Məhkəmə qərarları › İş №2(102)-1360/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1360/2022

06.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1360/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-61/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə rayonun Savalan kənd sakini Cavabdeh2 cəmi üç nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə 0,12 ha ölçüdə torpaq sahəsi ayrılmış, 2002-ci ilin oktyabr ayında onların adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. (i/v55-59) Həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən fərdi yaşayış evi inşa edilmiş, lakin həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmin ev 325 mm diametrli yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, yəni qaz kəmərindən 39 metr məsafədə inşa olunduğundan bu barədə Qaz İxrac İdarəsinin əməkdaşları tərəfind ən 18 mart 2019-cu il tarixdə akt tərtib olunmuş və həmin tarixdə məktubla Cavabdeh1 müraciət olunaraq tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin aprel ayında Qaz İxrac İdarəsi cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinə əsasən boru kəmərlərinin xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılmasını, lakin cavabdehlər tərəfindən inşa edilmiş evin qaz kəmərindən 39 metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında yerləşməklə təhlükə mənbəyi olmasını əsa s göstərərək həmin tiklinin cavabdehlərin vəsaiti hesabına sökülüb qaz kəmərinin mühafizə zonasından çıxarılması və ərazini əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli qərarının tələbləri nəzərə alınmadan və sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2948/2019 nömrəli, 30 okty abr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq onun ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1315/2020 nömrəli, 10 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(107)-2948/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-61/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və G.Q.Abbasov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(025)-894/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin 26 okty abr 2021-ci il tarixli qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermiş və şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahi sələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən yalnız bir əsasa-sökülməsi tələb olunan evin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına əsaslanmış və qanuni əsas kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyasına görə evin sökülməsi yolverilməzdir və mübahisə qaz kəmərinin yerinin dəyişdirilməsi, kompensasiya ödənilməsi və s. yollarla həll oluna bilər. Sökülməsi tələb olunan evin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iş materialları ilə təsdiq olunmaqla, bu, işin mübahisəsiz halıdır. Mülkiyyət hüququ isə həm Azərbaycan Respublikasının Konstitusiyası (13 və 29-cu maddələr) və həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə (152-ci maddə) qorunur və müdafiə olunur. Apellyasiya instansiyası məhkəməsi həmin qanunlara əsaslanıb iddianı rədd edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən digər halları lazımınca nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayr ılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir:boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Cavabdehlərin inşa etdirdikləri evin qaz kəmərinin mühafizə zonasında yerləşməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, mübahisəli ev yüksək təzyiqli qaz kəmərindən 39 metr məsafədə yerləşir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 1.1-ci maddəsinə görə Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Resp ublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Göründüyü kimi mühafizə zonasının müəyyən olunması təkcə qaz kəmərinin mühafizəsini təmin etmək üçün deyil, eyni zamanda insanların həyat və sağlamlığının qorunması, onlar üçün yarana biləcək təhlükələri istisna etmək üçün müəyyən olunmuşdur. Azərbaycan Respublikası qanunları ilə mülkiyyət hüququ müdafiə olunduğu kimi, eyni zamanda insanların həyat və sağlamlığı da qorunur. Sağlamlığın qorunması hüququ Azərbaycan Respublikası Konstitusiyasında (41-ci maddə) insanların əsas hüquqlarından biri kimi bəyan olunmuşdur. Cavabdeh tərəfindən inşa edilmiş evin qaz kəmərinin mühafizə zonasında yerləşməsi onların özünün həyatı üçün ciddi təhlükə yaratdığından, mübahisənin həllinə yalnız mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşılması əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən işin göstərilən hallarına qiymət vermədiyindən, koll egiya hesab edir ki, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmalı və işə yenidən baxılarkən Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə müvafiq olaraq işdə olan bütün sübutlara tam və hərtərəfli qiymət verilməklə mübahisə həll olunmalıdır. İş üçün əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq, kollegiya hesab edir ki, evin yerləşdiyi ərazidə yüksək gərginlikli qaz kəmərinin əvvəldən mövcud olması, yoxsa evin tikintisindən sonra çəkilməsi, cavabdehin mülkiyyətində olan torpaq sahəsində qaz kəmərinin mühafizə zonasına düşməyən ərazinin olub-olmaması araşdırılmalıdır. İşdə olan dövlət aktında mübahisəli torpaq sahəsinin Aqrar İslahat Komissiyası tərəfindən hansı məqsədlə cavabdehlərin istifadəsinə verilməsi aydın göstərilməmiş, inşa edilmiş ev cavabdehlərin mülki yyəti kimi dövlət qeydiyyatına alınmamışdır. Göstərilən vəziyyətdə iş üzrə qəti nəticəyə gəlmək mümkün olmadığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə bütün sübutlara tam və hərtərəfli qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-61/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün hə min məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar