Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1337/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı iş üzrə QƏRAR Açar sözlər: mübahisənin mülki, yaxud kommersiya məhkəməsinə aidiyyəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı lizinq ödənişi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 05 mart 2020-ci il tarixli, 2 (075)213/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Zamin müştərək qaydada 28548,47 manat lizinq ödənişi, 12027,90 manat lizinq mükafatı borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 41076,37 manat borcunun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 lizinq obyekti olan, İddiaçı ASC-nin mülkiyyətindəki xxxx nömrəli binanın 10 nömrəli mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılaraq İdd iaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Hüseynov və M.Əsədli) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(075)-213/2020 saylı qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı lizinq ödənişi tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 fərdi sahibkar statusuna malik olması verilmiş kreditin təyinatının kommersiya krediti olması və hazırkı mübahisənin kommersiya məhkəməsində baxılması üçün əsas deyildir. Ona görə də hazırkı işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı əsassız olduğundan ləğv edilməlidir. Hüquqi məsələlər: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Zamin banka borclu olduqları 28548,47 manat lizinq ödənişi, 12027,90 manat lizinq mükafatı borcu, 53063,53 manat cərimə borcunun, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu vəsaitinin xeyrinə tutulması və lizinq obyektində yaşayan cavabdehlərin lizinq obyekti olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2 (075)- 213/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Zamin müştərək qaydada 28548,47 manat lizinq ödənişi, 12027,90 manat lizinq mükafatı borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 41076,37 manat borcunun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 lizinq obyekti olan, İddiaçı ASC-nin mülkiyyətindəki Şəki şəhəri, S.Rəhman küçəsindəki 73 nömrəli binanın 10 nömrəli mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: A.Mahmudov cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(075)213/2020 saylı qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Zamin qarşı lizinq ödənişi tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh1 isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (İddiaçı ASC VÖEN ********** Cavabdeh1 VÖEN **********). Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli daxili lizinq müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən mülkiyyətində olan Şəki şəhər i, S.Rəhman küçəsindəki 73 nömrəli binanın 10 nömrəli mənzili Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh1 isə lizinq üzrə 30000 manat borc məbləğini, ona illik 20 faiz dərəcəsi ilə hesablanan mükafat dərəcəsini hər ay 1034 manat olmaqla 40 ay müddətində hissəhissə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab etmişdir ki, mübahisə üzrə tərəflərdən biri İddiaçı Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs, digəri fərdi sahibkarlıq (mebellərin pərakəndə satışı) statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan, hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür; Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində ba xılmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aid iyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) ü zrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irə li gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İş materiallarından görünür ki, İddiaçı ASC kommersiya hüquqi şəxsi ( VÖEN **********) Cavabdeh1 (VÖEN **********) isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və tərəflər arasında yaranmış mübahisə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli daxili lizinq müqaviləsindən irəli gəlir. Həmin müqavilədən görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan Şəki şəhəri, S.Rəhman küçəsindəki 73 nömrəli binanın 10 nömrəli mənzil Cavabdeh1 müvəqqəti sahiblik v ə istifadəsinə verilmişdir. Cavabdeh1 isə lizinq üzrə 30000 manat borc məbləğini və illik 20 faiz dərəcəsi ilə hesablanan mükafat dərəcəsini hər ay 1034 manat olmaqla 40 ay müddətində hissə-hissə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi mübahisə tərəfləri sahibkarlıq statusuna malik olsalar da onlar arasında yaranmış mübahisə hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməmişdir. Belə ki, İddiaçı ASC Cavabdeh1 ilə 03 oktyabr 2016-cı il tarixli daxili lizinq müqaviləsi bağlamaqla özünün sahibkarlıq fəaliyyətini həyata keçirsə də, Cavabdeh1 qeyd edilən müqaviləni bağlamaqla sahibkarlıq fəaliyyətini həyata keçirməmiş və müqaviləni bağlamaqda məqsədi özünün şəxsi istifadəsi üçün mənzil əldə etmək olmuşdur. Yəni nəzərə alınmalıdır ki, mübahis əli hüquq münasibətlərinin həlli ilə bağlı məhkəməyə müraciət edən sahibkarlıq fəaliyyəti subyektləri arasındakı işlərə baxılması o halda kommersiya məhkəməsinin səlahiyyətinə aiddir ki, bu mübahisələr hər iki tərəfin sahibkarlıq fəaliyyətindən əmələ gələn və yaxud bu fəliyyətin həyata keçirilməsi nəticəsində yaranan mübahisə olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi iddianın aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olması qənaətinə gəlməkdə haqlı olmamışdır və hazırkı iş üzrə mübahisə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-1.8 və 403-1.8.2-ci maddəsinə görə kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üz rə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənləri əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki-Prosessual Məcəlləsinin 403-1.6, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1337/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1337/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver