Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1356/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evdən çıxarma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1714/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən i lk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Xaçmaz rayonun Qımıl-qışlaq kəndində yerləşən yaşayış evindən istifadə hüququna 3000 manat kompensasiya ödənilməklə xitam verilməsi yolu ilə onların evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı, maraqlı şəxslər X6, Cavabdeh1 və AR ƏMDK yanında DƏƏDRX-nin 5 saylı Xaçma z Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə maraqlı tərəf X9 arasında 0,09 ha torpaq sahəsinə dair 24.11.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat kontorunda bağlanmış və 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, reyestrdən bu məlumatların çıxarılması və Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, yaşayış sahəsi 54.3 kv.m olan, köməkçi sahə 48.00 kv.m olan, ümumi sahə 102.3 kv.m. olan yaşayış evinə onunla Cavabdeh1 birgə mülkiyyə tinin tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adına 5 saylı ərazi idarəsi tərəfindən 18.12.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, İddiaçı adına 5 saylı ərazi idarəsi tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1224, reyestr nömrəsi **********58-10301 olan fərdi yaşayış evinin texniki pasportunun etibarsız hesab edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 yenidən qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli 0,09 h a torpaq sahəsinin X9 və Cavabdeh1 arasında alqı-satqısına dair 15 aprel 2014-cü il tarixli AN-1 nömrəli ******* saylı müqavilənin ləğvi barədə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış 26 noyabr 2018-ci il tarixli notariat qeydinin də ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun oğlu və gəlinidir. Onların yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən fərdi yaşayış evi RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh1 ilə Cavabdeh2 07.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin tarixdən Cavabdeh2 ona məxsus olan ev ə köçmüş və bu evdə yaşamışdır. Onların birgə nikahdan iki uşağı vardır. 19.05.2013-cü il təvəllüdlü X7 və 16.06.2016-cı il təvəllüdlü X3. Hal-hazırda cavabdeh olan gəlini Cavabdeh2 oğlu Cavabdeh1a xəyanət etməsi səbəbinə görə ailədaxili münaqişələri yaranmışdır və bununla əlaqədar gəlini ilə oğlu arasında münasibətlər pozulmuşdur. Evində xeyli müddətdir ki, gərginlik yaşanır. Artıq evlərindəki vəziyyət son həddə çatmışdır. Cavabdehlərin mülkiyyətində olan ona məxsus evində yaşamaqları qeyri-mümkündür. Onlar onun bir mülkiyyətçi kimi öz hüququndan isdədiyi kimi istifadə etməsinə mane olurlar. Cavabdehlərin onun evində qalıb yaşamaları onun mülkiyyət hüquqlarını pozur. Bütün rahatlığı pozulmuşdur. Cavabdehlərlə qarşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa heç cür nail ola b ilmir. Ona görə də onlara kompensasiya ödəməklə onların yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması qərarına gəlmişdir. O, bu məqsədlə cavabdehlərə 3000 manat məbləğində kompensasiya təklif edir. Cavabdehlərə belə məbləğdə kompensasiyanın ödənilməsi onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə onun evində onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Onların yaşadığı ərazidə, o cümlədən Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində evlərin bir aylıq kirayə haqqı orta hesabla 40-50 manat civarındadır. Bu da kirayə haqqı ayda 50 manat olmaqla 5 ilə görə ümumilikdə 3000 manat təşkil edir və kompensasiya kimi ödəyəcəkdir. Yaşadıqları ərazidə evlərin kirayə haqqının 40-50 manat civarında olması Xaçmaz şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin və Xaçmaz rayon Qımıl-qışlaq Bələdiyyəsinin təqdim etdikləri arayışlarda da, öz təsdiqini tapmışdır. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz rayon məhkəməsində ona qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. O, iddia ərizəsinin onunla əsaslandırılmışdır ki, hal-hazırda onun iki azyaşlı uşaqları ilə birlikdə yaşadığı Xaçmaz rayon Qımıl-qışlaq kəndində yerləşən evi RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin iddia ərizəsinin surətinə aldıqdan sonra tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu edilərək aldığı sənədlərdən görün ür ki, cavabdehin mülkiyyəti hesab etdiyi yaşayış evinə və onun yerləşdiyi 0.09 ha torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsindən 25.01.2019 qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsasən cavabdeh İddiaçı ilə maraqlı tərəf X9 arasında Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yerləşən 0.09 ha torpaq sahəsinə dair 27.11.2018-ci il tarixdə bağlanmış və Xaçmaz rayon 1 saylı Notariat kontorunda 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Həmin alqı-satqı müqaviləsinə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən alqı-satqının predmeti olmuş 0,09 ha torpaq sahəs inə dair cavabdehin adına 18.12.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bu yolla da cavabdeh həmin 0,09 ha torpaq sahəsinə və üzərində yerləşdiyi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. O, cavabdehin ona qaldırdığı iddianı qəbul etmir və ona qarşı iddia qaldırır. Əslində həmin 0,09 ha torpaq sahəsi onun və cavabdehin oğlu olan maraqlı tərəf Cavabdeh1 ilə nikahda olduqları dövrdə əri olmuş Cavabdeh1 adına satın alınmışdır. Cavabdehlə X4 arasında bağlanmış 27.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş 0,09 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı Notariat kontorunda 15.04.2014-cü il tarixdə bağlanmış və reye strdə 4Ə-512 nömrə ilə qeydə alınmış AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən həmin dövrdə rəsmi nikahda olduğu Cavabdeh1 tərəfindən X2 3000 manat pula satın alınmışdır. Hər iki müqavilədə satıcı İslam Kərimovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 10.04.2014-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışla təsdiq olunduğu qeyd edilmişdir. Qaydalara əsasən daşınmaz əmlak barəsində notariat kontorunda alqı-satqı müqaviləsi bağlanarkən əmlak üzərində mülkiyyət hüququnun təsdiq edən sənədin əsli notariat kontorunda qalır, onun təsdiq olunmuş surəti ilə hüquqların dövlət qeydiyyatına alınması üçün alıcıya təhvil verilir. 2018-ci ilin son aylarında onunla həyat yoldaşı olmuş Cavabdeh1 arasın da münasibətlər pozulmuş, bu zəmində o, məhkəmədə ona qarşı nikahın pozulmasına dair iddia qaldırmış və hazırda məhkəmənin qərarı ilə nikahları pozulmuşdur. Görünür, cavabdeh oğlu Fərhad ilə münasibətlərinin pisləşdiyini görüb nikah dövründə əldə etdikləri torpaq sahəsində ümumi vəsait hesabına tikdiyi evdən ona pay düşməsin deyə sənədləri saxtalaşdıraraq bu evi və yerləşdiyi torpaq sahəsini adına keçirilmişdir. Həmin torpaq sahəsinə dair 2014-cü ildə alqısatqı müqaviləsi təsdiq olunaraq, reyestrdə qeydiyyata alındığı halda həmin notariat kontorunda 2018-ci ildə təkrarən eyni predmet üzrə alqı-satqı müqaviləsi təsdiq olunaraq yenidən reyestrdə qeydiyyata alınmışdır. Bütün bunlara baxmayaraq 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə təsdiq olunur ki, sözügedən 0,09 ha həyətyanı torpaq sahəsi o vaxt rəsmi nikahda olduğu Cavabdeh1 tərəfindən 3000 manat pula satın alınmışdır. Mübahisəli yaşayış evi həm onun, həm də Cavabdeh1 birgə vəsaiti hesabına inşa edilmişdir. Bu ev məhz onunla Cavabdeh1 üçün tikilmişdir. O, 2008-ci ildə cavabdehin evinə gəlin köçmüş, 2014-cü ildə həmin torpaq sahəsini əldə etdikdən sonra orada yaşayış evi tikməyə başlamışlar və 2017-ci ildə evi tikintisini başa çatdırdıqdan sonra ailələri cavabdehin evindən yeni tikdikləri evə köçmüş yaşamağa başlamışlar. Hal-hazırda da o, iki azyaşlı uşaqları ilə həmin evdə yaşayır. Evin bütün vergilərini və komunal xərclərini onlar ödəmişlər və ödəməkdə də davam edir. 2018-ci ildə 0.09 ha torpaq sahəsinə cavabdehlə X9 arasında bağlanmış alqısatqı müqaviləsi onun əsasında cavabdehin adına verilmiş çıxarış tam amilə əsassız və etibarsız hesab edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31.01.2020-ci il tarixli, 2(067)-203/2020 saylı qərardadı ilə (hakim İlkin Xəlilov) qiymətləndirmə rəyinin alınması qərara alınmış, qiymətləndirmənin həyata keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 05 avqust 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışa və 25.01.2019-cu il tarixli texniki pasporta əsasən İddiaçı Xaçmaz rayonu Qımılqışlaq kəndində istifadəsində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 102,3 kv.metr ümumi sahəsindən ibarət olan fərdi yaşayış evinin 01.01.2019-cu il tarixdən 17.06.2020-ci il tarixədək aylıq kirayə haqqı 12 0 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin 30.10.2020-ci il tarixli, 2(067)-203/2020 saylı qərardadı ilə (hakim Anar Sadıqov) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(067)-31/2021 saylı qətnaməsi ilə (hakim Anar Sadıqov) ilk və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzə rə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisəl ərin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdiri lməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi recim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf kompensasiyanın məbləğini 3000 manat ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Xaçmaz rayonun Qımıl-qışlaq kəndində yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi müqabilində 3000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat məbləğ hesab edilə bilməz. Bununla yanaşı məhkəmə iclasın da müəyyən olunmuşdur ki, hazırda Cavabdeh2 2 övladı ilə birlikdə mübahisə predmeti olan evdə yaşayırlar. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfin 2 şəxs olması, həmçinin mübahisə predmeti olan evdə Cavabdeh2 2 uşağı ilə birlikdə yaşaması nəzərə alınarsa 3000 manat kompensasiya məbləğindən cavabdehlərə düşən payın 1500 manat olması həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi üçün adekvat məbləğ hesab edilə bilməz. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıql ı iddia tələbi ilə bağlı isə qeyd edir ki, iş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 4Ə-512 reyestr nömrəli, 15 aprel 2014-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X1 rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. İş materiallarında olan Xaçmaz Rayonu 1 saylı Notariat kontorunun “1” nömrəli, 13 yanvar 2019-cu il tarixli məktubundan və 00923 nomrəli notariat hərəkətlərinin qeyd edilməsi ucun nəzərdə tutulmuş 4Ə reyestri qovluğunun 512 nomrəli notariat hərəkətindən muəyyən olunur ki, 15 aprel 2014-cu il tarixdə X9 ilə Cavabdeh1 arasından bağlanmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərəflərin razılıq ərizələrinə əsasən 26.11.2018-ci il tarixdə nota rius tərəfindən ləğv edilmişdir. Qeyd olunanlardan da gorunduyu kimi, 15 aprel 2014-cu il tarixdə X9 ilə Cavabdeh1 arasından bağlanmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə tərəflərin razılıq ərizələrinə əsasən 26.11.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. Goründüyü kimi, Cavabdeh2 hazırkı iddia tələbi uzrə mubahisə predmeti olan əmlaka dair əmlak huquqlarının yaranmasına səbəb olacaq müqavilə 26.11.2018-ci il tarixdə notarius tərəfindən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 hazırkı iddia tələbi uzrə mübahisə predmeti olan əmlaka dair mulkiyyət huququnun yaranmasına səbəb olabiləcək “15 aprel 2014-cu il tarixdə X9 ilə Cavabdeh1 arasından bağlanmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0,09 ha torp aq sahəsinin alqı-satqısına dair müqavilə” notarius tərəfindən ləğv edildiyindən və həmin notariat hərəkətindən xüsusi icraat qaydasında məhkəməyə müraciət edilərək həmin müraciətin təmin olunmasına dair məhkəmə qərarı hazırkı mərhələdə mövcud olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələ binin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən -ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Səyyad Qafari) 26.08.2021-ci il tarixli, 2(105)1714/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzr ə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(067)-31/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair X9 ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli müqavilənin ləğvi barədə Xaçmaz rayon 1 saylı notariat kontorunda aparılmış 26 noyabr 2018-ci il tarixli notariat qeydinin ləğv edilməsi, İddiaçı ilə X9 arasında 0,09 ha torpaq sahəsinə dair 27.11.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış və 4Ə-2664 nömrə ilə reyestrd ə qeydə alınmış alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən 18.12.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və İddiaçı adına 5 saylı Ərazi İdarəsi tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1224, reyestr nömrəsi **********5810301 olan fərdi yaşay ış evinin texniki pasportunun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən bu məlumatların çıxarılması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 münasibətləri pozulduqdan sonra Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından istifadə edən Cavabdeh1 X9 ilə razılığa gələrək 26.11.2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda 15.04.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini ləğv etdirmiş, bundan bir gün sonra, yəni 27.11.2018-ci il tarixdə həmin torpaq sahəsinə dair X9 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18.12.2018-ci il tarixdə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 25.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, 15.04.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi 26.11.2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda ləğv edilərkən birgə sahiblik və istifadə hüququ olan Cavabdeh2 razılığı alınmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 15.04.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini ləğv edilməsini İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra bilmişdir. Digər tərəfdən, Xaçmaz rayonu, Qımılqışlaq kəndin də yerləşən 0,09 ha torpaq sahəsində Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahları müddətində qazandıqları vəsait hesabına fərdi yaşayış evi inşa edilmiş və həmin ev üzrə təbii qazdan və elektrik enerjisindən istifadəyə görə abonent kimi Cavabdeh1 qeydə alınmışdır. Hazırki işdə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir. Şərh olunanlara qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən ç ıxarılma barədə ilk iddiası təmin edilməməli, Cavabdeh2 İddiaçı qarşı notariat qeydinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddiası qismən təmin edilməli, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısına dair X9 ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli müqavilənin ləğvi barədə Xaçmaz rayon 1 saylı notariat kontorunda aparılmış 26 noyabr 2018ci il tarixli notariat qeydi ləğv edilməli, İddiaçı ilə X9 arasında 0,09 ha torpaq sahəsinə dair 27.11.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda bağlanmış və 4Ə-2664 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.12.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və İddiaçı adına 5 saylı Ərazi İdarəsi tərəfindən 25.01.2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1224, reyestr nömrəsi **********5810301 olan fərdi yaşayış evinin texniki pasportu etibarsız hesab edilməli, daşınmaz əmlakın dövlət reyestrindən bu məlumatla r çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinni təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir və nəticədə onun Azərbaycan Respublikası Konstitusiyasının 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrində təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh1 ilə X9 arasında alqı-satqı müqaviləsi bağlansa da müqavilənin predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də alqı-satqı müqaviləsinin tərəflərinin həmin alqı-satqının ləğvi barəsində müraciət edərkən ərin (arvadın) razılığı tələb olunmur. İlkin iddia ilə əlaqədar bildirir ki, o, daşınmaz əmlaka qanuni əsaslarla mülkiyyət hüququ əldə etdiyindən onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq cavabd ehin istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığı üçün məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam vermək hüququ vardır. Hesab edir ki, apelyasiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin kasasiya şikayətində göstərilmiş normaları pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, kasasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. İş materiallarından və məlikəmə iclaslarında tədqiq edilmiş rəsmi sübutlardan müəyyən olunur ki, mübahisəli 0.09 ha həvətvanı torpaq sahəsi iş üzrə digər Cavabdeh1 tərəfindən notariatda təs diq edilmiş 15.04.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 əldə edilmişdir (həmin vaxt o, Cavabdeh1lə rəsmi nikahda olmuş, nikahları 31.10.2019-cu il tarixdə pozulmuşdur). Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən qətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32,33-cü maddələrinə istinadən qeyd edir ki, nikah müddətində ər-arvadın əldə eldikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır, ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. İş materialları ilə tam təsdiq olunur ki, rəsmi nikahda olduğu Cavabdeh1 26.11.2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat Kontoruna 15.04.2014-cü il tarixli alqı-satqı müqaviləsinin ləğvi barədə ərizə verərkən bunu ondan gizlətmiş, hazırki iş üzrə iddia ərizəsinin surəti ona məhkəmədə verildikdən sonra bundan məlumatı olmuş və buna müvafiq qaydada qarşılıqlı iddia vermişdir. Hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdıraraq onlara obyektiv hüquqi qiymət vermiş, heç bir maddi və ya prosessual hüquq normasının pozulmasına yol verməmişdir. Ona görə də o, kasasiya şikayətinin təmin edilməməsini və iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. K asasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasın dan asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə
33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 58.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, ilk iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, o, kasasiya şikayətini onun mülkiyyət hüququnun pozulması, Cavabdeh1 ilə X9 arasında alqı-satqı müqaviləsi bağlansa da, müqavilənin predmeti olan daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınmaması, ona görə də alqı-satqı müqaviləsinin tərəflərinin həmin alqı-satqının ləğvi barəsində müraciət edərkən ərin (arvadın) razılığının tələb olunmadığı ilə əsaslandırsa da, qeyd edilməlidir ki, mübahisə predmeti olan daşınmaz əmlak ilk cavabdehin əri Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsi əsasında satın alınaraq ilk cavabdeh əri ilə birgə nikahda olmuş, həmin əmlak onların birgə vəsaiti hesabına əldə edilmişdir. Həmin əmlak dövlət reyestrində qeydə alınmasa da, ilk cavabdehin əri ilə birgə həmin əmlaka sahiblik və istifadə hüququ mövcud olmuş, alqı-satqı əsasında onlar gözlənilən mülkiyyət hüququna malik olmuşlar. Belə olan halda ilk iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edib qarşılıqlı iddia tələbinin təmin edilməməsini tələb etməsi əsassız olmuşdur və onun bu istinadı apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qarşılıqlı iddia hissəsi üzrə ləğv edilməsinə əsas ola bilməz. İlk iddiaçının onun mülkiyyət hüququnun pozulmasına istinadı ilə bağlı isə qeyd edilməlidir ki, iş materialları ilə mübahisəli daşınmaz əmlakın ilk cavabdehin əri ilə birgə nikah dövründə qazanmış olduğu əmlak olması, həmin əmlak barədə ilk cavabdehin əri ilə bağlanmış alqı-satqı müqaviləsinin ilk cavabdehin razılığı olmadan ləğv edilməsi, bundan bir gün sonra isə həmin əmlak barəsində ilk iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanması müəyyən edildiyindən, yəni ilk iddiaçının bağlamış olduğu müqavilənin etibarsızlığı öz təsdiqini tapdığından onun hər hansı mülkiyyət hüququnun pozulmasından söhbət gedə bilməz. Belə olan halda kasa siya şikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ilk iddia tələbinə dair hissəsi üzrə də ləğv edilməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1714/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini