Məhkəmə qərarları › İş №2(102)-1352/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1352/2019

06.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1352/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı2, vəkili Ömərov Cianşa İlyas oğlunun, Cavabdeh1 və vəkili Zamanov Gülbala Sabir oğlunun iştirakları ilə, Cavabdeh1 və vəkili Zamanov Gülbala Sabir oğlunun Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2016-cı il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsi ilə (H.S.Mirzəliyev, iş 2(051) -341/16) iddia tələbinin təmin edilərək Cavabdeh1 17300 manat məbləğində pulun alınıb İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2016-cı il tarixli qətnaməsi ilə (V.K.Qasımov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli, iş 2(107)-850/2016) Mingəçevir şəhər məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsinin qismən, yəni İddiaçı1 aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı1 iddia tələbinin rədd edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və və kili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və vəkili Ömərov Cianşa İlyas oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 “xxxx” ASC-yə ödənilmiş 19.000 manat kredit borcunun və 50.000 manat məbləğdə satılmış evin dəyəri olmaqla cəmi 69.000 m anat məbləğdə vurulmuş zərərin əvəzinin alınıb İddiaçı1 ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddiaçı2 tərəfindən iddia tələbinin həcmi azaldılmışdır) İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı2, vəkili Ömərov Cianşa İlyas oğlunu, Cavabdeh1 və vəkili Zamanov Gülbala Sabir oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmə dən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(051)-200 №-li qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 15000 manat əsas, 4029,58 manat faiz borcu olmaqla, cəmi 19029,58 manat kredit borcu və 20 manat dövlət rüsumu, ümumilikdə 19049,58 manat məbləğdə pulun tutularaq "xxxx" ASC-yə verilməsi, pulun tutulmasının ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi, İddiaçı2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 18000 manat müəyyən olunmuş Mingəçevir şəhəri, Şəfəq küçəsi, 20 №-li yaşayış evinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən ümumilikdə 19049,58 manat məbləğində pulun tutularaq idd iaçıya verilməsi, borcun ödənilməsindən sonra mənzilin açıq hərracdan satılmasından qalan pulun cavabdehə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2012-ci il tarixli, 2(107)-360 №-li qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 01 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mingəçevir şəhər məhkəməsinin 01 fevral 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı2, X5, X8, İddiaçı1, X6 və X3 iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, Şəfəq küçəsi, 20 №-li fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, cavabdehlərin həmin evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İşə əlavə olunmuş, 01 se ntyabr 2009-cu il tarixli, 014 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC ilə müqavilə bağlayaraq iaşə xidmətlərinin genişləndirilməsi üçün 15000 manat məbləğində kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 24 faiz əlavəsi ilə 18 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. 01 sentyabr 2009-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2009-cu il tarixli, 014 №-li kredit müqaviləsi üzrə əmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı2 məxsus olan Mingəçevir şəhərinin Şəfəq küçəsində yerləşən 0,08691 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 61,1 kv.m yaşayış, 21,6 kv.m köməkçi sahədən ibarət 20 №-li fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri 18000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası DƏDRX-in Yevlax ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı, ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Mingəçevir şəhəri, Şəfəq küçəsində mülkiyyətində olan 0,08691 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61,1 kv.m yaşayış, 21,6 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX-in Yevlax ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı, 0015503 №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olur k i, Mingəçevir şəhərinin Şəfəq küçəsindəki 20 №-li fərdi yaşayış evinin yuxarıda qeyd olunan 014 №-li 01 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 07 sentyabr 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hərrac Mərkəzi “xxxx” MMC-nin 23 avqust 2011-ci il tarixli, 01/2306 №-li məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı2 məxsus Mingəçevir şəhəri, Şəfəq küçəsində mülkiyyətində olan 0,08691 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61,1 kv.m yaşayış, 21,6 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi 11475 manata hərraca çıxarılaraq 01 №-li qalib alıcı “xxxx” ASC-nin 05/1597-11 №-li 17 fevral 2011-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X1. İş materiallarında olan Mingəçevir şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu X7 29 may 2014-cü il tarixli 200 №-li məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “xxxx” ASC-nin adından X2 şəhəri, Şəfəq küçəsi 20 ünvanında fərdi yaşayış evinin ərazisində yerləşən 0,08691 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini X9 13500 manata satmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni cavabdeh İddiaçı2 münasibətdə düzgün, cavabdeh İddiaçı1 aid hissədə səhv həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.2-ci maddəsinə görə əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kr editoru təmin etdiyi vaxt keçir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 “xxxx” ASC ilə 01 sentyabr 2009-cu ildə kredit müqaviləsi bağlayaraq 18 ay müddətinə 24 % dərəcəsi ilə 15000 manat məbləğində kredit almış, İddiaçı2 isə eyni tarixli ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə özünə məxsus olan, Mingəçevir şəhəri Şəfəq küçəsində mülkiyyətində olan 0,08691 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61,1 kv.m yaşayış, 21,6 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evini ipoteka qoymuşdur. Borclu Cavabdeh1 müəyyən olunmuş vaxtda ödənişləri etmədiyinə görə İddiaçı2 tərəfindən 09 noyabr 2009-cu ildə 350 manat, 29 dekabr 2009-cu ildə 200 manat, 10 fevral 2010-cu ildə 200 manat, 25 fevral 2010-cu ildə 200 manat, 12 mart 2010-cu ildə 150 manat, 07 iyun 2010-cu ildə 500 manat, 30 iyun 2010-cu ildə 200 manat olmaqla, cəmi 1800 manat ödəniş aparılmışdır. Bank tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2011-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmişdir. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin 01 fevral 2012-ci il tarixli 5 qətnaməsi ilə cavabdehlər İddiaçı2, X5, X8, İddiaçı1, X6 və X3 göstərilən evdən məcburi qaydada çıxarılmaları və cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Daha sonra İddiaçı2 tərəfindən banka 14 iyun 2011-ci ildə 200 manat, 25 sentyabr 2013-cü ildə 1000 manat, 01 noyabr 2013-cü ildə 500 manat, 29 noyabr 2013-cü 300 manat ödənişl ər edilmişdir. Beləliklə, İddiaçı2 tərəfindən banka ödənilmiş pulun məbləği 17300 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 17300 manat pulu cavabdehdən tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, digər İddiaçı1 tərəfindən hər hansı məbləğin ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şəki Apellyasi ya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 16 avqust 2016-cı il tarixli, 2(107)-850/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar