Məhkəmə qərarları › İş №2(102)-1373/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1373/2024

23.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1373/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmlakdan payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(107)-1317/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 aprel 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin faktiki halları

1. Azərbay can Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndi qeyri yaşayış binası 5 №-li reyestr kitabının 56 №-li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********16-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndi fərdi yaşayış evi 33 №-li reyestr kitabının 57 №-li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********14-06301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndi qeyri yaşayış binası 5 №-li reyestr kitabının 57 №-li vərəqində xx.xx.2021-ci il tarixdə 14/18 hissəsi İddiaçı, 4/18 hissəsi X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********16-10301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən “Fərdi yaşayış evin”-in mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********15-06301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən “Yüz başlıq mal damı”-nın mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********506301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndi “Təpəçöl” ərazisində yerləşən “Yemtalvarı”-nın mülkiyyət hüquqları qeydə alınmış 14/18 hissəsinin naturada ayrılması, Cavabdeh, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən Fərdi yaşayış evinin mülkiyyətində olan 14/18 hissəsindən, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” ərazisində yerləşən “Yüz başlıq mal damı”nın mülkiyyətində olan 14/18 hissəsindən, Balakən rayonu Mahamalar kənd inin “Təpəçöl” ərazisində yerləşən mülkiyyətində “Yem talvarı”nın 14/18 hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Nəsibov X8 rayonu Mahamalar kəndində anadan olmuşdur. Atası Nəsibov Əhmədilov İbrahimxəlil oğlu, anası isə X9 olmuşdur. X2 9 dekabr 2002-ci il ildə vəfat etmişdir. Atası Balakən rayonu Xalatala kənd sakini X4 ilə evlənmişdir. Atası Nəsibov Əhmədilov İbrahimxəlil oğlu 13 fevral 2020-ci ildə vəfat etmişdir. Mərhum atası Nəsibov Əhmədilov İbrahimxəlil oğlundan aşağıdakı əmlaklar və torpaq sahələri miras qalmışdır. O, atası Nəsibov Əhmədilov İbrahimxəlil oğlundan miras qalmış Balakən rayonu Mahamalar kəndində xüsusi mülkiyyət hüququ əsasında 114,2 k.vm fərdi yaşayış evinə Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri üzrə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********16-10301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışa əsasən o, İddiaçı 14/18 hissəsində pay ayrılmışdır. Digər hissə 4/18 hissə isə açıq saxlanmışdır. Bundan əlavə, Balakən rayonu Mahamalar kəndində 0,06 ha torpaq sahəsində 600.k.vm qeyri-yaşayış binasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********14-06301 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışa əsasən 14/18 hissə qeyri-yaşayış binasından pay kimi ayrılmış, digər 4/18 hissəsi isə açıq saxlanmışdır. Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********1406301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışdan görünür ki, Balakən rayonu, Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən 1518 kv.m qeyri-yaşayış binasına Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışa əsasən 14\18 hissə qeyri-yaşayış binasından pay kimi ayrılmış, digər 4/18 hissəsi açıq saxlanmışdır. Lakin cavabdeh Nəsibov X7 rayonu Mahamalar kəndində yerləşən 114.2 k.vm fərdi yaşayış evində Balakən rayonu, Mahamalar kəndində yerləşən 0,06 ha qeyri-yaşayış binasında yerləşən ona məxsus 14/8 hissədən çıxmır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********6-10301 olan qeydiyyat nömrəsi ********** olan, Hüquqların Dövlət Qeydiyyatından çıxarışdan görünür ki, Balakən rayonu, Mahamalar kəndində 114.2 k.vm yaşayış sahəsi olan 0,0114 torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 14\18 hissəsindən İddiaçı payı müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRXnin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********1406301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışdan görünür ki, Balakən rayonu, Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən 1518 kv.m qeyri-yaşayış binasının 14/18 hissəsinə onun – İddiaçı payı müəyyən edilmişdir. Digər 4/18 hissəsi açıq saxlanmışdır. İddia ərizəsinə əl avə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən Reyestr nömrəsi **********6- 10301 olan qeydiyyat nömrəsi ********* olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən Balakən rayonu, Mahamalar kəndində “Təpəçöl” ərazisində yerləşən 600 kv.m qeyri -yaşayış sahəsinin 14/18 hissəsinin İddiaçı payı müəyyən edilmişdir. Digər 4/18 hissəsi açıq saxlanmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndisitexniki ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 10/4407 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu, Mahamalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin, “yem talvarı”-nın və “100 başlıq mal damı”-nın naturada 14/18 hissədən qismən kənara çıxmaqla bölünm əsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənləri nəzərə alaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndisitexniki ekspertizasının 7 iyul 2023-cü il tarixli, 10/3169 saylı rəyində göstərilmişdir ki, Balakən rayonu, Mahamalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin, “yem talvarı”-nın və “100 başlıq mal damı”-nın naturada 14/18 hissədən qismən kənara çıxmaqla bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənləri nəzərə alaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir.

8. Balakən Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(019)-31/2023 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuşdur.

9. Məhkəmə öz mövqeyini iş materiallarına, ekspert rəylərinə və icraat zamanı müəyyən edilən hallara istinadən əsaslandırmışdır.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 214, 222, 238 və 239-cu maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, ekspert t ərəfindən daşınmaz əmlaklara ümumiyyətlə yerində baxış keçirilməmişdir. Rəydə qeyd olunan mal damının yarıdan çoxu faktiki olaraq yerində mövcud deyil. Hər üç daşınmaz əmlakla bağlı rəyə əsasən daşınmaz əmlakın 4/18 hissəsinin mükiyyətçilərinə düşən pay azaldılmış və bununla da həmin mülkiyyətçilərin hüquqları kobud şəkildə pozulmuşdur. Hər üç daşınmaz əmlakın bölünməsi zamanı torpaq sahələrinin hansı qaydada bölünməsi rəydə qeyd edilməmişdir. Məsələn, ekspert rəyinə əsasən bölünməsi nəzərdə tutulmuş fərdi yaşayış evi 0,0114 ha həyətyanı torpaq sahəsində yerləşir. Ekspert fərdi yaşayış evini naturada bölsə də, torpaq sahəsini nə qaydada bölünməli olmasını və yaxud da ümumiyyətlə bölünməsinin mümkün olubolmamasını rəydə qeyd etməmişdir. Ekspert hər üç daşınmaz əmlakın texniki göstəricələri əks olunan sənəd (texniki pasport və s.) olmadan hazırkı daşınmaz əmlakların naturadakı vəziyyətinə uyğun olaraq bölünməsinin mümkün olub-olmamasını öz rəyində qeyd etmişdir. Ekspert ümumiyyətlə bilməmişdir ki, həmin daşınmaz əmlakların sənəd üzrə texniki göstəriciləri hansı vəziyyətdədir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli, 10/4407 nömrəli rəyində hər üç daşınmaz əmlakın naturada bölünməsinin mümkün olmasını qeyd etsə də, həmin bölünmənin texniki göstəricilərini rəydə qeyd etməmiş və sxemə istinad etməsini məhkəməyə bildirmişdir. Belə çıxır ki, iddia təmin olunacağı təqdirdə məhkəmə də qətnamənin qət etdi hissəsində ölçüləri qeyd etməməli və sxemlərə istinad etməlidir. “100 başlıq mal damı” ilə bağlı sxemdə 14/18 hissənin hansı tərəfdən ayrılmasını müəyyən etmək ü mumiyyətlə mümkün deyil. Belə ki naturada bölünməsi nəzərdə tutulmuş hər iki hissənin payı 14/18 olaraq qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin 7 iyul 2023-cü il tarixli, 10/3169 nömrəli ekspert rəyi üzrə tədqiqat obyektiv, hərtərəfli və tam həcmdə aparılmamışdır. Bununla belə işə baxan Balakən Rayon Məhkəməsi iddianı təmin etməklə cavabdehin mülkiyyət hüququnu pozmuş, dolayısilə da cavabdeh mülkiyyət hüquqlarından mərhum olmuşdur.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1317/2023 nömrəli iş üzrə 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), A.M.Əsədli və E.M.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən rayon məhkəməsinin 17 avqust 2023-cü il tarixli qət naməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh ekspert rəyinin mübahisəli əmlaklara yerində baxış keçirilmədən verildiyini bildirməklə ekspert rəyinə etiraz edir. Keçirilmiş hər iki ekspert rəyində göstərilmişdir ki, iş üzrə cavabdeh tərəfin baxışda iştirak etməməsi səbəbindən mübahisə predmeti olan tikililərə baxış keçirilməsi mümkün olmamışdır. Odur ki ekspertiza tədqiqatı xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mübahisə predmeti olan tikililərə dair tərtib edilmiş texniki pasport sənədlərinə əsasən aparılmışdır. Göründüyü kimi ekspert rəyinin mübahisəli əmlaklar a yerində baxış keçirilmədən verilməsi cavabdehin öz təqsiri ucbatından olmuşdur.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh 7 iyul 2023-cü il tarixli, 10/3169 saylı ekspert rəyinin saxta olduğunu iddia edir. Həmin ekspert rəyində göstərilmişdir ki, mübahisə predmetini təşkil edən, “100 başlıq mal damı”-nın mülki iş materiallarında olan **********1506301 reyestr nömrəli Çıxarış sənədində ümumi sahəsinin 1518 kv.m olduğu qeyd olunsa da xx.xx.2022-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin tikiliyə dair tərtib edilmiş texniki pasport sənədinin tikilinin planı hissəsində həmin tikilinin 3 hissədən ibarət olmaqla (225.0 kv.m, 20.2 kv.m, 63.0 kv.m) ümumi sahəsinin 308.2 kv.metr olduğu qeyd olunmuşdur. Həmin ekspert rəyinə əlavə edilmiş sxemlərdə ümumi sahəsi 308.2 kv.metr olan “100 başlıq mal damı”-nın, ümumi sahəsi 114 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 600 kv.m olan “yem talvarı”-nın hansı ölçülərdə hansı şəkildə bölünməsi, bölünməsi üçün giriş-çıxış qapısının bağlanması, arakəsmə inşa edilməsi kimi əlavə hərəkətlərin zəruriliyi və s. məsələlər öz əksini tapmışdır. Həmin rəydə ümumi sahəsi 308.2 kv.m olan “100 başlıq mal damı”-nın 20.2 və 225.0 kvm lik (rəydə texniki yanlışlıq olaraq “22.50” kimi göstərilmişdir) hissələrinin 14/18 hissə olaraq iddiaçıya və 63 kv.m hissəsinin 4/18 hissə olaraq (rəydə texniki yanlışlıq olaraq “14/18” kimi göstərilmişdir) cavabdehə verilməsi, ümumi sahəsi 600 kv.m olan “yem ta lvarı”-nın sxemdə qırıq xətlərdən yuxarı göstərilmiş 467.0 kv.m hissəsinin 14/18 hissə olaraq iddiaçıya və 133.0 kv.m hissəsinin 4/18 hissə olaraq cavabdehə, o cümlədən, ümumi sahəsi 114 kv.m olan fərdi yaşayış evinin 24 kv.m, 16 kv.m və 16 kv.m olan otaqlarının və dəhlizin arakəsmə ilə ayrılmaqla 33 kv.m hissəsinin 14/18 hissə olaraq iddiaçıya, 12 kv.m olan otağın və dəhlizin həmin arakəsmə ilə ayrılmaqla 13.2 kv.m hissəsinin 4/18 hissə olaraq cavabdehə verilməsi aydın şəkildə görünür. Göründüyü kimi mübahisələndirilən ekspert rəyi əsaslandırılmış və ekspert qarşısında qoyulan suallara aydın cavab verməklə qeyri-mötəbərliyinə əsas verəcək heç bir hal aşkar edilmir.

16. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 avqust 2022-ci il tarixli **********15-06301 reyestr nömrəli Çıxarışda ümumi sahəsinin 1518 kv.m olduğu qeyd olunan qeyri-yaşayış binasının sahəsinin 922 kv.m olduğu göstərilmişdir. Halbuki, həm 26 oktyabr 2022-ci il tarixli, 10/4407 saylı, həm də 7 iyul 2023-cü il tarixli, 10/3169 saylı ekspert rəyləri bu halı təkzib etməklə həmin qeyri-yaşayış binasının sahəsinin 308.2 kv.metr olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi həmin mütəxəssis rəyinin həmin cümləsinin ekspert rəyləri ilə təkzib olunduğunu nəzərə alaraq ekspert rəyini əsas götürməklə qətnamə qəbul etməkdə haqlı olmuşdur.

17. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarı, Mülki Məcəllənin 220.1, 220.2 və 220.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi yazılı vəsatətinin, həmçinin apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan ekspert və mütəxəssis rəylərinə düzgün hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

22. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

23. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. Cavabdeh kassasiya şikayətində apellya siya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh ekspert rəyinin mübahisəli əmlaklara yerində baxış keçirilmədən verildiyini bildirməklə ekspert rəyinə etiraz etsə də, iş üzrə keçirilmiş hər iki ekspert rəyində göstərilmişdir ki, iş üzrə cavabdeh tərəfin baxışda iştirak etməməsi səbəbindən mübahisə predmeti olan tikililərə baxış keçirilməsi mümükün olmamışdır. Odur ki ekspertiza tədqiqatı 7 sentyabr 2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə Reyestr orqanı tərəfindən mübahisə predmeti olan tikililərə dair tərtib edilmiş texniki pasport sənədlərinə əsasən aparılmışdır.

37. Göründüyü kimi ekspert rəyinin mübahisəli əmlaklara yerində baxış keçirilmədən verilməsi cavabdehin öz təqsiri ucbatından baş vermişdir.

38. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh 7 iyul 2023-cü il tarixli, 10/3169 saylı ekspert rəyinin saxta olduğunu iddia etsə də, həmin ekspert rəyində göstərilmişdir ki, mübahisə predmetini təşkil edən, “100 başlıq mal damı”-nın mülki iş materiallarında olan Çıxarış sənədində ümumi sahəsinin 1518 kv.metr olduğu qeyd olunsa da, 7 sentyabr 2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə Reyestr orqanı tərəfindən mübahisəli tikiliyə dair tərtib edilmiş texniki pasport sənədinin tikilin in planı hissəsində həmin tikilinin 3 hissədən ibarət olmaqla, (225.0 kv.metr, 20.2 kv.metr, 63.0 kv.metr) ümumi sahəsinin 308.2 kv.metr olduğu qeyd olunmuşdur. Həmin ekspert rəyinə əlavə edilmiş sxemlərdə ümumi sahəsi 308.2 kv.metr olan “100 başlıq mal damı”-nın, ümumi sahəsi 114 kv.metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 600 kv.metr olan “yem talvarı”-nın hansı ölçülərdə, hansı şəkildə bölünməsi, bölünməsi üçün giriş-çıxış qapısının bağlanması, arakəsmə inşa edilməsi kimi əlavə hərəkətlərin zəruriliyi və sair məsələlər öz əksini tapmışdır. Həmin rəydə ümumi sahəsi 308.2 kv.metr olan “100 başlıq mal damı”-nın 20.2 və 225.0 kv.metrlik (rəydə texniki yanlışlıq olaraq “22.50” kimi göstərilmişdir) hissələrinin 14/18 hissə olaraq iddiaçıya və 63 kv.metr hissəsinin isə 4/18 hissə olaraq (rəydə texniki yanlışlıq olaraq “14/18” kimi göstərilmişdir) cavabdehə verilməsi, ümumi sahəsi 600 kv.metr olan “yem talvarı”-nın sxemdə qırıq xətlərdən yuxarı göstərilmiş 467.0 kv.metr hissəsinin 14/18 hissə olaraq iddiaçıya və 133.0 kv.metr hissəsinin 4/18 hissə olaraq cavabdehə, o cümlədən, ümumi sahəsi 114 kv.metr olan fərdi yaşayış evinin 24 kv.metr, 16 kv.metr və 16 kv.metr olan otaqlarının və dəhlizin arakəsmə ilə ayrılmaqla 33 kv.metr hissəsinin 14/18 hissə olaraq iddiaçıya, 12 kv.metr olan otağın və dəhlizin həmin arakəsmə ilə ayrılmaqla 13.2 kv.metr hissəsinin 4/18 hissə olaraq cavabdehə verilməsi aydın şəkildə görünür.

39. Göründüyü kimi mübahisələndirilən ekspert rəyi əsaslandırılmış və ekspert qarşısında qoyulan suallara aydın cavab verməklə qeyri-mötəbərliyinə əsas verəcək he ç bir hal aşkar edilməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli Çıxarışda ümumi sahəsinin 1518 kv.metr olduğu qeyd olunan qeyri-yaşayış binasının sahəsinin 922 kv.metr olduğu göstərilmişdir. Halbuki, həm 26 oktyabr 2022-ci il tarixli, 10/4407 saylı, həm də 7 iyul 2023-cü il tarixli, 10/3169 saylı ekspert rəyləri bu halı təkzib etməklə həmin qeyri-yaşayış binasının sahəsinin 308.2 kv.metr olduğu qeyd olunmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sözügedən mütəxəssis rəyinin həmin cümləsinin ekspert rəyləri ilə təkzib olunduğunu nəzərə alaraq ekspert rəyini əsas götürməklə qətnamə qəbul etməkdə haqlı olmuşdur. 4

2. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razlaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 6 dekabr 2023-cü il tarixli, 2(107)1317/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar