Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-134/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs «xxxx» BOKT ASCtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-92/19) İddiaçı cavabdehlər «xxxx» MMC və «xxxx» MMC-yə qarşı («xxxx» BOKT ASC iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb olunmaqla) «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, keçirilmiş hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 74 saylı evin 21-ci mənzilinin qiymətləndirilməsinə dair «xxxx» MMC tərəfindən verilmiş 05.08.2011-ci il tarixli 551 saylı əmlakın qiymətləndirilməsi barədə hesabat ləğv edilmiş, «xxxx» MMCnin Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 74 saylı evin 21-ci mənzilinə dair 25.04.2018-ci il tarixli, Y-701 nömrəli hərracın nəticələri haqqında yekun protokolu və «xxxx» MMC ilə «xxx x» BOKT ASC arasında bağlanmış 25.04.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamədən üçüncü şəxs «xxxx» BOKT ASCapellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov, iş № 2(103)-8507/19) üçüncü şəxs «xxxx» BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs «xxxx» BOKT ASCkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması nı xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər «xxxx» MMC və «xxxx» MMC-yə qarşı («xxxx» BOKT ASC iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb olunmaqla) «əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, keçirilmiş hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmlakın qiymətləndirilməsi barədə 05.08.2011-ci il tarixli 551 saylı hesabatın ləğv edilməsi və 25.04.2018-ci il tarixdə hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın yekunları barədə Y-701 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxar ıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsin tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassatorun vəkili E.Həsənov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi R.Nəcəfov Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiya sı Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil E.Həsənovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 avqust 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şik ayəti verməmişlər. Qətnaməni apellyasiya qaydasında yalnız üçüncü şəxs «xxxx» BOKT ASC mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını üçüncü şəxsin apellyasiya şikayətinin hədləri daxilində yoxlayaraq məhkəmənin iddia tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və qətnaməni dəyişdirilmədən, apellyasiya şikayətini isə təmin edilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.08.2009-cu il tarixli, 2(009)-1773/2009 saylı qətnaməsi ilə «xxxxbank» ASC-nin İddiaçı Sadədin qızına qarşı kredit borcun tutulması və borcun ipoteka predmetinə yönə ldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, «xxxxbank» ASC-nin xeyrinə 40.000 ABŞ dolları əsas, 2.488,94 ABŞ dolları ikiqat faiz, 4.255,25 ABŞ dolları dəbbə pulu, cəmi 46.744,19 ABŞ dollarının ödəniş gününə məzənnə üzrə manatla və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, A.Məmmədov küçəsindəki 74 saylı evin 21-ci mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq tələb edilən məbləğin bankın hesabına ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.10.2010-cu il tarixli, 2(103)-4100/10 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.08.2009-cu il tarixli, 2(009)-1773/2009 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.08.2009-cu il tarixli, 2(009)-1773/2009 saylı qətnaməsi cavabdeh İddiaçı və onunla birlikdə yaşayan şəxslərin ipoteka qoyulmuş mənzildən çıxarılması barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin olunaraq ipoteka predmeti olan mənzil satıldıqdan sonra İddiaçı və onunla birlikdə yaşayan şəxslərin bir aydan gec olmayaraq mənzili tərk etmələri qət edilmişdir. «xxxx» MMC-nin 05.08.2011-ci il tarixli 551 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatında (rəyində) İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 74 saylı evin 21 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 70.000 manat təşkil etdiyi qeyd olunmuşdur. «xxxx» MMC tərəfin dən İddiaçı, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə və «xxxxbank» ASC-nə ünvanlanmış 11.01.2014-cü il tarixli, 02/2 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən, 74 saylı evin 21 saylı mənzili ilə bağlı hərracın keçiriməsi 24.01.2014-cü il tarixə təyin edilmişdir. Lakin ilkin və təkrar hərraclar baş tutmamış, ipoteka predmeti olan mənzil satılmamış və icra məmuru bu səbəbdən qərar çıxararaq icra sənədini icra olunmadan geri qaytarmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.06.2016-cı il tarixli, 2-1(81)-383/2016 nömrəli qərarından görünür ki, iddiaçı «xxxxbank» ASC-nin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə qarşı İddiaçı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla qərarın ləğv edilməsi barədə iddiası təmin edilmiş, cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin 12.06.2015-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. «xxxx» MMC tərəfindən İddiaçı, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə və «xxxxbank» ASC-nə ünvanlanmış 12.01.2018-ci il tarixli, 120 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən, 74 saylı evin 21 saylı mənzili ilə bağlı hərracın keçirilməsi 14.02.2018-ci il tarixə təyin edilmiş, əmlakın qiymətinin 70.000 manat olduğu qeyd edilmişdir. «xxxx» MMC tərəfindən İddiaçı, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə və «xxxxbank» ASC-nə ünvanlanmış 26.01.2018-ci il tarixli, 428 nömrəli bildirişdən görünür ki, mübahisəli mənzillə bağlı hərracın keçiriməsi 14.02.2018-ci il tarixə təyin edilmişdir. «xxxx» MMC tərəfindən İddiaçı, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə və «xxxxbank» ASC-nə ünvanlanmış 16.02.2018-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 74 saylı evin 21-ci mənzili ilə bağlı hərracın keçirilməsi 28.03.2018-ci il tarixə təyin edilmiş, əmlakın qiyməti 59.500 manat göstərilmişdir. «xxxx» MMC tərəfindən İddiaçı, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə və «xxxxbank» ASC-nə ünvanlanmış 02.03.2018-ci il tarixli, 1034 nömrəli bildirişdən görünür ki, mübahisəli mənzillə bağlı hərracın keçirilməsi 28.03.2018-ci il tarixə təyin edilmiş, əmlakın qiyməti 59.500 manatdır. «Market» qəzətinin nüsxələrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerlə şən, 74 saylı evin 21 saylı mənzili ilə bağlı hərracın keçirilməsinə dair elanlar verilmişdir. «xxxx» MMC-nin 25.04.2018-ci il tarixli, Y-701 nömrəli hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4100/2010 nömrəli, 15.10.2011-ci il tarixli nömrəli icra vərəqəsinə və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən, 74 saylı evin 21 saylı mənzil təkrar hərracdan 44.625 manata «xxxx» BOKT ASC-nə satılmışdır. «xxxx» MMC ilə «xxxx» BOKT ASC arasında bağlanmış 25.04.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən, 74 saylı evin 21 saylı mənzil təkrar hərra cdan 44.625 manata «xxxx» BOKT ASC-yə satılmışdır. «X2» MMC-nin 20.07.2018-ci il tarixli, H/28-GHM nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən, 74 saylı evin 21 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 70.000 manat təşkil edir. «xxxx» MMC-nin 18.09.2018-ci il tarixli, 28/18 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən, 74 saylı evin 21 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 170.000 manat təşkil edir. «xxxx» MMC-nin 26.12.2018-ci il tarixli, 36 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından isə görünür ki, İd diaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən, 74 saylı evin 21 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 170.000 manat təşkil edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərə findən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir.. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab etmişdir ki, ekspertiza rəyləri arasında kəskin qiymət fərqlərinin olması ağlabatan deyildir. Həmçinin, “xxxx” MMC tərəfindən keçirilən qiymətləndirmə vaxtı Azərbaycan Respublikasının daşınmaz əmlak bazarında kəskin qiymət tərəddüdləri (kəskin ucuzlaşma) olmamışdır. Habelə, mübahisəli mənzilin bazar qiymətinin daha aşağı olması ilə bağlı üçüncü şəxs xxxx BOKT ASC-nin arqumentləri öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş və iş materiallarında olan “xxxx” MMC tərəfindən keçirilmiş 26 iyul 2019-cu il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 74, 21 saylı mənzilin 2018-ci – 2019-cu illər üzrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 150.000 (bir yüz əlli min) manat dəyrində müəyyən edi lir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5- ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutm aması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər Apellyasiya instansiyası məhkəməsi “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd etmişdir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə b irtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, «xxxx» tərəfindən qeyd olunan daşınmaz əmlakın (mənzilin) real bazar qiymətindən aşağı qiymətlə hərracdan satılmasını həracın yekunlarının etibarsız sayılması üçün tutarlı əsas hesab edərək iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təş kil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, üçüncü şəxs «xxxx» BOKT ASC həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun ol ur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs «xxxx» BOKT ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 2 8 avqust 2019-cu il tarixli, 2(103)-8507/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-134/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-134/2020
10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver