Məhkəmə qərarları › İş №2(102)-1353/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1353/2021

01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1353/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, İdrisov Namik Malik oğluna, Cavabdeh2 və Şabran rayon Notariat kontoruna (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Sumqayıt “Asan” mərkəzinin Notariat kontoru) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbulu müddətinin ötürülməsi, iddia müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Üm üd Nadir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X7, iddiaçıların vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1969/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X5 ilə X1 birgə nikahından xx xxxx 1948-ci il tarixdə Vahidə, xx xxxxxx 1950-ci il tarixdə Savatxanım, xx xxxxx 1953-cü il tarixdə Malik adlı övladları doğulmuşdur. X5 xx xxxx 1989-cu il tarixdə, X2 xx xxxxxxxx 1991-ci il tarixdə ölmüşdür. Şabran rayon Dövlət Notariat kontorunda xx xxxxxx 1993-cü il tarixdə 1/3 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ h aqqında şəhadətnaməyə dair Notariat işinə əsasən, xx xxxx 1989-cu il tarixdə ölmüş X4 əmlakı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vərəsəsi Cavabdeh1 verilmişdir. Həmin əmlak Dəvəçi (hazırda Şabran) şəhərində 600 kv.metr torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, cəmi 90,2 kv.metrlik yaşayış evindən ibarətdir. Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən 9 saylı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Sonuncu, həmin yaşayış evinə, ümumi birgə mülkiyyətdə olan 0.0495 ha torpaq sahəsinin 0.023 ha hissəsinə, İdrisov Namik Malik oğlu isə 0.0495 ha torpaq sahəsinin 0.0265 ha hissəsinə mülkiyyət hüququ əldə etmişlər. xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən 0.0035 ha hissəsini qızı Cavabdeh2 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh1, İdrisov Namik Malik oğluna, Cavabdeh2 və Şabran rayon Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəvəçi rayonu, Azadlıq küçəsində yerləşən 9 saylı (indiki Şabran şəhəri, H.Əliyev prospekti, ev 9) yaşayış evinə dair (bundan sonra – mübahisəli ev) Dəvəçi rayon Notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Dəvəçi rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən mübahisəli evə dair Cavabdeh1 adına verilmiş 1993-cü il tarixli qeydiyyat vəsiqəsinin, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cu il tarixli reyestrdən çıxarışın, Sumqayıt Asan Xidmət mərkəzində Notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2v/793-615 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Sumqayıt ASAN xidmət mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş bağışlama müqaviləsinin, bunun əsasında Cavabdeh2 adına verilmiş reyestrdən çıxarışın, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışın, müba hisəli evə dair Namik İdrisovun adına tərtib edilmiş 753 inventar nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Dəvəçi rayon XDS İK-nin xx xxxxxxxx 1988-ci il tarixli 14 saylı protokoluna əsasən onların atasına icazə verilməsi əsasında 794,5 kv.metr torpaq sahəsində inşa edilmişdir. Həmin evdə hazırda cavabdehlər yaşayırlar. Bu illər ərzində ata mülkünə sənəd və vərəsəlik əldə edilmədiyini düşündükləri üçün həmin mirasdakı paylarının bölünməsi xahişi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, onların qardaşı Cavabdeh1 onların xəbərləri və razılıqları olmadan atalarının mülkünə vərəsəlik və qeydiyyat vəsiqəsi almış, torpaq islahatı zamanı da mülkiyyətçi kimi özünə və ailə üzvlərinə torpağa dair mülkiyyət hüququnu qeydə aldırmışdır. Bu səbəbdən Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsinə əsasən iddiaları təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərin surətləri onlara verilmədiyi üçün onlar bu sənədlərdən yalnız qətnamə ilə tanış olduqdan sonra xəbər tutmuşlar və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək həmin sənədlərin surətlərini əldə etmişlər. Onların qardaşı 1993-cü ildə atalarından miras qalmış əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alaraq həmin evə dair mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi əldə etmişdir. Bu zaman qanunun tələbləri həm qardaşı tərəfindən, həm də Dəvəçi rayon Dövlət Notariat kontorunun dövlət notariusu tərəfindən pozulmu şdur. Torpaq islahatları ilə əlaqədar vətəndaşlara qanuni istifadələrində olan torpaqlar əvəzsiz olaraq mülkiyyətə verildiyi üçün qardaşı mülkə dair qeydiyyat vəsiqəsindən və atasına məxsus torpaq sahəsinə dair sənədlərdən istifadə edərək həmin torpaq sahəsinə 4 nəfər ailə üzvü ilə birlikdə mülkiyyət sənədi də almışdır. Həyat yoldaşı X8 vəfat etdikdən sonra, həmin torpağa dair 3 nəfərin mülkiyyət hüququ barədə yeni bir çıxarış alınmışdır. Bundan sonra, qardaşı özünə məxsus torpaq payının 35 kv.metr hissəsini xx xxxxxx 2015-ci il tarixdə digər Cavabdeh2 bağışlamışdır. Bütün bu əməliyyatlar onların vərəsəlik hüquqlarını pozmaqla həyata keçirildiyi üçün qanunsuz hesab edilməli, bu əməliyyatlar nəticəsində verilmiş hüquqi sənədlər etibarsız hesab edilməlidir, çünki ilkin sənədin onların vərəsə lik hüquqlarının pozulması nəticəsində verilməsi, bundan sonrakı əməliyyatların da etibarsızlığına səbəb olur. Əks halda, onların pozulmuş vərəsəlik hüquqları bərpa edilə bilməz. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(031)233/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 1993-cü ildə mübahisəli evdə qeydiyyatda olmuş və yaşamış, mirası faktiki qəbul etmiş, digər vərəsələr qeydiyyatda olmamış və orada yaşamamışlar. Bu səbəbdən də vərəsəlik hüququ haqqında cavabdehin adına şəhadətnamə verilərkən onların razılığı alınmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbində etibarsız hesab olunması xahiş olunan sənədlə r verilərkən mülki qanunvericilikdə müəyyənləşdirilmiş tələblər pozulmamışdır. Ona görə də həmin sənədlərin etibarsız hesab olunması üçün əsaslar yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139-1.1.3, 149.2, 1133.1, 1146, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1272, 1322-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 88, 106.1, 217-ci maddələrinə, “Notariat əməliyyatlarının aparılması qaydaları barədə” Təlimatın 49-cu bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3358/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətn aməsi ilə (hakimlər – E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Dəvəçi rayon Notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq, Dəvəçi rayon Notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.1993-cü il tarixli, 1/3 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qis mən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar mirasqoyanın birinci növbəli vərəsələri olsalar da, onların mübahisə predmeti olan şəhadətnamənin mövcudluğundan vaxtında xəbərləri olmamış, bu barədə məhkəməyə müraciət etməmişdən əvvəl xəbər tutmuşlar, cavabdeh tərəf isə bunu etiraf etmişdir. Eyni zamanda, şəhadətnamənin mövcudluğundan iddiaçıların xəbərləri olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçılar bu barədə mirasın bölüşdürülməsi tələbi ilə bağlı 2018-ci il tarixdə məhkəmədə iddia qaldırarkən xəbər tutmuşlar. Məhkəmə, sorğu əsasında təqdim edilmiş vərəsəlik işinə istinadən qeyd etmişdir ki, Cavabdeh1 atasından miras qalmış mübahisəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Notariat kontoruna ərizə yazark ən digər vərəsələr olan bacılarını, yəni hazırkı iş üzrə iddiaçıları vərəsə kimi göstərməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, həm notarius, həm də digər vərəsələr onların yerinin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıların vərəsəliyə çağırılması üçün tədbirlər görməmiş, əksinə Notariat kontoruna yalan məlumat verməklə onları mirasdan pay almaq hüququndan məhrum etməyə çalışmışdır. Apellyasiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, notarius da, öz növbəsində vərəsələrin dairəsini düzgün müəyyən etməmiş, lazımi orqanlara bu barədə sorğular verməmiş, nəticədə digər vərəsələrin mirasdan məhrum edilməsi ilə nəticələnən qanunsuz şəhadətnamə vermişdir. Odur ki, şəhadətnamə qanunun tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməlidir. Bununla belə, işə apellyasiya qaydasında baxan məhkəmə, şəhadətnamə əsasında verilmiş, iddia ərizəsində etibarsız hesab olunması xahiş edilən digər sənədlərə münasibətdə qeyd etmişdir ki, həmin sənədlər verilərkən, şəhadətnamə qüvvədə olduğundan, onların etibarsız hesab edilməsi üçün əsas yoxdur. Həmin sənədlərin məhkəmə qaydasında yalnız ləğvi mümkündür ki, bununla bağlı tələb iddiaçılar tərəfindən verilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 530cu, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133-cü maddələrinə istinadla əsaslandırmışdır. c ) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1640/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) cavabdeh İdrisov Namik Malik oğlunun kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 atası X3 miras qalan Dəvəçi şəhərində 600 kv.m. torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, cəmi 90,2 kv.m.-dən ibarət yaşayış evini miras kimi qəbul etmişdir. Torpaq sahəsi cavabdehlərə miras kimi de yil, islahat nəticəsində verilmişdir. Məhkəmə qeyd etmişdir ki, bu hal iddia ərizəsi, həmçinin məhkəmə qətnaməsi ilə də təsdiq olunur. Belə ki, həmin qətnaməyə əsasən iddiaçılar özləri izahatlarında qeyd etmişlər ki, miras pay vərəsələr tərəfindən qəbul edilməmişdir. Ata evində qardaşları Cavabdeh1 öz ailəsi ilə yaşamışdır. 1995-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində yağan güclü leysan yağışları nəticəsində şəhəri sel basmış və bir çox evləri, o cümlədən onların ata evini də sel suları yuyub aparmışdır. Bununla əlaqədar olaraq, Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyəti tərəfindən qardaşları Cavabdeh1 ailəsi ilə birlikdə yaşamaq üçün dövlət vəsaiti hesabına başqa bir ünvanda ev inşa edilərək verilmişdir. Sonrakı illərdə Malik ona dövlət tərəfindən verilmiş evi qanuni vərəsələrlə razıl aşdırmadan sataraq, yenidən ata yurdunda bir mərtəbəli ev inşa etdirərək ora köçmüşdür. Beləliklə, işə ilk dəfə baxan kassasiya məhkəməsi müəyyən etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə torpaq sahəsinə münasibətdə deyil, evə münasibətdə verilmişdir. Cavabdeh1 qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əldə etdiyi miras ev isə hazırda mövcud deyildir. Məhkəmə Mülki Məcəllənin 203.1-ci maddəsinə əsaslanmaqla qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən miras kimi qəbul edilən daşınmaz əmlak məhv olduğuna görə ona münasibətdə mülkiyyət hüququ itirilmiş, sonuncu tərəfindən inşa edilmiş yeni ev isə miras əmlak olmadığına görə, onun iddiaçılar arasında bölünməsi mümkün deyildir. Bundan başqa, kassasiya məhkəməsi qeyd etmişdir ki, miras 1989 və 1991-ci illərdə açılmış, həmin dö vrdə iddiaçılar nə rəsmi qaydada notariata mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etməmiş, nə də mirası faktiki qəbul etməmişlər. Mirasın açılmasından artıq 30 il müddət keçmiş, miras 1993-cü ildə cavabdeh tərəfindən qəbul edilmiş və müvafiq qaydada rəsmiləşdirilmişdir. Qanuna əsasən 3 ay və ya ən çoxu 6 ay müddətində mirası qəbul etməli olan iddiaçılar miras açılandan 30 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Beləliklə, kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırda miras kimi qəbul edilməli olan əmlak mövcud deyil və iddiaçılar mirası qəbul etməklə bağlı müddəti ötürmüşlər. Odur ki, iddiaçıların mövcud olmayan mirasdan 30 il sonra pay almaq tələbi heç bir qanuni əsasa söykənmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci ic raat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1969/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq, MPM-nin 217.2-ci maddəsinin tələbinə, xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş (1964-cü il redaksiyası) Mülki Məcəllənin 528, 552-ci maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçılar birinci növbəli vərəsələrin dairəsinə daxil olsalar da, onlar bu hüquqlarını reallaşdıraraq miras qalmış əmlakı istər rəsmi, istərsə də faktiki ol araq qəbul etmədiklərindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin qüvvədə olan Mülki Məcəllənin 203.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 əldə etdiyi miras ev hazırda mövcud deyil, sonuncu ona münasibətdə mülkiyyət hüququnu itirmişdir. Belə ki, qeyd olunan maddəyə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Bu baxımdan, Cavabdeh1 tərəfindən inşa edilmiş yeni ev miras əmlak olmadığına görə evin iddiaçılar arasında bölünməsi mümkün deyildir. Bundan başqa, işə apellyasiya qaydasında baxan məhkəmə iddia müddətinin tətbiq olunması ilə bağlı qeyd etmişdir ki, tərəflər arasındakı mübahisəli hüquq mün asibəti 1989cu il tarixdə yaranmış, həmin vaxt qüvvədə olan (1964-cü il redaksiyası) Mülki Məcəllənin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 82-cı maddəsinə əsasən isə, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən miras əmlakla bağlı tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti ötürüldüyündən, iddia tələbi bu əsasla da təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayə tinin dəlilləri İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamış, yalnız iddianın uzun müddət keçdikdən sonra verildiyinə əsaslanmış, hüquqi sənədlərin alınması zamanı yol verilmiş qanun pozuntularına qiymət verməmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçılar valideynləri vəfat etdikdən sonra mübahisəli əmlakda yerləşən bir sıra əşyaları götürüb öz evlərinə aparmışlar, həmin əmlaklar miras payına daxil olduğu üçün, iddiaçılar da miras əmlakı faktiki qəbul etmiş sayılırlar. İddiaçılar atalarının d əfnindən sonra miras qalmış evdə anaları ilə birlikdə yaşamışlar, onların nəvələri həmin evdən məktəbə getmişlər. Bu hallar onu sübut edir ki, iddiaçılar mirası faktiki qəbul etmişlər. Kassatorlar həmçinin qeyd etmişlər ki, cavabdeh məhkəmədə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmiş, lakin apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq iddia müddətinin müzakirəsinə yol vermişdir. Məhkəmə, iddiaçıların ataları öldükdən sonra analarının birgə nikah dövründə tikilmiş mübahisəli miras əmlakda 5/8 hissədə payının yaranmasına diqqət yetirməmişdir. Belə ki, ataları öləndən sonra analarının həmin əmlakda ½ payı olmuş, 4 vərəsə olduğu üçün də digər ½ hissədə ¼ payı yaranmış və birlikdə miras əmlakın 5/8 hissəsi analarına məxsus olmuşdur. Anaları öləndən sonra onun 5/8 hissədə olan payı na münasibətdə də iddiaçılar özlərini vərəsə hesab edirlər. Kassatorlar həmçinin qeyd etmişlər ki, atalarından miras qalmış ev sel nəticəsində uçduqdan sonra dövlət tərəfindən Cavabdeh1 başqa yerdə ev tikilərək verilmişdir, sonuncu həmin evi sataraq yenidən ata yurdunda özünə ev tikmişdir. Yəni, cavabdeh mübahisəli evi öz hesabına deyil, atalarının evinin əvəzinə dövlət tərəfindən verilmiş evin və həyətyanı sahənin satışından əldə etdiyi vəsait hesabına tikmişdir. Beləliklə, miras əmlakın mövcud olmaması əsası ilə iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Kassasiya şikayətinin əsası kimi xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş (1964-cü il redaksiyası) Mülki Məcəllənin 532, 552-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən edən iddiaçının nümayəndəsi və iddiaçıların vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, Şabran rayon Notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işə ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə (1964-cü il redaksiyası) Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır (maddə 528). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (maddə 552). Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 77). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur. Kassatorlar şikayətində apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini ümumi ifadələrlə qeyd etsələr də, bunun nədən ibarət olmasını əsaslandırmamışlar. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İdd iaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1969/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar