Məhkəmə qərarları › İş №2(102)-1351/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1351/2022

12.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1351/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ (Açar sözlər:tikilinin sökülməsi) 12.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(105)-78/2021 saylı qətnaməsindən cavabdeh X kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə c avabdeh X qarşı iddia qaldıraraq, cavabdeh X rəhbərliyinin ona məxsus olan Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən çayxana obyektinə edilən qəsdlərə son qoyulması, obyektin giriş-çıxış yolunda qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və obyektə sərbəst giriş-çıxış yolunun bərpa edilməsi, arxa və yan tərəflərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, R.O.Əsgərova və M.Ə.Rzayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin girişçıxışına maneə törədən hissələrinin sökülməsi, habelə obyektin giriş-çıxış yolunun bə rpa edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, Xaçmaz şəhər İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamına əsasən, İddiaçı Xaçmaz şəhəri, 20 yanvar küçəsində yarmarkanın girişində iaşə xidməti obyektinin tikintisi üçün 42 kv.metr torpaq sahəsi ayrılıb. X nizamnaməsi 07 may 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Habelə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə X X və digərlərinə qarşı “obyektin sökülməsi və ərazidən çıxarılması” barədə iddiası rədd edilib. Bundan sonra, 11 avqust 2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 09 yanvar 2016-cı il tarixdə ölmüş X vərəsələri arvadı İddiaçı və qızı X və onlar mirası qəbul ediblər. Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 17 aprel 2019-cu il tarixli arayışına əsasən, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən yarmarkanın girişində iaşə xidməti obyekti tikmək üçün 42 kv.metr torpaq sahəsinin ayrılması barədə İddiaçı verilmiş 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamdan çıxarışdakı latın qrafikalı əlifba ilə hazırlanmış möhür Nümayəndəliyin həmin dövrə uyğun möhürüdür. İşə əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən tikililərin cavabdehin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, həmin tikililərin iddiaçının obyektinə giriş-çıxışına maneə yaratması və həmin tikililərin şəhərsalma və tikinti normala rına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən olunur. Belə olan halda Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxananın) giriş-çıxış yolunda cavabdehin qanunsuz olaraq inşa etdiyi tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələri sökülməli və obyektin girişçıxış yolu bərpa edilməlidir. Həmçinin, iş üzrə tədqiq olunmuş sübutlarla iddiaçının istifadəsində olan obyektin arxa və yan tərəflərində hər hansı maneənin olması müəyyən edilmədiyndən iddia bu hissədə rədd edilməlidir. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.1, 158.4, 180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırı b. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassa siya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Xaçmaz şəhər İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamına əsasən, İddiaçı Xaçmaz şəhəri, 20 yanvar küçəsində yarmarkanın girişində iaşə xidməti obyektinin tikintisi üçün 42 kv.metr torpaq sahəsi ayrılıb. X nizamna məsi 07 may 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Habelə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə X X və digərlərinə qarşı “obyektin sökülməsi və ərazidən çıxarılması” barədə iddiası rədd edilib. Bundan sonra, 11 avqust 2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 09 yanvar 2016-cı il tarixdə ölmüş X vərəsələri arvadı İddiaçı və qızı x və onlar mirası qəbul ediblər. Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 17 aprel 2019-cu il tarixli arayışına əsasən, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yerləşən yarmarkanın girişində iaşə xidməti obyekti tikmək üçün 42 kv.metr torpaq sahəsinin ayrılması barədə İddiaçı verilmiş 20 aprel 1995ci il tarixli, 128 saylı sərəncamdan çıxarışdakı latın qrafikalı əlifba ilə hazırlanmış möhür Nümayəndəliyin həmin dövrə uyğun möhürüdür. İşə əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən tikililərin cavabdehin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, həmin tikililərin iddiaçının obyektinə giriş-çıxışına maneə yaratması və həmin tikililərin şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən olunur. Belə olan halda Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxananın) giriş-çıxış yolunda cavabdehin qanunsuz olaraq inşa etdiyi tikililərin həmin obyektin giriş-çıxışına maneə törədən hissələri sökülməli və obyektin girişçıxış yolu bərpa edilməlidir. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov h üququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulm ası üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərini araşdırıb qeyd etmişdir ki, Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamına əsasən, iddiaçıya Xaçmaz şəhəri, 20 Yanvar küçəsində Yarmarkanın girişində iaşə obyekti tikmək üçün 42 kv.metr torpaq sahəsi ayrılıb və o, həmin torpaq sahəsinə metal konstruksiyadan çayxana obyekti qoyub və uzun illər ərzində həmin obyektdən təyinatı üzrə istifadə edib. Lakin, iddiaçının əri İsrafil Rzayevin 2015-ci ildə ölümündən sonra cavabdehin rəhbərliyi çayxananın giriş-çıxış yolunu bağlayaraq, orada başqa şəxslər tərəfindən ticarət aparılması üçün piştaxtalar quraşdırıb, həmin yeri icarəyə verib və bu səbəbdən də iddiaçı obyekti işlədə bilməyib. İşə əlavə edilmiş DƏK və ÜRX-nin 02 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2021-ci il tari xli ekspert rəyinə əsasən, Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncama əsasən İddiaçı Xaçmaz şəhəri, 20 yanvar küçəsində, yarmarkanın girişində iaşə xidməti obyektinin tikintisi üçün ayrılmış 42 kv.metr torpaq sahəsində yerləşən mübahisəli obyektin giriş-çıxış yolunda inşa edilmiş tikililərin cavabdeh, ekspertiza keçirilməsi üçün təyin olunan vaxtda mübahisəli əraziyə gəlmədiyi üçün faktiki inşa edilmiş tikililərin cavabdehə aid olduğunu müəyyən etmək olmadı. İnşa edilmiş tikililərin iddiaçının obyektinə giriş-çıxışa mane yaratdığını nəzərə alaraq həmin tikililərin şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən olunur və həmin tikililər iddiaçının obyektinə giriş-çıxışa mane törədir. Cavabdeh mübah isəli ərazidə iştirak etmədiyindən mane törədən hissələrin ölçülərinin alınması mümkün olmadı. 15 noyabr 2017-ci il tarixli Çıxarışa əsasən, Gülnarə Həbibovaya icarəyə verilmiş torpaq sahəsinin faktiki sərhədlərinin koordinatlarını cavabdeh ekspertiza keçirilməsi üçün təyin olunan vaxtda mübahisəli ərazidə iştirak etmədiyindən naturada alınması və Çıxarışın koordinatları ilə müqayisə edilməsi mümkün olmadı. Mübahisələndirilən tikililər 15 noyabr 2017-ci il tarixli Çıxarışa əsasən Gülnarə Həbibovaya icarəyə verilmiş torpaq sahəsinin koordinatları daxilindədir və həmin tikililər və ya onların hər-hansı hissəsi iddiaçının faktiki istifadə etdiyi obyektin daxilində deyil. Apellyasiya instansiyası məhkəməsi sözügedən mütəxəssis və ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib düzgün olaraq qeyd etmişdir ki, Xaçmaz şəhəri, 20 Yanvar küçəsində yarmarkanın girişində yerləşən iddiaçının istifadəsində olan iaşə xidməti obyektinin (çayxana) giriş-çıxış yolunda cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin həmin obyektin giriş-çıxışına maneə törətməsi və faktiki olaraq giriş-çıxış yolunu bağlaması mülki iş materialları ilə istisna edilmədiyindən, iddianı bu hissədə rədd etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib. Ona görə də iddia bu hissədə təmin edilməlidir. Daha sonra, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 23 yanvar 2012-ci il tarixli qətnaməsi ilə X İddiaçı əri X və digərlərinə qarşı “tikilinin sökülməsi, oradan çıxarılma və sair barədə” iddiası əsassız olduğundan rədd edilib və iddianın əsassız olmasını təsdiq edən sübut kimi Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 20 aprel 1995-ci il tarixli, 128 saylı sərəncamına istinad olunub və məhz həmin sərəncamın mövcudluğu və qanuni sayılması iddianın rədd edilməsi üçün əsas sayılıb. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasını və torpaq sahəsinin ayrılması barədə sərəncamın arxivdə aşkar edilməməsini əsas tutub iddianı rədd etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib. Bundan başqa, cavabdeh kassasiya şikayətində mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin onun deyil, fərdi sahibkar X icarəsində olduğunu, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 584,1 kv.metr olan əmlak kompleksi kimi müəssisənin isə 15 noyabr 2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə X adına qeydə alındığını və beləliklə də iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia məhz X münasibətdə təmin edilib və həmin qətnamə ilə X hüquq və vəzifəsinə dair onun hüququnun pozulmasına səbəb olan hər hansı məsələ həll edilməyib. Digər tərəfdən, işdən görünür ki, i ddiaçının əri X X arasındakı məhkəmə çəkişmələri 2012-ci ildən başlayıb və bütün məhkəmə mübahisələrində X qanuni təmsilçi kimi məhz X təmsil edib və o, eyni zamanda X təsisçisi olub. Bundan başqa işdən görünür ki, iddiaçı cavabdeh X qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra sözügedən tikililər mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. Belə olan halda kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən 2017-ci ildən ötən 5 il müddət ərzində hazırkı mübahisənin öz həllini tapmamasını da nəzərə alır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iş üzrə apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(105)-78/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar