Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1343/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh oğluna qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-45/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları “Sintez" Bağçılıq-yoldaşlığı İdarə Heyətinin 02 saylı 23 sentyabr 1988-ci il tarixli protokol qərarından çıxarışa əsasən X1-yoldaşlığına üzv qəbul edilmiş və ona 169 saylı bağ sahəsi ayrılmışdır. 569 saylı bağçının üzvlük kitabçasının surətindən görünür ki, X4 1974-cü ildən etibarən “Üzvi sintez” müəssisəsində aşbaz işləmiş, 1989-cu ildən bağçılıqla məşğul olur, ona ayrılmış 169 saylı bağ sahəsinin ölçüsü 600 kv metrdir. “Sintez” kollektiv bağçılıq-yoldaşlığının sədri tərəfindən imzalanmış və möhürlə tsdiqlənmiş çıxarışdan görünür ki, Sumqayıt şəhərinin "Yaşma” bölgəsindəki “Sintez" kollektiv bağçılıq-yoldaşlığına təhkim edilmiş torpa q sahəsinə aid 1:2000 miqyasında yerquruluşlu xəritəsində 169 saylı bağ sahəsinin yerləşməsinin sxematik planı təsdiq edilmiş, bağ sahəsi 30m x 20 m ölçülərindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Sintez” B/Y 169 saylı 0,0582 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına 12 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 15 mart 2021-ci il tarixli 04 №-li mütəxəssis rəyinə əsasən iş materiallarında olan torpağın plan sxemi nəzər ə alınmaqla Sumqayıt şəhərinin Yaşma bağları ərazisində yerləşən “Sintez” kollektiv bağçılıq-yoldaşlıq tərəfindən cavabdehin istifadəsinə verilmiş Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində sahəsi 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı, 30m x 20m ölçülərində bağ sahəsinin naturada faktiki vəziyyəti müəyyən edilərkən məlum oldu ki, sxemə əsasən həmin ərazi 168 saylı bağ (torpaq) sahəsi ilə üst-üstə düşür. Cavabdeh oğlunun istifadəsində olan “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən verilmiş Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində inşa edilmiş daş hasar və metal çəpər “Sumqayıt – Yaşma” yüksən təzyiqli (6,0 atmosfer) yerüstü magistral qaz kəmərinin keçən hissəsindən kəmərdən 0,9 – 3,6 metr, fərdi yaşayış evi isə 7-8 metrlik məsafədə yerləşdiyi müəyyən edil mişdiir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 10/1556 №-li ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən iş materiallarında olan torpağın plan sxemi nəzərə alınmaqla Sumqayıt şəhərinin Yaşma bağları ərazisində yerləşən “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən cavabdehin istifadəsinə verilmiş Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində sahəsi 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı, 30m x 20m ölçülərində bağ sahəsinin naturada faktiki vəziyyəti müəyyən edilərkən məlum oldu ki, sxemə əsasən həmin ərazi 168 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh oğlunun istifadəsində olan “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən verilmiş Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində inşa edilmiş daş hasar və metal çəpər “Sumqayıt – Yaşma” yüksən təzyiqli (6,0 atmosfer) yerüstü magistral qaz kəmərinin keçən hissəsindən kəmərdən 0,9 – 3,6 metr, fərdi yaşayış evi isə 7-8 metrlik məsafədə yerləşir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında Cavabdeh oğlu tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayın evinin onun hesabına sökülməsi, mühafizə zonasından çıxar ılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Kəmərin mühafizə zonasında yerləşən müxtəlif təyinatlı tikililərin qarşısının alınması və ləğv e dilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün bir çox dövlət orqanlarına rəsmi müraciət edilmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazidə 530 mm diametrli “SumqayıtYaşma” yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizə zonasında X4 tərəfindən, kəmərdən “0” metr məsafə aralıda daş hasar və fərdi yaşayış evinin inşa edilməsi barədə 07 aprel 2017- ci il tarixdə 5 saylı XİX-in əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Cavabdeh un mühafizə zonasında in şa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün təhlükə mənbəyi hesab olunur. Qaz kəmərində baş verə biləcək cüzi qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh oğluna qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi barədə tələbinin rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini mübahisəli torpaq sahəsinin üzərində cavabdehin sahiblik və istifadə hüququnun olması, qaz xətlərinə nəzarəti həyata keçirən orqan tərəfindən həmin evin inşasının qarşısı nın alınması istiqamətində heç bir addımın atılmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 106.1-ci, Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı “Qaz İxrac” İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, “Qaz İxrac” İdarəsinin əməkdaşı sonuncu dəfə məhkəmə iclasında 30 yanvar 2018-ci il tarixdə iştirak etmiş, növbəti məhkəmə iclasının təyin edilmə tarixi və vaxtı barədə ona məhkəmə bildirişi təqdim edilməmişdir. Qətnamədə də göstərilir ki, 02 fevral 2017-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə onu göstərir ki, qətnamə elan edilərkən iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Sumqayıt şəhərinin “Yaşma” bölgəsindəki “Sintez” kollektiv bağçılıq-yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarışın, 569 saylı bağçılıq üzvlük kitabçasının, 23 sentyabr 1988-ci il tarixli “Sintez” bağçılıq yoldaş lığının İdarə heyətinin 02 saylı protokolundan çıxarışın surətinin məhkəmə tərəfindən iş materiallarına əlavə olunduğu qeyd olunsa da, həmin sənədlərin mövcudluğu barədə iddiaçı “Qaz İxrac” İdarəsinə məlumat verilməmişdir. Əgər həmin sənədlərin mövcudluğu barədə məhkəmə iclasında onlara məlumat verilmiş olsaydı, məhkəmə icraatı zamanı həmin 169 saylı bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarışda qeyd olunan 30m x 20m ölçüsündəki həmin torpaq sahəsində hər hansı tikintiyə icazə verilməməsinə dair fikirlərini məhkəmə iclasında elan edər, eləcə də həmin sənəd əsasında bağ torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun tanınmamasını bildirərdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Cavabdeh oğlu tərəfindən magistral qaz kəmərinin mühafizə zonasında daş hasarın və fərdi yaşayış evinin inşa edilməsinə və tikintinin yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrılmasına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun yerli orqanları razılıq verməmişdir, yaşayış evi və digər tikililər qanunsuz inşa edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov, hakimlər Z.Məmmədov, A.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqları vardır. Sökülməsi tələb edilən tikinti də cavabdeh tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsində inşa edilmi şdir. Sumqayıt şəhəri, yaşma bağlar ərazisi, “Sintez” B/Y 169 saylı 0,0582 ha torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədədir, həmin çıxarış hər hansı şəxs, o cümlədən iddiaçı təşkilat tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Həmçinin cavabdehin müliyyətinə ayrılmış torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) yaşayış məntəqələrinin torpağı olduğu göstərilmişdir. Əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqlarının qeydiyyatı əsassız hesab edilərsə və həmin qeydiyyatın saxlanması nəticəsində həqiqətən iddiaçı təşkilatın hər hansı hüququ pozulmuş olarsa, hüququna toxunulmuş şəxs kimi iddiaçı təşkilat ilk növbədə torpaq sahəsinə dair cavabdehin a dına verilmiş hüquq müəyyənedici sənədləri ayrıca məhkəmə qaydasında mübahisələndirilə bilər. İddiaçı təşkilatın məhkəmədə belə bir iddia qaldırması iş materiallarından görünmür. Məhkəmə kollegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləəlləsinin 140, 240.1, 149 və digər maddələrinə istinad etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası DNŞ-nin “Qaz İxrac” İdarəsi kassasiya şikayəti vermişdir. Kassasiya instansiyasında birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Dəmirov, hakimlər A.İsgəndərov, Ə.Əhmədov, iş № 2(102)-8384/2018) kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası nın 2(105)-2129/2018 saylı, 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apelyasiya baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində “əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehin sahiblik, istifadə və sərəncam hüquqlarının qeydiyyatı əsassız hesab edilərsə və həmin qeydiyyatın saxlanması nəticəsində həqiqətən iddiaçı təşkilatın hər hansı hüququ pozulmuş olarsa, hüququna toxunulmuş şəxs kimi iddiaçı təşkilat ilk növbədə torpaq sahəsinə dair cavabdehin adına verilmiş hüquqmüəyyənedici sənədləri ayrıca məhkəmə qaydasında mübahisələndirə bilər” kimi halları qeyd etsə də, bu hüquqdan istifadə etməsi üçün iddiaçıya hər hansı bir şərait yaradılmamış, onun belə bir iddia qaldırmaq hüququna malik olması və bu zaman hazırki iş üzrə icraatın dayandırılmalı olması barədə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilməmiş və bununla da apellyasiya instansiyası məhkəməsi MPM-in 14.1-ci maddəsinin tələblərini pozmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə 06 noyabr 2017-ci ildə müraciət etmiş və buna baxmayaraq cavabdeh mübahisəli torpaq sahəsinə hüquqlarını 12 mart 2018-ci il tarixdə, yəni iddia qaldırıldıqdan 4 aydan çox vaxt keçdikdən və 1-ci instansiya məhkəməsinin qətnaməsindən sonra qeydə almışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzr göstərişi həmçinin ondan ibarət olmuşdur ki, 1988-ci ildə cavabdehə qeyd edilən torpaq sahəsi ayrılarkən həmin ərazidə yüksək gərginlikli qaz xəttinin (qaz borularının) mövcud olub-olmaması, eyni zamanda həmin ərazidə təhlükəsizlik zolağının müəyyən edilib-edilməməsi məsələləri də araşdırılmalı və nəticəsinə lazımi hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Qafari, hakimlər Ş.Abbasov, F.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, “Qaz İxrac” İdarəsi, Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində, kəməri n mühafizə zonasında Cavabdeh oğlu tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayın evinin onun hesabına sökülməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq ekspertizalar təyin edilmiş və "xxxx" MMC-nin 15 mart 2021-ci il tarixli 04 №-li mütəxəssis rəyinə əsasən iş materiallarında olan torpağın plan sxemi nəzərə alınmaqla Sumqayıt şəhərinin Yaşma bağları ərazisində yerləşən “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən cavabdehin istifadəsinə verilmiş Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində sahəsi 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı, 30m x 20m ölçüsündə bağ sahəsinin naturada faktiki vəziyyəti müəyyən edilərkən məlum oldu ki, sxemə əsasən həmin ərazi 168 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh oğlunun istifadəsində ola n “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən verilmiş Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində inşa edilmiş daş hasar və metal çəpər “Sumqayıt – Yaşma” yüksən təzyiqli (6,0 atmosfer) yerüstü magistral qaz kəmərinin keçən hissəsindən kəmərdən 0,9 – 3,6 metr, fərdi yaşayış evi isə 7-8 metrlik məsafədə yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli 10/1556 №li ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən iş materiallarında olan torpağın plan sxemi nəzərə alınmaqla Sumqayıt şəhərinin Yaşma bağları ərazisində yerləşən “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən cavabdehin istifadəsinə verilmiş Sumqayıt şəhəri, Yaşma bağları massivi ərazisində sa həsi 1:2000 miqyasında yerquruluşu xəritəsində 169 saylı, 30m x 20m ölçüsündə bağ sahəsinin naturada faktiki vəziyyəti müəyyən edilərkən məlum oldu ki, sxemə əsasən həmin ərazi 168 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh oğlunun istifadəsində olan “Sintez” kollektiv bağçılıq yoldaşlıq tərəfindən verilmiş Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində inşa edilmiş daş hasar və metal çəpər “Sumqayıt – Yaşma” yüksən təzyiqli (6,0 atmosfer) yerüstü magistral qaz kəmərinin keçən hissəsindən kəmərdən 0,9 – 3,6 metr, fərdi yaşayış evi isə 7-8 metrlik məsafədə yerləşir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) magistral qaz kəmərinin Sumq ayıt şəhəri, Yaşma bağlar massivi adlanan ərazisindən keçən hissəsində Cavabdeh oğlu tərəfindən inşa edilmiş tikili 7-8 metr məsafədə yerləşdiyindən həmin tikili qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50 metrlik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilir. Həmin tikilidə cavabdehin və hər hansı bir şəxsin yaşaması onların həyatı üçün real təhlükədir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1., 180.4., 240.1 və 240.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri Kassasiya şi kayətlərinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 139.3 və 140-cü maddələrinin tələbləri pozmuş, daşınmaz əmlak üzərində beynəlxalq hüquq normaları və Konstitusiya ilə qorunan mülkiyyət hüququnun olmasını, yaşayış evinin özünün və ailə üzvlərinin yeganə yaşayış sahəsi olmasını nəzərə almamış, həmin hallara hüquqi qiymət verəmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti norm alarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almad an və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, üzərində tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Həmçinin, iş materiallarından da müəyyən edilir ki, həmin torp aq sahəsinin təyinatı yaşayış məntəqələrin inşası ilə bağlıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud olsa da, orada yaşayış evinin və digər tikililərin inşası üçün lazımi icazələr alınmamış, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmuşdur. Həmin tikililərin saxlanması birinci növbədə orada yaşayan şəxslərin, sonra isə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Həmin tikililər özbaşına tikililərdir, müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Aparılmış ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, inşa edilmiş tikili Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli “Sumqayıt-Yaşma” yüksək təzyiqli (6 atm) magistral qaz kəmərinin 7-8 metrliyində yerləşir. Həmin tikilidə cavabdehin və hər hansı bir digər şəxsin yaşaması onların həyatı üçün real təhlükədir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-45/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1343/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1343/2022
04.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver