Məhkəmə qərarları › İş №2(102)-137/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-137/2023

25.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-137/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı iddia tələbinə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1, Baki Şəhəri 16 saylı Notariat Ofisinə, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı (3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə) iddia tələbinə dair bir icraatda birləşdirilimiş işlər üzrə QƏRARİ İş № 2(102)-137/2023 Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzildən çıxarma, əqdlərin etibarsız hesab edilməsi Bakı şəhəri 25 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi”, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3, X1, Baki Şəhəri 16 saylı Notariat Ofisinə, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3334/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsindən Məmmədova ( Əliyeva) Leyla Nazim qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 07 oktyabr 2010- cu ildə Cavabdeh2 rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub və onların birgə nikahından 14 noyabr 2006-cı ildə Polad, 02 oktyabr 2007-ci ildə Reyhan adlı uşaqları doğulub. 2. 27 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmış, 06 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı razılığı ilə həmin mənzili anası Reyhan Məmmədovaya bağışlamış, 16 avqust 2017-ci ildə notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsa sən Reyhan Məmmədova mənzili oğlu Cavabdeh2 bağışlamış və 18 avqust 2017-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. 3. 12 avqust 2017-ci il tarixdə İddiaçı notarial qaydada təsdiq edilməklə bütün əmlakları üzərində sərəncam verməyə və sair hərəkətləri etməyə dair əri Cavabdeh2 adına 12 avqust 2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir.

4. Bundan sonra, 06 avqust 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mənzili 65000 manata Cavabdeh3 satmış və 07 avqust 2019-cu il tarixli Çıxarışa əsasən mənzil sonuncunun adına qeydə alınmışdır. Notariat işində 21 iyun 2018-ci ildə İddiaçı sözügedən mənzilin satılmasına heç bir etirazının olmamasına dair ərizəsini onun adından 12 avqust 2017-ci il tarixli etibarnaməyə əsasən əri Cavabdeh2 imzalamışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)558/2021 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş“14 noyabr 2006-cı il təvəllüdlü X5 və 02 oktyabr 2007-ci il təvəllüdlü X3“anaları İddiaçı yanında saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə s on qoyulması vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, ona vurulmuş maddi ziyan kimi 7000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzili onun mülkiyyətindədir. Mənzili 2019cu il avqustun 06-da bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzili ona satan şəxsin arvadı həmin mənzildə qeydiyyatda olan İddiaçı mənzilin ona təhvil verilməsinə mane olur, mənzildən nə faktiki, nə də qeydiyyatdan çıxmır. Bu isə onun hüquqlarını pozur. Həmçinin İddiaçı vurulmuş zi yan kimi 2019-cu ilin avqustun 6-dan hesablanmaqla hər ay üçün 500 manat məbləğ olmaqla 14 ay üçün 7000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı cavabdehlər Baki Şəhəri 16 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri 16 saylı Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli alqısatqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 07 avqust 2019-cu il tarixli, ********** qeydiyyatı nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışl ar ki, birgə nikah dövründə ər və arvad tərəfindən ünvan 1 ünvanında 39 nömrəli mənzil alınmışdır. O, cavabdeh, övladları xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X3 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 birgə nikah dövründə alınmış xüsusi mülkiyyətində olan mənzili Bakı şəhəri 16 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixi alqı-satqı müqaviləsi ilə nikahdankənar münasibəti olduğu Cavabdeh3 adına rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu barədə Cavabdeh3 yaşadığı və qeydiyyatda olduğu mübahisə predmeti olan evə gəlib, onun və övladlarının evdən çıxmağını tələb edərkən məl umatlı olmuşdur. Onun notarial razılığı olmadan Cavabdeh2 ilə Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab edilməlidir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(007)1788/2020 nömrəli qərardadına əsasən, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı mülkiyyətçi hüququnu pozan hərəkətlərə son qoyulması tələbinə dair 2(007)-1788/2020 nömrəli və İddiaçı Cavabdeh3 qarşı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(007)- 1885/2020 nömrəli mülki işlərin baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.

11. İddiaçı iddia tələbinin dəqi qləşdirilməsi və həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə dair Cavabdeh2 ilə X2 arasında xx.xx.2016-cı ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat qeydiyyat haqqında verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasənda daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyat, qeydiyyat haqqında verilməş ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) Cavabdeh3 iddiası qismən təmin, İddiaçı iddiası rədd edilərək, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilinə mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə İddiaçı tərəfindən son qoyulması, sonun cunun həmin mənzilə olan istifadə hüququna xitam verilməsi, qalan hissədə Cavabdeh3 iddiasının rədd edilməsi qət edilmiş, qətnamə İddiaçı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilmişdir

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mənzil qanuni əsaslarla mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınıb, lakin İddiaçı ona mənzildən öz istədiyi kimi sahib olmasına, ondan istifadə etməsinə mane olur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh3 iddiası qismən təmin edilməli, ona mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməyinə mane olan hərəkətlərə İddiaçı tərəfindən son qoyulmalı və sonuncunun mənzilə olan istifadə hüququna xitam verilməli və qalan hissədə Cavabdeh3 iddiası rədd edilməlidir.

14. İddiaçı iddiasına qiymət verən məhkəmə qeyd etmişdir ki, mənzilə dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, İddiaçı 21 iyun 2018-ci ildə ərizə yazaraq əri Cavabdeh2 məxsus mənzilin satılmasına heç bir etirazının olmadığını bildirib. Eyni zamanda, İddiaçı izahatında göstərib ki, əri Cavabdeh2 mənzili anası Reyhan Məmmədovaya bağışlayarkən onun razılığı olub, lakin bunu əri Cavabdeh2 təzyiqi ilə edib. İddiaçı bu dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, o mənzilin qaynanası Reyhan Məmmədovaya bağışlanmasına razılıq verdiyi vaxtdan artıq mənzil birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxıb və mənzil bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçib. Yəni mənzilin hüquqi statusu və mülkiyyətçisi dəyişib. Beləliklə, mənzilə dair b ağışlama və alqı-satqı müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb və Reyestr Xidmətində aparılmış qeydlərin əsasını təşkil edən sözügedən əqdlərin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində göstərilən hallar mövcud deyil.

15. Məhkəmə hüquqi mövqeyini Mülki Məcəllənin 140, 337.1, 337.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh3 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiasının təmin olunmayan hissəsində ləğv edilib, iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və Vəkil3) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi – Cavabdeh3 iddiasının “İddiaçı mənzildən çıxarılma” tələbinin təmin edilməyən hissəsində, habelə “qətnamə - İddiaçı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməsi, Cavabdeh3 iddianın mənzildən çıxarılma hissəsində təmin edilərək, İddiaçı sözügedən mənzildən çıxarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandı rmışdır ki, İddiaçı mübahisəli mənzildə istifadə hüququnun olması işin mübahisə olunmayan halıdır və bu hüquq onun mənzilə mülkiyyət hüququnun tərkib hissəsi kimi mövcud olub. Bununla belə, yuxarıda göstərildiyi kimi Cavabdeh2 06 avqust 2019-cu ildə alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh3 satıb və beləliklə də mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən xitam verilib. Buna görə də, birinci instansiya məhkəməsi İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi və mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməyinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin İddiaçı üzərinə qoyulması hissəsində iddianı təmin etməkdə haqlı olub.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı İ ddiaçı mənzildən çıxarılması hissəsində təmin etməməklə səhv nəticəyə gəlib. Belə ki, mənzilə istifadə hüququnu itirən İddiaçı Cavabdeh3 məxsus mənzildə yaşaması sonuncunun mülkiyyət hüququnu pozur. Bundan başqa, Cavabdeh3 İddiaçı qanunsuz hərəkətləri nəticəsində ona 7000 manat zərər dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də, bu hissədə iddia rədd edilməlidir. Daha sonra, mənzildə istifadə hüququ olmadığı halda İddiaçı orada qeydiyyatda qalması mülkiyyətçi kimi Cavabdeh3 hüququnu pozur və bu pozuntunu aradan qaldırmaq üçün sonuncu ilk növbədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, imtina olunduqda isə bu barədə inzibati məhkəmədə mübahisə açmalıdır.

20. İddiaçı iddiasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, o məhkəmədə izahat verərkən bildirib ki, əri Cavabdeh2 mənzili anası Reyhan Məmmədovaya bağışlayarkən onun razılığı olub, lakin bunu onun təzyiqi ilə edib. Bundan başqa, mənzilin satılmasına onun adından əri Cavabdeh2 razılıq ərizəsi verilsə də alqı-satqı müqaviləsi notariatda təsdiq edilərkən etibarnamənin müddəti artıq bitmişdi.

21. Məhkəmə kollegiyası hesab edtmişdir ki, İddiaçı mənzilin qaynanası Reyhan Məmmədovaya bağışlanmasına razılıq verdiyi vaxtdan mənzil artıq birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxmış və mənzil sonradan bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçməklə, mənzilin hüquqi statusu və mülkiyyətçisi dəyişmişdir. Beləliklə, mənzilə dair bağışlama və alqı-satqı müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmışdır. Ona görə də birinci instansiya məhkəməs inin qətnaməsi - Cavabdeh3 iddiasının “İddiaçı mənzildən çıxarılma” tələbinin təmin edilməyən hissəsində, habelə “qətnamə - İddiaçı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməli, Cavabdeh3 iddiası mənzildən çıxarılma hissəsində təmin edilməli, İddiaçı sözügedən mənzildən çıxarılmalı və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 152, 228.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, onun iddiasının təmin, Valentina Vorobyevanın iddiasının isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2022ci il tarixli, 2(102)-476/2022 saylı qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən iddiaçı Cavabdeh3 iddiasının - cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 45 saylı evin 39 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması tələblərinin təmin edilməsi hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyi şdirilmədən saxlanılması qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsi, İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması hissələrində istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, İddiaçı iddiasını bütövlükdə rədd, Cavabdeh3 iddiasını- mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməyə mane olan hərəkətlərə İddiaçı tərəfindən son qoyulması hissəsində təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissələr üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənatə gəlir ki, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən sözügedən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Cavabdeh3 İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması tələblərinə gəlincə isə, kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı sözügedən mənzildə istifadə hüququnun olması işin mübahisə olunmayan halıdır və bu hüquq onun həmin mənzilə mülkiyyət hüququnun tərkib hissəsi kimi Cavabdeh2 münasibətdə mənzilin əldə olunduğu 27 sentyabr 2014-cü il tarixdən əmələ gəlib və o, iki övladı ilə birlikdə qeydiyyatda olmaqla həmin vaxtdan fasiləsiz və etirazsız olaraq mənzildə yaşayır. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 06 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh3 satması və beləli klə də mülkiyyət hüququnun tərkib hissəsi olan İddiaçı mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən xitam verildiyi qənaətinə gəlsə də, kassasiya məhkəməsi məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisəli mənzil sonuncu dəfə hədiyyə şəkilində Cavabdeh2 mülkiyyətinə keçmiş olsa da, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzilin mülkiyyətçisi Cavabdeh2 onunla birdə yaşayan ailə üzvü kimi İddiaçı mənzildən onunla bərabər istifadə etmək hüququ olub.

27. Apellyasiya instansiyası maddi hüquq normalarının tələblərini pozaraq sözügedən mənzilə mülkiyyət hüququnun Cavabdeh2 Cavabdeh3 keçməsinin İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas sayılmamasını nəzərə almamışdır. Halbuki, mənzilə mülkiyyət hüququnun keç məsi mənzildən istifadə hüququna xitam verilməsi üçün o vaxt əsas ola bilər ki, mənzilə istifadə hüququ olan şəxs mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürmüş olsun, habelə əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Hazırki işdə qeyd olunan hallar istisna olunur və İddiaçı üzərinə belə bir öhdəlik götürməsi mülki iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 228.4-cü maddəsinin təfsirində səhvə yol verərək, mənzildə qanuni əsaslarla istifadə hüququ olan İddiaçı mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürüb-götürmədiyini, mənzili alqı-satqı müqaviləsi üzrə əldə etmiş Cavabdeh3 həmin mənzilin İddiaçı istifadə hüququ ilə yüklülüyünün olmasına münasibətdə vicdanlı olubolmadığını araşdırmadan, sonuncunun iki övladı ilə birlikdə 27 sentyabr 2014-cü ildən fasiləsiz və etirazsız olaraq qeydiyyatda olmaqla sözügedən mənzildə yaşamasını nəzərə almadan, habelə Cavabdeh2la Cavabdeh3 arasında olan münasibətlərə (İddiaçı izahatına görə onlar arasında faktiki ər-arvad münasibətləri vardır) aydınlıq gətirmədən, yalnız mənzilə mülkiyyət hüququnun sonuncuya keçməsini əsas tutub İddiaçı mənzildən istifadə hüququna xitam vermişdir.

28. Digər tərəfdən, işdən görünür ki, İddiaçı əri Cavabdeh2 adına verdiyi 12 avqust 2017-ci il tarixli etibarnamənin müddəti 12 avqust 2018-ci il tarixdə bitdiyi halda, sonuncunun arvadı İddiaçı adından imzaladığı 21 iyun 2018-ci il tarixli razılıq ərizəsi əsas tutul araq mənzil 09 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilə mülkiyyət hüququ Cavabdeh3 keçərkən sözügedən etibarnamə qüvvədə olmadığı üçün, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən 1 ilə əvvəl Cavabdeh2 arvadı İddiaçı adından imzaladığı razılıq ərizəsi sonuncunun mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, İddiaçı mənzilə olan istifadə hüququnu itirməsi və onun mənzildən istifadə hüququna xitam verilməsi üçün qanuni əsaslar yoxdur və onun mənzildən könüllü imtina etməsi və ya digər yaşayış sahəsinə köçüb getmək arzusunda olması mülki iş materialları ilə təsdiq olunmur.

29. Kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb qeyd etmişdir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə əsasən, mülkiyyətçi olmayan şəxsin mənzilə olan istifadə hüququ istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir, lakin bu sonuncunun ona mənsub mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun məhdudlaşdırılması anlamına gəlməməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (Mü lki Məcəllənin 228.2-ci maddəsi). d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3334/2022 nömrəli iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Həsənov) apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(007)-275/2021 saylı qətnaməsi yoxlanılan hissədə, yəni “cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinin təmin olunması hissəsində, həmçinin “cavabdeh İddiaçı qeyd edilən mənzildən çıxarılması” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, birinci iddia qey d edilən hissələrdə qismən təmin olunmuş, cavabdeh İddiaçı Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılması qət olunmuşdur.

31. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yoxlanılan hissədə araşdırılmalı olan məsələ İddiaçı mübahisəli mənzildə əşya hüquqlarından sayılan istifadə hüququnun yaranması, sonradan həmin hüququn itirilib-itirilməməsi və iddiaçının mülkiyyət hüquqları qeydə alınan zamanı istifadə hüquqununun saxlanılması və s. məsələlərdir. Yuxarıda qeyd edildiyi kimi işin mübahisə olunmayan hallarına əsasən İddiaçı ilə həyat yoldaşı Cavabdeh2 arasında nikah 07 oktyabr 2010-cu ildə bağlanmış, mübahisəli mənzil isə 2014-cü il tarixdə əldə olunmuşdur. Məhkəmə kollegiyası kassasiya ins tansiyasının bu mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “İddiaçı sözügedən mənzilə istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi kimi mənzilin əldə olunduğu 27 sentyabr 2014-cü il tarixdən əmələ gəlmişdir.” Çünki, 2014-cü ildə mübahisəli mənzil üzərində tərəflərin ümumi birdə mülkiyyəti yaranmışdır.

32. Kassasiya instansiyasının digər mövqeyi, yəni – “mübahisəli mənzil sonuncu dəfə hədiyyə şəkilində Cavabdeh2 mülkiyyətinə keçmiş olsa da, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzilin mülkiyyətçisi Cavabdeh2 onunla birdə yaşayan ailə üzvü kimi İddiaçı mənzildən onunla bərabər istifadə etmək hüququ olması.” ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil həmçinin İddiaçı razılıq ərizəsi əsasında iddiaçının əri Cavabdeh2 tərəfindən 2016-cı ildə özgəninkiləşdirilmiş, həmin əqd (eləcə də ondan sonrakı mübahisələndirilən əqdlər) məhkəmələr, həmçinin kassasiya instansiyası tərəfindən etibarlı sayılmışdır. Bununla da, İddiaçı həmin mənzil üzərində olan həm ümumi birgə mülkiyyət hüququna, həm də onun tərkib hissəsi olan istifadə hüquqlarına xitam verilmişdir. Sonradan isə həmin mənzil 2017ci il tarixdə bağışlanma yolu ilə təkrarən Cavabdeh2 mülkiyyətinə keçmiş, bu hal isə İddiaçı mənzil üzərində nə ümumi birgə mülkiyyətini, nədə ki, məhdud əşya hüququ sayılan (Mülki Məcəllənin 228.5- ci maddəsi anlamında) istifadə hüququnu yaratmamışdır.

33. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil 2017-ci il tarixdə yenidən Cavabdeh2 mülkiyyətinə keçmişdir ki, həmin vaxtı da mənzildən istifadə ilə bağlı məsələlər Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən deyil, Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən tənzimlənmişdir.

34. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş “istifadə hüququ“, Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş “istifadə etmək hüququ“ fərqli anlayışlar olmaqla, fərqli tənzimləmələri ehtiva edir. Cavabdeh2 mübahisəli mənzili 2019-cu ildə iddiaçıya satarkən ümumiyyətlə İddiaçı razılığının alınmasına zərurət olmamışdır. Bu səbəbdən də alqı-satqı müqaviləsi bağlanan anda İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamənin müddətinin bitməsi heç bir əhəmiyyət daşımamışdır. Beləliklə, İddiaçı mübahisəli mənzildən məhdud əşya hüququ sayılan istifadə hüququ olmadığından (həmçinin, ümumi birgə mülkiyyət hüququ olmadığından), həmin mənzil sonuncu dəfə özgəninkiləşdi rilən zamanı istifadə hüququnun saxlanılması ilə bağlı hər hansı razılığın verilməsinə də əsaslar olmamışdır. Qeyd edildiyi kimi mübahisəli mənzildən istifadə ilə bağlı məsələlər Mülki Məcəllənin 228-ci maddəsinə əsasən deyil, Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimləndiyindən, Mülki Məcəllənin 228.4-cü maddəsinin tətbiqi istisna olunur. Bunun davamı olaraq isə mənzil sonuncu dəfə iddiaçının xeyrinə özgəninkiləşdirilən zamanı cavabdeh İddiaçı mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsi anlamında istifadə hüququ olmadığından, həmin hüququn yüklü şəkildə keçməsi də mümkün deyildir (eyni zamanda, iddiaçının Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən vicdanlı olması halının da yoxlanılmasına zərurət yoxdur). Həmçinin qeyd edilməlidir ki, cavabdeh İddiaçı Mənzil Məcəlləsinin 30-cu maddəsi anlamında da iddiaçının ailə üzvü sayılmadığından, onun mənzildən istifadə etmək (orada yaşamaq) hüquqları mövcud deyildir. İddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində əmlak mülkiyyətçinin ailə üzvü hesab edilmir. Qeyd edilən normada (2-ci cümlədə), həmçinin qeyd edilmişdir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

35. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 d ekabr 2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı hüquqi mövqeyinə (gəldiyi nəticəyə) görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etm ək səlahiyyəti də olmaz. Cavabdeh İddiaçı mübahisəli mənzildə qeydiyyatda olması faktı isə vəziyyəti dəyişdirməməklə, onun mənzildən istifadə hüququnu ehtiva etmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1–ci maddəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respubli kasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzr ə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

36. Göründüyü kimi, kassasiya intsansiyasının göstərişləri araşdırıldıqdan sonra cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüquqlarının mövcudluğu müəyyən olunmur. Bu səbəbdən də mövcud olmayan istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsinə də əsas yoxdur. Belə olan halda isə birinci instansiya məhkəməsi cavabdeh İddiaçının mülkiyyətində olan mənzildən çıxarılması hissədə iddianı təmin etməməkdə haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Çünki, cavabdeh İddiaçının mülkiyyətində olan mənzildə yaşaması və maneələr yar atması sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb hüququ, həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh İddiaçı mübahisəli mənzildə hazırkı vəziyyətdə istifadə hüququ mövcud olmadığından, birinci instansiya məhkəməsi həmin hüquqa xitam verilməsini qət etməkdə də haqlı olmamışdır.

38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Resp ublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müvafiq normalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 9-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 385.1, 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Məmmədova (Əliyeva) Leyla Nazim qızı (Vəkil7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməklə, iddiaçı Cavabdeh3 iddiasının tam rədd edilməsi, İddiaçı iddia tələblərinin isə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehin razılığı olmadığı, onun vermiş olduğu etibarnamənin müddətinin bitdiyi, mənzildən istifadə hüququ, orada uşaqları ilə birlikdə rəsmi qeydiyyatı olduğu halda, işin bu halları qətiyyən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əmlakdan istifadə hüququnun mövcudluğunu unutmuşdur. Ali Məhkəmənin qərarından da, göründüyü kimi “mənzilə mülkiyyət hüququ Cavabdeh3 keçərkən sözü gedən etibarnamə qüvvədə olmadığı üçün, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən 1 il əvvəl Cavabdeh2 arvadı İddiaçı adından imzaladığı razılıq ərizəsi sonuncunun mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik götürulməsi kimi qiymətləndirilə bilməz.” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

42. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ subyektin onа mənsub əmlаkа öz istədiyi kimi sаhib olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur.

44. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

45. Maddə 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququ ndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

46. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlə rinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

47. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

48. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri h əmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

49. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı 50. “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcə lləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair“16 dekabr 2014-cü il tarixli Qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində Məmmədova (Əliyeva) Leyla Nazim qızı (Vəkil7) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməklə, iddia çı Cavabdeh3 iddiasının tam rədd edilməsi, İddiaçı iddia tələblərinin isə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, apellyasiya baxışının predmetini yalnız iddiaçı Cavabdeh3 “cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi” tələbinin təmin olunması hissəsi, həmçinin “cavabdeh İddiaçı qeyd edilən mənzildən çıxarılması” tələbinin rədd olunması hissəsi təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında yalnız “cavabdeh İddiaçı qeyd edilən mənzildən çıxarılması” tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

62. Kassasiya şikayətində mübahisələndirilən digər hissələr üzrə qətnamə artıq qanuni qüvvəyə mindiy indən həmin hissələr kassasiya baxışının predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi “cavabdeh İddiaçı qeyd edilən mənzildən çıxarılması” tələbinin təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

65. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə oxşar olan kassasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün münasibət bildirilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında işə yenidən baxan məhkəmə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etmişdir.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamal ı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirlən hissədə yəni,“cavabdeh İddiaçı qeyd edilən mənzildən çıxarılması” tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Məmədova Leyla Nazim qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3334/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar