Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1353/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və 3-cü şəxs X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5327/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnamə sindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş X6 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə üzərində vərəsəlik hüquqlarının tanınması və tam hissədə miras pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi atası X12 məxsus olm uşdur. Atası 20.08.2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələr arvadı X3, övladları o, Cavabdeh1, X15, X16 olmuşdur. 28.12.2009-cu il tarixdə X3 Bakı şəhəri 7 saylı DNK-da vəsiyyətnamə yazaraq BE saylı evi ona vəsiyyət etmişdir. X7 08.09.2012-ci ildə vəfat etmişdir. 30.10.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə Bakı şəhəri 7 saylı DNK-ya müraciət edərək, ondan başqa vərəsələrin olmadığını qeyd edərək atasından miras qalmış evi qəbul etdiyini göstərmişdir. ünvan 2 ünvanlanmış 883 nömrəli, 30.10.2018-ci il tarixli məktubdan görünür ki, həmin evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22.11.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi üzərində mərhum X9 m ülkiyyət hüquqları qeydiyyata alınmışdır. 27.11.2018-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 27.11.2018ci il tarixdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X12 məxsus ünvan 1 ünvanına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Eyni zamanda 27.11.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X8 qalan miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəlik qəbul etmədiyini göstərmişdir. Mirasqoyan Cavabdeh1 20.08.2002-ci il tarixdə vəfatından sonra vərəsələr arvadı X3, övladları o, Cavabdeh1, X15, X16 olmuşdur. X7 ilə o, mirasqoyan Cavabdeh1 öldüyü gündən mübahisəli miras əmlak olan evdə tək ya şamış, ona sahiblik etmiş, X7 3 il iflic və insult keçirib yataq xəstəsi olmuş, o, hər gün onun qulluğunda olmuş, 28.12.2009-cu il tarixdə vəsiyyətnamə yazaraq evi ona vəsiyyət etmiş və 08.09.2012-ci ildə vəfat etmişdir. Onun vəfatından əvvəl və sonra miras əmlak onun tərəfindən sahiblik edilərək faktiki qəbul edilmişdir. Cavabdeh1 1990-cı ildə X13 ilə nikaha daxil olaraq həyətdə atasının salığında tikilmiş 3 otaqlı özbaşına tikilidə yaşamışdır. 2000-ci ildə Cavabdeh1 X4 boşanmış və həmin özbaşına tikilidə yaşamağa davam etmişdir. Cavabdeh1 3 il ərzində 2014-2016-cı illərdə onunla qalmışdır. Ələmdara o, baxmışdır. Həmçinin Cavabdeh1 şizofreniya xəstəliyindən əziyyət çəkir, İ qrup əlildir və müavinət alır. Ələmdarın özünə də o, qulluq etmiş və buna görə də 50 manat müavinət almışdır.O, mira s qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etmişdir. Mirasın qəbuluna dair hərəkətlər isə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməkdən ibarət olmuşdur. Atasına və anasına məxsus əşyalar və digər əmlaklara onun tərəfindən sahiblik edilmişdir. Cavabdeh1 isə psixi xəstəliyinə görə, həmçinin özbaşına tikilidə yaşadığına görə mübahisəli mirası faktiki qəbul etməmişdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 fevral 2021-ci il tarixli 2(003)-51/2021 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Hüseynli) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfində n Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi atası X12 məxsus olmuşdur. X19 20.08.2002-c i il tarixdə vəfat etmişdir. X9 vəfatından sonra vərəsələr arvadı X3, övladları İddiaçı, Cavabdeh1, X15, X16 olmuşdur. 28.12.2009-cu il tarixdə X3 Bakı şəhəri 7 saylı DNK-da vəsiyyətnamə yazaraq BE saylı evi qızı İddiaçı vəsiyyət etmişdir. X7 08.09.2012-ci ildə vəfat etmişdir. 30.10.2018ci il tarixdə Cavabdeh1 ərizə ilə Bakı şəhəri 7 saylı DNK-ya müraciət edərək ondan başqa vərəsələrin olmadığını qeyd edərək atasından miras qalmış evi qəbul etdiyini göstərmişdir. ünvan 3 ünvanlanmış 883 nömrəli, 30.10.2018-ci il tarixli məktubdan görünür ki, həmin evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 22.11.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 74,3 kv.m ev və 0,04257 ha torpaq sahəsi üzərində mərhum X9 mülkiyyət hüqu qları qeydiyyata alınmışdır. 27.11.2018-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 27.11.2018-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X12 məxsus ünvan 1 ünvanına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Həmçinin 27.11.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X8 qalan miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəlik qəbul etmədiyini göstərmişdir. Cavabdeh1 İİ qrup əlildir və Xəzər Rayon Məhkəməsinin 2(003)-585/2020 saylı, 05.08.2020-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və ona qəyyum olaraq Xəzər Rayon İcra Hakimiyyəti Başçısı nın 200 saylı, 29.09.2020-ci il tarixli saərəncamı ilə qızı X5 təyin edilmişdir. Məhkəmə iddia tələbinin Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsi və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi hissəsində qeyd edir ki, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqd etibarsızdır. Hazırki iş üzrə də Cavabdeh1 Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 xəstəliyi ilə 26 saylı Birləşmiş Şəhər X əstəxanasında qeydiyyatda olmuş və mütamadi olaraq müxtəlif vaxtlarda müalicələr almışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 psixi xəstəlikdən əziyyət çəkdiyindən və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələr etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı DNK-ya verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsində qeyd ed ir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. İddiaçının atası X19 20.08.2002-ci il tarixdə, anası X3 08.09.2012-ci il tarixdə vəfat etmiş, lakin 27.11.2018-ci il tarixdə İddiaçı nümayəndəsi Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək atası X8 miras qalmış bütün daşınar daşınmaz əmlaklardan vərəsəliyin qəbulundan imtina etmişdir. Belə ki, iddiaçının anası X3 08.09.2012-ci il tarixdə vəfat etmiş, lakin iddiaçı həmin tarixdən 3 ay müddətində miras əmlakının qəbulundan imtina etməmişdir. Bununla da o, qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı DNK-ya verilmiş 27.11.2018-ci il tarixli ərizə etibarsız hesab ed ilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı mirası qəbul etməsi faktı müəyyən edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində vərəsəlik hüquqları tanınması və tam hissədə miras pay hüququnun müəyyən edilməsi hissəsində qeyd edir ki, əqd etibarsız hesab edildikdə, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni, vərəsəliklə bağlı vəziyyət əvvəlki halına qaytarılmalı, vərəsələr miras əmlakı ilə bağlı notariat kontoruna müraciət etməlidirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iş üzrə müstəqil tələb irəli sürən şəxs X2 münasibətdə qeyd edir ki, X6 ünvan 4 ünvanında yerləşən 0.02 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş 124,7 kv.metr sahəsi olan fərdi yaşayış evini vicdanlı əldə edən şəxsdir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Konstitusiyasının 12.1, 13.1, 29.1, 29.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146.2, 152.1, 329.1, 331.1, 337.1, 337.5, 342.1, 1243.2, 1256-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12.04.2004 -cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.10.2004-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2004-cü il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh ed ilməsinə dair” 25.10.2010-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20.10.2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05.12.2011-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasını n 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 qəyyumu Qanuni nümayəndə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Emin Mehdiyev) 30.06.2021-ci il tarixli, 2(103)5327/2021 saylı qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 2058 saylı rəyinə əsasən 2018-ci ilin oktyabr və noyabr aylarında Cavabdeh1 tərəfindən Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizələr verilərkən, onun adına vərəsəlik şəhadətnaməsi verilərkən, o, həmin dövrdə psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Emin Mehdiyev) 03.11.2021-ci il tarixli, 2(103)5327/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Xəzə r rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(003)-51/2021 saylı qətnaməsinin mübahisələndirilən iddianın qismən təmin edilən- Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qeyd olunan hissələrdə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ailə həyatı quraraq, 07.02.1987ci il tarixdən hal-hazıradək ünvan 5 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. İddiaçı 2002-ci ildə atasının vəfatından, 2012-ci ildə anasının vəfatından sonra sonra mirası qəbul etməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir, belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olubolmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilm əsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmə mişdirsə həmin hüququ itirir. Kollegiya qeyd edir ki, İddiaçı anasının 2012-ci ildə vəfatından sonra qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etməsi ilə bağlı notariat kontoruna müraciət etməsi və ya mübahisəli mənzildə yaşamaqla mirası faktiki qəbul edərək, onu idarə etməsinə dair məhkəməyə heç bir mötəbər sübut növləri təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı hazırda mübahisələndirilən hissədə iddianı irəli sürmək üçün müvafiq müddət ərzində mirası qəbul etmədiyindən, bununla da, subyektiv vərəsəlik hüququnu itirdiyindən, onun mübahisələndirilən hissədə iddia tələbi təmin olunmamalıdır. Digər tərəfdən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 342.1-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, qanunvericiliyin normalarından göründüyü kimi psixi pozuntu nəticəsind ə fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqd etibarsızdır. Hazırki iş üzrə də Cavabdeh1 Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 xəstəliyi ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmuş və mütamadi olaraq müxtəlif vaxtlarda müalicələr almışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 1996-cı ildən “Şizofreniya paranoid” forma F20.0 psixi xəstəlikdən əziyyət çəkdiyindən və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələr etibarsız hesab edilməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli, 2058 saylı rəyinə əsasən 2018-ci ilin oktyabr və noyabr aylarında Cavabdeh1 tərəfindən Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizələr verilərkən, onun adına vərəsəlik şəhadətnaməsi verilərkən, o, həmin dövrdə psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizələr verilərkən, onun adına vərəsəlik şəhadətnaməsi verilərkən, o, həmin dövrdə psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında olduğu halda, birinci instansiya məhkəməsi Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 verilmiş 27.11.2018- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi DƏDRXİ-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarış və Cavabdeh2 tərəfindən Cavabdeh1 adından verilmiş ərizələrin etibarsız hesab edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi MM-nin 1256-cı maddəsinə istinad edərək, İddiaçı nümayəndəsi Cavabdeh2 tərəfindən Bakı şəhəri 7 saylı DNK-ya verilmiş 27.11.2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı subyektiv vərəsəlik hüququ yaranmadığından və onun adından verilmiş ərizə heç bir hüquqi nəticə doğurmadığından, həmin ərizənin etibarsızlığı üçün əsas da yaranmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Odur ki, apelyasiya şikayəti təmin edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil4 Oqtay oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barə də yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı diqqətəlayiq olan digər halı, yəni iddiaçının 2002-ci ildə atasının vəfatından sonra 2012-ci ilədək anası ilə birlikdə həmin mirası qəbul etməsini, bunu təsdiq edən 28.12.2009-cu il tarixli vəsiyyətnaməni və X3 08.09.2012-ci il tarixdə vəfat etməsinə baxmayaraq, iddiaçının həmin müddətdə miras əmlakın qəbulundan imtina etməməsi nəzərə alınmamışdır. İddiaçı məhkəmə prosesinin gedişi vaxtı faktlar və dəlilləri tam gətirdiyi halda cavabdeh məhkəmə prosesinin gedişi vaxtı istinad etdiyi faktlar və dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdi r. Qeyd etmək istəyir ki, Cavabdeh1 1996-cı il tarixdən “Şizofreniya paranoid” forma F20.0 psixi xəstəlikdən əziyyət çəkidiyini, fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edildiyini, ailə həyatı qurduğu dövrdən, yəni atası X19 hələ sağ ikən tikilmiş 3 otaqdan ibarət özbaşına tikilidə yaşamasını təkzib edəcək hər hansı rəsmi sənədin təqdim edilmədiyini nəzərə almayan məhkəmə yalnız məhkəmə-psixiatrık ekspertiza rəyini mötəbər sübut hesab etməklə formal mülahizələrə əsaslanmışdır. Nəhayət hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəinin vahidliyinin pozulması ilə nəticələnmiş qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 qəyyumu X1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddiaçının kasasiya şikayətində anası öldükdən sonra əmlaka faktiki sahiblik etməklə və yiyələnməklə mirası qəbul etməsinin absurd olmasını, elə onunla hazırki işdə əlbir olan Cavabdeh2 təsdiq etmişdir. Belə ki, Cavabdeh2 izahatından da göründüyü kimi, Təranə ailə qurduqdan sonra Binə qəsəbəsinə getmiş, orada yaşamışdır. Digər tərəfdən o da qeyd olunmalıdır ki, iddiaçı ilə Cavabdeh2 əlbir olaraq, əlil olan Cavabdeh1 əmlakını əlindən alıb onu özgəninkiləşdirmək niyətlərinin olmasını açıq aşkar məhkəmə iclasında etiraf etmişdir. Belə ki, apelyasiya baxışında Cavabdeh2 göstərmişdir ki, “Ələmdarın adına sənədləşmə aparılandan sonra o, torpağın 2 sotunu 15.000 manata satmış və pulunu Təranəyə vermişdir." Daha sonra Cavabdeh2 bildirm işdir ki, “Evə 28.000 manata müştəri çıxmışdır. Müştəri və ustalar evə gələn zaman, Ələmdar onları qovurdu. O, Təranəyə bununla bağlı məlumat vermişdir. Təranə onun pulunun qaytarılmasına söz vermişdir." Göstərilənlərdən də göründüyü kimi, Cavabdeh2 və İddiaçı Ələmdara məxsus olan fərdi yaşayış evinin torpaq sahəsinin 0,02 ha torpaq sahəsini Ələmdarın xəbəri olmadan 15.000 manata satmış, həmin vəsaiti Təranə vermişdir, sonra isə hissə-hissə Təranəyə 1000 manat pul vermiş və evi də 28.000 manata satmaq istəmiş, artıq bu zaman Ələmdar evə gələn şəxsləri qovmuşdur. Təranə isə götürdüyü 1000 manatı ona qaytarmağa söz vermişdir. Məhz bundan sonra iş üzrə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsində və kassasıya şikayətində torpağın satışından ə ldə edilən 15.000 manat pulu evə xərclənməsini göstərməsi faktı da onu sübut edir ki, Təranə torpağın 06.12.2018-ci ildə satılmasından məlumatlı olmuş və həmin torpaq onun tapşırığı əsasında Ehtiram tərəfindən satılaraq pulu ona verilmişdir. İddiaçı iddia ərizəsində və kasasıya şikayətində torpağın satışından əldə edilən 15.000 manat pulu evə xərclənməsinin göstərməsi isə tam yalandır. İddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin satışından əldə edilən vəsaiti ona verməmiş və həmin pulu mənimsəmişdir. O da qeyd olunmalıdır ki. iş üzrə iddiaçının iddia ərizəsindən və kasasıya şikayətində də göstərilmişdir ki, anası onun adına 28.12.2009-cu il tarixdə vəsiyyətnamə yazaraq evi ona vəsiyyət etmiş. 08.09.2012-ci ildə isə anası vəfat etmişdir. İş materiallarından və iddiaçının ve rdiyi izahatından da bəlli olduğu kimi, onun anası tərəfindən adına vəsiyyətnamənin yazılmasından 28.12.2009-cu ildə məlumatı olmuş və anası 08.09.2012-ci ildə vəfat etdikdə artıq vəsiyyətnamə qüvvəsini almışdır. Buna baxmayaraq, iddiaçı notariat kontoruna müraciət etməmiş və anasının ona vəsiyyət etdiyi əmlakda olan payı adına rəsmıləşdirilməsmi təmin etməmişdir. Daha sonra qeyd olunmalıdır ki, iş materiallarından, həmçinin iddiaçının və Cavabdeh2 də verdiyi izahatlarından da göründüyü kimi, 27.11.2018-ci il tarixdə Bakı şəhəri 7 saylı DNK tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 İİ qrup əlil olduğundan, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin edilməsi onun bacısı İddiaçı tərəfindən Cavabdeh2 həvalə edilmiş və Cavabdeh2 Təranənin verdiyi tapşırıq əsasında hərəkət edərək, evi Cavabdeh1 adına rəsmiləşdirmişdir. Göründüyü kimi, iddiaçı anasının adından onun adma vəsiyyətnamənin verilməsini, həmçinin anasının 08.09.2012-ci il tarixində vəfat etməsini bilməsinə baxmayaraq, əmlakı qanunla müəyyən edilmiş müddətlərdə öz adma rəsmiləşdirilməsini təmin etməmiş, əksinə əmlakı qardaşı Cavabdeh1 adına rsmiləşdirilməsinin təmin edilməsi üçün Qənyev Ehtirama tapşırıqlar vermişdir. İş üzrə Cavabdeh2 məhkəmədə verdiyi izahatında “Təranə notariat kontorunda cəmi bir dəfə olmuşdur. Onu notariat kontorunda aldatmamışlar, Təranəni o, aldatmışdır” göstərməsi də tam absurddur. İş üzrə mübahisəyə məhkəmələrdə baxılarkən, əmlaka Cavabdeh1 faktiki yiyələnməsi, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında tərəfindən verilmiş 018,39-202 nömrəli, 14.01,2020-ci il tarixli arayışa əsasən, İddiaçı 07.02.1987-ci il tarixdən hal-hazıradək ünvan 5 ünvanında qeydiyyatda olması, İddiaçı qanunla müəyyən edilən müddə ərzində mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməməsi və bununla da qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi danılmaz bir faktdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğ unluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli qərarına əsasən, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçü n əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə y azılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. K asasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində adına vəsiyyətnamə olmasını, miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsini, bu halların nəzərə alınmadığını dəlil olaraq göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adına vəsiyyətnamə tərtib edildiyi tarixdən o, vəsiyyətnamə əsasında əmlakın əldə edilməsi üçün hər ha nsı tədbir görməmiş, əksinə, etibaramə üzrə nümayəndəsi vasitəsi ilə miras əmlakdan cavabdeh olan qardaşının xeyrinə imtina etmiş və həmin əmlakın cavabdehin adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Beləliklə, iddiaçı miras əmlakı nə faktiki qəbul etmiş, nə də qanunla müəyyən edilmiş müddətdə miras əmlakın qəbul edilməsi üçün hər hansı hərəkətlilik göstərməmişdir. Odur ki, iddiaçının göstərilən dəliləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Daha sonra iddiaçının məhkəmə kollegiyasının əldə etmiş olduğu ekspert rəyinə istinad etməsinin əsassız olması barədə dəlili üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyası məhkəmə-psixiatrik ekspertizası təyin edib cavabdehin nümayəndəyə etibarnamə verib mübahisə predmeti olan əmlakın öz adına rəsmi ləşdirməsini həyata keçirərkən anlaqlı vəziyyətdə olmasını müəyyən etməklə haqlı olmuşdur. Belə ki, etibarnamə verilərkən cavabdeh şəxsin anlaqsızlığı müəyyən edilərdisə artıq onun adından həyata keçirilmiş yuxarıda göstərilmiş tədbirlərin heç bir hüquqi əhəmiyyəti və nəticəsi olmayacaqdı. Şəxsin anlaqlılığı müəyyən edildiyi üçün onun əmlakın öz adına rəsmiləşdirilməsi üçün etibarnamə verərkən şüurlu surətdə onun miras əmlakı qəbul etməsi və bu səbəblə də etibarnamə əsasında əmlakın rəmiləşdirməsini həyata keçirməsi məhkəmə tərəfindən müəyyən edilmiş olmuşdur. Odur ki, apelyasiya kollegiyası əldə etmiş olduğu göstərilən rəyə istinad etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddiaçının rəylə bağlı dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilm əz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5327/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1353/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1353/2022
01.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver