Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1372/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ərizəçi, vəkili x oğlu və maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Səfərov Fəxrəddin Heydər oğlunun iştirakı ilə, Ərizəçi Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Z.Abdullayev) x nömrəli, 09 oktyabr 2019-cu il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmətdə olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə işin icraatına işə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Z.Abdullayev) x nömrəli, 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə Ərizəçi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin x nömrəli, 09 oktyabr 2019-cu il tarixli qərardadından verdiyi şikayət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) x nömrəli, 12 noyabr 2019-cu il tarixli qərardadı ilə şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin x saylı iş üzrə 09 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmətdə olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, müharibə veteranı alınması üçün vacib olan sənəd xidmət etdiyi illər barədə arxiv arayışı bu günədək süründürməçiliyə yol verilərək ona verilməyib. N saylı hərbi hissə komandirinin 24.04.1993-cü il tarixli, 107 saylı əmrindən çıxarış sübut olsa da, digər döyüşçü yoldaşlarından fərqli olaraq müharibə veteranı vəsiqəsi ala bilmir. Göstərilənlərə əsasən, N və N saylı hərbi hissələrin tərkibində N aprel 1993- cü il tarixdən 12 may 1994-cü ilədək (atəşkəs elan edilənədək) hərbi xidmətdə olmağı faktının müəyyən edilməsi barədə qətn amə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına ərizəçinin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi və vəkili x oğlu kassa siya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır... Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən hansı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxılmasının dairəsi göstərilmişdir. O cümlədən qanunvericilkdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi işlərinə baxılır. İşdən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, N və N saylı hərbi hissələrin tərkibində N aprel 1993- cü il tarixdən 12 may 1994-cü ilədək hərbi xidmətdə olmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli, 03 saylı qərarının 14-cü maddəsinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Aşağı instansiya məhkəmələr Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının 14-cü maddəsində ifadə edilmiş hüquqi mövqeləri nəzərə alıb düzgün olaraq iş üzrə xitam vermiş. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən haqlı olaraq MPM-nin 262.3-cü maddəsini rəhbər tutaraq ərizəçiyə əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilməsi hüququ izah edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Plenumun qərarında mülki prosessual qanunvericilkdə fərqli qayda müəyyən edilmədiyindən həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1372/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1372/2020
21.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver