Məhkəmə qərarları › İş №2(102)-1356/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1356/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1356/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXqızı İddia tələbi: borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank borcluya illik 25% olmaqla, 60 ay müddətinə 25.000 manat məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq Cavabdeh1 məxsus olan XXXndə yerləşən 16 nömrəli evin 77 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxx 2018-ci il tarixdə İddiaçı İKB ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXqızına qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə alınmış xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasə n, XXXndə yerləşən, 16 nömrəli evin 77 nömrəli mənzilin qiyməti 70.000 manat təşkil edir. İş üzrə alınmış xx xxxxxx 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) “İddiaçı “ İKB ASC-yə olan əsas və faiz borcu müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-40/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilmiş, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014- cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 19346.38 manat əsas, 7806.58 manat faiz, 50 manat cərimə olmaqla cəmi 27202.96 manat məbləğində borcun tutulması, tutmanın Cavab deh1 məxsus olan XXXndə yerləşən, qiyməti 70000 manat müəyyən edilmiş 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzilinə yönəldilərək açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsiat hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan XXXndə yerləşən, 2 otaqlı, 46.9 kv.m ümumi, 31.1 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 16 nömrəli evin 77 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və XXXqızının həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 467, 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə Cavabdeh1 məxsus olan XXXndə yerləşən 16 nömrəli evin 77 nömrəli mənzilində 7 nəfər ailə üzvünün yaşamasını, Cavabdeh1 ilkin ödənişləri vaxtı-vaxtında ödəməsini, sonradan açıq ürək əməliyyatı keçirildiyindən, iş qabiliyyətini itirdiyindən ödəniş edə bilməməsini, yenidən işə düzəldiyindən hər ay 400 manat ödəməyə hazır olmasını nəzərə almamışdır. Belə olan halda isə, məhkəmə qətnaməsinin qərəzli şəkildə çıxarıldığı aydın görünür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5334/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etm ir. Belə ki, iddiaçıya daha az məbləğdə borcun qaldığı barədə hər hansı sübut təqdim edilməmişdir. İş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclası na gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məb ləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 317-ci maddəsinin tələblərinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan ipoteka predmetinin satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar