Məhkəmə qərarları › İş №2(102)-136/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-136/2025

21.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-136/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya: miras əmlaka vərəsəlik hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisinə və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X6, Mirzəzadə (Nəcəfova) Nilufər Sənan qızı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi) qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmçinin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-706/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Mirzəyev Ərşad Həpi oğlunun mülkiyyətində olmuş, onun həyat yoldaşı Ağayeva (Mirzəyeva) Kimya Ələkbər qızı 10 fevral 1992-ci ildə, Mirzəyev Ərşad Həpi oğlu 12 oktyabr 2002-ci ildə vəfat etmişdir.

2. İşin mübahisəsiz halıdır ki, Mirzəyev Ərşad Həpi oğlunun X4, Cavabdeh2 və X7 adlı 3 övladı olmuş, X7 isə 19 fevral 2014-cü ildə vəfat etmişdir.

3. Tərtər rayonu dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 12 oktyabr 2002-ci il tarixdə ölmüş Mirzəyev Ərşad Həpi oğlunun vərəsəsi kimi oğlu Cavabdeh2 tanınmış və miras əmlaka miras qoyana məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi daxil edilmişdir.

4. Cavabdeh2 12 may 2022-ci il tarixli müqavilə ilə mülkiyyətində olanünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evini X2. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisinə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 avqust 2018-ci il tarixli 2V-171 reyestr qeydiyyat nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş 28 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak xidmətində aparılmış reyestr qeydiyyatının, həmin çıxarış əsasında aparılmış 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilə əsasında əldə edilmiş 6 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, iddiaçının atası Mirzəyev Ərşad Həpi oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik h üququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının doğulub böyüdüyü ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 1961-ci ildə atası Ərşad Mirzəyev inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Atası vəfat edəndən sonra, həmin evdə 2014-cü ilədək mərhum qardaşı Sənan Mirzəyev yaşamış, o da vəfat edəndən sonra isə ev bağlı qalmış, digər qardaşı Cavabdeh2 ailə üzvlərinin xahişi ilə evə nəzarət etmişdir. İddiaçının xəbəri olmadan qardaşı Cavabdeh2 15 avqust 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinə dair adına çıxarış almış, həmin çıxarış əsasında isə alqı-satqı müqaviləsi ilə evi X2. Cavabdeh2 bu hə rəkətlərindən nəinki iddiaçının, hətta digər mərhum qardaşı Sənan Mirzəyevin övladlarının da xəbəri olmamışdır. Çünki hamıya həmin əmlakdan miras pay düşməlidir. Cavabdeh2 şəxsi evi olduğu halda, miras qalan evə məqsədli, yəni evin sahibsiz qalmasından sui-istifadə edib, ondan istifadə etmiş və heç kimə bildirmədən evi nə iddiaçının, nə də mərhum qardaşı Sənanın ailə üzvlərinin razılığı olmadan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına sənədləşdirmiş, sonra isə başqa şəxsə satmışdır. Söhrab evi öz adına sənədləşdirərkən onunla razılaşmalı və notariat qaydada həmin sənədləşdirməyə razılıq alınmalı idi. Bundan əlavə, notariat ofisi tərəfindən vərəsələrin dairəsi müəyyən olunmalı və vərəsələrin hər birinə məlumat verilməli idi.

7. Birinci instansiya məhkəməsi tərəfindən X13 üç üncü şəxs qismində cəlb edilmişdir.

8. Tərtər Rayon Məhkəməsinin (hakim Elşad Bayramov) 3 noyabr 2022-ci il tarixli, 2(061)-1161/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və mərhum qardaşı Sənan Mirzəyev qanun üzrə vərəsələr olsalar da, onlar bu hüquqlarından istifadə etməmiş, mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulan müddətlər çərçivəsində notariat kontoruna müraciət etməmiş, mirası idarə etməmiş, miras mülkdə yaşamamışlar. Həmçinin mülk sahibləri tərəfindən onlara münasibətdə vəsiyyətnamə qoyulmamışdır. Beləliklə də, onlar nə qanun üzrə vərəsə kimi hüquqlarından istifadə etmiş, nə də vəsiyyət üzrə vərəsə kimi tanına bilməmişlər.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda ailə üzvləri arasında mübahisə olsa d a, miras mülk Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilmiş, idarə edilmiş, təmir edilmiş və qanuna müvafiq olaraq əldə edilmiş 15 avqust 2018-ci il tarixli, V173 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ******* saylı çıxarış əsasında 12 may 2022-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Tərtər rayon sakini X1. Həmin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün isə əsas yoxdur. Məhkəmə, alqı-satqı müqaviləsi əsasında X8 mübahisələndirilən fərdi yaşayış evini vicdanlı şəkildə əldə etməsi və mülkiyyət hüquqlarının artıq həmin çıxarış əsasında dövlət qeydiyyatından keçirilməsini nəzərə almışdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 389.1, 392.1, 1133, 1134, 1145, 1146, 1246, 1243.2, 1151, 1157, 11 571.1, 1157-1.2, 1159-cu, Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mirasın harada yerləşməsindən asılı olmayaraq, onun atasının mirasından məcburi pay almaq hüququ olmasına, eləcə də mirasdan məhrum edilməsi barədə hər hansı məhkəmə qərarı, vəsiyyətnamə və.s olmadığı halda mirasdan məcburi pay almaq hüququndan məhrum edilmişdir. Atası vəfat etdikdə onunla birl ikdə yaşayan mərhum qardaşı Sənan olmuşdur və miras faktiki olaraq onun tərəfindən qəbul edilərək idarə edilmişdir. Qardaşı Sənan 2014-cü ildə miras qalmış evdə öldürülmüş və bu cinayət hadisəsi ilə əlaqədar Səxavət adlı şəxs azadlıqdan məhrum edilmişdir. Atalarının vəfatı ərəfəsində, yəni 2001-ci ildə ağır xəstə olarkən də onun bütün müalicə xərclərini yanında yaşayan oğlu kimi qardaşı Sənan çəkmiş, atalarının dəfn xərcləri, qəbirüstü xatirə abidəsi, habelə yas mərasiminin xərcləri də qardaşı Sənan və qismən onun tərəfindən çəkilmişdir. Bundan əlavə, notariat ofisi tərəfindən onun vərəsəliyə çağırılmaması faktı məhkmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə tərəfindən işə cəlb edilmiş X13 məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, ünvan 2 ün vanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini 70.000 manat müqabilində almışdır. Lakin alqı-satqı müqaviləsində əmlakın dəyəri 30.000 manat göstərilmişdir. İşin qeyd olunan halları məhkəmə qətnaməsində göstərilməmiş və hüquqi qiymət verilməmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(104)-654/2023 nömrəli qətnaməsi ilə (hakimlər: İslam Həsənov-sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə və Loğman Süleymanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı atasının ölümündən sonra mirasın onun tərəfindən faktiki qəbul edilməsini bildirsə də, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur. İddia ərizəsindən, habelə iddiaçı məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatdan müəyyən olunmuşdur ki, o mərhum atasının ölümündən sonra miras qalmış əmlakı faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında bildirmişdir ki, 1982-ci ildə ailə quraraq Tərtər rayonunda ərinin evində yaşamağa başlamış və tez-tez gedib mərhum atasına baş çəkmişdir. Atası 2002-ci ildə öldükdən sonra miras qalmış evdə mərhum qardaşı Sənan Mirzəyev yaşamışdır.

16. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər etməmişdir. Həmçinin məhkəm ə qeyd etmişdir ki, İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi müəyyən edilmədiyindən, iddia tələbinin qalan hissəsi, yəni Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə həmin şəhadətnamə əsasında verilmiş digər sənədlərin (çıxarış, alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş çıxarış) etibarsız hesab edilməsi hissəsinin təmin olunması da mümkünsüzdür.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 324, 329.1, 329.2, 331.1, 334.1, 337.1, 389.1, 567, 600.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1, 1243.2, 1243.3, 1246-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçının vərəsəlik hüququnu pozmuş, notariat orqanının iddiaçının və 2014-cü ildə vəfat etmiş digər vərəsə Sənan Mirzəyevin övladlarının vərəsəliyə qəsdən çağırılmamasını nəzərə almamışdır. Tərəflərin atasının vəfatından sonra 2014-cü ilədək miras Sənan Mirzəyev tərəfindən qəbul edilmiş, Sənan 2014-cü ildə məhz həmi n evdə öldürülmüşdür. Apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, cavabdehin və üçüncü şəxsin ifadələrini nəzərə almamışdır.

20. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2024cü il tarixli, 2(102)-81/2024 nömrəli qərarı ilə (hakimlər Elşad Şamayev sədrlik edən və məruzəçi hakim), Əhliman Xıdırov və Elşanə Vəliyeva) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

21. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının sonrakı tələblərini (alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi) onun miras əmlakı qəbul etmə məsi əsası ilə rədd etdiyindən və həmin əsaslandırma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan hissədə də ləğv olunmalı və göstərilən tələblərə Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq əlavə hüquqi qiymət verilməlidir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxan məhkəmə tərəfindən qeyd olunan hüquqi mövqe nəzərə alınmaqlaa, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Gəncə Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 24 iyul 2024-cü il tarixli, 2(104)706/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Fikrət Mehtiyev-sədrlik edən və məruzəçi, Rəham Muradov və Mustafa Musafayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Tərtər rayonu dövlət notariat kontoru tərəfindən Cavabdeh2 adına qeydə alınmış 15 avqust 2018-ci il tarixli, reyestrdə 2V-171 və 2V-172 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

24. İşə yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edibetməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir.

25. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul edib-etməməsinə görə onun vərəsəlik hüququnun tanınması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

26. Məhkəmə kollegiyas ı qeyd etmişdir ki, hazırkı işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.

27. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Kon stitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmamışdır.

29. Məhkəmə Kollegiyasında iş materialları ilə müəyyən edilmişdir ki, mərhum Mirzəyev Ərşad Həpi oğlunun mülkiyyətində ünvan 4 ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerlə şən ümumi sahəsi 81 kv.m, yaşayış sahəsi 44.4 kv.m olan fərdi yaşayış evi olmuşdur. Onun 12 oktyabr 2002-ci il tarixdə ölümündən sonra qeyd olunan əmlaka miras açılmışdır. Mərhumun uşaqları - birinci növbəli vərəsələri qızı İddiaçı, oğlanları-X7 və Cavabdeh2 olmuşlar. Miras qoyanın oğlu Cavabdeh2 notariat kontoruna müraciət edərək atasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və onun adına 15 avqust 2018-ci il tarixli, 2V-171 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak vərəsə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonuncunun adına müvafiq çıxarış verilmişdir. Lakin, digər vərəsə olan İddiaçı mirasdan qanunla müəyyən olunmuş qaydada imt ina edibetməməsi barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqan ı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, Tərtər rayonu dövlət notariat kontoru tərəfindən Cavabdeh2 15 avqust 2018-ci il tarixli reyestrdə 2V-171 və 2V172 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilərkən iddaçının heç bir məlumatı olmamışdır və o miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən hansı sübutlara istinad etdiyini qeyd etməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Halbuki, iddiaçının “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən məlumatlı olması barədə sübutları cavabdeh tərəf təqdim etməli idi. Ancaq, cavabdeh tərəf belə bir sübutu məh kəmələrə təqdim edə bilməmişdir.

33. Bundan başqa, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilərkən iddiaçı məlumatlandırılmamış, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur.Həmçinin vərəsə olan İddiaçı mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmiş, bununla da vərəsə mübahisəli miras əmlakını qəbul etmişdir.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinə və Tərtər Şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair verilmiş 15 avqust 2018-ci il tarixli reyestrdə 2V-171 və 2V-172 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbində haqlı olmuşdur. Ona görə də, həmin şəhadətnamə etibarsız hesab edilməlidir.

35. Bundan əlav ə, məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 34.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evini alıcı X2. Bundan sonra fərdi yaşayış evi 6 iyun 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Kənan Rəhimlinin adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır.

36. Məkhəmə kollegiyası qeyd etmişdir ki, iddianın alqı-satqı müqaviləsinin və mübahisəli əmlaka dair verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair hissəsində mübahisəli əmlakın üç üncü şəxsə satılıb-satılmamasını və şəxsin vicdanlı əldə edibetməməsi ilə bağlı Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırılaraq qiymət verilməlidir.

37. Məhkəmə kollegiyası vurğulamışdır ki, hazırkı halda, alıcı X13, əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh2 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, həmin əmlakı alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh2 satın almışdır.

38. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh2 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər han sı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, habelə və sair sübutlarla da təsdiq olunmuşdur. Başqa sözlə, əmlaka dair Cavabdeh2 ilə X13 arasında notarial qaydada xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən iddiaçının iddiası olmayıb və əmlakın iddiaçının iradəsi olmadan özgəninkiləşdirilməsi isə X10 məlum olmamışdır. Çünki, yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan 3 aya yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

39. Məhkəmə kollegiyasının qənaətinə görə, X13 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və fərdi yaşayış evi əvəzli şəkildə əldə edərək, hüquqlarını qeydə aldırmışdır.

40. Məhkəmə kollegiyası iddianın ünvan 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 34.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, miras əmlakı alqı-satqı yolu ilə əldə edən X13 əqdə münasibətdə vicdanlı alıcı olduğundan, iddia həmin hissədə təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, cavabdehin etibarsız hesab edilən 15 avqust 2018-ci il tarixli reyestrdə 2V-171 və 2V-172 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə əldə edib, özgəninkiləşdirdiyi mübahisə edilən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı, o, vurulmuş ziyanla b ağlı Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü Tərtər rayon məhkəməsində etiraf edərək cavabdehin evi sata bilməsi ehtimalından 2019-cu ildə xəbəri olmuşdur. Həmçinin, iddiaçının və kassatorun qardaşı olan Sənan 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı qardaşının vəfat edənə qədər həmin evdə yaşmasını da etiraf etmişdir. Demək ki, nə iddiaçıya nə də onun mərhum qardaşına 2002-ci il tarixdə vəfat etmiş atalarının miras ə mlakını qəbul etməyə maneə olacaq hər hansısa bir fakt yox idi və olmamamışdır. İddiaçı özünün etirafına əsasən cavabdehin Rusiyada olması vaxtında əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirəcək hərəkətlər etməkdə sərbəst olduğu halda bunu etməmiş və bunu etməyinə ona maneə olan hallara dair heç bir məhkəmə icraatında süburtlar təqdim etməmişdir. Hətta iddiaçı özü etiraf etmişdir ki, cavabdeh Rusiyada yaşamışdır. Cavabdeh 2004-cü il tarixdə Azərbaycana qayıtmışdır. Ataları isə 2002-ci ildə vəfat etmişdir. Cavabdehin ölkəyə geri dönüş etməsi müddətinə qədər həm iddiaçı, həm də onun maraqlarını təmsil etdiyi mərhum qardaşı Sənan yenə də mirasın qəbulu məsələsini həll edə bilərdilər. İddiaçı mirasın qəbulu məsələ sində sərbəst hərəkət imkanlarına sahib olmasına baxmayraq 20 illik müddət keçəndən sonra hərəkət edərək hüququn sui- istifadəsinə yol vermişdir. İddiaçı mirasın 2002-cildən etibarən qəbul edilməsi üçün əlində olan bütün imkanlardan qəsdən, öz iradəsi ilə və şüurlu şəkildə istifadə etməmişdir. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi AR konstitusiya məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarında təsbit edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Çünki bu tələb AR konsttuisyasının 149-cu maddəsin in tələbidir. Lakin təssüf ki, apellyasiya məhkəməsi həm konstitusiyanın və həm də konstitusiya məhkəməsinin göstərişlərini diqqətə almamışdır. Bundan başqa, apellyasiya məhkəməsinin iclası və yeri barədə lazımı şəkildə məlumatlandırlmamışlar. Hakim tək tərəfli işə baxaraq, onların iştirakını təmin etmədən, bununla da onların mövqeyinə dair dəlillərə sahib olmadan obeyktiv olmayan qətnamə çıxarmışdır. Məhkəmə prosesi zamanı sübutların təqdim olunması, məhkəmə iclaslarında olmaq hüququ və adekvat nümayəndəlik hüquqlarının tam hüquqlu müdafiəsi təmin edilməmişdir, şəxsən heç bir məhkəmə bildirşi almamışlar.

43. Kassasiya şikayətində maddi hüquq norması pozuntusu kimi Mülki Məcəllənin 560.1, 560.2-ci maddələri, prosessual pozuntu kimi MPM-nin 9-cu, 217, 218-ci maddələri qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

46. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edil ir.

47. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

48. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin

49. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

50. Maddə 1133.2. Qanun üzrə vərəs əlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

51. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

53. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

54. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

55. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

56. Maddə 124 3.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

57. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

58. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.

59. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək ni yyətləri barəsində ona bildiriş göndərməlidirlər.

60. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

61. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 26 dekabr 2023-cü il tarixli Qərarı:

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

63. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

69. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh2 dəlillərinə münasibətdə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual pozuntulara yol verilməmişdir.

75. Kassas iya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalı olduğundan hazırkı mübahisə üzrə tətbiq edilməsi düzgün olmamışdır.

76. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, qeyd edilən qərarın nəticə hissəsində bu qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulduğundan və hazırkı iş sözügedən qərar qəbul edilərkən icraatda olduğundan qeyd edilən qərarın mübahisə üzrə tətbiqi ndə hər hansı pozuntuya yol verilməmişdir. Bundan əlavə kassasiya instansiya məhkəməsinin iş üzrə birinci qərarında mübahisənin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe nəzərə alınmaqla həll edilməsi barədə göstəriş olmuşdur.

77. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən kassasiya şikayətində istinad edilmiş MM-nin 560.1-ci (Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli olması), 560.2-ci (Hüquqdan sui-istifadəyə yol verilməməsi) maddələrinin tələblərinin pozulduğu müəyyən edilmir. Belə ki, mirasın qəbulu üçün notariat orqanına müraciət edilməməsi hüquqdan sui-istifadə kimi qiymətləndiril ə bilməz.

78. Kassasiya şikayətinin işin faktiki halları ilə bağlı qeyd edilmiş dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, mübahisə üzrə hərtərəfli araşdırma aparılaraq mübahisənin həlli üzrə tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

79. Cavabdehin işə apellyasiya qaydasında ikinci dəfə baxılarkən məhkəmə iclaslarında iştirakının təmin edilməməsi barədə dəlillər yoxlanılaraq müəyyən edilmişdir ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan 6 ünvandan köçdüyünə dair poçt qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iclasları barədə cavabdehin mobil nömrəsinə “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə “SMS xəbərdarlıq”lar göndərilsə də, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən iclaslarda iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd e dilənlərə əsasən işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən çəkişmə prinsipinin pozulduğuna dair kassasiya şikayətində qeyd edilənləri əsassız hesab edir.

80. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2024-cü il tarixli 2(104)-706/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2024-cü il tarixli 2(104)-706/2024 saylı qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar