Məhkəmə qərarları › İş №2(102)-1371/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1371/2024

09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1371/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu(məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1966/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə 09 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Abonentin saldosuna əsasən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən, fərdi evə 6.725,80 manat borc hesablanmışdır.

2. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətinə əsasən abonent kodu **********00210 olan İddiaçı istifadəsində olan evdə İTRON tipli G4 markalı sayğac yeni sayğacla-ZENNER tipli G4 markalı sayğacla əvəzləşdirilmişdir. Sayğacın (plombun) çıxarılma səbəbi növbəti dövlət yoxlaması olmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesa blanmış 6.725,80 (altı min yeddi yüz iyirmi beş manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən 21 N-li fərdi ev ona məxsusdur. Zəngilan rayonundan məcburi köçkün kimi ailəsi ilə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən bina evində məskunlaşdıqlarından 2012-dən etibarən demək olar ki, yalnız yay aylarında fərdi evdə yaşamışdırlar. Həmin evə öz vəsaiti hesabına qaz xətti çəkmişdir. Fərdi evdə yaşadıqları dövrdə sayğac 2 dəfə bloka düşmüş, cavabdehə xəbərdarlıq etmiş, onlar gələrək sayğacı açıb aparmış, normal hala gətirdikdən sonra yerinə bağlamışlar. İyul 2022-ci ildə istismar müddəti başa çatdığı üçün plombu üstündə olan, normal işləyən sayğacı açıb götürmüş, ye ni sayğac quraşdırmışlar. Qaz sayğacı Smart kartla işləmişdir. Vaxtaşırı karta pul yükləməklə qazdan istifadə etmişdir. O heç vaxt qaz sayğacı ilə maraqlanmamışdır. Həmin əraziyə xidmət edən qaz nəzarətçisi İlham Məmmədov hər ay gələrək payroint aparatı vasitəsi ilə istifadə etdiyi qazın məbləğini ona söyləmiş və sayğaca nəzarət etmişdir. Fərdi evi 2022-ci ildə Qarabağ müharibəsi veteranı X1. Evi satarkən bütün kommunal xərcləri sıfırladıqdan sonra S.Mustafayev evi ondan təhvil almışdır. Cavabdeh iyul 2022-ci il tarixə qaz borcunun olmaması barədə ona arayış təqdim etmişdir. Evin yeni sahibi karta pul yüklədikcə, pulun yarısının silindiyini gördükdə, cavabdehə müraciət etmiş, cərimə yazıldığını aydınlaşdırmışdır. Cərimənin 2022-ci ildə istismar müddətinin başa çatması ilə əlaqədar açılıb g ötürülmüş sayğaca görə yazıldığını bildirmişlər. Cavabdeh müraciət edilməsinə baxmayaraq bu barədə sənəd təqdim etməsə də, şifahi olaraq sayğacın laboratoriyaya aparıldığını, sayğacın mənfiyə işlədiyini və bu səbəbdən 6.725,80 manat məbləğində zərər hesablandığını demişdir. O cərimə ilə razı deyildir. Onun tərəfindən sayğaca müdaxilə edilməmiş, kartla işlədiyindən ümumiyyətlə müdaxilə edilməsinə ehtiyac olmamışdır. Hesab edir ki, daim qaz nəzarətçisinin nəzarətində olmuş, normal işləyən, plombu üstündə olan, yalnız istismar müddətinin başa çatması ilə əlaqədar açılıb götürülən sayğaca sonradan müdaxilə edilibedilməməsinə o cavabdeh deyildir və o fərdi evdə yaşayarkən zavod-fabrik işlətməmişdir ki, 6.725,80 manat məbləğində zərər hesablansın. Sayğac açılıb aparılarkən laboratoriyaya aparılm ası barədə ona heç nə bildirilməmişdir. O hansı məntiq və qanuna əsasən əsassız hesablanmış cəriməni ödəməlidir.

5. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, dövlət təşkilatı kimi Cavabdeh məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və istifadə edilmiş təbii qazın dəyərini tələb etmək, həmçinin ödətdirmək üçün tədbirlər görməkdir. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 1 ünvanına əməkdaşları tərəfindən təbii qaz sayğacına baxış keçirilən zaman, təbii qaz sayğacının mənfiyə işləməsi aşkar edilmiş və yerində ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilərək qeyd olunan MEN 1 və MEN 2-21795m3 nöqsanları yazılmışdır. Abonent istifadə edilmiş təbii qazın dəyərini vaxtında ödəmədiyi üçün sayğac mənfiyə i şləmiş, nəticədə 6.725,80 manat debitor borc yaranmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, debitor borc ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyi üçün dövlətə ziyan vurmuşdur.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4326/2023 nömrəli qətnaməsi ilə (hakim Tağızadə Gülnarə) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 6725 (altı min yeddi yüz iyirmi beş) manat 80 (səkəsən) qəpik məbləğində borcun silinməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəm ə hesab etmişdir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 6.725,80 manat borc silinməlidir. İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilməmişdir.

8. Məhkəmə daha sonra bildirmişdir ki, işə əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, iddiaçı hər ay işlətdiyi qaza görə ödəniş etmişdir, cari borcu 0 təşkil edir. Cavabdeh həmin borcun yaranmasının səbəbini göstərməmiş və bu illər ərzində iddiaçıya qarşı heç bir iddia tələbi irəli sürməmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 442, 448.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqın da Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmisdir ki, məhkəmə işi araşdıran zaman abonentin saldosuna nəzər yetirməmişdir. Belə ki, abonent saldosundan görünür ki, ödənişlər normal ödənilməmiş, yəni 2012-ci ilin, 2013-cü ilin, 2014-cü ilin, 2015-ci ilin və 2016-cı ilin qış aylarında çox az məbləğlər ödənilmiş, 2017-ci ildə isə ümumiyyətlə ödəniş olunmamışdır. 2018-ci ildə il ərzində cəmi 10 manat ödəniş olmuşdur. 2019-cu ilin qış ayların da isə 6 və ya 11 manat ödəniş olunmuşdur. 2021-ci ilin yanvar və fevral aylarında ümumiyyətlə heç bir ödəniş olunmamış, mart ayında 20 manat, aprel ayında isə cəmi 10 manat məbləğində ödəniş olunmuşdur. Abonent saldosundan görünür ki, istifadə olunmuş təbii qazın dəyəri vaxtında tam ödənilmədiyi üçün nəticədə 6.725,80 manat debitor borc yaranmışdır. Abonent ödəniş etmədiyi ayları və illəri belə əsaslandırmışdır ki, guya həmin vaxt orada yaşamamışdır. Lakin, məhkəməyə həqiqətən də həmin dövr ərzində orada yaşamadığı barədə heç bir təsdiqedici sübut, o cümlədən işıq və su idarəsindən hər hansı bir sənəd və ya abonent saldosu təqdim etməmişdir.

12. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qaz idarəsinin əməkdaşları tərəfindən qaz sayğacı çıxarılaraq başqa sayğac il ə əvəz edilmişdir. 2022-ci ilin sentyabr ayında evi başqa şəxsə satmış və həmin ilin oktyabr ayında qaz sayğacı həmin abonentin adına dəyişdirilmişdir. Evi satan zaman ona təqdim edilmiş abonent saldosunda borcun olmaması qeyd olunmuşdur.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- X6 (sədrlik edən və məruzəçi), X5 və X4) 2(105)-1966/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, göstərilən sayğac nasaz olmuş, onun elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərq olmuş və həmin fərqə əsasən hesablama aparılaraq iddiaçının abonent hesabına 6.725,80 manat borc daxil edilmişdir. İddiaçı isə məhkəmə iclasında bildirmişdir ki, qı ş aylarında Sumqayıt şəhəri, 40-cı məhəllə, “Ordubad” marketin arxasında yerləşən qaçqınlar və məcburi köçkünlər məhəlləsində olan evdə, yay aylarında isə mübahisə olunan bağ evində yaşamışdır. 2022ci ildə uzun müddət həmin bağ evində yaşamadıqları üçün ödəniş etməmişdir. Göründüyü kimi iddiaçının istifadəsində olmuş evə verilən təbii qazın sərfiyyatını ölçmək üçün quraşdırılmış (xx.xx.2022 tarixli aktla çıxarılmış) “Smart-kart” tipli sayğacın nasaz olması işin mübahisəsiz halıdır. Həmin sayğaca görə istifadə ediləcək təbii qazın dəyəri əvvəlcədən ödənilməli, ödənilmiş vəsait bitdikdə isə qaz verilişi dayanmalı idi. Cavabdeh tərəfindən hesablanmış borcun məbləği həmin nasaz sayğacın göstəricisinə əsaslanır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanıl masına görə cavabdehliyi iddiaçı tərəf deyil, cavabdeh özü daşıdığından, sayğacdakı nasazlıq cavabdeh tərəfindən vaxtında aradan qaldırılmadığından, o cümlədən sayğacın mənfiyə işləməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış mübahisələndirilən borcun silinməsi barədə irəli sürülmüş tələb əsaslıdır.

16. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normal arına düzgün istinad etmişdir.

17. Kollegiya öz mövqeyini əsaslandırarkən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının 5.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 1.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya insta nsiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassator kassasiya şikayətini apellyasiya şikayətində olan dəlillərlə eyni məzmunda əsaslandırmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə

3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

21. Maddə

13. Bənd

9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

22. Maddə

4. Bənd

8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 6.5-ci bəndinə görə, qazpay layıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

23. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 13.9-cu maddəsinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti h esabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata k eçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bil sin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Qeyd edilməlidir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına g örə cavabdehliyi iddiaçı tərəf deyil, cavabdeh özü daşıdığından, sayğacdakı nasazlıq cavabdeh tərəfindən vaxtında aradan qaldırılmadığından, o cümlədən sayğacın mənfiyə işləməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış mübahisələndirilən borcun silinməsi barədə irəli sürülmüş tələb əsaslıdır.

36. Bununla yanaşı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı mübahisəli bağ evini artıq özgəninkiləşdirmiş, həmin vaxt cavabdeh tərəfindən ona borcun mövcud olmamasına dair saldodan çıxarış verilmiş, sayğac çıxarılarkən isə borcun və ya sayğacda nöqsanın olması ilə bağlı hər hansı irad bildirilməmiş özgəninkiləşdirilmədən bir ilə yaxın müddətdən keçdikdən sonra abonent saldosuna borc məbləği daxil edilmişdir.

37. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, məhkəmənin qənaəti yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

38. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2(105)-1966/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar