Məhkəmə qərarları › İş №2(102)-1338/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1338/2023

17.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1338/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair ilk, Cavabdeh maneənin aradan qaldırılması, daşınmaz əmlaklar üzrə payların naturada ayrılması, maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7333 /2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 120.2 kv.m olan 3 saylı mənzilin (bundan sonra - 3 saylı mənzil) 40.1 kv.m sahəsi İddiaçı (bundan sonra - iddiaçı), 80.1 kv.m sahəsi X1 (bundan sonra - cavabdeh) ümumi birgə mülkiyyətindədir. 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 225,07 kv.m olan 10 saylı mənzilin (bundan sonra – 10 saylı mənzil) 37,5 kv.m sahəsi iddiaçının, 187,57 kv.m sahəsi cavabdehin ümumi birgə mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizə si ilə müraciət edərək, paylı mülkiyyətçisi olduğu mübahisəli 3 saylı mənzilin ona məxsus 40,1 kv.m sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun bacısıdır. X6 vəfat etdikdən sonra 3 saylı mənzili aralarında bölərək payları müəyyən etmişlər. Bir müddət əmlakı birlikdə kirayə verib hər birinin payına mütənasib kirayə haqqını alsalar da, son zamanlar cavabdeh paylı mülkiyyətdə olan əmlakdan istifadəsinə - əmlakın kirayə verilməsinə mane olmuşdur. Bu səbəbdən hal-hazırda mübahisəli mənzilə olan paylarının naturada bölünməsi zərurəti yaranmışdır.

5. Cavabdeh qarşılıqlı iddia və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı mənzilin qapısından istifadə hüququnun olması, bu hüququn reallaşmasına maneə törətməməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması, həmin əmlakın 80.1 kv.m (cavabdehə aid) və 40.1 kv.m (iddiaçıya aid) hissələrinin (payların), habelə 10 saylı mənzilin 187.57 (cavabdehə aid) və 37.5 kv.m (iddiaçıya aid) hissələrinin (payların) tərəflər arasında naturada ayrılmasını, bölgünün xx.xx.2021-ci il tarixli, 10/1999 saylı ekspert rəyinə əlavə olunmuş sxemlərdəki kimi aparılması, arakəsmələrin hörülməsinin iddiaçının vəsaiti hesabına həyata keçirilməsi və 25.100 manat məbləğində vurulmuş maddi ziyanın iddiaçıdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı yaşayış sahəsini onun təqsiri üzündən kirayə verə bilmədiyini qeyd etmişdir, halbuki iddiaçı özü əmlakın kirayə verilməsinə (əvvə llər verilən qaydada) maneə törətmişdir. İddiaçının əmlakdan istifadənin məhdudlaşdırılmasına yönələn hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mübahisəli mənzillərin uzun müddət birgə istifadədə olmasına baxmayaraq iddiaçı müxtəlif maneələr və bəhanələr gətirərək mülkiyyət hüququnun həyata keçirilməsinə əngəl yaratmışdır. Tərəflər arasında 120.2 kv.m-dən ibarət olan yaşayış evinin bölgüsündə mübahisə yaranmış, iddiaçı həmin mənzilin qapılarını bağlayaraq oraya gedib-gəlməsinə, əmlakdan istifadəsinə maneə yaratmış, müxtəlif tələblər irəli sürərək ona fiziki və psixi təzyiqlər göstərmişdir. İddiaçı əvvəlki vəziyyəti dəyişdirərək ön giriş qapısının ona məxsus olmasını bildirmiş, daha yüksək məbləğdə kirayə haqqı almaq üçün əmlakın bu hissəsinə yiyələnməyə çalışmışdır. Haz ırkı zamana qədər əmlakın 40.1 kv.m hissəsindən yararlanan iddiaçı giriş-çıxış kimi arxa qapıdan istifadə etmişdir. İddiaçının bu hərəkətləri nəticəsində mülkiyyət hüququ məhdudlaşdırılmış, mübahisəli yerdə özbaşına təmir işləri aparmış, ona aid hissədə qapının kilidlərini dəyişdirmiş, o cümlədən görüntülərin qeydə alınması üçün quraşdırılmış kameraları sökərək maddi ziyan vurmuşdur. Bu barədə aidiyyəti hüquq-mühafızə orqanlarına müraciətlər edilsə də, verilmiş cavablara əsasən mübahisənin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Mübahisəli sahə həmişə icarəyə verilərək, ön qapıdan məhdudiyyət olmadan istifadə edilmişdir.

7. Bundan başqa, 10 saylı mənzil üzrə paylar da naturada bölünməlidir. Mübahisəli mənzil icarəyə verilməmişdən əvvəl hər iki t ərəfin sahəsi müəyyən edilərək arakəsmələr şəklində bölünmüş, hazırda 10 saylı mənzil razılıq əsasında icarəyə verilmiş, lakin 3 saylı mənzilin əvvəlki qaydada icarəyə verilməsinə iddiaçı imkan verməmişdir. Mübahisənin yaranmasından 3 saylı mənzilin yenidən icarəyə verilməsinədək 1 il 4 ay vaxt keçmiş, bu vaxta qədər tərəflər arasında heç bir razılaşma olmamış, həmin mənzilin icarəyə verilməməsi ilə ona xeyli miqdarda ziyan dəymişdir. Bu müddət ərzində sahənin boş qalması səbəbindən 24.000 manat gəlirdən məhrum olmuş, iddiaçının gördüyü qanunsuz işlərin aradan qaldırılması üçün tikinti materialları və ustalara 1.000 manat, görüntünün qeydə alınması üçün nəzərdə tutulmuş kameraların yararsız hala salınmasına görə 70 manat məbləğində pul xərc çəkmişdir. Hesab edir ki, əmlak tərəflər arasın da naturada ayrılarkən həyata keçiriləcək tikinti-təmir işləri, o cümlədən, arakəsmələrin hörülməsi iddiaçının vəsaiti hesabına həyata keçirilməlidir.

8. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021- ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan ünvanda yerləşən mənzillərə baxış keçirilən zaman həmin mənzillərin təyinatına uyğun istifadə olunmadığı, yəni faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu, həmçinin tədqiq olunan tikililərdə konstruktiv dəyişikliklər edildiyi və texniki pasport sənədində qeyd olunan ölçülərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Mübahisəli mənzillərin mülki iş materiallarında olan texniki pasport sənədlərinə əsasən tərəflərin qeydə alınmış xüsusi mülkiyyətində olan sahələrinə uyğun naturada bölünməs i texniki cəhətdən mümkün olmuş, bölgü variantları rəyə əlavə olunmuş sxemlərdə ətraflı göstərilmişdir.

9. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 3 saylı mənzildən iddiaçının payına düşən 40.1 kv.m və cavabdehin payına düşən 80.1 kv.m, 10 saylı mənzildən iddiaçının payına düşən 37,5 kv.m və cavabdehin payına düşən 187,57 kv.m sahələrin təcrid şəklində Məhkəmə TikintiX3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan ünvanda yerləşən 3 saylı mənzilə aid texniki pasportda göstərilən 6 və 7 saylı otaqların arasında olan arakəsmədən 2,15 m aralı, əvvəllər mövcud olan və hal-hazırda sökülmüş arakəsmələr yenidən bərpa olunmalı, 4 və 5 s aylı tikililər arasında olan qapı bağlanmalıdır. Belə bölgü zamanı 3 saylı mənzildən iddiaçıya 5, 6, 7, 9 saylı otaqlar, cavabdehə 1-4, 8, 10 saylı otaqlar düşür. Eyni zamanda, 10 saylı mənzilə aid texniki pasportda göstərilən 4 və 5 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə 1,10 m enində və 90° altında divara qədər arakəsmə yaradılmalı və 4-5 saylı tikililər arasında olan qapı bağlanmalıdır. Belə bölgü zamanı 10 saylı mənzildən iddiaçıya 1 saylı otağın bir hissəsi, 2-4 saylı otaqlar, cavabdehə 1 saylı otağın digər hissəsi, 5-9 saylı otaqlar düşür.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-87/2022 nömrəli iş üzrə 9 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) ilkin iddia tələbi təmin edilərək, mübahisəl i 3 saylı mənzilin iddiaçıya məxsus 40,1 kv.m sahəsi və mübahisəli 10 saylı mənzilin 37,5 kv.m sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması və iddiaçıya verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, mübahisəli 3 saylı mənzilin iddiaçıya məxsus 80.1 kv.m sahəsi və mübahisəli 10 saylı mənzilin 187,57 kv.m sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması və iddiaçıya verilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində qoyulmuş suallar daha əhatəli şəkildə cavablandırıldığına görə, hazırkı mübahisənin həllində qeyd olunan ekspert rəyi ilə təklif olunan bölgü variantı tətbiq olunmalıdır. Həmçinin cavabdeh göstərilən ünvanlarda iddiaçı tərəfindən arakəsmələrin sökülməsi, digər təmir işlərinin aparılması, qanunsuz hərəkətləri nəticəsində ona 25100 manat məbləğində maddi ziyanın vurulmasını göstərsə də, bu barədə məhkəməyə mötəbər sübutları təqdim edə bilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 220.1, 220.2, 220.3-cü maddələrinə, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 101.7, 103.1, 119.1, 217.4, 218.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məzmunu qarşılıqlı iddia ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi hər iki iddianı təmin edərkən əmlakların naturada ayrılması hissəsində düzgün nəticəyə gəlsə də, maneəni aradan qaldırmaqla mülkiyyət hüququnu məhdudlaşdırmış, əsassız ekspert rəyinə istinad etməklə yanlış qərar çıxarmış, ümumiyyətlə vurulmuş maddi ziyan üzrə araşdırma aparmamışdır.

15. Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7333/22 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə 06.7.2022-ci il tarixli ekspert rəyində qoyulmuş suallar xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə müqayisədə daha əhatəli şəkildə cavablandırıldığına görə həmin ekspert rəyi üzrə təklif olunan bölgü variantını tətbiq edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

17. Qarşılıqlı iddianın təmin olunmayan digər hissələrinə münasibətdə məhkə mə qeyd etmişdir ki, bu hissədə tələbi təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda, Mülki Məcəllənin 21.1ci və 1097.1-ci maddələr istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kons titusiyası

22. Maddə

29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

23. Maddə

29. İİ hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Mülki Məcəllə

24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşula rın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

28. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna mal ikdir. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsas ında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7333/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar