Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1362/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta hadisəsi, sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)-5141/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti üzrə mülki işə 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “BMW 740” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 (bundan sonra-iddiaçı) adına qeydiyyata alınmışdır. 2. 23.04.2021-ci il tarixli, M10482/21 saylı fiziki şəxslərə təqdim edilən X1 tam sığortası şəhadətnaməsinə əsasən, “BMW 740Lİ” markalı ** OV *** dövlət nömrə nişanlı avtomaşın sığortalı iddiaçı tərəfindən kasko növü üzrə xx.xx.2022-ci il tarixədək 102.000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 3.509 manat, azadolma məbləği 100 manat, faydalanan şəxs sığortalı göstərilmişdir. Həmin şəhadətnamənin “Sığorta şərtləri” bölməsində, sığortalanmış avtomobilə dəy miş zərərlə bağlı sığorta ödənişinin formasını (nağd ödəniş, təmir və s.) sığortaçı müəyyən edir. Sığorta ödənişinin forması müəyyən edildikdən sonra avtomobilin təmir-bərpa işlərinin aparılması nəqliyyat vasitəsinə xidmət göstərilən rəsmi servis mərkəzi tərəfindən aparılacaq sığortaçının seçimi əsasında zərərin qiymətləndirilməsi sığortaçı və ya sığortaçının təyin etdiyi təmir müəssisəsi tərəfindən aparılması qeyd olunmuşdur.
3. Şəki rayonu Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdə saat 23:12 radələrində “BMW 740Lİ” minik markalı, ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticəsində X5 AR İXM-nın 327.1ci maddəsi ilə təqsir li bilinib 40 manat cərimə edilmişdir.
4. Şəki Rayon Məhkəməsinin 6(075)-1/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə əsasən İddiaçı1 şikayəti təmin edilməmiş, Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi R.Xəlilovun icraatında olan HK-1/1333 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqındakı xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 5. “Tələbin ilkin sahibi” qismində İddiaçı1 ilə “Tələbin yeni sahibi” qismində İddiaçı2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli tələbin güzəşti barədə müqaviləyə əsasən, “Tələbin ilkin sahibi” İddiaçı1 xx.xx.2021-ci il tarixdə Şəki şəhəri, M.F.Axundov prospekti ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində “BMW 740Lİ” markalı ** OV *** dövlət qeydiyyat nişanlı əmlaka dəymiş zərərə görə sığorta öhdəliyi daş ıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 1000 manat həddində “Tələbin yeni sahibi” İddiaçı2 güzəşt edir. Hazırki tələb məbləği, yəni sığorta ödənişi bu müqavilə ilə sesiya edilməyən sığorta ödənişini “Tələbin ilkin sahibi”nin xeyrinə alınması üçün güzəşt edilir. Müqavilə imzalandığı gündən öhdəlik daşıyan "xxxx" ASC-yə qarşı 1000 manat ödənişin (kompensasiyanın) alınması hüquq və tələbi “Tələbin yeni sahibi”nə keçir. Tələblər və hüquqlar “Tələbin yeni sahibi”nə “Tələbin ilkin sahibi”ndə olduğu vəziyyətdə keçir. Güzəşt edilən tələbin məbləği 1000 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavab deh), üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 36.674 manat sığorta ödənişi məbləği, 200 manat dövlət rüsumu, ümumilikdə 36874 manat, İddiaçı2 xeyrinə 1000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra polis orqanlarına və "xxxx" ASC-yə məlumat vermişdir. Hər iki qurumun işçiləri hadisə yerinə gəlmişlər. Sənədləşmə işləri aparmışlar. Şəki şəhər-rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli, 189-17927-1221 saylı müşaiyətedici məktubu ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışı və s. sənədləri s ığorta şirkətinə təqdim etmişdir. Qəzadan bir aydan çox müddətin keçməsinə baxmayaraq, zədələnmiş avtomobilini təmir etdirməmişdir. Sığorta kompensasiyasının verilməsini gözlətmişdir. Bir ay ərzində zədələnmiş avtomobilinə Şəki şəhərində yerləşən dayanacaqda "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X4 və sığorta şirkətin digər işçiləri tərəfindən dəfələrlə baxış keçirilmişdir. "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X4 avtomobilə dəymiş zərərin xüsusiyyətlərini tam olaraq hadisə yerində, dayanacaqda və sonda təmir stansiyasında görmüşdür. Bununla bağlı fotoşəkillər çəkmiş, müayinələr aparmışdır. Hadisədən sonra Bakıya gəlmiş, əməliyyat olunmuşdur, sonra Şəkiyə qayıdarkən sığorta şirkəti ilə əlaqə saxlamış, avtomaşının düzəlməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş, bildirmişlər ki, nara hat olmasın, ziyan müəyyənləşdirdikdən sonra ödəniş ediləcək. Lakin bir ay müddətində avtomaşının təmiri ilə əlaqədar tədbir görülməmişdir, sonra sığorta şirkətinin əməkdaşı ilə əlaqə saxlayarkən ona bildirmişlər ki, güvəndiyi təmir müəssisəsində avtomaşını təmir etdirib, qüsur aktını onlara təqdim edə bilər. O, avtomaşını Şəki şəhərində təmir etdirmiş və eyni zamanda qüsur aktını sığorta şirkətinə göndərmişdir. Avtomaşının təmir olunan hissələri və yenilənən hissələri olmuş, görüntülər çəkilərək götürülmüşdür. Müstəqil ekspert hesablamasına görə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə avtomobilə 37.773 manat məbləğində zərər dəymişdir. Dəymiş zərəri avtonəqliyyat vasitələrinin təmir stansiyaları da təsdiq edir. Göstərilənlərə baxmayaraq, sığorta şirkəti öhdəliklərini yeri nə yetirməmiş, sığorta ödənişini bu günə kimi verməmişdir. Ona görə də avtomobilini şəxs vəsaiti hesabına təmir etdirmişdir. Böyük məbləğdə maliyyə çətinliyinə düşmüşdür. Sığorta şirkəti xx.xx.2021-ci il tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini vermədiyindən, dəbbə pulu xx.xx.2021-ci il tarixindən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hesablanmalıdır. Belə olan halda, sığorta şirkəti həmin gündən məhkəməyə müraciət olunan xx.xx.2022-ci ilə kimi 254 gün ərzində sığorta ödənişinin verilməsini gecikdirmişdir. 37.774 manat sığorta ödənişi məbləğində 100 manat azadolma məbləği çıxıldıqdan sonra 37.674 manat sığorta ödənişi və dəbbə pulu həyata keçirilməlidir.
8. Cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, İd diaçı1 hadisə baş verdikdən sonra şifahi və yazılı surətdə avtomobilin servisdə təmir olunması üçün təqdim edilməsi xahiş edilmişdir. Lakin dəymiş ziyanın müəyyən edilməsi üçün avtomobil servisə təqdim edilməmişdir. xx.xx.2021-ci ildə İddiaçı1 “Rich Servis”in ünvanı və əlaqə nömrəsi barədə məktub ünvanlanmışdır. xx.xx.2021-ci ildə təkrar olaraq İddiaçı1 məktub göndərilmiş və həmin məktub şəxsən İddiaçı1 imza edilməklə təqdim edilmişdir. İddiaçı1 avtomobilin dəymiş zərər müəyyən etmək və hadisənin araşdırılması məqsədilə ekspertizanın aparılması üçün "xxxx" ASC-nin müqavilə bağladığı “Rich Servis” avtotəmir müəssisəsinə avtomobili təqdim etməsi xahiş edilmişdir. İddiaçı1 avtomobili hadisədən dərhal sonrakı vəziyyətdə "xxxx" ASC-yə təqdim edilmədiyi halda, sığorta şirkəti zərərin qiymətləndi rilməsi və hadisədən araşdırılmasından məhrum olduğu bildirilmiş və nəzərə çatdırılmışdır ki, bu hal sığorta ödənişindən imtina edilməsi üçün əsasdır. xx.xx.2021-ci il tarixdə də oxşar məzmunlu məktub iddiaçıya ünvanlanmış və İddiaçı1 təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı1 "xxxx" ASC-yə ərizə ilə müraciət edərək “BMW 740” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə bağlanmış təmir müəssisəsində qiymətləndirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə oxşar məzmunlu məktub göndərilmişdir. Məktubda göstərilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" ASC tərəfindən İddiaçı1 müraciət olunmuş (HD-1029/21 saylı, xx.xx.2021-ci il tarixli və HD-1057/21 saylı xx.xx.2021-ci il tarixli məktublar) və zərər məbləğini müəyyən e tmək üçün servis mərkəzinə onun müraciət etməsi istənilmişdir. Lakin ötən dövr ərzində İddiaçı1 tərəfindən bu istiqamətdə hər-hansı bir tədbir görülməmişdir. İddiaçı1 şifahi məlumatına görə “BMW 740” markalı ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun özü tərəfindən təmir edilmişdir. Bu isə sığorta ödənişindən imtinaya əsas vermişdir. İddiaçı1 çoxsaylı müraciətlərini nəzərə alaraq müvafiq nəqliyyat vasitəsinə çəkilən xərcləri təsdiqləyən hesab-fakturalarının ”Günay Sığorta” ASC-yə təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçı və nümayəndəsinə məktub göndərilmiş və göstərilmişdir ki, “BMW 740” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün müvafiq avtomobilin rəsmi servis xidmətinə təqdim edilməsi ilə bağlı və təndaş İddiaçı1 dəfələrlə yazılı və şifahi qaydada müraciət olunmuşdur. Lakin "xxxx" ASC-nin müraciətləri vətəndaş tərəfindən cavablandırılmamış və müvafiq avtomobil qeyri-müəyyən səbəblərdən servis xidmətinə təqdim olunmamışdır. Bununla yanaşı vətəndaş "xxxx" ASC-yə heç bir məlumat vermədən avtomobili özü təmir etdirmişdir. Həmçinin, sığorta şirkəti tərəfindən Rafael Musayevə avtomaşını onun güvəndiyi servisdə təmir etdirilməsi deyilməmişdir. Belə ki, hadisədən bir ay sonra iddiaçı avtomobili təmir etdirirdisə, sığorta şirkəti həmin müddət ərzində onlarla məktub yazaraq avtomaşına qiymət qoyulması üçün servisə təqdim edilməsi barədə məktub nə üçün yazılmalı idi. Digər tərəfdən iddiaçının şikayətləri olduğu üçün şirkət belə qərara gəlmişdir ki, təmir olunsa da, avtomaşına çəkilən xərclə ba ğlı ziyan müəyyənləşdirilsin, ekspert avtomaşına baxış keçirilsə də, ziyan məbləğini müəyyən edə bilməmiş, iddiaçı tərəfindən isə avtomaşının təmirinə çəkilən xərclə bağlı hər hansı bir sübut şirkətə təqdim edilə bilməmişdir.
9. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş Əhmədov Əhməd Abdurəhim oğlu bildirmişdir ki, avtomobil sahəsi üzrə ekspertdir. Müqavilə əsasında İddiaçı1 avtomaşınına dəymiş ziyanın müəyyən etmək məqsədi ilə sığorta təşkilatının nümayəndəsi ilə Şəki şəhərinə getmiş, avtoservisin həyətində avtomaşını görməmiş, avtomaşın qonşu həyətdə olmuşdur. Avtomaşına baxarkən onun təmir olunmasını müəyyən etmiş, ustadan dəyişdirilmiş hissələri onlara təqdim edilməsi xahiş olunmuş, lakin həmin hissələr ona təqdim edilməmişdir. Çəkilən xərclə bağlı qəbzlər tələb edildikdə onlar ın olmadığı bildirilmişdir. Ona görə də avtomaşına dəymiş ziyanın müəyyən edilməsi mümkün olmamışdır.
10. Digər şahid X8 bildirmişdir ki, o, sığorta şirkətinin nümayəndəsidir. Əhməd adlı ekspertlə Şəkiyə qiymətləndirmə üçün o, getmişdir. Şəkidə avtomaşının təmir olunmasını görmüşlər.
11. İş materiallarında olan, "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021ci il tarixli HD-1029/21 saylı məktuba əsasən, "xxxx" ASC-də “X1 Tam Sığortası” üzrə sığortalanmış “BMW 740” markalı ** OV *** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı1 avtomobilinə dəymiş zərəri müəyyən etmək və hadisənin araşdırılması məqsədilə ekspertizanın aparılması üçün "xxxx" ASC-nin müqavilə bağladığı “Rich Servis” avtotəmir müəssisəsinə avtomobil i təqdim etməsi xahiş edilmişdir. İddiaçı avtomobili hadisədən dərhal sonrakı vəziyyətdə "xxxx" ASC-yə təqdim edilmədiyi halda, sığorta şirkəti zərərin qiymətləndirilməsi və hadisədən araşdırılmasından məhrum olunur. Bu isə sığorta ödənişindən imtina edilməsi üçün əsasdır.
12. Əmlak üzrə müstəqil ekspert X3 tərəfindən verilmiş 5014 nömrəli ekspert rəyinə əsasən, “BMW 740Lİ” markalı ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 35.694 manat, işçilik xidmətləri isə 2080 manat müəyyən olunur. Avtomobilə xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 37.774 manatdır.
13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-952/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsi (hakim: Ş.Abdullayev) ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 tərəfindən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməməsini mülki qanunvericiliyinin müvafiq tələblərinə riayət edilməməsi və sığorta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi kimi qiymətləndirilərək bu halın sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olunması kimi nəzərə alınmaqla cavabdeh sığorta təşkilatının sığorta ödənişinin verilməsindən imtinası tam qanuni və əsaslı olmuşdur.
15. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar məhkəməyə “daxil olma” tarixi və “icra tarixi” qeyd olunmayan və sığortalıya məxsus avtomaşına dəyən ziyan məbləğinin müəyyən edən “ekspert r əyi” adlı sənəd təqdim etmişlər ki, həmin sənəddə ziyan məbləği 37.774 manat göstərilmişdir. İddiaçı eyni zamanda avtomaşını təmir etdirsə də, ona nə qədər məbləğdə xərc çəkməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən təqdim edilmiş ekspert rəyində onun nə vaxt icra olunması, avtomobilə hansı tarixdə baxış keçirilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilmir.
16. Eyni zamanda cinayət işinin başlanmasının rədd etmə haqqında qərarda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş ziyanın özü aradan qaldırıldığı və bunun üçün 25.000 manat pul xərclədiyini göstərmişdir.
17. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh sığorta təşkilatı sığortalıya ziyan məbləğinin mü əyyən edilmə məqsədilə avtomaşının müvafiq servis mərkəzinə təqdim edilməsini təklif etsə də, sığortalı iddiaçı cavabdehin qanuni müraciətlərinə müsbət cavab verməmiş, avtomaşını özü təmir etdirmiş, dəyən ziyan məbləğinin 37.774 manat həddində olmasına dair mötəbər sübut kimi qiymətləndirilə bilməyən (tarixsiz) ekspert rəyinə istinad etmişdir. Avtomaşının təmir etməsinə nə qədər xərc çəkməklə bağlı isə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 925.2, 925.5, 935.1.5-ci, Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 10, 34, 35-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar q əbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin hesablanmasına dair iddiaçının təqdim etdiyi ekspert rəyini mötəbər sübut kimi qəbul etməmiş, dəymiş zərərin hesablanması üçün iddiaçı tərəfin verdiyi şifahi vəsatətləri də təmin etməmişdir.
21. Apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli, 9/6293 saylı ekspert rəyinə görə, X3 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “BMW 740 Lİ” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təm irbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 32.731 manat müəyyən edilir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 15 noyabr 2022-ci il tarixli, 2(103)-5141/2022 nömrəli qətnaməsi ilə (hakimlər: R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə (iddianın İddiaçı1 münasibətdə rədd olunmuş hissəsində) ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdehdən 24900 manat sığorta ödənişi və 200 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi, iddianın yoxlanılan qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi on dan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
24. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh sığorta hadisəsi baş verdiyi tarixdən yalnız bir ay keçdikdən sonra zərərin qiymətləndirilməsi üçün addımlar atmağa başlamışdır ki, həmin vaxtı da avtomobil artıq iddiaçının özü tərəfindən təmir olunmuşdur.
25. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh etirazında iddiaçının digər 12 avqust 2021-ci il tarixli ərizəsinə istinad edərək, avtomobilin qiymətləndirilməsinə etiraz etməməsini göstərsə də, iddiaçının həmin ərizəsində avtomobilin qiymətləndirilməsinə etiraz etməməsini göstərməsi avtomobilin həmin vaxtı təmirsiz vəziyyətdə olması, avtomobilin iddiaçının göstərdiyi təmir müəssisəsinə aparmaqdan imtina etməsi və s. bu kimi anlamlara gəlmir.
26. Belə ki, qanunvericiliyin müvafiq normalarına əsasən cavabdeh kasko sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində dərhal zəruri addımlar atmalıdır. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə isə zərərin miqdarının qiymətləndirilməsini tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
27. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh iddiaçıya ilk dəfə müvafiq məktub göndərənədək (və sonradan nümayəndələri zərəri qiymətləndirmək üçün Şəki şəhərinə gedənədək) artıq sığo rta hadisəsindən uzun müddət keçmiş, bununla da cavabdeh hərəkətsizlik göstərmiş olmuş, nəticədə iddiaçı əmlakına dəymiş zərərin aradan qaldırılmasına başlamaqda haqlı olmuşdur. Cavabdeh əksini sübut edə bilmədiyindən iddiaçının bildirdikləri (iddiaçının müəyyən müddət gözləməsi, sonradan cavabdehin əməkdaşlarına müraciət etməsi, sığorta ödənişinin verilməsini xahiş etməsi, ona avtomobilinin digər yerdə təmirinə etiraz olunmaması, bu səbəbdən özü tərəfindən qiymətləndliriciyə müraciət olunması, təmir işlərini həyata keçirməsi və s.) qəbul edilmişdir.
28. Cavabdehin digər etirazına əsasən hadisə baş verən günü əməkdaşı hadisə yerinə və avtomobilə baxış keçirmiş, bu barədə raport hazırlamış, orada zərər 2500 manat müəyyən etmişdir. Bu səbəbdən də zərərin məbləği məhz həmin həddə müəyyən olun malıdır. Məhkəmə kollegiyası cavabdehin həmin etirazı ilə də razılaşmayaraq hesab etmişdir ki, hadisə günü cavabdehin əməkdaşı tərəfindən tərtib edilmiş həmin raportda zərərin hansı formada müəyyən olunması təfsir olunmamış (hadisə nəticəsində konkret hansı detalların zədələnməsi, bunun aradan qaldırılması üçün nələrin tələb olunması, detalların ayrı-ayrılıqda qiyməti, ustaların zəhmət haqqı və s.), 2500 manat qiymətin nəyin əsasında müəyyən olunması və s. zəruri hallar göstərilməmiş, sadəcə təqribi olaraq 2500 manat zərər qeyd olunmuşdur. Belə olan halda isə həmin raport məhz dəymiş zərərin obyektiv qiymətləndirilməsi istiqamətində qanunvericiliyin qeyd edilən tələblərinə uyğun mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, cavabdeh həmin məbləğin ödənilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
29. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər həmin məbləğ zərərin obyektiv qiymətləndirilməsi üçün yetərli idisə, o zaman cavabdehin hadisədən bir ay vaxt keçdikdən sonra iddiaçıya məktub göndərərək avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün onun “Rich Servis” avtotəmir müəssisəsinə təqdim olunmasını tələb etməsi ziddiyətli olmaqla, əsaslandırılmamışdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, sığorta hadisəsindən sonra zərərin qiymətləndirilməsi və ödənilməsi istiqamətində qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə olan halda iddiaçı dəymiş zərərin özü tərəfindən aradan qaldırılması məcburiyyətində qalmışdır ki, bu da qanunver iciliyə zidd deyildir.
31. Bununla yanaşı apellyasiya instansiyası qeyd etmişdir ki, avtomobil hazırki vəziyyətdə təmir olunmuşdur, iddiaçı isə təmir-bərpa işlərinin nəticəsində real olaraq ödədiyi pul vəsaitləri bağlı məhkəməyə sübutlar təqdim etməmişdir (avtomobil təmir olunduğundan məhkəmə kollegiyası avtomobilin hansı hissələrinin zədələnməsi, hansı ehtiyat hissələrinin dəyişdirilməsi barədə ekspertizanın keçirilməsi barədə cavabdehin vəsatətini təmin etməmişdir). Belə olan halda isə yalnız qüsur aktına və ona əsaslanmış ekspertiza rəyinin məlumatlarına əsasən iddiaçıya dəymiş real zərərin (iddiaçının çəkdiyi real xərclərin) məhz 36.674 manat (və ya ekspertiza rəyinə əsasən 32.731 manat) qəbul edilməsi ədalətli və obyektiv olmazdı. Bu səbəbdən də zərurət olmadığından məhkəmə kollegiyas ı qüsur aktını vermiş İlqar Zeynalovun məhkəməyə dəvət olunaraq dindirilməsi və s. bu istiqamətdə olan vəsatətlərini təmin etməmişdir. Çünki, iddiaçının özü polisdə araşdırma zamanı verdiyi izahatında etiraf etmişdir ki, servisdə baxış zamanı avtomobilinin təmirinə təqribən 40.000 manat pul vəsaiti tələb olunması bildirilsə də, o avtomobilini cəmi 25000 manat pul xərcləməklə təmir etdirmiş, bu səbəbdən də ona artıq pul lazım olmamasını, yalınz təmirə real olaraq xərclədiyi pulun ona verilməsini tələb etmişdir. Belə olan halda hadisə nəticəsində iddiaçıya dəymiş real zərərin məhz 25.000 manat həddində müəyyən olunmasını qanuni və ədalətli hesab olunmalıdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məbləğdən sığorta şəhadətnaməsində müəyyən olunmuş 100 manat azadolma çıxılmaqla, 2490 0 manat pul vəsaiti (sığorta ödənişi) cavabdehdən İddiaçı1 xeyrinə tutulmalıdır. Cavabdeh isə bunun əksini (dəymiş zərərin daha az olması və s.) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını (apellyasiya şikayətinin dəlillərini) əsaslandıra bilməmişdir.
33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 922.1, 923.1, 925.1, 925.2, 926.1, 926.2-ci, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 43-cü bəndinə, “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta Qaydaları”nın 19.6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 81, 107, 119.1, 384.0.2, 385.1.1, 385.1.2-ci maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi nə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddiaçı özü etiraf etmişdir ki, ona zənglər edilmiş, Şəkidəki nümayəndə vasitəsi ilə maşının Bakıya aparılıb təmir müəssisəsində qiymətləndirilməsi bildirilmişdir. Lakin məhkəmə nədənsə bu fikirlərə düzgün hüquqi qiymət verməmişdir. İş materillarında da göstərildiyi kimi tərəflər arasında mübahisə zərərin qiymətləndirilməsi barədədir. Zərər isə iddiaçı tərəfindən imzalanmış sığorta müqaviləsində göstərildiyi kimi təmir müəssisəsində qiymətləndirilməli idi. İddiaçı1 hadisə baş verdikdən sonra şifahi və yazılı surətdə avtomobilin servisdə təmir olunması üçün təqdim edilməsi xahiş edilmişdir. Lakin dəymiş ziyanın müəyyən edilməsi üçün avtomobil servisə təqdim edilməmişdir. xx.xx.2021-ci ildə İddiaçı1 “Rich Servis”-in ünvanı və əlaqə nömrəsi barədə məktub ünvanlanmışdır. xx.xx.2021-ci ildə təkrar olaraq İddiaçı1 məktub göndərilmiş və həmin məktub şəxsən İddiaçı1 imza edilməklə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı özü etiraf etmişdir ki, maşına heç bir vəsait xərcləməmişdir. Yalnız sığorta ödənişini aldıqdan sonra maşının təmir edən ustaya vəsait və pul ödəniləcəkdir. Digər tərəfdən, birin ci instansiya məhkəməsinə ekspert rəyi təqdim edilərkən həmin rəydə heç bir tarix olmamış, cavabdeh tərəfindən verilmiş həmin ekspert rəyinin sübutlar siyahısından çıxarılması barədə vəsatətindən sonra apellyasiya instansiyası məhkəməsində həmin ekspert rəyinin tarixi 05 avqust 2021-ci il olaraq göstərilmişdir. Bu fakt özü göstərir ki, iddiaçı tərəf ekspert rəyini saxtalaşdırmışdır. Lakin məhkəmə tərəfindən ekspert rəyi ilə əlaqədar heç bir araşdırma aparılmadan ekspertiza təyin edilmişdir. Ekspert qarşısında həmin avtomobilin hansı hissələrinin dəyişdirilməsi və həmin hissələrin qiymətinin nə qədər olması barədə sual qoyulmasını xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən bu ərizə-vəsatət təmin edilməmişdir. X9 tərəfindən tərtib edilmiş ekspert rəyinin hansı kitabda qeyd edilməsi, nə vaxt qeyd edilməsi, ekspertizanın harada və nə vaxt aparılması və digər sualların araşdırılması üçün X9un məhkəmə iclasına dəvət edilməsini, ekspert rəyinin qeyd olunduğu kitabın məhkəməyə təqdim edilməsini və İddiaçı1 tərəfindən təqdim edilmiş ekspert rəyinin sübutlar siyahısından çıxarılmasını xahiş edilsə də, vəsatəti müzakirə edilmədən xx.xx.2022-ci il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Belə ki, ekspert rəyindən göründüyü kimi, “BMW 745” MARKALİ, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobildə hansı ehtiyat hissələrinin dəyişdirildiyi məlum deyildir. Hansı ehtiyat hissələrinin dəyişdirilməsi və təmir edilməsi məlum olmadığı halda təmir xərclərinə nə qədər vəsait ayrılmasıyla bağlı fikirlərin mövcudluğu qeyri-mümkündür. Avtomaşının təmir edilməsinə nə qədər vəsait xə rclənməsinə dair hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir.
36. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və qanuni və əsaslı olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdard a ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
41. Maddə 385.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçü n onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
44. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzin də sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
45. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
46. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
47. Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
48. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləy aqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu
56. Maddə 1 (bənd 43). Yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nin Kollegiyasının 23 sentyabr 2014cü il tarixli Q-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta Qaydaları”
57. Maddə 19.6. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-5141/2022 nömrəli mülki iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.