Məhkəmə qərarları › İş №2(102)-1350/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1350/2019

21.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1350/2019 21.02.2019 ALİ MƏHKƏMƏ 21 fevral 2019-cu il şəhəri İş № 2(102)-1350/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1 vəkili Nəsirli Arzu Cavanşir qızının iştirakı ilə, iddiaçı x1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(046)-505/2018 saylı qətnaməsi ilə (hakim Z.Quliyev) iddiaçı x1nun cavabdehlər x2 və x3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair id diasının rədd edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi və 200 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı x1ndan tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2016/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Əsədli, İ.Quliyev və M.İsayev) Göyçay Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(046)-505/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2016/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən, yaşadığı ünvan 2 evin divarına birləşən apardıqları qeyri-qanuni tikintinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2016/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 vəkili Nəsirli Arzu Cavanşir qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 217.2-ci mаddəsinə əsаsən qətnаmə mübаhisəli hüquq münаsibətinin yаrаndığı zаmаn qüvvədə оlаn mаddi hüquq nоrmаlаrınа və işin bаxılmаsı zаmаn qüvvədə оlаn prоsessuаl hüquq nоrmаlаrınа uyğun çıxаrılmаlıdır. Azər baycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanund a nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məcəllənin 171.2-ci maddəsinə görə təsiri n əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən ünvan 2 yaşayış evinin ½ hissəsi x2nın, həmin ünvanda olan A yaşayış evinin ½ hissəsi, A1 yaşayış evi bütövlükdə x1nun xüsusi mülkiyyətindədir, 0,03163 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə rkəzinin 05.02.2018-ci il tarixli rəyinə əsasən ünvan 1ünvanda cavabdehlər tərəfindən ünvan 2 evin divarına bitişik taxta materiallarından yığılaraq üstü və kənarına dəmir təbəqədən quraşdırılmış toyuq damı iddiaçının mülkiyyətində olan evin hər hansı təhlükəli vəziyyətə düşməsinə səbəb ola bilməz. Birinci instansiya məhkəmənin 04 aprel 2018-ci il tarixli yerli baxışı iclasının protokoluna əsasən müəyyən olunur ki, ünvan 1ünvanda cavabdehlər tərəfindən ünvan 2 evin divarına bitişik taxta materiallarından yığılaraq üstü və kənarına dəmir təbəqədən toyuq damı quraşdırılmışdır. Cavabdehlər onlara məxsus evdə yaşamırlar və orada kirayəçilər yaşayırlar. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olun duğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar