Məhkəmə qərarları › İş №2(102)-134/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-134/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-134/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “XXX“MMC-nin nümayəndəsi və vəkili X1 ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-738/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları

1. İddiaçı ilə cavabdeh "xxxx" lizinq şirkəti QSC arasında 01 avqust 2013-ci il tarixdə 36 (otuz altı) ay müddətinə müqavilə üzrə qiyməti 34.500 USD olan lizinq müqaviləsi bağlanmışdır. Sonradan həmin müqavilə uzadılmışdır.

2. Müqaviləyə əsasən "Merceses benz S350” markalı ** PD *** qeydiyyat nişanlı avtomobil İddiaçı istifadəsinə verilmişdir. X2” QSC sonradan fəaliyyətini "XXX” MMC kimi davam etdirmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" lizinq şirkəti QSC ilə cavabdeh İddiaçı arasında 01.08.2013-cü il tarixdə bağlanmış 1562M/13/B saylı “X2 müqavilə”sinə xitam verilmiş, lizinq obyekti olan "Merceses benz S350” markalı ** PD *** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi X2 QSC-yə qaytarılması qət edilmişdir.

4. Bununla belə, "xxxx" lizinq şirkəti QSC 02.03.2018-ci il tarixli əmrlə İddiaçı sözügedən lizinq müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyi göstərilməklə avtomobilin onun adına qeydiyyata alınmasına razılıq verilmişdir.

5. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 26 oktyabr 2018-ci il tarixli məktubundan məlum olur ki, "Mercedes benz S350” markalı ** PD *** qeydiyyat nişanlı avtomobilin Bolqarıstan Respublikası tərəfindən axtarışda olması İnterpolun axtarış bazasında mövcuddur. Bu səbəbdən maşının özgəninkiləşdirilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 52828.88 ABŞ dolları pul vəsaitinin və ödənil miş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını“ və əməldə cinayət tərkibi olduğundan şikayət barəsində xüsusi qərardad çıxarıb prokurorluğa göndərilməsini xahiş etmişdir (iddia tələbi dəqiqşləşdirilmişdir).

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcun qaytarılması ilə bağlı iddiaçı tərəfindən dəfələrlə X2 QSC-nin hüquqi varisi olan "XXX“ MMC-yə ərizə ilə müraciət edilərək, yaranmış borcun 7 gün müddətində ödənilməsi tələb etmişdir. Sonuncu dəfə 06.09.2019-cu il tarixdə müraciət etmişdir, lakin cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Hesab edir ki, cavabdeh imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, nəqliyyat vasitəsinin Bolqarıstan Respublikası tərəfindən axtarışda olması barədə məlumatları olmayıb. Eyni dərəcədə olan nəqliyyat vasitəsilə əvəz edilməsinə və ya həmin nəqliyyat vasitəsi dəyərində məbləğin ödənilməsinə razıdırlar.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 31 avqust 2020-ci il tarixli, 2(005)-322/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə 34.500 ABŞ dolları məbləğində pulun, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında 01 avqust 2013-ci il tarixdə 36 (otuz altı) ay müddətinə olan müqavilə yə əsasən, "MERCEDES BENZ S350” markalı **-PD-*** qeydiyyat nişanlı avtomobil həmin müqavilənin bağlandığı tarixdən İddiaçı istifadəsinə verilmişdir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 52828,88 ABŞ dolları pul məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Bu baxımdan lizinq obyektinin amortizasiya ödənişləri Mülki Məcəllənin 748-11.1.1-ci maddəsinə əsasən nəzərə alınmalıdır. Bununla belə həmin lizinq müqaviləsində lizinq obyektinin dəyəri 34.500 ABŞ dolları məbləğində tərəflər arasında razılaşdırıldığından həmin məbləğdə pul vəsaiti cavabdeh şəxs iddiaçıya ödəməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) 13 iyul 2021-ci il tarixli, 2( 103)-738/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(005)- 322/2020 saylı qətnaməsi dəyişdirilmiş, Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30000 (otuz min) manat müəyyən edilmiş, “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması, iddia ərizəsi və apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun tərəflərdən bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, nə lizinq müqaviləsinin qiyməti olan 34500 ABŞ dolları, nə də lizinq müqaviləsi üzrə ödənilmiş 52828,88 ABŞ dolları məbləğində pul iddiaçıya vurulmuş real zərərin məbləği kimi qəbul oluna bilməz. Belə ki, avtomobil 2006-cı il buraxılışlı olmaqla 01 avqust 2013-cü il tarixdən hal-hazırkı dövrə qədər iddiaçının istifadəsindədir. Buna görə də avtomobilin ötən müddətdə istismarda olub həm buraxılış ilinə, həm də istismarda olmasına görə dəyərinin aşağı düşməsi təbiidir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxıl ışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 30000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasında avtomobil satışı ilə bağlı internet saytlarında olan məlumatlardan da görünür ki, oxşar vəziyyətdə olan “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxılışlı avtomobillərin orta bazar satış qiyməti 30000 manatdır. Əgər avtomobil beynəlxalq axtarışda olmasaydı, yəni qüsurlu olmasaydı, İddiaçı həmin avtomobili real bazar qiymətinə uyğun qiymətə sata bilərdi. Buna görə də Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30000 (otuz min) manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İdd iaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticəyə görə lizinq şirkəti tərəfindən lizinq alana hüquqi cəhətdən qüsurlu avtomaşın lizinqə verilmişdir. Lakin qətnamədə qeyd olunub ki, məhkəmə kollegiyası hesab edir ki, nə lizinq müqaviləsinin qiyməti olan 34500 ABŞ dolları, nə də lizinq müqaviləsi üzrə ödənilmiş 52828,88 ABŞ dolları məbləğində pul iddiaçıya vurulmuş real zərəri? məbləği kimi qəbul oluna bilməz. Belə ki, avtomobil 2006-cı il buraxılışlı olmaqla 01 avqust 2013-cü il tarixdən hal-hazırkı dövrə qədər iddiaçının istifadəsindədir. Buna görə də avtomobilin ötən müddətdə istismarda olub həm buraxılış ili, həm də istismarda olmasına görə dəyərinin aşağı düşməsi təbiidir. Məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, burada tərəflər arasında müqavilə bağlanmışdır və hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. İddiaçı tərəfindən lizinq şirkətinə 52 828,88 ABŞ dollar məbləğində vəsait ödənilmişdir, lakin lizinq şirkəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda ödənilmiş pul geri qaytarılmalıdır. Lakin məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Avtomobilə baxış keçirilmədən formal olaraq cavabdeh lizinq şirkətinin istəyinə uyğun ekspertiza keçirmiş və lizinq şirkətinin istəyinə uyğun qoyulmuş 30 000 manat məbləğində pulun qaytarılması qət etmişdir. Bundan başqa, qətnamədə qeyd olunur ki, lizinq şirkəti də avtomobil geri qaytarıldığı təqdirdə lizinq alana dəymiş real zərərin əvəzini ödəməyə, o cümlədə n eyni keyfiyyətdə avtomobil verməyə və ya avtomobilin real qiymətini iddiaçıya ödəməyə hazır olduğunu bildirmişdir. AR Mülki Məcəlləsinin 749.1-ci maddəsinə qeyd olunur ki, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Hətta qətnamədə də qeyd edilmişdir ki, lizinq şirkəti tərəfindən lizinq alana hüquqi cəhətdən qüsurlu avtomaşın lizinqə verilmişdir. Bu maddəni qeyd etməkdə əsas məqsəd ondan ibarətdir ki, hər iki instansiya məhkəməsi yalnız və yalnız cavabdehi düşünərək iddiaçıya ya həmin avtomobilin dəyərində bir başqa avtomobil verməyi, yada ki, həmin avtomobilin qiymətinin əvəzində günün indiki bazar qiymətinə uyğun olaraq pul ödənilməsini ist əmişdir. Lakin, heç bir instansiya məhkəməsi lizinq şirkətindən lizinq alana niyə məhz qüsurlu avtomobil verdiyi ilə bağlı açıqlama tələb etməmişdir. Məhkəmə yekununda 30 000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını istəmişdir. Sual olunur: lizinq müqaviləsi üzrə ödənilmiş olan 52 828,88 ABŞ dollarından 30“000 manat çıxıldıqdan sonra yerdə qalan ziyan kimin tərəfindən ödəniləcəkdir? Belə ki, məhkəmə tərəfindən həmin avtomobilin real bazar qiyməti deyərkən qətnamədə qeyd olunduğu kimi turbo.az internet portalına və mərkəzdə ekspert praktikası məlumatlarına nəzərən 30 000 manat qiymət təyin etməsi nə dərəcədə doğrudur? Məhkəmə tərəfindən iddiaçının xeyrinə lizinq şirkəti tərəfindən daha az məbləğdə ödənilməsini tələb etməsi, əksinə gələcəkdə bu kimi halların qarşısını almaq əvəzin ə lizinq şirkətlərinin məsuliyyətsiz davranmasına yol açmış olacaqdır. Bundan başqa, mülki iş materiallarında cavabdehin Cavabdeh MMC-nin apellyasiya şikayətinə əlavəsi ( avtomobilin geri qaytarılması hissəsi) 15.07.2021-ci il tarixdə icraata qəbul olunub və məhkəmə qətnaməsində öz əksinin tapmışdır. Apellyasiya şikayətinə əlavə icraata qəbul oluna bilməzdi. Çünki MPM-nin tələblərinə uyğun olaraq apellyasiya şikayəti qətnamə təqdim olunduğu gündən 1 ay müddətində verilə bilər. Apellyasiya şikayətinə əlavədə göründüyü kimi avtomobilin geri qaytarılması nə birinci instansiya məhkəməsində qarşılıqlı iddia verilməmişdir, nə də apellyasiya şikayətinin dəlilərində göstərilməmişdir Yalnız apellyasiya şikayətinə əlavədə göstərilmişdir, buna da müddət ötürülmüşdür. Apellyasiya şikayətinə əlavə məhk əmə tərəfindən icraata qəbul olunmasında qanunsuzluğa yol verilmişdir. Mülki iş materiallarında görünür ki, Cavabdeh MMC-nin qarşılıqlı iddiası olmamışdır. Lakin apellyasiya instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq “Mercedes Benz S350” markalı AZ ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması qət etmişdir. Göründüyü kimi məhkəmə düzgün hüquqi qiymət verməmiş, iddia tələbdən çıxaraq yalnız Cavabdeh MMC-nin xeyrinə işi həll etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

19. Maddə 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə liz inq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.

20. Maddə 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 218.3. Hakim qanunla göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansi yası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, maşının iddiaçıdan alınması hissəsi istisna olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan qeyd olunan hissədən başqa apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

28. İddiaçı cavabdeh lizinq şirkəti ilə bağladığı 01 avqust 2013-cü il tarixli 1562M/13/B saylı müqaviləyə əsasən müqavilə qiyməti 34500 ABŞ dolları olan 2006-cı il buraxılışlı “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşını 36 ay müddətinə lizinqə götürmüş və lizinq şirkətinə 52828,88 ABŞ dolları məbləğində pul ödəmişdir. Müqavilə üzrə öhdəliyini tam yerinə yetirdikdən sonra 31 avqust 2018-ci il tarixdə avtomobil təhvil-təslim aktına əsasən ona verilmiş, lakin avtomobili öz adına rəsmiləşdirmək istədikdə ona məlum olmuşdur ki, avtomobil Bolqarıstan Respublikası tərəfindən İnterpolun axtarışına verilmişdir. 29. “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin avtomaşın alqı-satqı müqaviləsinə əsasən 27.01.2011-ci il tarixdən "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir.

30. Kommersiya qurumunun dövlə t reyestrindən çıxarışdan görünür ki, "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin hazırkı adı Cavabdehdir. 31. “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşın 15.10.2012-ci il tarixdən İnterpol tərəfindən axtarışa verilmişdir.

32. Birinci instansiya məhkəməsində işə baxılarkən “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmuş, lakin İddiaçı avtomaşını ekspertizaya təqdim etməkdən imtina etdiyinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır.

33. Apellyasiya icraatı mərhələsində avtomaşının qiymətləndirilməsi üçün yenidən ekspertiza təyin olunmuş, lakin iddiaçı əvvəlcə avtomobilin cərimə meydançasında, sonra isə Naxçıvan MR-də olduğunu bildirərək a vtomaşını ekspertizaya təqdim etməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokollardan görünür ki, həmin avtomobil ekspertiza keçirilən dövrdə və sonrakı dövrlərdə Bakı şəhəri ərazisində idarə olunmuşdur.

34. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 aprel 2021-ci il tarixli 9/1103 saylı rəyinə əsasən, internet məlumatlarına (sayt: Az turbo) və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 30000 manat müəyyən olunur.

35. Cavabdeh “XXX“ MMC-nin nümayəndələri lizinq müqaviləsi bağlanarkən lizinq obyekti olan avtomobili n beynəlxalq axtarışda olması barədə lizinq şirkətində heç bir məlumat olmadığını, bu barədə məlumat olsaydı, avtomobil üzərində şirkətin mülkiyyət hüququnun qeydə alınmasının və avtomaşının texniki baxışdan keçirilməsinin mümkün olmadığını bildirmiş və lizinq şirkətinin vicdanlı lizinq verən olduğunu bildirmişlər.

36. İş materiallarından görünür ki, avtomobil 27 yanvar 2011-ci il tarixdə lizinq şirkətinin mülkiyyətinə keçmiş, 15 oktyabr 2012-ci il tarixdə avtomobil İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdir. Tərəflər arasında lizinq müqaviləsi isə 01 avqust 2013-cü il tarixdə bağlanmışdır.

37. Göründüyü kimi, avtomobil lizinq şirkətinin mülkiyyətinə keçərkən axtarışda olmasa da, lizinq müqaviləsi bağlanarkən avtomobil İnterpol xətti ilə axtarışda olmuşdur. Beləliklə, lizinq şirkə ti tərəfindən lizinq alana hüquqi cəhətdən qüsurlu avtomaşın lizinqə verilmişdir. Mülki qanunvericilikdə satıcının alıcıya qüsurlu əşya verməsi nəticəsində yaranmış məsuliyyət təqsirsiz məsuliyyətdir. Məhkəmə kollegiyası hesab edir ki, avtomobilin qüsurlu vəziyyətə düşməsində lizinq şirkətinin təqsiri olmasa da, lizinq alana qüsurlu avtomobilin verilməsi lizinq şirkətinin risk dairəsində olmuşdur. Lizinq şirkəti də avtomobil geri qaytarıldığı təqdirdə lizinq alana dəymiş real zərərin əvəzini ödəməyə, o cümlədən eyni keyfiyyətdə avtomobil verməyə və ya avtomobilin real qiymətini iddiaçıya ödəməyə hazır olduğunu bildirmişdir.

38. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, lizinq alan İddiaçı qüsurlu əmlak verilməsinə görə dəymiş zərərin əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidi r.

39. Bununla belə apellyasiya məhkəməsi hesab etmişdir ki, nə lizinq müqaviləsinin qiyməti olan 34500 ABŞ dolları, nə də lizinq müqaviləsi üzrə ödənilmiş 52828,88 ABŞ dolları məbləğində pul iddiaçıya vurulmuş real zərərin məbləği kimi qəbul oluna bilməz. Belə ki, avtomobil 2006-cı il buraxılışlı olmaqla 01 avqust 2013-cü il tarixdən hal-hazırkı dövrə qədər iddiaçının istifadəsindədir. Buna görə də avtomobilin ötən müddətdə istismarda olub həm buraxılış ilinə, həm də istismarda olmasına görə dəyərinin aşağı düşməsi təbiidir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 30 000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasında avtomobil satışı ilə bağlı internet saytlarında olan məlumatlardan da görünür ki, oxşar vəziyyətdə olan “Mercedes Benz S350” markalı, mühərrik gücü 3500 kub sm. olan 2006-cı il buraxılışlı avtomobillərin orta bazar satış qiyməti 30000 manatdır. Əgər avtomobil beynəlxalq axtarışda olmasaydı, yəni qüsurlu olmasaydı, İddiaçı həmin avtomobili real bazar qiymətinə uyğun qiymətə sata bilərdi. Buna görə də Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulan pul vəsaitinin məbləği 30000 (otuz min) manat müəyyən edilməlidir.

40. Kollegiya hesab edir ki, iddiaçının pul tələbinə münasibətdə apellyasiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşd ırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Bununla belə, Kollegiya hesab edir ki, “Mercedes Benz S350” markalı Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması və qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması hissələrində maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməmişdir.

42. Ona görə ki, əvvəla, Cavabdeh MMC nəinki bu barədə, ümumiyyətlə iş üzrə iddia tələbi irəli sürməmişdir.

43. Məhkəmə, i ddia tələblərindən kənara çıxmanı nəzərdə tutan Mülki Prosessual Məcəllənin 218.3cü maddəsinə istinad etsə də, hazırkı iş üzrə qanunda göstərilən müstəsna halın və maddi hüquq normasının nədən ibarət olmasını göstərməmiş, öhdəliklərin qarşılıqlı icrasına dair qeyd etdiyi Mülki Məcəllənin 441.1-ci maddəsinin dispozisiya şərtlərinin bu işin halları ilə uyğunluğunu lazımi şəkildə əsaslandırmamışdır.

44. Belə ki, məhkəmə öhdəliklərin qarşılıqlı icrasının mümkün olmaması və lizinq alanın avtomobili öz mülkiyyətinə keçirə bilməməsini bildirsə də, müqavilənin bu səbəblə ləğv edilməsi nəticəsində tərəflərin tələbdən asılı olmayaraq əvvəlki vəziyyətə qaytarılmalarını nəzərdə tutan konkret bir maddi hüquq normasına istinad olunmamışdır.

45. Bundan əlavə, apellyasiya məhkəməsi məsələni təhlil edərk ən tərəflər arasında bağlanmış 01.08.2013-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsi və "Mercedes benz S350” markalı ** PD *** qeydiyyat nişanlı avtomobilin X2 QSC-yə qaytarılmasına dair işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2017-ci il tarixli qətnaməsinə münasibət bildirməmiş, belə bir məhkəmə aktı olduğu halda, avtomobilin cavabdehə təkrar qaytarılması barədə qətnamə çıxarılmasının hansı qanuni zərurətdən irəli gəldiyini əsaslandırmamışdır.

46. Ona görə də, qətnamə avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması və qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması hissələrində ləğv edilməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-738/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi “Mercedes Benz S350 markalı, Az ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması” hissələrində ləğv edilsin, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar