci maddəsinə əsasən 19 oktyabr 2018-ci il tarixli razılaşmanı gecikdirilmiş sübut kimi qiymətləndirsə də, iddianın həmin razılaşmanı şərtləri nəzərə alınmaqla verilmiş, cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclaslarda iştirak etmədiyi üçün həmin razılaşmanın məhkəməyə təqdim edilməsinə zərurət yaranmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya inst ansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və bu səbəbdə n apellyasiya baxışının predmetini iddianın təmin edilən hissəsi təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iddia tam rədd edildiyindən və iddiaçı tərəfindən həmin qətnamə tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçü n ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-2.1 və 748-2.2-ci maddələrinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülki yyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 1. lizinq obyektinin amortizasiya ödənişləri; 2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 4. lizinq verənin mükafatının məbləği; 5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll e tmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarı nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və və zifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədal ət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instan siya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi göstərdiyi kimi iddiaçı öz tələbini tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtləri, habelə mülki qanunvericiliyin öhdəlik və lizinq hüquq münasibətləri ilə bağlı normaları ilə, cavabdeh isə apellyasiya şikayətini onun üzərinə götürdüyü öhdəliklərini vax tlı-vaxtında yerinə yetirməsi, hadisə baş verən günə qədər onun müqavilə üzrə borcunun olmaması, iddiaçı şirkət tərəfindən onun hüquqlarının pozulması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 11.3cü bəndi şərtlərini əsas götürərək hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmiş, əksinə iddiaçı lizinq obyektini təmir etmək barədə öhdəliyini icra etməmişdir. Bu zaman iddiaçı tərəflər arasında lizinq müqaviləsinə əlavə razılaşmanın bağlandığını apellyasiya məhkəməsinə təqdim etdikdə, məhkəmə MPM-nin 372.2-ci maddəsinə istinad etməklə, həmin razılaşmanı nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarları) irəli sürdüyü mövqeyə görə apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər f ormada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların və faktların təqdim olunmasının məhdudlaşdırılması çəkişm ə və tərəflərin bərabərliyi prinsipinə xələl gətirməməlidir. Belə ki, ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Hazırki iş materiallarından müəyyən olunur ki, Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri məlumatlandırılmışdır. Poçt vasitəsi ilə göndərilən bildirişlərin cavabdehə rəsmi təqdim edilməsinə dair sübutlar işə əlavə olunmasa da, müəyyən olunur ki, “AZEMİS” vasitəsi ilə göndərilmiş SMS xəbərnamələr cavabdehin adına qeydə alınmış mobil telefon nömrələrinə (o cümlədən cavabdehin özünün apellyasiya şikayətində göstərdiyi ********** telefon nömrəsinə) çatdırılmışdır. Lakin cavabdeh mə hkəmə iclaslarına gəlməmiş və iddiaya etirazını təqdim etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətində avtomobilin sığortasının müqavilə ilə nəzərdə tutulduğunu və iş üzrə keçirilmiş ekspertiza rəyində müəyyən olunmuş zərərin “şişirdildiyini” dəlil kimi göstərmişdir. Apellyasiya instansiyası məhkəməsində isə cavabdeh göstərmişdir ki, yolnəqliyyat hadisəsindən sonra avtomobili servisə təqdim etmiş, orada avtomobilə vurulmuş ziyan 11000 manat dəyərində müəyyən olunmuş, o həmin qiymətlə razılaşmamış və avtomobili öz hesabına təmir edəcəyini bildirmiş, 4000 manat ehtiyat hissələrinə ödəniş etmiş, sonra onunla yeni ödəniş qrafiki açılmışdır. Buna əsasən cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən 2018-ci ilin fevral ayından aylıq ödənişlərini həyata keçirməməsinə dair dəlili qəbul etməyərək göstərmişdir ki, cavabdeh tərəfindən təqdim olunan ödəniş qəbzləri ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi 2018-ci ilin fevral ayına qədər (apellyasiya məhkəməsi həmin cümlədə texniki səhvə yol vermişdir: yol-nəqliyyat hadisəsi 2018-ci ilin iyul ayında baş vermişdir) onun hər ay qrafik üzrə ödənişlər etdiyi və lizinq verənə borcunun olmadığı müəyyən olunur. Bu zaman apellyasiya məhkəməsi cavabdehin iddiaya etiraz olaraq birinci instansiya məhkəməsinə təqdim etmədiyi sübutları (ödəniş qəbzlərini) apellyasiya məhkəməsində qəbul etdiyi halda, iddiaçının apellyasiya şikayətinə və cavabdehin iddiaya apellyasiya instansiyası məhkəməsində verdiyi etiraza uyğun olaraq tərəflər arasında bağl anmış daxili lizinq müqaviləsi üzrə öhdəliklərin icra olunması haqqında 19 oktyabr 2018-ci il tarixli razılaşmanı gecikdirilmiş sübut kimi qiymətləndirmiş və həmin sübuta hüquqi qiymət verməkdən imtina etmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı halda, özü çəkişmə prinsipinə riayət etməmiş, həmin məhkəmədə iddiaya etirazlarını və sübutlarını təqdim etməmiş, apellyasiya məhkəməsi isə cavabdehin dəlillərini və sübutlarını qəbul etdiyi halda, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun təqdim etdiyi əks sübutları MPM-in 372.2-ci maddəsinə istinad etməklə qəbul etməkdən imtina etmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmasına dair təməl prinsipini pozmuşdur. Digər tərəfdən apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi qəbzləri sübut qismində qəbul etdiyi halda, həmin qəbzlərdə əks olunan məlumatlarla iddiaçının təqdim etdiyi maliyyə arayışı arasında olan ziddiyyətin səbəblərini araşdırmamış, o cümlədən təqdim olunan qəbzlərdə qeyd olunan ödənişlərin hazırki mübahisənin əsasında olan müqavilə üzrə həyata keçirilməsini aydındaşdırmamışdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış X1 11.3-cü bəndi hazırki iddianın tam rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, müqavilənin həmin şərtinə görə lizinq obyekti sığortalanmamışdırsa, lizinq obyekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyekti dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa edilir. Göründüyü kimi, müqavilənin şərtlərinə əsasən avtomobilin bərpası lizinq verənin hesabına həyata keçirilsə də, lizinq alan tərəfindən zərərin 800 manat hissəsi ödənilməlidir. Lakin apellyasiya məhkəməsi tərəfindən cavabdehin iddiaçıya vurulmuş zərərin hər hansı hissəsini ödəməsini araşdırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktları nda işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərar ında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımı ndan düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-7686/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1336/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1336/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver