Məhkəmə qərarları › İş №2(102)-1346/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1346/2024

25.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1346/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)5657/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzil İddiaçı mülkiyyətində olmuş və 03 noyabr 2016-cı il tarixdə o, həmin mənzili Cavabdeh 40000 manata satmış və mənzil üzərində sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 12 mart 2016-cı il tarixli kredit müqaviləsi ilə Cavabdeh Sanan Alekperova 12 mart 2017-ci il tarixədək 200000 ABŞ dolları məbləğində borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin əm lak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən 11 noyabr 2016-cı il tarixli, **********7 nömrəli çıxarışın ləğvi edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının bacısı X1 və bacısı qızı X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və etibarsız olan 03 noyabr 2016-cı il tarixli əqdə istinad etmişdir. Tərəflər arasında bağlanılmış həmin alğı-satqı müqaviləsi həqiqəti əks etdirmir və iddiaçının iradə ifadəsini ehtiva etmir. Həmin müqavilə görünüş üçün bağlanılmış və etibarsız əqd olmuşdur. Belə ki, cavabdeh iddiaçının bacısının həyat yoldaşı Sanan Alekperova faizlə borc pul vermiş və verdiyi pul un özünün olmamasını əsas gətirərək Sanana ev tapılmasını və evi banka girov qoyub pul götürməsini, bankdan götürülən pul məbləği ilə Nizaminin borcunu bağlayacağını, Sananın isə bankın borcunu bağlayacağını təklif etmişdir. Sanan Alekperovun öz adında evi olmadığı üçün iddiaçıya müraciət etmiş, sonuncu bacısının yoldaşı olduğu üçün iddiaçı etiraz etməmişdir. Cavabdeh iddiaçı ilə görüşdə demişdir ki, ev onun adında olduğu üçün bank pul vermir və biznes plan tələb edir. Bu səbəbdən, evin onun adına keçirtməsini təklif etmişdir ki, bank ona pul ayıra bilsin. Cavabdeh söz vermişdir ki, bankın borcu bağlanan kimi evi onun adına keçirəcəkdir. Bu yaxınlarda məlum olmuşdur ki, cavabdeh evi geri qaytarmaq istəmir və bunun müqabilində daha böyük məbləğ tələb edir. Hazırda iddiaçının bacısı və ailəs i mübahisəli mənzildə yaşayırlar.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)2116/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 03 noyabr 2016-cı il tarixli alğı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür.

7. Həmçinin, iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər ifadələrində alğısatqı münasibətlərində iştirak etmədiklərini bildirmiş, ifadələrini ümumi məzmunda vermişlər. Təqdim edilmiş kommunal xidmətlərlə bağlı qəbzlərdə isə mübahisəli mənzildə istehlakçının hazırda iddiaçının olduğu işin mübahisəsiz halıdır. Belə ki, təsadüf deyildir ki, Cavabdeh iddiaçının bacısı X1 və bacısı qızı X2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş məhkəmənin icraatında olmaqla baxılmaqdadır. Göründüyü kimi, iddiaçı tərəfin təqdim etdikləri sübutlar iddianın təmin edilməsi üçün əsas deyil. Təqdim edilmiş kredit müqaviləsinin isə tərəfləri, Cavabdeh və Sanan Alakperov dur, borc münasibətləri də məhz həmin şəxslər arasında yaranmışdır. İddiaçının hazırda həmin şəxslər arasında yaranmış borc münasibətlərinə görə alğı-satqı müqaviləsini bağlamasına məcbur olduğu dəlili isə inandırıcı və ağlabatan deyil və bu dəlil heç bir mötəbər sübutla dəstəklənmir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.1, 340.2, 354.1, 354.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 216-220-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-5657/2023 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Abdıyevdən və F.H.Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)2116/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının aldadılma ilə bağlı dəlilinə münasibətdə göstərmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması halı öz tədqiqini tapmamış, iddiaçının iradəsinin cavabdehin təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranması öz təsdiqini tapmamışdır. Əksinə, tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı alğı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən depozitə qoyulmuş 40000 manat məbləğində pulu qəbul etmiş, bundan sonra alğı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, "xxxx" ASC-nin 24 may 2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 iyul 2013-cü il tarixli 16/3 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında təlimatına” əsasən təsdiq olunmuş 1 saylı Əlavənin “Azərbaycan Respublikası bank sistemini fəaliyyəti nəticəsində yaranan sənədləri saxlama müddəti üzrə siyahı”nın 118-ci maddəsinin (Milli və xarici valyutada memorial və kassa sənədləri (əməliyyat gününün sənədləri) və müştərilərin ödəniş sənədləri (ödəniş tapşırıqları, köçürmə ərizələri, svift bildirişləri, məktublar, birja şəhadətnamələri v ə digər ödəniş sənədləri)) tələblərinə uyğun olaraq, qeyd edilən sənədlərin saxlanma müddəti başa çatdığına görə Qara Qarayev filialı üzrə 2016-cı ilin kassa üzrə məxaric (əməliyyat gününün) sənədləri müvafiq qaydada ləğv olunur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı şəhəri 50 saylı Notariat Ofisinin 28 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 03 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış “Alqı-satqı müqaviləsi” üzrə əmlakın satış dəyərini təşkil edən pul vəsaiti notarius tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına ünvanlanmış məktub əsasında alıcı Cavabdeh tərəfindən notariusun həmin bankda olan depozit hesabına mədaxil edilmiş və müqavilə rəsmiləşdirildikdən sonra satıcı İddiaçı h əmin pul vəsaitinin depozit hesabından götürülməsinə dair məxaric çeki təqdim edilmişdir. Pul vəsaitinin depozit hesabına mədaxil edilməsi barədə qəbz notariat işinə əlavə edilmiş və işə birinci instansiya məhkəməsində baxılarkən verilmiş sorğu əsasında mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin qeyd olunur ki, alğı-satqı müqaviləsi üzrə mədaxil edilmiş pul vəsaiti notarius tərəfindən təqdim edilmiş məxaric çeki əsasında satıcı İddiaçı verilmişdir. Məktuba əlavə edilmiş pul vəsaitinin notariusun depozit hesabına mədaxil və məxaric edilməsi barədə "xxxx" ASCnin hesabdan çıxarışından görünür ki, 03 noyabr 2016-ci il tarixdə 40000 manat məbləğində pul vəsaiti Bakı şəhəri 50 saylı Notariat Ofisinin depozit hesabına mədaxil edilmiş, elə həmin tarixdə İddiaçı tərəfindən 40000 manat pul vəsaiti hesabdan məxaric edilmişdir. Göründüyü kimi, iddiaçı 40000 manat pulu almadığını bildirsə də, "xxxx" ASCyə məxsus hesabdan çıxarış məlumatlarına əsasən qeyd olunan məbləğdə pul İddiaçı tərəfindən notariusun depozit hesabından məxaric edilmişdir. Sadəcə sənədlərin saxlanılması müddəti nəzərə alınmaqla, qəbz ləğv olunmuşdur.

12. Apellyatorun müqavilənin görünüş üçün bağlanmış əqd olmaqla, başqa əqdi pərdələməsi ilə bağlı dəlili üzrə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması (uydurma əqd), sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək üçün bağlanması (yalan əqd) halları öz təsdiqini tapmır. İddiaçı bildirir ki, alğı-satqı müqaviləsi bacısının həyat yoldaşı Sananın borcunu pə rdələmək üçün bağlanıb. O, mənzili cavabdehin adına keçirib ki, cavabdeh Bankdan pul götürsün, Sananın borcu bağlansın. Apellyasiya kollegiyası qeyd etmişdir ki, bu halda sual doğuran məqam ondan ibarətdir ki, əgər cavabdeh Sananın kredit müqaviləsi üzrə borcuna görə mənzili alğı-satqı müqaviləsi əsasında götürüb Bankdan pul əldə etmişdirsə, ondan Bankın krediti iddiaçı və ya Sanan tərəfindən bağlanmışdırmı? Qeyd olunan halla bağlı iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda, görünüşdə olan alğı-satqı müqaviləsinin, iddiaçının bacısının həyat yoldaşı Sananın borcunu pərdələməsi halı işin araşdırılmış halları ilə müəyyən edilmir. Bunun üçün həqiqi iradə ifadəsi olmalıdır. Bu hal işin araşdırılmış halları ilə müəyyən olunmur.

13. Apellyasiya məhkəməsi iddiaçının bac ısının hazırda həmin mənzildə yaşaması, mənzilin satış qiymətinin aşağı olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh tərəf qeyd etmişdir ki, mənzili iddiaçının xahişi əsasında bir müddət boşaldılmasını tələb etməmiş, bundan sonra məhkəməyə iddia ərizəsi vermişdir. İş materiallarından da müəyyən olunur ki, Cavabdeh iddiaçının bacısı X1 və bacısı qızı X2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş məhkəmənin icraatında olmaqla baxılmaqdadır. Mənzilin qiyməti müqavilə azadlığı şəraitində tərəflərin iradəsinə uyğun qaydada müəyyən edilmiş, cavabdeh tərəfindən depozitə qoyulmuş məbləğ iddiaçı tər əfindən götürülmüşdür. İddiaçının alğı-satqının borc münasibətlərini pərdələməsini qeyd etdiyi halda, iddiaçının bacısının əri Sananın cavabdehə borcunun olduğu zaman, 03 noyabr 2016-cı ildə aparılmış alğı-satqı zamanı iddiaçı tərəfindən cavabdehin depozitə ödədiyi pulun götürülməsindən sonra alğı-satqının həyata keçirilməsi halı bir daha onu təsdiq edir ki, aparılmış alğı-satqı müqaviləsi müqavilə azadlığı şəraitində tərəflərin həqiqi iradələrinə uyğun olaraq aparıldığından, alğı-satqının etibarsızlığı üçün əsas yaranmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 324.2, 324.4, 324.5, 337.1, 337.4, 339.2, 339.3, 340.1, 340.2, 390.1, 398.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətini n və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-5657/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 211, 339.2, 339.3-cü, Mülki Prosessual Məcəllənin 9, 77.1, 88, 270 və 367.2-ci maddələri pozulmuşdur.

17. Belə ki, iddiaçıya məxsus mənzilə dair onunla cavabdeh arasında bağlanmış 03 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi həqiqi və real əvəzli müqavilə olmuşdursa, onda cavabdeh iddiaçıya mənzilin həmin dövrdə bazar qiymətini təşkil edən 15500 0 manat pulunu ödəməli idi, lakin həmin alqı-satqı müqaviləsi üzrə ona pul ödənilməmiş, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, mənzilin qiymətinin 40000 manat göstərilməsi isə yalnız görünüş üçün olmuşdur. Birinci instansiya məhkəməsində hakimin sualına cavab olaraq cavabdeh müqavilənin üzərində göstərilmiş 40000 manat pulu onun özü tərəfindən götürülməsini bildirmiş, apellyasiya məhkəməsində isə nümayəndəsi bu halı etiraf etsə də, cavabdehin həmin vaxt bunu səhv olaraq cavab verdiyini göstərmiş, birinci instansiya məhkəməsindən həmin iclasın protokolunun video görüntüsü məhkəmə tərəfindən tələb edilmiş, lakin birinci instansiya məhkəməsi cavabdehin iştirakı ilə keçirilmiş və iş üçün xüsusi əhəmiyyət kəsb edən həmin iclasın protokolunun video görüntüsünü “qəsdən” məhkəmə yə təqdim etməmiş və ya qəsdən həmin video görüntü məhv edilmişdir. İddiaçının vəkili yazılı vəsatət verərək, həmin məhkəmə iclasının video görüntüsünün məhkəməyə təqdim olunmasını xahiş etmiş, lakin apellyasiya məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmiş və həmin məsələ araşdırılmamış qalmışdır. Qeyd olunan mənzilin aldatma olmadan cavabdehin adına keçirməyəcəyi aşkar olduğu üçün cavabdeh iddiaçını aldatmaqla buna sövq etmiş, yəni adı çəkilən mənzili banka girov qoyub kredit götürülməsi üçün onun biznesi olmadığından mümkün olmayacağına onu inandırmaqla pis niyyətini həyata keçirmiş, nəticədə o, 155000 manat dəyərində olan əmlakından məhrum olmuşdur. Mənzil üçün 40000 manat vəsaitin 03 noyabr 2016-cı ildə "xxxx" ASC-nin Qara Qarayev filialına Cavabdeh tərəfindən depozit hesaba köçürül məsi mübahisə doğurmur, lakin həmin pulun depozit hesabından kimin tərəfindən çıxarılması mübahisəlidir. Həmin pul üçün çek onun adına yazıla bilər, lakin həmin çeki banka kim təqdim etmişdirsə, pulu da o, çıxarmışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin su byektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçi rilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

23. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin yalan və ya aldadılma nəticəsində bağlanmış əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir.

26. Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin b ilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

27. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əq di uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərar)

28. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini y aradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Hazırki işdə iddiaçı cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olmasını, əslində cavabdehlə iddiaçının qohumu arasında bağlanılan kredit münasibətlərinin təminatı olmasını iddia etsə də, bu tələbini təsdiq edən mötəbər və təkzibolunması sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilməmişdir.

30. Kassasiya şik ayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən mənzilin aldatma nəticəsində bağlanması da sübut olunmur. İddiaçı şikayətində bunun əsası kimi mənzilin müqavilədəki dəyərinin bazar dəyərindən aşağı olması və müqavilə üzrə alıcı tərəfindən ödənilən pulun ona verilməməsini göstərsə də, apellyasiya məhkəməsi bu istiqamətdə də araşdırma aparmış və hesab etmişdir ki, qiymət müqavilə azadlığı şəraitində tərəflərin həqiqi iradələrinə uyğun müəyyən olunmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı notariusun depozit hesabından mənzilin dəyərinin onun hesabına köçürüldüyünü etiraf edir və bu halda, həmin hesabdan pulun onun tərəfindən deyil, başqa şəxslər tərəfindən çıxarılmasının sübutetmə yükü iddiaçının üzərinə düşür ki, bununla bağlı hər ha nsı mötəbər sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 29 noyabr 2023-cü il tarixli, 2(103)-5657/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar