Məhkəmə qərarları › İş №2(102)-1367/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1367/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1367/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı ASC Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:dəymiş zərərin əvəzinin ödənilməsi) 05.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(105)-1816/2021 saylı qətnaməsindən İddiaçı ASC kassasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan 16 may 2016-cı il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə etdiyi üçün 20 noyabr 2017-ci il tarixə əsas borca görə 206,9 manat, hesablanmış mükafata görə 59,83 manat, dəbbə puluna görə 3,75 manat, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 7.035 manat olmaqla, cəmi 7.305,48 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Z.Hümbətov) iddia təmin edilərək, cavabdehdən 16 may 2016-cı il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadəyə görə 20 noyabr 2017-ci il tarixə əsas borca görə 206,9 manat, mükafata görə 59,83 manat, həmin günə hesablanmış dəbbə puluna görə 3,75 manat, nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 7.035 manat olmaqla, cəmi 7.305 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh 16 may 2016-cı il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən iddiaçıdan “X” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinqə alıb, lakin həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Eyni zamanda cavabdeh, 20 noyabr 2017-ci il tarixdə, saat 09:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 71,1 kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sözügedən nəqliyyat vasitəsini yolun kənarına çıxararaq aşırıb. 20 noyabr 2017-ci il tarixdə cavabdeh nəqliyyat vasitəsini yararsız vəziyyətdə servis mərkəzinə təhvil verib. 20 noyabr 2017-ci il tarixə cavabdehin iddiaçıya ödənilməmiş 206,9 manat əsas, 59,83 manat mükafat, 3,75 manat dəbbə pulu borcu yaranıb və cavabdehin təqsiri üzündən sözügedən nəqliyyat vasitəsinə 7.035 manat olmaqla, cəmi 7.305,48 manat maddi zərər dəyib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 448.1, 748-10.1, 748-10.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qə bul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, Ə.Ə.Əliyev və İ.K.Xəlilov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni nəqliyyat vasitəsinə dəmiş maddi zərərə görə 7.035 manat pulun tutulması hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi iddianın nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış 16 may 2016-cı il tarixli “Daxili lizinq” müqaviləsinə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən, iddiaçı ümumi məbləği 7.000 manat olan “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 36 ay müddətinə, illik 17 faiz, 1.987,44 manat mükafat ödəmək şərti ilə cavabdehə lizinqə verib. Cavabdeh, 20 noyabr 2017-ci il tarixdə, saat 09:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 71,1 kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sözügedən nəqliyyat vasitəsini yolun kənarına çıxararaq aşırıb. 20 noyabr 2017-ci il tarixdə cavabdeh nəqliyyat vasitəsini yararsız v əziyyətdə servis mərkəzinə təhvil verib və qüsur aktından görünür ki, sözügedən nəqliyyat vasitəsinə ehtiyat hissələrinə görə 5.355 manat, təmir işlərinə görə isə 1.680 manat olmaqla, cəmi 7.035 manat maddi ziyan dəyib. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 11.3-cü bəndinə əsasən, lizinq obyekti sığortalanmayıb və lizinq obyekti olan nəqliyyat vasitəsi zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyektinə dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə lizinq verən tərəfindən bərpa edilməlidir. Əgər lizinq obyekti olan avtomobil heç bir hüququ olmayan şəxs tərəfindən idarə edilməklə zədələnərsə, lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Bu halda, bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə lizi nq ödənişlərinin ödənilməsi davam etdirilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə lizinq alanın nəqliyyat vasitəsini zədələnməsi ilə bağlı öhdəliyindən iki istisna- lizinq obyekti olan nəqliyyat vasitəsinin tam məhv olması və nəqliyyat vasitəsinin heç bir hüququ olmayan şəxs tərəfindən idarə etməklə zədələnməsi hallarını müəyyən edir. Birinci instansiya məhkəməsi tərəflər arasında sübut etmə yükünü müəyyən etmədən və işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin normalarına müvafiq olaraq qiymət vermədən zərər tələbinin tam təmin olunması nəticəsinə gəlib. Mülki Məcəllənin 751-ci maddəsinə əsasən, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq ed ilir. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Bu baxımdan hazırkı mübahisə Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınma qla həll edilməlidir. İddia ərizəsindən, mülki iş materiallarından görünür ki, nəqliyyat vasitəsi 12 sentyabr 2018-ci il tarixdə iddiaçıya təhvli verilib, iddiaçının hazırki iddiası isə 20 avqust 2019-cu il tarixdə məhkəməyə daxil olub. Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş 6 aylıq kəsici müddət ötüb. Bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur və bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 697.4, 747750, 751-ci maddələrinin və di gər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublika sı MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı ayd an sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsini n tələbinə görə, lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 751-ci maddəsinə görə, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikay ətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiya sı məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzinin ödənilməsi həssisində ləğv edib, həmin hissədə iddianı rədd etməklə maddi hüquq normalarının tələblərini pozub və maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 16 may 2016-cı il tarixli “Dax ili lizinq” müqaviləsinə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən, iddiaçı ümumi məbləği 7.000 manat olan “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 36 ay müddətinə, illik 17 faiz, 1.987,44 manat mükafat ödəmək şərti ilə cavabdehə lizinqə verib. Cavabdeh, 20 noyabr 2017-ci il tarixdə, saat 09:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 71,1 kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sözügedən nəqliyyat vasitəsini yolun kənarına çıxararaq aşırıb. 20 noyabr 2017-ci il tarixdə cavabdeh nəqliyyat vasitəsini yararsız vəziyyətdə servis mərkəzinə təhvil verib və qüsur aktından görünür ki, sözügedən nəqliyyat vasitəsinə ehtiyat hissələrinə görə 5.355 manat, təmir işlərinə görə 1.680 manat olmaqla, cəmi 7.035 manat mad di ziyan dəyib. Əvvəla, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməklə, habelə maddədə nəzərdə tutulan müddətin iddiaçı tərəfindən ötürüldüyü qənaətinə gələrkən səhvə yol verib. Belə ki, Mülki Məcəllənin 675-699.4-cü maddələrinin tələbləri əmlak kirayəsi müqaviləsi üzrə kirayəyə verənlə kirayəçi arasında yaranan münasibətləri və sair tənzimləyir. Həmin Məcəllənin 751-ci maddəsində göstərilir ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilib. Maddənin mənasına görə əmlak kirayəsi müqaviləsini tənzimləyən sözügedən normalar liziq barəsində o, vaxt tətbiq oluna bilər ki, bu Mülki Məcəllənin 747-750-ci maddələrinin tələblərinə zidd olmasın. Mülk i Məcəllənin 748-1.8-ci maddəsində göstərilir ki, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrində göstərilir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Habelə, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 11.1, 11.4, 11.4.1-ci bəndlərində göstərilik ki, qəbul protokolu imzalandığı andan lizinq obyek tinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan aşağıdakı hərəkətlərdən birini dərhal həyata keçirməlidir: bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Göründüyü kimi lizinq münasibətlərini tənzimləyən normalarda, əmlak kirayə münasibətlərindən fərqli olaraq, lizinq münasibətlərində lizinq verənin lizinqə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddialarına hər hansı mübbətin tətbiq edilməsi, habelə lizinq verənin xərclərinin əvəzinin ödənilməsi və ya hər hansı lizinq obyektinin gö türülməsinə icazə verilməsi barədə iddialarının altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşməsi nəzərdə tutulmayıb. Digər tərəfdən, Mülki Məcəllənin 748-2.1-ci maddəsində göstərilir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyəti hesab edilir. Belə olan halda mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında iddia tələblərinə müddət tətbiq edilə bilməz. Bundan başqa, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 12.1-ci bəndində göstərilir ki, lizinq obyektinin sığortalanması könüllülük prinsipi əsasında həyata keçirilir. Belə ki, lizinq alan öz vəsaiti hesabına lizinq obyekti ona verildikdən sonra könüllü şəkildə həmin obyekti zədələnmə, korlanma, məhv edilmə, talama və oğurlama risklərindən sığortalaya bilər. Həmin müqavilənin 11.3-cü bəndində göstərilir ki, lizinq obyekti sığortalanmamışdırsa, lizinq obyekt olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyektinə dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa edilir. İşin mübahisə olunmayan hallarına görə, cavabdeh 20 noyabr 2017-ci il tarixdə, saat 09:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 71,1 kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sözügedən nəqliyyat vasitəsini yolun kənarına çıxararaq aşırıb, 20 noyabr 2017-ci il tarixdə nəqliyyat vasitəsini yararsız vəziyyətdə servis mərkəzinə təhvil verib və qüsur aktından görünür ki, sözügedən nəqliyyat vasitəsinə ehtiyat hissələrinə görə 5.355 manat, təmir işlərinə görə isə 1.680 manat olmaqla, cəmi 7.035 manat maddi ziyan dəyib. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərinə görə lizinq obyekti sığortalanmadığından və cavabdehin təqsiri üzündən lizinq obyekti sayılan qeyd olunan niqliyyat vasitəsi zədələndiyindən, lizinq obyektinə dəymiş zərərin yalnız 800 manat məbləği cavabdeh tərəfindən ödənilməklə, lizinq obyekti lizinq verənyəni iddiaçı tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcə llənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia- mübahisələndirilən hissədə qismən təmin edilməli, “Runna” mar kalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə cavabdehdən 800 manat pul tutulub iddiaçıya verilməli, qalan mübahisələndirilən hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı ASC kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(105)-1816/2021 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia- mübahisələndirilən hissədə qismən təmin edilsin, “Runna” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə Cavabdeh 800 manat pul tutulub İddiaçı ASC verilsin, qala n mübahisələndirilən hissədə iddia rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar