Məhkəmə qərarları › İş №2(102)-1341/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1341/2019

05.03.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1341/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il İŞ № 2(102)-1341/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1, vəkili Vəkil1, üçüncü şəxs X4 və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2411/2018 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon məhkəməsin in 13 iyul 2018-ci il tarixli, 2(025)-792/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.N.Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin İnkişafı Departamenti və Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə qarşı “ərizənin, əmrin, icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası, həmçinin üçüncü şəxs X1 Cavabdeh1 və İddiaçı qarşı “obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi” barədə iddiası təmin edilərək, İddiaçıla Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında bağlanmış 0,80 ha torpaq sahəsinə dair 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə dair Cavabdeh1 adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həm in əraziyə və ərazidə olan mövcud tikililərə heç bir iddiasının olmayacağına dair onun adından yazılaraq notarial qaydada təsdiq edilmiş 21 noyabr 2013-cü il tarixli ərizənin, habelə həmin ərizə əsasında onunla bağlanmış 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh1la yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin 16 dekabr 2013-cü il tarixli, 453/ü saylı əmrinin və həmin əmrə əsasən Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə Cavabdeh1 arasanda bağlanmış 23 dekabr 2013-cü il tarixli, 03 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən xxxa məxsus olan obyektin (Su tayı istirahət mərkəzinin) və obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsini n Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Arif Əliyev qətnamədən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2411/2018 saylı qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev sədrlik edən, məruzəçi, G.Q.Abbasov və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil1 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı “ərizənin, əmrin, icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 2005-ci ildə qardaşı xxxun maddi dəstəyi ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində meşə sahəsində kiçik həcmli “Su tayı” adında kafe inşa etmişlər. Obyekti 2 il işlətdikdən sonra 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə əsasən obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsini 10 il müddətinə icarəyə götürmüşdür. Lakin, o, hökümət işində çalışdığı üçün qardaşı xxxun məsləhəti ilə obyekti işlətmək üçün digər qardaşı Cavabdeh1 vermiş və operativ idarəçiliyi həyata keçirmək üçün 19 sentyabr 2007-ci il tarixdə sonuncunun adına 10 il müddətində qüvvədə olan etibarnamə vermişdir. 2018-ci ilin əvvəllərində, onunla bağlanmış icarə müqaviləsinin müddətinin qurtarmasına az qalmış, yeni icarə müqaviləsi bağlamaq üçün Meşələrin İnkişafı Departamenti müraciət etmiş, lakin, Departamentin 22 fevral 2018-ci il tarixli məktu bu ilə onunla yeni icarə müqaviləsinin bağlanmasından imtina edilmişdir. Məktuba, eləcə də sonradan əldə etdiyi sənədlərə əsasən müəyyən etmişdir ki, qardaşı Cavabdeh1 onun verdiyi etibarnamədən sui-istifadə edərək, 21 noyabr 2013-cü il tarixdə notarial qaydada təsdiq edilməklə onun adından Meşələrin İnkişafı Departamentinə ərizə yazaraq, guya səhhəti ilə bağlı obyekti işlədə bilmədiyi üçün, 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini və həmin əraziyə dair onun öz adına yeni icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Ərizədə həmçinin qeyd edilmişdir ki, gələcəkdə həmin əraziyə və ərazidə olan mövcud tikililər barədə heç bir iddiası olmayacaqdır. Eləcə də Cavabdeh1 yazılı ərizə ilə Meşələrin İnkişafı Departamentinə müraciət edərək, onun la icarə müqaviləsinin bağlanmasını xahiş etmiş və həmin ərizələrə əsasən Meşələrin İnkişafı Departamentinin 16 dekabr 2013-cü il tarixli, 453/ü saylı əmri ilə onunla bağlanmış 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Bundan sonra sözügedən əmrə əsasən, onun istifadəsində olan 0,80 ha torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair sonuncu ilə Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında 4 il müddətinə 23 dekabr 2013-cü il tarixli, 03 saylı icarə müqaviləsi bağlanmışdır. Hazırda o, özü obyekti işlətmək istəsə də, Cavabdeh1 icarə müqaviləsinə və əmlakdan onun xeyrinə imtina etməsinə dair yazdığı ərizəyə əsaslanaraq onu obyektə buraxmır. Ona görə də onun adından yazılmış 21 noyabr 2013-cü il tarixli ərizə etibarsız hes ab edilməlidir. Həmçinin, Meşələrin İnkişafı Departamenti həmin ərizənin Cavabdeh1 tərəfindən imzalandığını, bununla da sonuncunun öz xeyrinə əqd bağlamaq məqsədi güddüyünü bildiyi (bilməli olduğu) halda, buna heç bir əhəmiyyət vermədən onunla bağlanmış 16 avqust 2007ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh1la yeni icarə müqaviləsinin bağlanması barədə 16 dekabr 2013-cü il tarixli, 453 saylı əmri və həmin əmrə əsasən Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə onun arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, 03 saylı icarə müqaviləsi etibarsız hesab edilməli və ona məxsus olan obyekt, obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməlidir. İşə məhkəmədə baxılarkən Azər İ ddiaçıbaycan Respublikası MPM-nin 52-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəməyə yazılı ərizə verib iddia tələbinin “ona məxsus obyektin və obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi” hissəsindən imtina etdiyi üçün Qəbələ rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli qərardadı ilə işin icraatına həmin hissədə xitam verilmişdir. Həmin ərizə ilə İddiaçı eyni zamanda xxxun iddia tələbini etiraf etmişdir. xxx isə məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı “obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, “Su tayı” istirahət mərkəzinin tikintisi sırf onun vəsaiti hesabına başa gəlmişdir. Belə ki, 2004-cü ilin təxminən sentyabr ayında o, ilk dəfə daş, qum və sement alaraq həmin əraziyə töküb şəxsən özü tikinti işləri aparmışdır. Lakin həmin vaxt Rusiya Federasiyası Tümen X3 şəhərində yaşayıb-işlədiyi və həmin işləri məzuniyyətdə olduğu müddətdə gördüyü üçün, tikinti işlərini qardaşları Azər və Cavabdeh1lar davam etdirmişlər. Lakin, İddiaçı hərbi şəhərcikdə dövlət işində işlədiyi və asudə vaxtı az olduğu üçün tikinti işləri ilə davamlı olaraq məşğul ola bilməmişdir. Elə həmin ərəfədə digər qardaşı Cavabdeh1 tikinti işlərini davam etdirməyi öz üzərinə götürmüşdür. O, mütamadi olaraq poçt vasitəsi ilə əvvəl qardaşı İddiaçı, sonra digər qardaşı Cavabdeh1 pul göndərmiş və onlar tikinti işlərini aparmışlar. Tikinti işləri başa çatdıqdan sonra 2006-ci ilin may ayında obyektin açılışı olmuşdur. Obyektin ümumi tikintisinə təxminən 400.000 ABŞ dolları vəsait sərf etmişdir. Obyekt fəaliyyətə başladıqdan sonra onu əvvəl qardaşı Cavabdeh1 işlətməyə başlamış, lakin yaz aylarında müştəri gəlmədiyi üçün o, açarları İddiaçı təhvil vermişdir. Uzun sürən çəkişmələrdən sonra qardaşı İddiaçıla Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında obyektin yerləşdiyi və ətrafında olan 0,80 ha torpaq sahəsinə dair 10 il müddətinə 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsi bağlanmışdır. Lakin, İddiaçı hərbçi olduğu və obyekti işlətməyə vaxtı olmadığı üçün, həmin obyekti operativ idarə etməyə dair sonuncu 19 sentyabr 2007-ci il tarixdə notarial qaydada təsdiq edilməklə Cavabdeh1 adına 10 il müddətində qüvvədə olan etibarnamə vermişdir. Cavabdeh1 obyekti ələ keçirdikdən sonra yavaş-yavaş İddiaçı və digər qohumları oradan uza qlaşdırmağa başlamışdır. 2016-cı ilin fevral ayında o, təqaüdə çıxdıqdan sonra Azərbaycana qayıtmışdır. 2018-ci ilin əvvəllərində İddiaçı yeni icarə müqaviləsinin bağlanması üçün Meşələrin İnkişafı Departamentinə müraciət etmiş, lakin, Departamentin 22 fevral 2018-ci il tarixli məktubu ilə onunla yeni icarə müqaviləsinin bağlanmasından imtina edilmişdir. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 İddiaçı verdiyi etibarnamədən sui-istifadə edərək, 21 noyabr 2017-ci il tarixdə notarial qaydada təsdiq edilməklə sonuncunun adından Meşələrin İnkişafı Departamentinə yazılı ərizə verib, guya səhhətilə bağlı obyekti işlədə bilmədiyi üçün, 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini və həmin əraziyə dair öz adına yeni icarə müqaviləsi nin bağlanmasını xahiş etmişdir. Ərizədə həmçinin qeyd edilmişdir ki, gələcəkdə həmin əraziyə və ərazidə olan tikililərə İddiaçı heç bir iddiası olmayacaqdır. Ona görə də sözügedən obyekt onun vəsaiti hesabanı tikildiyi üçün Cavabdeh1 qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Üçüncü şəxs xxx və vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. Cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşələrin İnkişafı Departamenti və Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən nümayəndələrini məhkəmə iclasına göndərmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin e dilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, notarial qaydada təsdiq edilmiş ərizənin İddiaçı tərəfindən deyil, Cavabdeh1 tərəfindən tərtib edilib imzalanmasına, sonuncunun etibarnamə üzrə təmsil etdiyi İddiaçı adından mübahisəli torpaq sahəsinə dair şəxsən özü barəsində əqd bağlamasına, həmin əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından bağlandığı andan etibarsız sayılmasına, torpaq sahəsinin üzərində yerləşən obyektin bilavasit ə xxxun vəsaiti hesabına inşa edilməsinə və beləliklə də sonuncunun Cavabdeh1 qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etməkdə haqlı olmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 362.2, 324.1-ci maddələrinin və digər maddi, prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin İddiaçı iddia tələbləri üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir, lakin xxxun iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessua l hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi, Vəndam Meşəbəyliyinin 7 saylı dolayısının 99-cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 ha torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə meşə fondu torpaqlarına aiddir. Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə İddiaçı arasında bağlanmış 05 noyabr 2004-cü il tarixli, 29 saylı icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi “istirahət- rekreasiya məqsədi” ilə 1 il müddətinə sonuncunun icarəsinə verilmiş və 27 oktyabr 2005-ci il tarixli, 22 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsi daha 1 il müddətinə İddiaçı icarəsində saxlanılmışdır. Müqavilənin şərtlərinə görə, icarəyə götürülən ər azidə əsaslı tikinti işlərinin aparılmasına yol verilmədiyi halda, orada mişar daşından kotec tipli binalar tikildiyinə görə Meşələrin İnkişafı Departamentinin 22 sentyabr 2006-cı il tarixli, 421/ü saylı əmri ilə İddiaçıla bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş və Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi həmin tikililərin İddiaçı vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması barədə, İddiaçı isə icarə müqaviləsi üzrə icarə hüquq münasibətlərinin davam etdirilməsi, eləcə də Meşələrin İnkişafı Departamentinin 22 sentyabr 2006-cı il tarixli, 421/ü saylı əmrinin ləğv edilməsi barədə iddia qaldırmış, Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsinin 24 aprel 2007-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi rədd, qarşıl ıqlı iddia ərizəsi təmin edilərək, Meşələrin İnkişafı Departamentinin 22 sentyabr 2006-cı il tarixli, 421/ü saylı əmrinin ləğv edilməsi və İddiaçıla Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında bağlanmış icarə müqaviləsinin daha 10 il müddətinə uzadılması qət edilmişdir. Sonradan həmin işə apellyasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra sözügedən qətnamənin icrasını təmin etmək məqsədilə Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə İddiaçı arasında sözügedən torpaq sahəsinin 10 il müddətdə sonuncuya icarəyə verilməsinə dair 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsi bağlanmışdır. 21 noyabr 2013-cü il tarixdə Cavabdeh1 İddiaçı adından notarial qaydada təsdiq edilmiş yazılı ərizə ilə Departamentə müraciət edərək, so nuncunun səhhəti ilə bağlı obyekti işlədə bilmədiyi üçün onunla bağlanmış 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini və həmin əraziyə dair onunla yeni icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Həmin ərizələrə əsasən Meşələrin İnkişafı Departamentinin 16 dekabr 2013-cü il tarixli, 453/ü saylı əmri ilə İddiaçıla bağlanmış 16 avqust 2007-ci il tarixli, 233 saylı icarə müqaviləsinə vaxtından əvvəl, yəni 16 dekabr 2013-cü il tarixdə xitam verilmiş və həmin əmrə əsasən 0,80 ha torpaq sahəsinin 4 il müddətinə, yəni əvvəlki icarə müqaviləsi ilə nəzərdə tutulan müddətdə Cavabdeh1 icarəsinə verilməsinə dair sonuncu ilə Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında 23 dekabr 2013-cü il tarixli, 03 saylı icarə müqaviləsi bağlanmışd ır. Daha sonra işə əlavə edilmiş sənədlərdən görünür ki, 2004-cü ildən başlayaraq İddiaçı adına icarəyə götürülmüş 0,80 torpaq sahəsində istirahət mərkəzi tikilmiş və 2006-cı ilin may ayında obyekt fəaliyyətə başlamışdır. 2007-ci ilin payızına kimi obyekti fasilələrlə əvvəl İddiaçı, sonradan isə Cavabdeh1 işlətmişlər. Obyektdə 2005ci ildə 2 ədəd 7x4 metr ölçüdə bina-koteclər, 1 ədəd 7x6,5 metr ölçüdə binamansardlı yaşayış evi, 1 ədəd 4x5 metr ölçüdə bina-mətbəx, 1 ədəd 11x4 metr ölçüdə bina-zal, eləcə də 2005-2009-cu illərdə 1 ədəd fin tipli ev, toy üçün talvar, 4 ədəd taxtadan besedka tikilmiş və ərazini işıqlandırmaq üçün oraya transformator qoyulmuşdur. 2015-2016-cı illərdə isə toy talvarı təxminən 2 dəfə böyüdülmüş, 3 ədəd dəmirdən besedka quraşdırılmış, bir ədəd 9x7 metr ölçüdə çöl mə tbəxi tikilmiş (toyxana üçün) istifadəyə verilmiş və ərazidə uşaq yelləncəkləri quraşdırılmışdır. Sonradan əlavə olaraq 4 ədəd taxtadan besedka, 1 ədəd 5x7 metr ölçüdə təndirxana, 1 ədəd 3x5 metr ölçüdə əlavə təndirxana tikilmiş, oraya 1 ədəd 3x2 metr ölçüdə böyük soyuducu, 1 ədəd 3x2 metr ölçüdə dəmir anbar qoyulmuş və orada 30x25 metr ölçüdə süni göl yaradılmışdır. Kassasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbləri üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 359.3, 362.1, 362.2-ci maddələrinin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Belə ki, əqddə təmsilçilik dedikdə, bir şəxsin (təmsilçinin) almış olduğu səlahiyyət çərçivəsində b aşqa şəxsin (təmsil edilənin) marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi anlaşılır. Qeyd olunan maddələrin mənasına görə, əqd təmsilçi vasitəsi ilə də bağlana və təmsilçilik üç əsas üzərində əmələ gələ bilər. Buraya təmsilçiliyin etibarnaməyə, qanunun göstərişinə və ya təmsilçiliyin yaranmasına vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsasən əmələ gəlməsi aiddir. Etibarnamə isə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Nəzərə alınmalıdır ki, əqddə təmsilçiliyin ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, adətən əqd onu bağlayanlar arasında hüquq və vəzifələr yaratdığı halda, təmsilçinin bağladığı əqd belə münasibətləri təmsil edilənlə üçüncü şəxs arasında yaradır. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kən arda qalır. Təmsilçi öz hərəkətləri ilə təmsil edənin iradə ifadəsinin gerçəkləşdirilməsini təmin etmiş olur. Əqddə təmsilçilik yolu ilə əqdin bağlanmasında üç şəxs- təmsil edilən, təmsilçi və əqd bağlanan üçüncü şəxs iştirak edir. Eyni zamanda qeyd olunan maddi hüquq normalarında belə bir məhdudiyyət nəzərdə tutulmuşdur ki, təmsilçi vasitəsi ilə əqd bağlandığı halda üçüncü şəxs qismində təmsilçi özü və onun eyni zamanda təmsil etdiyi şəxs çıxış edə bilməz. Belə ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaya bilməz. Bundan başqa təmsilçiliyin başlıca xüsusiyyətlərindən biri təmsilçinin başqasının mənafeyi üçün fəaliyyət göstərməsidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma il ə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, sonuncunun adından yazılaraq notarial qaydada təsdiq edilmiş 21 noyabr 2013-cü il tarixli ərizə İddiaçı özü tərəfindən deyil, Cavabdeh1 tərəfindən tərtib edilərək, imzalanmışdır. Cavabdeh1 bu faktı İddiaçı iddia tələblərinə qarşı verdiyi etiraz ərizəsində inkar etməyə çalışsa da, notariat orqanı tərəfindən 21 noyabr 2013cü il tarixli ərizənin arxa səhifəsində notarius tərəfindən aparılmış qeyddən görünür ki, notarius həmin ərizədə İddiaçı deyil, məhz Cavabdeh1 imzasının həqiqiliyini təsdiq edərək, imza edənin şəxsiyyətini müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, sözügedən etibarnamə verildikdən sonra Cavabdeh1 həmin etibarnaməyə əsaslanaraq, mübahisəli torpaq sahəsinə dair İddiaçı adından ərizə yazıb onunla bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə və özü ilə yeni icarə müqaviləsinin bağlanmasına nail olmuşdur. Göründüyü kimi Cavabdeh1 etibarnamə ilə səlahiyyət verilmiş hərəkətləri öz mənafeyinə uyğun şəkildə həyata keçirməklə İddiaçı sözügedən icarə müqaviləsindən irəli gələn hüquqlarını kobud şəkildə pozmuş və onun adından şəxsən özü barəsində əqd bağlamışdır. Bu isə yolveriləzdir. Çünki, sadalanan normaların mənasına görə, təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıyır. Hazırkı halda isə, Cavabdeh1 etibarnamə ilə təmsil etdiyi İddiaçı maraqları daxilində deyil, bilavasitə öz maraqları daxilində hərəkət etmişdir. Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2013-cü il tarixli Qərarında təmsilçiliklə bağlı göstərilmişdir ki, ilk növbədə, aydınlaşdır ılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Sadalanan maddi hüquq normalarının mənasına görə, əqdlərin əsas əlamətlərindən biri müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir. İşdən görünür ki, İddiaçı tərəfindən hazırda mübahisələ ndirilən torpaq icarə müqaviləsi bilavasitə onun iradəsini ifadə etmir, Meşələrin İnkişafı Departamenti isə İddiaçı adından yazılıb notarial qaydada təsdiqləmiş 21 noyabr 2013-cü il tarixli ərizənin Cavabdeh1 tərəfindən imzalandığını, bununla da sonuncunun öz xeyrinə əqd bağlamaq niyyəti güddüyünü bildiyi və ya bilməli olduğu halda, buna heç bir əhəmiyyət vermədən İddiaçıla bağlanmış 16 avqust 2007-ci il tarixli, 233 saylı torpaq icarə müqaviləsinə vaxtından əvvəl xitam verib, həmin torpaq sahəsinə dair onunla 23 dekabr 2013-cü il tarixli, 03 saylı yeni icarə müqaviləsi bağlamaqla sadalanan maddi hüquq normalarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyar 1998-ci il tarixli Qərarı təsdiq edilmiş “Meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”nın tələblərini pozmuşdur. Halbuki, həmin “Qaydalar”ın 9-cu bəndinə görə, meşə fondu sahələrindən istifadə hüququnun başqasına keçməsi, müqavilədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. Göründüyü kimi sözügedən müqavilədə meşə fondu sahələrindən istifadə hüququnun başqasına keçməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən dəyişiklik yolu ilə rəsmiləşdirilə bilməsi nəzərdə tutulduğu halda, tərəflər müqavilənin həmin şərtlərinə əməl etməmişlər. Ona görə də kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellya siya instansiyası məhkəməsi bu hissədə iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki müahisəyə düzgün tətbiq etmişdir. Lakin, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanuna əsasən müəyyən sübutetmə vasitələri ilə deyil, yalnız şahid ifadələrinə, işdə iştirak edən şəxslərin izahatlarına və sair əsaslanaraq mübahisəli obyektin xxxa məxsus olması qənaətinə gəlib, sonuncunun iddia tələbini təmin edib, həmin obyekti Cavabdeh1 qanunsuz sahibliyindən geri alıb ona qaytarmış birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 180.1, 180.2-ci maddələri nin tələblərini pozmuşdur. Belə ki, əvvəla, mülki iş materiallarında xxxun mübahisəli obyekt üzərində hər hansı hüququnun əmələ gəlməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. İşdən isə görünür ki, mübahisəli obyekt, tikinti məqsədləri üçün ayrılmayan və məqsədli təyinatına və hüquqi rejiminə görə meşə fonduna aid olan torpaq sahəsində inşa edilmişdir. Eləcə də həmin tikililər, qurğular lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmişdir. Hüquqi vəziyyətinə görə həmin tikililər, qurğular özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs isə, belə tikililər, qurğular üzərində mülkiyyət hüququ əldə etmir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, xxx mübahisəli özbaşına tikililəri Cavabdeh1 qanunsuz s ahibliyindən o, vaxt geri tələb etməyə haqlıdır ki, həmin obyekt üzərində onun hər hansı hüququ əmələ gəlmiş olsun. Hazırkı işdə isə, xxxun belə bir hüquq yoxdur. Nəzərə alınmalıdır ki, yalnız mülkiyyətçi və ya əmlaka hər hansı hüquq əldə etmiş şəxs həmin əmlakı özgəsinin qanunsuz sahbliyindən geri tələb edə bilər və bunun üçün məcmu şəkildə aşağıdakı halların mövcud olması zəruridir: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahbliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması; üçüncüçü, tərəflər arasında hər hansı müqavilənin və yaxud sair öhdəliyin olmaması. Eləcə də məhkəmə, əmlakın mülkiyyətçiyə qaytarılması barədə o, vaxt qətnamə çıxarmağa borcludur ki, cavabdeh məhz mülkiyyətçinin əmlakına qanunsuz yiyələnmiş olsun. Cavabdehin m ülkiyyətçinin əmlakına qanunsuz yiyələnməsi dedikdə- onun həmin əmlakı hüququ əsaslar olmadan özündə saxlaması başa düşülür. Digər tərəfdən işdən görünür ki, mübahisəli 0,80 ha torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə meşə fondu torpaqlarına aid olmaqla, həmin torpaq sahəsinə dair Meşələrin İnkişafı Departamenti ilə İddiaçı arasında 06 avqust 2007-ci il tarixdə bağlanmış 03 saylı icarə müqaviləsinin müddəti artıq 06 avqust 2017-ci il tarixdə bitmişdir, İddiaçıla isə yeni icarə müqaviləsi bağlanmamışdır. Həmin Müqavilənin 1.1, 2.1, 2.2 və 2.6-cı bəndlərinə görə, mübahisəli torpaq sahəsi yalnız istirahət-rekrasiya məqsədi ilə ayrılmışdır və istifadəçi, istifadə üçün müəyyən olunmuş sahədə, onun əhatəsində heç bir əsaslı tikinti aparmadan meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariyagigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülübyığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi, eləcə də qurğuların, abadlaşdırma işlərinin və nəzərdə tutulan sair işlərin layihəsini razılaşdıraraq təsdiq etməyi və müqavilənin şərtlərinə əməl etməyi öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi sözügedən müqavilənin şərtlərini təfsir etmədən, mübahisəli 0,80 ha torpaq sahəsinin məqsədli təyinatına, hüquqi rejiminə, onun üzərində inşa edilmiş tikililərin hüquqi statusuna aydınlıq gətirmədən, xxxun həmin tikililər və qurğular (obyekt) üzərində hər hüququnun əmələ gəlib-gəlməməsini və ümumiyyətlə onun hazırkı iddia nı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan, sonuncunun iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamaqla, əslində xxxun tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr almadan inşa edilmiş mübahisəli obyektə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin mü vafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahür edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ kimi qiymətləndirilə bilər. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci eleme ntin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərini əsas tutub hesab edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitəliri ilə təsdiq edilməli olan işin hazırkı halları başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq oluna bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya dig ər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən dig ər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən xxxun iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə həmin hissədə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbə r tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)2411/2018 saylı qətnaməsi qismən- üçüncü şəxs X1 Cavabdeh1 və İddiaçı qarşı “obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi” iddiasının təmin edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar