Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1337/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: müvafiq kompensasiyanın verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müvafiq kompensasiyanın verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7460/2022 saylı mülki iş üzrə 29 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və Cavabdeh birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini inşa etmişlər.
2. Qeyd olunan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(001)2857/2021 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 7.000 manat məbləğində kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 03 sentyabr 2012-ci il tarixdə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə iki övladları – 07 dekabr 2012-ci il təvəllüdlü X2 və 19 fevral 2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişlər. Cavabdehlə aralarında bağlanmış nikah Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə cavabdehlə b irgə nikahdan anadan olmuş övladlarının onun yanında saxlanılması, həmçinin həmin uşaqların saxlanması üçün ümumilikdə 200 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra cavabdeh iddiaçıya qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 03 iyun 2021-ci il tarixli, 2(001)-2857/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və onun ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya, həmçinin kassasiya şikayətləri verilsə də, şikayətləri təmin edilmədən və müvafiq qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmişdir ki, cavabdeh anası ilə birlikdə onların evinin qonşuluğunda anasına məxsus evdə ikisi yaşayırlar, yəni onların evində başqa bir ailə üzvü yoxdur. Həmin ev isə kifayət qədər geniş və təminatlıdır, üç otaqdan, bir mətbəx və sanitar qovşaqdan ibarət olmaqla sahəsi təxminən 65-70 kv.m. təşkil edir. Cavabdehin köçürülməsi qət edilmiş ona məxsus olan ev isə bir yataq və qonaq otağından və bir mətbəxdən ibarətdir, əlavə bir otaq mövcud olsa da, həmin otaq təmirsiz vəziyyətdə olduğundan qapısını bağlı saxlayır. O, həmin evdə cavabdehlə birgə nikahdan olan iki övladı ilə bərabər yaşayır. Əgər cavabdeh həmin mənzilə köçsə, onların münasibətləri gərgin olduğundan bu övladlarının psixologiyasına mənfi təsir göstərəcəkdir. Onu da qeyd edir ki, o, mülki qanunvericiliyin tələbinə əsasən evin qanuni mülkiyyətçisi olmasa da, fərdi yaşayış evinin sahiblik hüququnu daşıyır. Cavabd ehin ona məxsus olan evdən istifadə etməməyi və yaşamaması, hazırda anası ilə ona məxsus evdə yaşaması, cavabdehin həmin evdə yaşayış hüququnun olması mülkiyyətçi olmasa da, özbaşına tikili olan fərdi yaşayış evinin sahibi və təsərrüfatın başçısı kimi onun həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Həmçinin, cavabdehin əvəzinə kommunal haqları ödəyir. Bu isə ona maddi ziyan vurur. Həmçinin, maddi imkanının aşağı olması səbəbindən cavabdehin yerinə kommunal haqları ödədiyindən maddi vəziyyəti daha da çətinləşir. Halbuki, uşaqların saxlanması üçün onun xeyrinə tutulması qət edilmiş ümumilikdə 200 manat alimenti belə cavabdeh ödəməkdən imtina edir, bu səbəbdən hətta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Qanunun analogiyası tətbiq edilməklə müvafiq kompensasiya verməklə cavabdehin ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi qərarına gəlmişdir. Cavabdehin sözügedən evdən pay almaq hüququ olmasa da, iddiaçı cavabdehə evindən müəyyən kompensasiya verir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, o, ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi deyil. Bundan başqa, həmin ev tərəflərin birgə nikahı dövründə inşa edilmişdir. Odur ki, cavabdehin də həmin evə iddiaçı kimi sahiblik hüququ var.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan so nra – birinci instansiya məhkəməsi) e-2(001)-4010/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi iddiaçının mülkiyyətində deyil. Odur ki, iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Bu hüquq iddiaçı tərəfindən həmin evə dair mülkiyyət hüququ əldə edildiyi təqdirdə (ev dövlət reyestrində qeydiyyata alındıqdan sonra) həyata keçirilə bilər. Bundan əlavə, cavabdehin həmin evdən istifadə hüququ olmadığına görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi də qeyri-mümkündür.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 228.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi hüququ evin mülkiyyətçisinə məxsus olan hüquqdur. Hazırki iş üzrə ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi isə iddiaçının mülkiyyətində deyil. Odur ki, iddiaçının hazırda belə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Bu hüquq iddiaçı tərəfindən həmin evə dair mülkiyyət hüququ əldə edildiyi təqdirdə (ev dövlət reye strində qeydiyyata alındıqdan sonra) həyata keçirilə bilər. Bundan əlavə, cavabdehin həmin evdən istifadə hüququ olmadığına görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi də qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan əsaslara etiraz edərək iddiaçı qeyd etmişdir, o mülki qanunvericiliyin tələbinə əsasən evin qanuni mülkiyyətçisi olmasa da, fərdi yaşayış evinin sahiblik hüququnu daşıyır. Cavabdehin iddiaçıya məxsus olan evdən istifadə etməməsi və yaşamaması, hazırda anası ilə ona məxsus evdə yaşaması, cavabdehin həmin evdə yaşayış hüququnun olması mülkiyyətçi olmasa da, özbaşına tikili olan fərdi yaşayış evinin sahibi və təsərrüfatın başçısı kimi iddiaçının həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüquqların ı məhdudlaşdırır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 2(103)-7460/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və X3) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmədi qət edilmişdir.
13. İddiaçının apellyasiya şikayətində cavabdehin başqa yaşayış yerinin mövcud olması və bu səbəbdən də onun hazırda mübahisələndirilən evdən istifadə hüququna xitam verilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində cavabdehin başqa yaşayış yerinin olması ilə bağlı qeyd etdiyi dəlilini sübuta yetirən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir. Bu səbəbdən də iddi açının apellyasiya şikayətinin bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.
14. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ olmadığından, iddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bundan əlavə, qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, cavabdehin həmin evdən istifadə hüququ olmadığına görə onun həmin hüququna, yəni mövcud olmayan hüquqa kompensasiya verilməklə xitam verilməsi də qeyrimümkündür. Bütün bunları nəzərə alaraq, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uy ğun olduğundan və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 178.1, 228.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 372.6, 372.7, 385.2, 387.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə cavabdehin iddiasının mübahisə predmeti olan evdən istifadə hüququnun tanınması hissəsində təmin olunmamasını nəzərə alıb hesab etmişdir ki, cavabdehin həmin evə köçürülməsi iddiası təmin edilmiş, evdən istifadə hüququ isə tanınmamışdır. Qeyd olunan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu yanaşmanı iddiaçı düzgün hesab etməmiş və qeyd etmişdir ki, iddiaçının ev üzərində olan mülkiyyət hüququ daşınma z əmlakın dövlət reyestrində qeydə alınmasa da o, həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir. Eyni zamanda, cavabdehin məqsədi yaşamaq yerini əldə etmək deyil, yalnız evə köçməklə orada iddiaçını qıcıqlandırmaq və onu növbəti münaqişələrə sövq etməkdir. Ona görə də, qanunun analogiyası tətbiq edilməklə müvafiq kompensasiya verilməklə cavabdehin iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə iddiaçının iddiasını rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi yanlış qənaətə gəlmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmış, bununla da iddiaçı və cavabdehi məhkəmə iclasının gedişatı za manı razılığa gələ bilmək ehtimalından məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
22. Maddə 228.2. Y aşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarı
23. Məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı
24. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəb ər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən maddi hüquq normaları məhkəmlər tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7460/2022 nömrəli mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.