Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1366/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia üzrə, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili X5, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhm dar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4724/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ASC) istehsal etdiyi kolbasa məhsullarının Cavabdeh1 tərəfindən satışının təşkili ilə bağlı tərəflər arasında xx.xx.2017-ci il tarixdə 01 №-li müqavilə bağlanmışdır.
2. İddiaçı xx.xx.2018-ci il tarixdə 34 №-li məktubla Cavabdeh1 müraciət edərək 2017-ci ilin yanvar ayı ndan 2018-ci ilin mart ayınadək olan müddət ərzində qaimələr üzrə aldığı kolbasa məhsullarına görə 21461 manat borcun yarandığını göstərmiş və həmin borcun qısa müddət ərzində ödənilməsini cavabdehdən tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 21850 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçı ASC və Cavabdeh1 arasında ASC-nin istehsal etdiyi kolbasa məhsullarının satışına dair 01 saylı müqavilə bağlanmışdır. Müqa vilə şərtlərinə görə xx.xx.2017-ci il tarixdən cavabdehə kalbasa məhsulları satılmışdır. Həmin malların satışından cavabdehin ASCyə 21461 manat məbləğində borcu qalmışdır. ASC həmin borcun hissə-hissə ödənilməsini cavabdehə təklif etmiş, cavabdeh də bu təkliflə razılaşmışdır. Lakin keçən müddət ərzində cavabdeh borcu qaytarmaqdan yayınmış, hətta yaşadığı ünvanı dəyişmişdir. Öhdəliyin icra edilməməsi ilə bağlı ASC tərəfindən cavabdehə bildiriş göndərilmişdir. Bildirişdə göstərilmişdir ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin mart ayınadək olan müddət ərzində qaimələr üzrə alınmış kolbasa məhsullarından cavabdehin 21461 manat məbləğində borcu yaranmış və bu günə qədər bu borc ödənilməmiş qalmışdır.
5. İddiaçının iddiasının əsası kimi istinad etdiyi qaimələri məhkəməyə təqdim etmişdir. Tə qdim edilmiş həmin qaimələr üzrə iddiaçı ASC tərəfindən Cavabdeh1 təhvil verilmiş malların dəyərinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi, habelə qaimələrdəki imzanın Cavabdeh1 aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. 6. xx.xx.2018-cu il tarixli, 24098 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017ci il tarixli, ******* №-li nömrəli xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx. xx.2017ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə-fakturada “təhvil aldı” qrafasının üst tərəfindənki imzadan, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li nömrəli xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli (k serosurəti), ******* №li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 515011 №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 472224 №-li xx.xx.2018-ci il tarixli qaiməfakturada “Təhvil aldım” qrafasındakı 2-ci imzadan, 300043 №-li xx.xx.2018-ci il tarixli, 636548 №-li xx.xx.2018-ci il tarixli, 712371 №-li nömrəli xx.xx.2018-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə-fakturalarda “Təhvil aldı" qrafalarındakı imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur.
7. Ekspertizaya təqdim olunmuş, ******* №-li nömrəli xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li 2310.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 502771 №-li xx.xx.2018-ci il tarixli, ******* №-l i xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 470137 №-li 06.02. 2018-ci il tarixli, 204957 №-li xx.xx.2018-ci il tarixli, A/m 90TU474 №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017ci il tarixli, 543099 №-li xx.xx.2018-ci il tarixli, 624619 №-li xx.xx.2018-ci il tarixli, 574953 №-li xx.xx.2018-ci il tarixli, 906793 №-li xx.xx.2018-ci il tarixli, 994085 №-li xx.xx.2018-ci il tari xli, 129694 №-li xx.xx.2018-ci il tarixli, 448964 №-li xx.xx.2018-ci il tarixli qaimə fakturalarda ‘Təhvil aldım” qrafalarındakı imzalar – Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
8. Ekspertizaya təqdim olunmuş, ******* №-li xx.xx.2017-ci il tarixli və ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturalarda “təhvil aldı” qrafalarındakı imzaların – Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. 9. xx.xx.2019-cu il tarixli, 33650 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 01 №-li müqavilə üzrə borc məbləği xx.xx.2018-ci il tarixli 24098 saylı ekspert rəyi nəzərə alınmaqla 20068,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məblə ği 31659,77 manat təşkil edir. Həmçinin rəydə qeyd edilir ki, işdə olan (Cavabdeh1 satış üçün apardığı kolbasa məhsulları ilə bağlı cədvəl (c.i.v.-10 - 12)) 9.692 manat məbləğində ticarət güzəşti öz əksini tapmışdır ki, həmin güzəşt nəzərə alındığı təqdirdə Cavabdeh1 xx.xx.2018-ci il tarixli 24098 №-li ekspert rəyinə əsasən 10.376,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məbləği 21967,77 manat təşkil edir. 10. xx.xx.2019-cu il tarixli, 24617 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, ******* №-li xx.xx.2017-ci il tarixli fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-c i il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında yuxarıdan aşağı istiqamətdə birinci imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil verdi qrafasında olan imza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada təhvil aldı qrafasında olan imza, 502771 №-li xx.xx.2018-ci il tarixli qaimə fakturada təhvil verdim qrafasında olan imza, 470137 №li xx.xx.2018-ci il tarixli qaimə fakturada təhvil verdim qrafasında olan imza, 204957 №-li xx.xx.2018-ci il tarixli qaimə fakturada təhvil verdim qrafasında olan i mza, ******* №-li xx.xx.2017-ci il tarixli qaimə fakturada “təhvil aldım” qrafasında olan imza A.Mirzəliyev tərəfindən icra edilmişdir. 11. xx.xx.2019-cu il tarixli, 26943 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 01 №-li müqavilə üzrə borc məbləği xx.xx.2018-ci il tarixli 24098 №li saylı ekspert rəyi nəzərə alınmaqla 20068,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məbləği 31659,77 manat təşkil edir. Rəydə həmçinin qeyd edilir ki, iş materiallarında (Cavabdeh1 satış üçün apardığı kolbasa məhsulları ilə bağlı cədvəl (c.i.v. - 10- 12)) 9.692,00 manat məbləğində ticarət güzəşti öz əksini tapmışdır ki, həmin güzəşt nəzərə alındığı təqdirdə Cavabdeh1 xx.xx.2018-ci il tarixli 24098 №-li ekspert rəyi nəzərə alınmaqla 10376,75 manat, həmin rəy nəzərə alınmadan isə borc məbləği 21967,77 manat təşkil edir.
12. Bundan sonra, Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, iddiaçı ASC-yə artıq ödədiyi 8060,77 manat məbləğində pulun ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ASC-dən kolbasa məhsulları götürərək həmin malların dəyərini nəğd şəkildə ASC-yə ödəmişdir. Sonradan həmin malların istifadə müddəti bitən hissəsi ASC-yə qaytarılmışdır. Belə ki, iddiaçı ASC-nin özünün təqdim etdiyi sənədlərdən görünür ki, o, ASC-dən 16920,10 manat dəyərində kolbasa məhsulları götürmüş, 16920,20 manat məbləğində pulu da ASC-yə ödəmişdir. İstifadə müddəti bitmiş 8 060,77 manat dəyərində mal isə ASC-yə qaytarılmışdır. Lakin qaytarılan mala görə ödədiyi pul ona ödənilməmişdir. İddiaçı məhkəməyə saxta qaimələr təqdim edərək iddia edir ki, guya cavabdehlərin ASC-yə borcu vardır. Lakin hazırki iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmişdir ki, təqdim olunmuş həmin qaimələrdə Cavabdeh2 ümumiyyətlə imzası yoxdur. Digər Cavabdeh1 isə cəmi 13 ədəd qaimədə imzası vardır ki, onların əksəriyyəti də cavabdehin geri qaytardığı malların qaiməsidir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-39/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) ilk iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış 01 №-li, xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilm əsi məqsədi ilə 3891,14 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı ASC-yə ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq iddiaçı ASC və Cavabdeh1 hər birindən 340 manat olmaqla, cəmi 680 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
15. Məhkəmə Mülki Məcəllənin 385, 386, 442, 425-ci maddələrini rəhər tuttaraq və iş üzrə keçirilmiş ekspertiza rəylərini əsas götürərək iddia tələblərini yuxarıda göstərilən qaydada həll etmişdir.
16. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyas iya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Ülvi Mayılov, Valeh Ağayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilk iddia üzrə borc məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilmiş, xx.xx.2017-ci il tarixli 01 №-li müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 3706,04 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi qaimə-fakturalardan yalnız 13-də (0040922 № -li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli, 502771 №-li xx.xx.2018-ci il tarixli, 470137 №-li xx.xx.2018-ci il tarixli, 204957 №-li xx.xx.2018-ci il tarixli, ******* №-li xx.xx.2017-ci il tarixli) Cavabdeh1 imzasının olması iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmişdir.
19. Qeyd edilən həmin 13 ədəd qaimə-faktura iddiaçı ASC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 2017-2018-ci illər üzrə tərtib olunmuş cədvəldə öz əksini tapmışdır. Belə ki, həmin cədvələ əsasən xx.xx.2017-c i il tarixli qaimə faktura üzrə 264,24 manat dəyərində 73,4 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 98,64 manat dəyərində 17,4 kq çəkidə mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixdə 1.626,72 manat dəyərində 298,9 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 147,37 manat dəyərində 22,8 kq mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixli qaimə fakturaya əsasən 1.404,6 manat dəyərində 225,9 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 142,89 manat dəyərində 25,5 kq çəkidə mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixli qaimə fakturaya əsasən 1.416,4 manat dəyərində 267 kq mal götürülmüş, xx.xx.2017-ci il tarixdə 275,83 manat dəyərində 47,2 kq çəkidə mal geri qaytarılmışdır. xx.xx.2017-ci il tarixli qaimə fakturaya əsasən 494,13 manat dəyə rində 80,1 kq kolbasa məhsulları götürülmüş, xx.xx.2017-ci il tarixdə 68,32 manat dəyərində 9,4 kq çəkidə mal geri qaytarılmışdır.
20. Həmin qaimə fakturalar üzrə ümumilikdə 5206,09 manat (264,24+1626,72+1404,6+1416,4+494,13) dəyərində olan 945,3 kq (73,4+298,9+225,9+267+80,1) kolbasa məhsulları Cavabdeh1 təhvil verilmişdir. Təhvil alınan kolbasa məhsullarının 733,05 (98,64+147,37+142,89+275,83+68,32) manat dəyərində olan 122,3 kq (17,4+22,8+25,5+47,2+9,4) hissəsi yuxarıda göstərilən tarixlərdəki qaimə fakturalara əsasən geri qaytarılmışdır.
21. Belə olan halda müəyyən edilir ki, ümumi təhvil verilmiş kolbasa məhsullarından geri qaytarılmış hissə çıxıldıqda qaimə fakturlar üzrə 4473,04 (5206,09-733,05) manat məbləğində ödənilməmiş borc qalır.
22. Yuxarıda qeyd edilən edilən cədvəldən görün ür ki, iddiaçı tərəfindən Cavabdeh1 56522,41 manatlıq ümumi dövriyyəyə 9692 manat miqdarında ticarət güzəşti edilmişdir. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cədvəldə göstərilən qaimə fakturalarıdakı imzaların yalnız 13 ədədi cavabdeh tərəfindən icra edilmişdir. Odur ki, həmin ticarət güzəştini nəzərə alaraq 4473,04 manatlıq dövriyyə üçün ticarət güzəşti 767 (4473,04x9.692 ÷ 56522,41=) manat təşkil edir. Qaimə fakturalara əsasən ödənilməmiş borc məbləğindən həmin ticarət güzəşti çıxıldıqda ödənilməmiş borc 3706,04 (4.473,04-767) manat məbləğində müəyyən edilir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2019-cu il tarixli, 24617 №-li ekspert rəyi ilə Cavabdeh1 tərəfindən imza edilmiş 13 qaimə f akturanın 8 ədədinin geri qaytarma qəbzləri olduğu qeyd olunsa da, yuxarıda bəhs edilən cədvəldən görünür ki, xx.xx.2017-ci il tarixli (12 kq-76,88 manat), xx.xx.2017-ci il tarixli (3 kq-20,99 manat), xx.xx.2018-ci il tarixli (13 kq-77,27 manat), xx.xx.2018-ci il tarixli (3,2 kq-23,4 manat), xx.xx.2018-ci il tarixli (6,5 kq-43,56 manat) qaimə fakturalar üzrə müvafiq olaraq xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli qaimə fakturalara əsasən müxtəlif çəkidə və dəyərdə kolbasa məmulatlarının təhvil verildiyi qeyd olunmuşdur. Lakin ekspert rəyi ilə həmin təhvil verilmə barədə qaimə fakturalardakı imzaların cavabdeh tərəfindən icra edilmədiyi müəyyən olunmuşdur. Sadalanan tarixlərdə cavabdeh iddiaçıdan kolbasa məhsullarını təhvil almamışdır. Məhz buna görə də təhvil alınmayan malların geri qaytarılmasından söhbət gedə bilməz. Bu baxımdan geri qaytarılmaya dair sadalanan qaimə fakturalar üzrə qəbzlərin 5-i üzrə hər hansı mal təhvil alınmadığından geri qaytarılmış malların dəyəri nəzərə alınmamalıdır.
24. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı ASC xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə əsaslanaraq Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə yaranmış borcu tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi bu hissədə iddianı əsaslı hesab etməklə iş üzrə düzgün nəticəyə gəlsə də, ödənilməli olan borc məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, iş üzrə alınmış ekspert rəyi ilə malın qaytarılması barədə xx.xx.2017-ci il t arixli ******* №-li qaimə fakturadakı imzanın Cavabdeh1 aid olduğu təsdiq olunsa da, məhkəmə tərəfindən həmin qaimə nəzərə alınmamış və bu hal borcun məbləğinin düzgün müəyyən edilməməsi ilə nəticələnmişdir. Halbuki, həmin qaimə-faktura ilə Cavabdeh1 iddaçı ASC-dən qəbul etdiyi kolbasa məhsullarından 147,37 manat dəyərində malın ASC-yə qaytarılması təsdiq olunur. Ona görə də, müzakirə olunan hissədə qətnamə dəyişdirilməli və cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmalı olan borc 3706,04 manat məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 dəliləri ondan ibarət olmuşdur ki, o, ASC-dən 16920,10 manat dəyərində kolbasa məhsullarından ibarət mal götürmüş, bunun müqabilində ASC-yə 16920,20 manat pul ödəmişdir. Sonradan cavabdeh istifadə müddəti bitmiş 8060,77 manat dəyərində malı ASC-yə geri qaytarmışdır. Lakin qaytarılmış mala görə pul cavabdehə ödənilməmişdir. Halbuki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Müqavilənin 2.8-ci bəndinə görə “İcraçı” keyfiyyət tərkibinə və düzgün qablaşdırılmasına görə götürdüyü bütün kolbasa məhsullarını vaxtında satır, satışdan alınan bütün məbləği “Sifarişçi”nin hesabına köçürür və ya nağd şəkildə “Sifarişçi”nin kassasına ödəmə qaiməsi almaq şərti ilə ödəyir.
26. Göründüyü kimi, Cavabdeh1 istifadə müddəti bitmiş 860,77 manat dəyərində kolbasa məhsullarının geri qaytarılmasını bildirsə də, bununla bağlı məhkəməyə yalnız ASC-nin baş mühasibi X2 notarial qaydada təsdiq edilmiş ə rizəsini təqdim etmişdir. Həmin ərizədə N.Zamanov göstərmişdir ki, Cavabdeh1 iddiaçı ASC-yə götürdüyü mallara görə heç bir borcu qalmamışdır. Cavabdeh1 ASC-dən götürdüyü malların pulunu ASC-nin İdarə Heyətinin Sədri Asif Məhəmmədova nəğd şəkildə ödəyirdi, lakin Asif Məhəmmədov aldığı pullara görə Cavabdeh1 qəbz vermirdi və bildirirdi ki, kassada məbləğ şişməsin deyə ona qəbz vermir. Mühasibatlıq hesablamalarına görə Cavabdeh1 ASC-yə artıq ödəmələri vardır və ASC-nin məhkəməyə təqdim etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur, həmin sənədləri o, baş mühasib olaraq təsdiq etməmiş və etmir, həmin sənədlər Asif Məhəmmədov tərəfindən hazırlanmışdır. ASC-nin İdarə Heyətinin sədri Asif Məhəmmədovun ona bildirdiyinə görə Cavabdeh1 və digər şəxsləri əsassız olaraq məhkəməyə verməsində məqsədi AS C-nin başqa şəxslərə olan borclarından yayınmaq və borclu olduğu şəxslərdən bu formada möhlət almaqdır. ASC-nin satdığı mallar nisyə yox, nəğd şəkildə satılırdı və pullar Asif Məhəmmədova nəğd şəkildə ödənilsə də, Asif Məhəmmədov həmin pulları ASC-nin kassasına daxil etmirdi və öz cibinə qoyaraq həmin şəxslərə qəbz verməyərək bildirirdi ki, həmin məbləğləri kassaya daxil etsə buna görə vergi verməli olacaq. Sonda təkrar olaraq bildirir ki, Cavabdeh1 və digər ASC-dən mal götürən şəxslərin ASC-yə heç bir borcu qalmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi bu ərizə ilə bağlı qeyd etmişdir ki, yuxarıda göstərilən ərizənin notarial qaydada təsdiqlənməsi həmin ərizənin N.Zamanovun iradəsi olduğunu təsdiqləsə də, onun kolbasa məhsullarının “nisyə deyil nağd ödənilməsi”ni bildirməsi faktı bi lavasitə məhkəmə prosesində şahid kimi dinlənilmədiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, müqavilənin şərtlərinə görə, “satışdan alınan bütün məbləği “Sifarişçi”nin hesabına köçürür” müddəası nəzərdə tutulmuşdur.
29. Göründüyü kimi, Cavabdeh1 qarşılıqlı iddiasının əsaslarını təsdiq edən sübutları nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
30. MPM-nin 77.1 və 14.2 -ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə sassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
33. Məzmunu apellyasiya şikayəti nin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Cavabdeh1 vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
36. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinl ənilmədi.
37. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmun u ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
43. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4724/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov