Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1365/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: aktın etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2844/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Abşero n rayonunun Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsus olmaqla sonuncu həmin ünvanda təbii qazdan **********05300 abonent kodu ilə istifadə edir. 23 aprel 2020-ci il tarixdə həmin ünvanda cavabdehin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib olunmuşdur. Həmin akta görə evdə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və buna görə İddiaçı 5123,90 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin fevral ayında İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 aprel 2020-ci il tarixdə evdə olmadığı zaman Birliyin əməkdaşları tərəfindən sayğa cdan kənar qazdan istifadə etməsi barədə akt tərtib edilməsini və eyni zamanda aktı imzalamaqdan imtina etməsi barədə aktda həqiqətə uyğun olmayan qeydiyyat aparılmasını və bununla əlaqədar ona 5123,80 manat məbləğində borc hesablanmasını, halbuki onun tərəfindən sayğacdan kənar qazdan istifadə olunmamasını əsas göstərməklə həmin borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2092/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim: H.Y.Əhmədov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2844/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və E.G.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(012)-2092/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etməsinə dair hərəkətinə düzgün qiymət vermədən səhv nəticəyə gəlməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 6.5-ci bənd Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xət ti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, iddiaçıya qazdan qeyri-qanuni istifadəyə görə borc cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 23 aprel 2020-ci il tarixli akta əsasən hesablanmışdır. Həmin akta görə iddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməklə “Qazdan istifadə Qaydaları”nın tələblərini pozmuşdur. Müəyyən olunmuşdur ki, həmin akt cavabdehin iki nəfərdən i barət nümayəndələri tərəfindən tərtib edilməklə baxış zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş və qazdan istifadə qaydalarının pozulması faktı onlar tərəfindən təsdiq olunmamışdır. Bundan başqa, müəyyən olunmuşdur ki, sayğac iddiaçının mənzilindən kənarda quraşdırılmaqla, məhkəmə tərəfindən sayğacdan kənar qaz xəttinə qoşulmaqla qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən olunmamışdır. Beləliklə, qazdan istifadə qaydalarının pozulması barədə akt “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl edilmədən tərtib edildiyindən, məhkəmə həmin aktın sübut əhəmiyyətinə malik olmaması barədə nəticəyə gələrək iddianı təmin etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2844/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1365/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1365/2022
02.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver