Məhkəmə qərarları › İş №2(102)-1371/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1371/2020

02.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1371/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Məmmədtağı oğlunun, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Məmmədtağı oğlunun Cavabdeh Ələkəbər qızına qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10893/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayə ti və Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədtağı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3-cü mkr., Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzilinə vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2860/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, 3-cü mkr., Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzilin ½ hissəsinə İddiaçı Məmmədtağı oğlunun, ½ hissəsinə Cavabdeh vərəsəlik payları müəyyən edilmişdir.(hakim Rəşid Səmədov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10893/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təm in edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2860/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov) Cavabdeh vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10893/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri də təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10893/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmiş dir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, məhkəmə iddiaçıya miras əmlak barədə şəhadətnamə verilməsindən imtina edildikdən 5 il sonra hazırki iddianı verməsini aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq göstərdi ki, miras əmlakla bağlı iddiaçının ögey qardaşı, təmsil etdiyi şəxsin isə digər oğlu vərəsə olduğu halda, həmin vərəsə mübahisə üzrə işə cəlb edilməyib, nəticədə işə cəlb edilməyən vərəsənin də mənafeyinə toxunan qərar qəbul edilib. Məhkəmə kollegiyasının iclasında İddiaçı Məmmədtağı oğlu Mülki-Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatları dinlənilmədi. TƏQDİMATİN DƏLİLLƏRİ: Təqdimat onunla əsaslandırılmışdır ki, miras əmlakda iş üzrə tərəflərin paylarının müəyyən edilməsi barədə mübahisəyə baxılarkən miras qoyanın digər övladı X5 işdə iştirak etməyə cəlb edilməyib və onun miras əmlakda payının olub-olmaması araşdırılmayıb.. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib,Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatını və kassasiya şikayətinin dəlillərini ara şdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı tam, kassasiya şikayəti qismən təmin edilməli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10893/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, miras əmlak iddiaçının atası X1 məxsus olub. İddiaçının atası 2013-cü ildə vəfat etmişdir. Vaxtında mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət olunub, lakin cavabdeh tərəfindən mənzilin mülkiyyət sənədi notariusa təqdim olunmadığından hazıra kimi mirasın sənədləşdirilməsi mümkün olmayıb. İddiaçı miras qoyanın əvvəlki nikahından olan oğludur. xx.xx.1986-cı il tarixdə cavabdeh Sürəy ya Həsənova iddiaçının atası X2 ilə nikaha daxil olmuşdur. Mübahisəli əmlak xx xxxxxx 1988-ci il tarixli, 15 saylı orderlə işlədiyi yerdən miras qoyana verilmiş, orderdə ailə üzvü kimi cavabdehin də adı orderdə qeyd olunmuşdur. 1998-ci ildə mübahisəli əmlak miras qoyanın adına özəlləşdirilərək xüsusi mülkiyyətə verilmiş, miras qoyan xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Hazırkı iddiasında iddiaçı atasından miras kimi qalmış əmlaka dair miras payının müəyyən olunmasını tələb edir. Həmçinin X5 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə sədrinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-10893/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən təqdimat verilməsini xahiş etmiş və təqdimatı onunla əsaslandırmışdır ki, o, miras qoyan Məmmədtağı Həsənovun və cavabdeh Sürəyya Həsənovanın oğludur. Atasından qalan miras əmlakın bölünməsi mübahisəsində məhkəmələr onu işə cəlb etməmiş, nəticədə onun hüquq və mənafelərinə toxunulan qətnamə qəbul edilmişdir. Mehman Həsənovun müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-10893/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin q ətnamə və qərardadından təqdimat verə bilər. Göründüyü kimi, mülki iş üzrə qəbul edilmiş məhkəmə aktlarından təqdimat verilməsi üçün iki hal məcmu şəkildə mövcud olmalıdır. -məhkəmə aktı təqdimat verilməsi barədə müraciət edən şəxsin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozmalıdır: -hüquqları və qanunla qorunan mənafeləri pozulan şəxs işdə iştirak etməyə cəlb edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, X5 xx xxxx 1993-cü ildə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin “ata” qrafasında X2, “ana” qrafasında X6 qeyd edilmişdir. X3 atasından miras qalan mübahisə predmeti olan əmlaka vərəsəlik hüququ olsa da, o, mübahisə üzrə işə cəlb edilməmişdir. Bununla da, hazırkı iş üzrə təqdimat verilməsi xahiş edilən məhkəmə aktı ilə X3 hüquqları pozulmuşdur. Mülki Proses sual Məcəllənin 418.4.6-cı maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, mülki iş yenidən apaşdırılması üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə Mehman Həsə novu işə cəlb etməklə, qanunu və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin təqdimatı tam, Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)10893/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar