Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1343/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARI (Açar sözlər: əhəmiyyətsiz əqdin əlamətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6193/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Borc verən X9 və borc alan İddiaçı arasında bağlanmış 16 avqust 2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə borc verən borc alana 170000 manat məbləğdə kredit verilməsi, borca alan isə aldığı krediti 16 avqust 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı həmin kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq 16 avqust 2019-cu il tarixli ipoteka müqaviləsi bağlamaqla, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli (ümumi sahəsi 145.9 kv.m. yaşayış sahəsi 82.1 kv.m olan) 3 otaqlı mənzilini ipoteka ilə yüklü etmişdir.
3. İddiaçı 24 avqust 2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən 12 saylı evin 25 nömrəli mənzilini Cavabdeh 180000 manata satmışdır. Müqavilənin şərtlərində göstərilir ki, həmin məbləğin 170000 manat hissəsi satıcının borcunun ödənilməsi məqsədi ilə X4, qalan 10000 manat isə satıcıya ödənilmişdir. Sözügedən mənzilin üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Eyni zamanda 24 avqust 2020-ci il tarixdə qeyd olunan mənzilə dair yeni mülkiyyətçi Cavabdeh ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış, mənzil aylıq 700 manat icarə haqqı ödənilmək şərti ilə bir il müddətinə İddiaçı icarəyə verilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)5763/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı və X3rşı “mənzi ldən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma, maneələrin aradan qaldırılması və mənzilin boşaldılması” tələbinə dair iddiası təmin olunaraq, İddiaçı və X6 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X6 həmin mənzildən çıxarılması qət edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)699/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbinin təmin edilərək, 24 avqust 2020-ci il tarixli icarə müqaviləsi üzrə 21350 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2024-cü il tarixli 2(103)-3 269/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)-699/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(006)-699/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsi üzrə pulun ödənilməsi barədə iddiasının təmin edilməsi, 21350 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
8. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 24 avqust 2020-ci il tarixli AN - İ№ ******* saylı daşınmaz əmlakın alğı - satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi qanunsuz olaraq bağlanmışdır. Belə ki, iddiaçı müqavilənin şərtindən göründüyü kimi bir borc müqaviləsindən digər borc müqaviləsinin təsir dairəsinə düşmüş və X5 olan 170000 manat borcu bağlamaq üçün yenidən borclanmışdır. Çünki cavabdehin atası Aydın Əliəsgərov onunla əvvəlcədən belə şərtləşmişdir ki, borc məbləği ancaq mənzilin alğı-satqısından sonra verilə bilər və borc bağlandıqdan sonra mənzil yenidən iddiaçının mülk iyyətinə qaytarılacaqdır. Bununla bağlı iddiaçının atası Yusubov Rafail ilə Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazıları var və bu səs yazılarında Cavabdeh iddiaçıya pulu faizə verdiyini bildirir (səs yazıları əlavə olunur). İddiaçı bir ağır borc müqaviləsindən digər borc müqaviləsini şifahi şəkildə bağlayır və həmin dövr real bazar qiyməti 300000 manat civarında olan mənzili 180000 manata cavabdehə guya ki satır və bu xüsusat alğı-satqı müqaviləsinin qanunsuz bağlanmağına dəlalət edir. Belə ki, tərəflər borcun verilməsini şərtləşdikləri zaman X5 olan 170000 manat borcun bağlanması üçün iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzili X1 Muradın mülkiyyətinə keçirilməsi müqabilində olacağını iddiaçının qarşısına şərt qoymuşl ar. Göründüyü kimi Cavabdeh tərəfindən ona 180000 manat məbləğində borc verilməsinə baxmayaraq, Mülki Məcəllənin tələbləri pozularaq borc müqaviləsi olmadan ona həmin məbləğ verilmişdir. Bu faktı mənzilin ucuz qiymətə cavabdehə satılması, həmçinin 24 avqust 2020-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsi də sübuta yetirir. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya 1 il müddətinə aylıq 700 manat ödəmək şərtilə kirayəyə verilmişdir. Tərəflər arasında bağlanmış 24 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi formal xarakter daşımış, əslində Aydın Əliəsgərovdan götürülən borc məbləğinin təminatı olaraq girov şəklində olmuşdur. Belə ki, İddiaçı və onun qızı İlona Lalayevaya mənzili dərhal sonra kirayə verməsi, müqavilənin predmeti olan mənzilini real dəyərinin müqavilədə göstərilənlərdən xeyli yüksək olması, mübahisəli müqavilənin alğı-satqı məqsədi ilə bağlanmadığını göstərən hallardır ki, bu hallar məhkəmələr tərəfindən mütləq şəkildə araşdırılmalıdır.
11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Cavabdeh 24 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Xan Şüşinski küçəsi 12 saylı evin 25 saylı mənzilini cavabdehdən satın almışdır. Həmin mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli çıxarışa əsasən hal hazırda iddiaçının mülkiyyətindədir. 24 avqust 2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzili iddiaçıya icarəyə vermişdir. Müqavilə şərtlərinə əsasən müq avilənin müddəti 1 il, aylıq icarə haqqı 700 manat təşkil edirdi. Buna baxmayaraq, iddiaçının günahı üzündən mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirdi. Belə ki, iddiaçı alğı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasən yaşamasa da, alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən 20 noyabr 2020-ci il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmamış, formal olaraq orada qeydiyyatda qalmışdır. Cavabdeh, İddiaçı və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər İddiaçı və X6 mübahisəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər İddiaçı və X6 həmin mənzildən çıxarılmaları, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına yaradılan digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması qət edilmişdir. Bundan sonra iddiaçı müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan imtina etmiş və nəhayət məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədinin Nəsimi rayon İcra şöbəsi tərəfindən 12 may 2023-cü il tarixində icra edilməsi mümkün olmuşdur. Mülkiyyətdə olan mənzil Aydın Əliəsgərova təhvil verildikdən sonra iddiaçı ona qarşı alğı-satqı müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh İddiaçı və X3rşı Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, digər maneələrin aradan qaldırılması və mənzilin boşaldılması barədə iddiaya baxılarkən, İddiaçı mənzilə hüquqları müqavilədən yarandığına görə, öz hüququndan istifadə edərək, məhkəmədə ona qarşı alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələb irəli sürə bilərdi. Göründüyü kimi, hazırda İddiaçı mübahisələndirdiyi halla bağlı yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə baxılmış və bu məsələyə artıq hüquqi qiymət verilmişdir. Həmin işə baxılarkən, İddiaçı müqaviləni mübahisələndirmə və mənzildən çıxmamaq hüququndan istifadə etməmişdir. Nəticə etibarı ilə, mübahisələndirilən müqaviləyə dair Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi qəbul edildiyi zaman müqavilənin qanuniliyi də həmin işdə yoxlanılmışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəmə sinin 29 avqust 2024-cü il tarixli, 2(006)171/2024 nömrəli qətnaməsi ilə (hakim Əfsanə İbrahimova) iddia rədd edilmişdir.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmə iddiaçının iddiasında bildirdiyi “mənzilinin borc əvəzində girov qoyulması” əsasına münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə X10 arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və “borc verən” R.Baxşıyev “borc alan” İddiaçı 170000 manat pulu 1 il müddətinə borc vermişdir. xx.xx.2019-cu il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan mənzili ipoteka ilə yüklü edilmişdir. Yəni artıq iddiaçının bu barədə təcrübəsi olmuşdur. Əvvəllər mənzilini girov qoyub pul götürmüş bir şəxs kimi yenə eyni təcrübədən istifadə edə bilərdi. Lakin hazırki halda mənzili girov qoymamış, birbaşa öz iradəsi ilə Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi rəsmiləşdirmişdir.
14. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh mübahisəli mənzili aylıq 700 manat icarə haqqı müqabilində İddiaçı 1 il müddətinə icarəyə vermişdir. Yəni iddiaçı mənzilini öz iradəsi ilə satmış və müqavilə əsasında həmin mənzildə müvəqqəti yaşaması ilə bağlı icarə müqaviləsi də bağlamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkilinin izahatlarından da görünür ki, hazırkı mənzili Cavabdeh atası almış və oğlu evlənənə qədər mənzil boş qalmasın deyə onu icarəyə vermişdir.
15. İddiaçı Cavabdeh atası Aydın Əliəsgəro vun onunla əvvəlcədən borc məbləğini ancaq mənzilin alğı-satqısından sonra verilə biləcəyi və borc bağlandıqdan sonra mənzilin yenidən iddiaçının mülkiyyətinə qaytarılacağı barədə şərtləşdikləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılacağını sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
16. Məhkəmə həmçinin qeyd edib ki, iddiaçı ilə Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair sə s yazılarını sübut kimi məhkəməyə təqdim etsə də, həmin səs yazıları gizli səs yazısı olduğundan sübut kimi qəbul edilməməlidir. 2021-ci ildə Cavabdeh hazırki iddiaçıya qarşı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İddiaçı və X6 Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski küçəsi 12 saylı evin 25 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması qərara alınmışdır. Həmin iş üzrə cavabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etməməsi, həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir mübahisə və etiraz irəli sürməməsi və məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti belə verməməsi də göstərir ki, iddia tə ləbinin əsası kimi mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılmasına dair dəlil də əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış əqd formal xarakterli olmuş və daha əvvəl iddiaçı tərəfindən götürülmüş borc məbləğinin təminatı kimi uydurma əqd kimi bağlanmış alğı-satqı müqaviləsinin davamı olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu xüsusatları araşdırmadan qətnamə qəbul etmişdir. Bu xüsusat Mülki Məcəllənin tələblərinə ziddir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirm işdir ki, o, Svetlananın rəfiqəsidir. İddiaçı evi girov qoyub, 170000 manat pul götürmüş, sonra isə o pulu qaytarmışdır. Onun da imzası var, Əliəsgərov Aydın dediyinə görə heç oxumadan imzalamışdır. Lakin məhkəmə bu xüsusatı dərindən araşdırmamış və təkzib etməmişdir. Halbuki, şahid ifadəsində birmənalı olaraq, tərəflər arasında borc münasibətlərinin olması, alğı-satqı müqaviləsinin isə formal bağlandığını təsdiq etmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarında birmənalı olaraq, cavabdehlə iddiaçı tərəfin danışıqlarında onlar arasında borc pul münasibətlərinin olması təsdiq olunsa da, məhkəmə bu sübuta qiymət verməmiş və nəticədə prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixl i, 2(103)-6193/2024 nömrəli qətnaməsi ilə (hakimlər - Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası ilk növbədə bildirmişdir ki, hazırki işdə İddiaçı Cavabdeh atası Aydın Əliəsgərovun onunla əvvəlcədən borc məbləğini ancaq mənzilin alğısatqısından sonra verilə biləcəyi və borc bağlandıqdan sonra mənzilin yenidən iddiaçının mülkiyyətinə qaytarılacağı barədə şərtləşdiklərini iddia etmişdir. Belə olduğu halda, mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılacağını sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
21. Məhkəmə kollegiyası bildirmişdir ki, apellya siya şikayətinin digər dəlili kimi iddiaçı öz atası Yusubov Rafail ilə cavabdehin atası Aydın Əliəsgərov arasında telefon danışıqlarına dair səs yazılarının sübut kimi qəbul olunmadığına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin səs yazıları tərəflər arasında olan səs yazıları deyildir və bu səs yazıları müqavilənin bağlanmasından sonra qeydə alınmışdır.
22. Məhkəmə kollegiyası qeyd edib ki, 2021-ci ildə Cavabdeh hazırki iddiaçıya qarşı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)5763/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İddiaçı və X6 mübahisəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılması qərara alınmışdır. Həmin iş üzrə c avabdeh İddiaçı məhkəmə iclaslarında iştirak etməməsi, həmin müqavilənin etibarsızlığı ilə bağlı hər hansı bir mübahisə və etiraz irəli sürməməsi və məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti belə verməməsi də göstərmişdir ki, iddia tələbinin əsası kimi mübahisəli mənzilin borc bağlandıqdan sonra yenidən İddiaçı mülkiyyətinə qaytarılmasına dair dəlil də əsassızdır.
23. Məhkəmə kollegiyası iddiaçının “real bazar qiyməti 300000 manat civarında olan mənzili 180000 manata cavabdehə guya satması” barədə dəlilini də araşdıraraq qeyd etmişdir ki, bu dəlil, iş materiallarından olan və həqiqiliyi iddiaçının özü tərəfindən də mübahisələndirilməyən qəbzlə təkzib olunur. Həmin qəbzdə iddiaçı mənzilin satılması müqabilində cavabdehdən 180000 manat deyil, 250000 manat məbləğində pul aldığını im zası ilə təsdiq etmişdir. Həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəməyə əmlakın həmin dövrdəki dəyəri ilə bağlı mütəxəssis rəyləri təqdim olunmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş “Yeni dövr” qiymətləndirmə mərkəzinin mütəxəssis rəyində mübahisə predmeti olan mənzilin dəyərinin 2021-ci ilə 301000 manat olması, cavabdeh tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin mütəxəssis rəyində 253000 manat olması qeyd olunmuşdur.
24. Göründüyü kimi mütəxəssis rəylərində göstərilən qiymətlərlə (253000, 301000 manat) ilə əmlakın faktiki olaraq satıldığı qyimət (250000 manat) arasında əhəmiyyətli fərq mövcud deyildir, fərqin mövcud olması da yuxarıda qeyd olunduğu kimi, müqavilə azadlığı prinsipinə uyğun olaraq, müqavilənin yalan olması nəticəsinə gəlmək üçün əsas deyildir və iddiaçının mənzilə dai r əvvəl bağladığı ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakına tutmanın yönəldilməsi ehtimalı olduğundan likvidlik baxımından əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsi də nəzərə alınmalıdır.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 339.4 340.2, 399.1, 560.1cİ maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv olunması və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəlləni n 337.1, 324, 339.6 və 346.1-ci maddələri pozulmuşdur.
29. Belə ki, tərələr arasında bağlanmış formal alğı-satqı müqaviləsi pul münasibətlərini pərdələmək üçün bağlanmış, girov təminatı olmuşdur. Belə ki, bu xüsusi ilə iş materillarına əlavə edilmiş səs yazıları və şahid ifadəsi ilə də təsdiq olunur. Lakin Bakı Apellyasiya Məhkəməsi bu xüsusatları dərindən araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə
31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
32. Maddə 32 4.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
33. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tər əfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;
37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;
39. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar old uğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;
40. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi m übahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin;
41. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir.Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vas itələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır;
42. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
43. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
44. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
58. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxı mından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
59. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
60. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir.
61. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (K onstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
62. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarla r).
63. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
64. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
65. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələ ri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
66. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə ə sl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.
67. Baxılan iş üzrə məhkəmələr iddia tələbini bu normalar əsasında yoxlamış və tərəflərin arasında bağlanmış alğı-satqı müqaviləsinin kredit öhdəliyinin təminatı kimi, girov müqaviləsini pərdələmək niyyətilə görünüş üçün bağlanılmasını təsdiq edən sübutları müəyyən etməmişdir. Bu halda iddiaçının həmin müqaviləni borca görə bağladığı barədə dəlili qəbul olunan deyildir.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
70. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6193/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.