Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1356/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər, qətnamənin qanuniliyi və əsaslılığı, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, sübutların qiymətləndirilməsi (yazılı və maddi sübutların qiymətləndirilməsi, işdə iştirak edən şəslərin izahatlarının qiymətləndirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd o ğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1690/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə görə Cavabdeh1 4 mart 2015-ci il tarixli 126/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə olunmuş əlavəyə əsasən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixə borcu 53268,39 manat təşkil edir. Qeyd edilən məbləğ AK-126/15 saylı müqavilədəki əlavənin qrafikinin davamı olaraq illik 18 % hesablanmaqla hər ay 1626,18 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ "xxxx" MMC-yə məxsusdur. Cavabdeh1 lizinq ödənişi cədvəlinə əsasən öhdəliyini tam icra edənədək lizinq obyekti olan avtomobilin texniki və kosmetik işlərinə avtomobilin tam sazlığına cavabdehdir. Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsi üzrə ödənişi hər ayın 22-si tarixində ödəməlidir. Ödəniş günündən 30 təqvim günü ərzində Cavabdeh1 ödəniş etməzsə "xxxx" MMC lizinq obyekti olan avtomobili mübahisəsiz geri almaq hüququna malikdir. Cavabdeh1 lizinq obyekti olan avtomobilə mülkiyyət hüququ lizinq obyektinin dəyəri lizinq verənə tam şəkildə ödənildikdən sonra yaranır. 2. 10 okty abr 2017-ci il tarixli AK-126 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli daxili lizinq müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyət daşımağı öhdəsinə götürmüşdür.
3. AD 111137 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2011-ci il buraxılışlı, “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin mülkiyyətindədir.
4. Cavabdeh2n lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmişdir.
5. Cavabdeh2 Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.202 1-ci il tarixli 1(005)17/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Hökmə görə “Qrand” avtoservis tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 275 saylı arayışa əsasən “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 11940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində ziyan dəymişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46838,70 manat əsas, 14473,83 manat lizinq mükafatı (faiz), 3000 manat cərimə borcu, ümumilikdə 64312,53 (altmış dörd min üç yüz on iki manat 53 qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 nömrəli qərarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4862/2022 nömrə li, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" MMC-yə vurduğu ziyan üzrə olan 11940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinə görə ödənilmiş 125,82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsin ə yol nəqliyyat hadisəsi zamanı vurmuş olduğu maddi ziyan üzrə 11940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinin verilməsinə görə ödənilmiş 125,82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X3 4 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə 11940 (on bir min doqquz yüz qırx manat) manat maddi ziyan dəymişdir. İstintaq zamanı Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün “Qrand Avto” servisinə müraciət edilmiş və həmin avto-servisin xx.xx.2020-ci il tarixli 275 saylı arayışına əsasən zərərin məbləği müəyyən edilmişdir. Cavabdeh2 barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 263.1.1 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2021-ci il tarixli 1(005)-17/2021 saylı hökm çıxarılmışdır. Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan sənədsiz idarə etdiyini etiraf etmiş və məhkəmə zamanı iddiaçıya vurmuş olduğu ziyanı tez bir zamanda ödəyəcəyi ilə bağlı söz vermiş, lakin buna baxmayaraq o, iddiaçıya vurmuş olduğu ziyanı bu günə kimi ödəməmişdir. Cаvаbdеhlər 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişi əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişlər. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə şifahi və yazılı mürаciət оlunmаsınа, məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, cavabdehlər vurmuş olduqları ziyanın qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 6 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/870 saylı ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qrand” avto-servis tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur akrındakı məlumatlara əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Audi A7” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9329 manat müəyyən edilir.
12. Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(012)-430/2023 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən, lizinq obyekti olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 9329 manat borc və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 25 manat olmaqla, cəmi 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X3 4 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsin ə maddi zərər vurulmuşdur.
14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və Cavabdeh1 arasında öhdəliyin icrası ilə bağlı saziş bağlanmış, lizinq obyekti cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh1 həmin lizinq obyektini idarə etmək üçün etibarnamə olmadan, sürücülük hüququ olmayan şəxs Cavabdeh2 verdiyini və sonuncunun avto-qəza nəticəsində avtomobili yararsız vəziyyətə saldığını iddia etmişdir. Ekspert rəyi ilə sözügedən avtomobilin zədələndiyi və dəymiş ziyanın 9329 manat olduğu müəyyən edilmişdir.
15. Ekspert rəyini təkzib edən mötəbər sübut olmadığından məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.
16. Məhkəmə iddia tələbinin cavabdeh (zamin) Cavabdeh3 aid hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və kredit müqaviləsi üzrə borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunun normasından göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh (zamin) Cavabdeh3 münasibətdə hazırkı iddianın hüquqi əsası yoxdur. Belə ki, avtomobilə vurulan ziyanla bağlı zaminin lizinqverən qarşısında hər hansı öhdəliyi yoxdur.
17. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 21.1, 21.2, 472.1, 747.1, 748-1.8, 748-7.1, 1096.1, 1097.1, 1108.1 və 1108.2ci maddələrinə istinad edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən lizinq müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən işin müəyyən edilmiş faktiki halları və iddiaçı- "xxxx" MMC-nin nümayəndəsinin izahatları ilə mübahisəsiz şəkildə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi səbəbindən avtomobil iddiaçı tərəfindən 2018-ci ildə geri alınmışdır. Bundan sonra, tərəflər arasında hər hansı lizinq münasibətləri mövcud olmamışdır. Bu halı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-17/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünə əsasən iddiaçının nümayəndəsi özü də etiraf etmişdir ki, lizinq ödənişləri aparılmadığından avtomobil Cavabdeh1 alınmışdır. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən saziş üzrə ödənişlər xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılmışdır. Bu halda avtomobil cavabdeh tərəfindən hər hansı bir şəxsə idarə edilməsi üçün verilə bilməzdi. Çünki hadisə baş verən zaman artıq avtomobil lizinq şirkəti tərəfindən cavabdehdən geri alınmış və avtomobil Cavabdeh1 istifadə və sahibliyində olmamışdır. Hazırda qeyd edilən hadisə isə 10 noyabr 2019-cu il tarixdə baş vermişdir. Odur ki, həmin hadisənin baş verməsinə və dəymiş ziyana görə cavabdehin hər hansı öhdəliyi yarana bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə prosesində iştirakı təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığı üçün etirazı əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Belə ki, qeydiyyatda olduğu ünvan söküldüyündən məhkəmə tərəfindən ona göndərilən bildirişləri qəbul etmək imkanına malik deyil. “SMS” bildiriş vasitəsilə xəbərdar edilməyi üçün məhkəmə prosesində iştirakı təmin olunmadan yekun qərar qəbul edilmişdir. Halbuki o, məhkəmə iclasında iştirak edə bilsə, avtomobilin hadisə baş verən zaman onun istifadə və sahibliyində olmadığını təsdi q edən sübutları, məhkəmə araşdırmaları nəticəsində qəbul edilmiş yekun qərarları məhkəməyə təqdim edə bilərdi. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan Cavabdeh1 maddi ziyan vuran şəxs olması qənaətinə gəlmişdir. Halbuki bu nəticəni təsdiq edən hal kimi iddiaçı tərəf məhkəməyə sübut qismində heç bir mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə prosesində iştirakı təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığı üçün etirazı əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1690/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi) Aya z Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 apellyasiya şikayətinin əsası kimi avtomobilin iddiaçı tərəfindən 2018-ci ildə geri alınması, bundan sonra tərəflər arasında hər hansı lizinq münasibətlərinin mövcud olmamasına istinad etmişdir. İşin yuxarıda göstərilən hallarına görə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 nömrəli qərarından müəyyən edilir ki, avtomobil öhdəliklərin ötürülməsi barədə razılaşmaya (sazişə) əsasən Cavabdeh1 verilmiş və sonuncu tərəfindən həmin avtomobilin iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməmişdir.
22. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı lizinq obyektinə vurulmuş zərəri Mülki Məcəllənin 748-7.1, 748-1.8, 21, 1097.1 və 1108.2-ci maddələrinə əsasən həmin lizinqi alan Cavabdeh1 tələb etməkdə haqlı olmuş və məhkəmə də ona aid hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
23. Apellyasiya məhkəməsi Cavabdeh1 məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan bildirişə əsasən “sms” bildiriş müvafiq qaydada sonuncuya çatdırılmışdır. Lakin Cavabdeh1 məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə heç bir tutarlı sübut təqdim etmədiyindən, bu dəlil ə sassızdır.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 748-7.1 və 748-1.8, 1097.1 və 1108.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil) qətnamənin qismən – iddia tələbinin Cavabdeh1 Rövşən oğluna münasibətdə təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan Cavabdeh1 maddi ziyan vuran şəxs olması qənaətinə gəlmi şdir. Halbuki bu nəticəni təsdiq edən hal kimi iddiaçı tərəf məhkəməyə heç bir mötəbər dəlil təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
31. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya q anunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvv ənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
35. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət hə m mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən iddia tələbinin ona münasibətdə təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərinini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin olunması hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
48. Belə ki, iddianı qismən təmin olunması barədə birinci instansiyada işə baxan məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi hesab etm işdir ki, 10 oktyabr 2017-ci il tarixli Öhdəliyini icrası ilə bağlı saziş və eyni tarixli Təhvil-təslim aktına əsasən iddiaçı "xxxx"MMC-nin mülkiyyətində olan “Audi A7” markalı avtomaşın cavabdeh Rauf Qulievin sahibliyinə və istifadəsinə verilmiş, lizinq alan Cavabdeh1 iddiaçı lizinq şirkətinin razılığı olmadan həmin avtomobili sürücülük hüququ olmayan Cavabdeh2 vermiş, sonuncu tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə avtomobil zədələnmiş və nəticədə MMC-yə ziyan dəymişdir. Həm lizinq müqaviləsinə, həm də qanunvericiliyə görə avtomobilə dəymiş ziyana görə Cavabdeh1 lizinq şirkəti qarşısında məsuliyyət daşıyır. Lizinq alan Cavabdeh1 tərəfindən həmin avtomobilin iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməmişdir.
49. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya məhkəməsinin işin hallarının müəyyən olunmasında istifadə etdiyi sübutlar kifayət qədər ziddiyyətli olmuş, həmin sübutlar avtomobilin yol-nəqliyyat hadisəsini törədən Cavabdeh2 Cavabdeh1, yaxud digər şəxs tərəfindən verilməsini müəyyən etmək üçün kifayət deyildir.
50. Cavabdeh1 avtomobilin 2017-ci ilin otkyabr ayından 2018-ci ilin aprel ayına kimi onun sahibliyində olduğunu, sonrakı ödənişləri edə bilmədiyinə görə MMC tərəfindən avtomobilin ondan alındığını, hazırda qeyd edilən 10 noyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi baş verdiyi dövrdə də avtomobilin Cavabdeh2 onun tərəfindən verilmədiyini, avtomobili qeyri-rəsmi olaraq X1, sonuncunun isə Cavabdeh2 satdığını eşitdiyini göstərmişdir.
51. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 nömrə li, 10 fevral 2022-ci il tarixli qətnaməsi, həmin qətnamənin dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi və nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 nömrəli qərarı ilə müəyən edilmşidir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən lizinq obyekti olan “Audi A7” minik markalı avtomobil həmin tarixdə Cavabdeh1 təhvil verilmiş, həmçinin həmin avtomobillə bağlı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Quliyev Akif Rafiq oğlu adlı şəxsə xx.xx.2019-cu il tarixədək, habelə xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X2 xx.xx.2019-cu il tari xədək etibarnamə verilmişdir.
52. Həmin iş üzrə "xxxx" MMC tərəfindən avtomobilin geri qaytarılması barədə Cavabdeh1 qarşı tələb irəli sürməməsi də əsas verir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman və sonradan avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində olmamışdır.
53. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1 və 264cü maddələri ilə məhkum olunmasına dair Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-17/2021 saylı hökmündən görünür ki, həmin işə baxılan zamana iddiaçı MMC-nin nümayəndəsi lizinq obyekti olan “Audi A7” markalı avtomobilə dair xx.xx.2019-cu il tarixdə Quliyev Akif Rafiq oğlu adlı şəxsə xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X2 xx.xx.2019-cu il tarixədək MMC tərəfindən etibarnamə verildiyini göstərmişdir.
54. Göründüyü kimi işdə olan məhkəmə aktlarından, habelə cavabdeh tərəfin izahatlarından aydın olur ki, lizinq obyekti olan “Audi A7” markalı avtomobil 10 oktyabr 2017-ci il tarixdə cavabdeh lizinq alan Cavabdeh1 təhvil verilsə də, sonradan həmin avtomobilə sahiblik və ondan istifadəyə dair lizinq verən MMC tərəfindən kənar şəxslərə etibarnamələr verilmişdir. Avtomobilin iddiaçı tərəfindən verilmiş və 1 ay (növbəti ödəniş tarixinədək) qüvvəsi olan etibarnamələr əsasında idarə edildiyi (istifadə edildiyi), cavabdehin isə qrafik üzrə ödənişləri etməməsi də nəzərə alındığı halda, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilin idarə olunasına dair Cavabdeh1 etibarnamə verilməsi müəyyən edilmir. Hadisəni törədən Cavabdeh2 məhkəmə iclaslarında iştirak etmədiyinə görə lizinq obyekti olan avto mobilin ona konkret olaraq kim tərəfindən verilməsi barədə sorğulanması mümkün olmamışdır.
55. Cavabbeh Cavabdeh1 tərəfindən lizinq obyekti olan avtomobilin iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qənaəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin hansı qaydada həll olunması ilə bağlı nə tərəflər arasındakı müqavilədə, nə də qanunvericilikdə hər hansı hal nəzərdə tutulmamışdır. Əksinə müqavilə şərtlərinə görə aylıq ödənişlər gecikdirildiyi halda MMC lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir, cavabdehin göstəridiklərinə görə MMC bu hüquqdan dəfələrlə istifadə etmişdir.
56. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kolle giyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən Cavabdeh1 qarşı iddianın təmin olunması hissədə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Lizinq obyekti olan avtomobilin zədələnməsi nəticəsində iddiaçı MMC-yə ziyan vurulmasında onun təqsirli hesab edilməsi üçün iddiaçı tərəfindən təqdim edilmiş sübutlar kifayət qədər ziddiyyətlidir, məhkəmə həmin sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir.
57. Ona görə də qətnamə həm Cavabdeh1 qarşı iddianın təmin olunması hissədə, ziyan həm də müştərək qaydada digər Cavabdeh2 da tutulduğuna görə sonuncuya aid hissədə də ləğv edilməli və i ş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1690/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin olunması hissədə ləğv edilsin, iş həmin hissədə yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.