Məhkəmə qərarları › İş №2(102)-1374/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1374/2023

03.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1374/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, 15 mart 2022- ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (icraçı) ilə Cavabdeh2 (payçı) arasında 16 sentyabr 2007-ci il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən icraçı ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 82 kv.m olan 192 №li mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumilikdə dəyəri 28372 manat məbləğində qiymətləndirilmiş və 16 sentyabr 2007-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ payçı tərəfindən icraçıya tam ödənilmişdir. 2. "xxxx" MMC (icraçı) ilə Cavabdeh3 (payçı) arasında 6 may 2008-ci il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən icraçı ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumilikdə dəyəri 34800 manat məbləğində qiymətləndirilmiş və 16 may 2008-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ payçı tərəfindən icraçıya tam ödənilmişdir. 3. "xxxx" MMC (icraçı) ilə İddiaçı (payçı) arasında 4 sentyabr 2008-ci il tarixdə bağlanmış qeyri-yaşayış sahəsinin alınması haqqında müqaviləyə əsasən icraçı ünvan 1 ünvanında tikilən 2-ci blok 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m olan qeyriyaşayış sahəsini payçıya verməyi öz öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin ümumilikdə dəyəri 129168 manat məbləğində qiymətləndirilmiş və 4 sentyabr 2008-ci il tarixli maliyyə arayışına əs asən qeyd olunan məbləğ payçı tərəfindən icraçıya tam ödənilmişdir. 4. "xxxx" MMC (icraçı) ilə Cavabdeh1 (payçı) arasında 11 avqust 2009-cu il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən icraçı ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 50 kv.m olan 19 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumilikdə dəyəri 10000 manat məbləğində qiymətləndirilmiş və 11 avqust 2009-cu il tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ payçı tərəfindən icraçıya tam ödənilmişdir. 5. "xxxx" MMC (icraçı) ilə İddiaçı (payçı) arasında 14 dekabr 2009-cu il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən icraçı ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 55 kv.m olan 19 №-li mə nzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumilikdə dəyəri 19250 manat məbləğində qiymətləndirilmiş və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ payçı tərəfindən icraçıya tam ödənilmişdir. 6. "xxxx" MMC (icraçı) ilə İddiaçı (payçı) arasında 14 dekabr 2009-cu il tarixdə bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən icraçı ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85 kv.m olan 194 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmiş və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ payçı tərəfindən icraçıya tam ödənilmişdir. 7. "xxxx" MMC (icraçı) ilə İddiaçı (payçı) arasında 14 dekabr 2009-cu il tarixdə bağla nmış kooperativ binada mənzil tikintisi üçün müqaviləyə icraçı ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85 kv.m olan 192 №-li mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin ümumilikdə dəyəri 29750 manat məbləğində qiymətləndirilmiş və 14 dekabr 2009-cu il tarixli maliyyə arayışına əsasən qeyd olunan məbləğ payçı tərəfindən icraçıya tam ödənilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 4 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kv.m 1 otaqlı 19 nömrəli mənzi li, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kv.m 2 otaqlı 194 nömrəli mənzili, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzili və ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsini ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması qət olunmuşdur. 9. "xxxx" MMC-nin adı 22 oktyabr 2013-cü il tarixdən dəyişdirilmiş "xxxx" MMC olmuşdur.

10. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2014-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi üzrə başlanmış icra icraatına xitam verilmişdi r. Həmin qərardadla müəyyən olunmuşdur ki, icra sənədində göstərilən mənzillər və qeyri-yaşayış sahəsi aparılmış icra tədbirləri nəticəsində tələbkar İddiaçı nümayəndəsi X3 təhvil verilərək, icra vərəqəsinin icrası təmin edilmişdir.

11. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2015-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 7800 manat, Cavabdeh3, Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsir ləndirilən şəxsdən tutulması müəyyən edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-63/206 nömrəli, 8 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2015-ci il tarixli hökmü ləğv edilmiş, X4 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi (iddia ərizəsinin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə xx.xx.2008-ci il tarixində Cavabdeh1 arasında ba ğlanmış ünvan 5 ünvanında yerləşən 50 kv.m sahəsi olan 19 saylı mənzilin tikintisinə dair müqavilənin, xx.xx.2007-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən 82 kv.m sahəsi olan 192 saylı mənzilin tikintisinə dair müqavilənin, xx.xx.2008-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh3 arasında ünvan 7 ünvanında yerləşən sahəsi 87 kv.m olan 194 nömrəli mənzilin tikintisinə dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının İ blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.m olan 1 otaqlı 19 nömrəli mənzildən Cavabdeh1, ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 194 nömrəli mənzildən Cavabdeh3 və ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzildən isə Cavabdeh2 çıxarılmaları, həmin yaşayış sahələrinin boşaldılması və ona təhvil verilməsi, həmçinin hər bir cavabdehdən xeyrinə mənəvi ziyanın əvəzi kimi 10000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh4 iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1 blokunda, 4-cü mərtəbəsində sahəsi 55 kv.m olan 1 otaqlı 19 nömrəli mənzili Cavabdeh1, ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3 blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 194 nömrəli mənzili Cavabdeh3 və ünvan 4 ü nvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzili isə Cavabdeh2 uzun müddətdir ki, zəbt etmişlər və oradan çıxmaq istəməmişlər. 16. "xxxx" MMC-nin direktoru olmuş X7 inşa etdirdiyi hündür mərtəbəli binada bir mənzili bir neçə nəfərə satdığına görə barəsində AR CM-nin 178, 213, 308-ci maddələri ilə cinayət işi açılmış və Q.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə həmin cinayətlərin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda bu hökmlə zərərçəkmiş şəxs kimi tanınmış Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 mülki iddiaları təmin edilmiş və onlara vurulmuş maddi ziyanın məhkum edilmiş şəxs tərəfindən ödənilməsi barədə qər ar qəbul edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün 30-cu səhifəsində Cavabdeh2 28372 manat, həmin hökmün 31-ci səhifəsində Cavabdeh1 7800 manat və Vəkilov Yusif Məmməd oğluna 20500 manat, X2 11880 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Yəni bu hökmlə cavabdehlər artıq zərərçəkmiş şəxs kimi tanınmış və bu mənzillərin alınması ilə əlaqədar vəsaitin onlara qaytarılması hökmdə göstərilmişdir.

17. Cavabdehlərin eyni bir alqı-satqı müqaviləsinə görə həm faktiki olaraq mənzili ələ keçirməkləri, həm də pul şəklində faydalanmaları qanunvericiliyin tələblərinə zidd olmuşdur. "xxxx" MMC-nin direktoru olmuş Q.Məmmədov etibardan sui-istifadə edərək bir mənzili bir neçə nəfərə satmış və bununla da mənzilin alqı-satqı müqaviləsi görünüşü yaratsa da, əslind ə, məqsədi həqiqətən bu mənzilləri satmaq olmamışdır.

18. Cavabdehlər və üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişlər.

19. Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 4 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.m olan 1 otaqlı 19 nömrəli mənzildən Cavabdeh1, ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 194 nömrəli mənzildən Cavabdeh3 və ünvan 4 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.m olan 2 otaqlı 192 nömrəli mənzildən isə Cavabdeh2 çıxarılması, həmin y aşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Sevinc Quliyeva)

20. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən edib ki, İddiaçıla "xxxx" MMC arasında 14 dekabr 2009-cu il tarixdə kooperativ binada mənzillərin tikintisinə dair müqavilələr bağlanıb. Həmin müqavilədə binaların təhvil verilmə müddəti 2011-ci illər göstərilmişdir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi mənzillərin boşaldılması hissəsində təmin edilməlidir.

22. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona 10000 manat məbləğində mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməyib, buna görə də müvafiq sübu tlarla təsdiqini tapmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz.

23. Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı qanunda nəzərdə tutulan hallar məhkəmə araşdırması zamanı müəyyən edilməyib, eyni zamanda həmin şəxslərlə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 8 noyabr 2016-cı il tarixli qərarı da mövcud olmuşdur.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 351, 352, 353, 354-cü, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsindəki birinci icraat

25. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri belə olub: - qətnamənin nəticə hissəsində "xxxx" MMC ilə xx.xx.2008-ci il tarixli müqavilənin etibarsızlığına dair heç bir yekun qərar yoxdur; - bundan başqa, məhkəmə iddianı təmin edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməsinə dair hissəni sübutlar baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, həmin hökmə görə "xxxx" MMC-nin cinayət məsuliyyətinə cəlb edilmiş, məhkum edilmiş rəhbər vəzifəli şəxsləri tərəfindən Cavabdeh1 pul ödənilməmişdir; - "xxxx" MMC-nin hüquqi varis i Cavabdeh4 MMC-dir. Cavabdeh4 MMC qanunla müəyyən edilmiş qaydada fəaliyyətinə icazə verilmiş sahibkarlıq subyektidir. "xxxx" MMCnin hüquqi varisi olan Cavabdeh4 MMC ilə müqavilə bağlaması, nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cavabdeh1 dəymiş ziyanın ödənilməməsi, əksinə, Cavabdeh1 əlavə pul ödəyərək faktiki mülkiyyətində olan mənzilə görə «Abşeron LTD2013” MMC-yə pul ödəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur; - məhkəmə nəzərə almalı idi ki, «Abşeron LTD-2013” MMC ilə aralarında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hazırda da qüvvədədir, mübahisəli mənzil həmin müqaviləyə uyğun olaraq Cavabdeh1 mülkiyyətindədir, həmin müqavilə mübahisə predmeti olmamışdır; - qətnamədən göründüyü kimi iddiaçı ilə " xxxx" MMC arasında müqavilə 14 dekabr 2009-cü il tarixdə, Cavabdeh1la isə xx.xx.2008-ci il tarixdə bağlanmışdır. Yəni iddiaçı ilə müqavilə bağlananda, Cavabdeh1la bağlanmış müqavilə qvvədə idi. Bu da iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 dekabr 2009-cu il tarixli müqavilənin etibarsızlığı kimi qiymətləndirilməlidir; - qəbul edilmiş qətnamə Cavabdeh1 mülkiyyət hüquqlarını pozur.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1113/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə)

28. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin normalarının tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə cavabdehlərin iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab et məyərək qeyd etmişdir ki, ilk öncə mübahisəli mənzillərə dair müqavilələr cavabdehlərlə bağlanıb. Mübahisəli mənzilə dair bağlanmış müqavilələr mahiyyət etibarı ilə podrat müqavilələri olmuşdur. Müqavilələrdə cavabdeh mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür.

30. Mülki Məcəllənin podrat müqavilələrini tənzilmləyən normalarına görə podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanan vaxt əmlak hazırlanmışdırsa alqı-satqı qaydaları tətbiq edilir.

31. Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alı cı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilənlərə əsasən podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş mənzilin təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. İş materiallarından isə görünür ki, cavabdehlər tərəfindən müqavilərin dəyəri daha əvvəl ödənilmişdir.

32. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisəli mənzillərə dair müqavilə daha əvvəl bağlandığı üçün iddia tələbi əsassızdır. Belə ki, İddiaçıla mübahisəli mənzilə dair müqavilələr bağlanılarkən cavabdehlərlə bağlanmış müqavilələr qüvvədə olmuş, yəni bir mənzilə dair iki müqavilə bağlanmışdır.

33. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin maddi və mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddiaçı tələbini əsaslandıra bilməmişdir. İş materiallarında iddiaçının hər hansı bir fiziki və mənəvi sarsıntı keçirməsi barədə məlumatlar mövcud deyildir.

34. Apellyasiya instansiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin müqavilələrin etibarsız hesab olunmasına dair hissəsinin də təmin edilməsi qeyd olunsa da, qətnamənin nəticə hissəsində buna münasibət bildirməmişdir.

35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 23, 178.8, 324, 331, 337, 452, 567, 752-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsin in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

36. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayətinin dəlilləri: - Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu və 04 sentyabr 2008-ci il tarixli müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirmək və müqavilədə göstərilən mənzillərin və qeyriyaşayış sahəsinin ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulmuşdur. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya göndərilmişdir. Qətnamə icra edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə hazırkı mülki iş üzrə mübahisələndirilən yaşayış sahələri İddiaçı istifadəsinə verilmişdir. MPM-in 82.3-cü maddəsinin tələblərinə əsasən qüvvədə olan Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilən halların yenidən sübuta yetirilməsinə zərurət qalmır. Həmin qətnamə il ə hazırda baxılan mülki işlə əlaqədar mübahisələndirilən yaşayış sahələrinə İddiaçı istifadə hüququ tanınaraq onun istifadəsinə verilmişdir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası CM-in 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə mülki iddialar qismən təmin olunmaqla zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 78000 manat, Cavabdeh3 və Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən tutulması hökm edilmişdir; - cavabdehlər hə min cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışlar. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X4 CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar CPMin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir; - mülki işə baxan apellyasiya instansiyası məhkəməsi hökm və yekun qərarın preyudisiallığına əhəmiyyət vermədən MPM-nin 82.4-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən təqsirləndirilən Q.Məmmədovun hüquqi varisi X8 hüquqi varislikdən imtina etmişdir. Bundan sonra təqsirləndirilən Q.Məmmədovun vəkili cinayət təqibinə bəraətverici əsaslar olmadan xita m verilməsini xahiş etmişdir. Q.Məmmədovun cinayət əməlləri barəsində birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı ilə gəlinən nəticə hazırkı mülki iş üzrə cavabdehlərin müqavilələrini etibarsız hesab edilməsi üçün əsasdır; - cinayət işinin təsdiq edilmiş hallarına görə bu iş üzrə cavabdehlərlə bağlanmış müqavilələr mənzilin həmin şəxslərə məxsus olması və ya onlara təhvil verilməsi üçün əsas ola bilməz. Ona görə də mülki iş üzrə iddiaçı və cavabdehlərin müqavilələrin hansının əvvəl və hansının sonra bağlanmasının heç bir əhəmiyyəti yoxdur. Mülki iş üzrə bu xüsusat birmənalıdır və preyudisial xarakter daşıyır; - cinayət işi üzrə mülki iddiaçı və zərərçəkmişlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cinayət işi üzrə təqsirli olan şəxslərdən dəymiş zərər in və digər ziyanın tələb edilməsi üçün hüquqi nəticə yarada bilər; - cinayət işi üzrə hazırkı İddiaçı qarşı cinayət əməlləri törədilməsi aşkar edilməmişdir. Buna görə də İddiaçı zərərçəkmiş qismində tanınmamışdır. Bu da İddiaçıla "xxxx" MMC arasında bağlanmış yaşayış və qeyri-yaşayış sahələrinə dair müqavilələrin etibarsız olmamasına dəlalət edir; - iş materiallarına əlavə edilmiş Cavabdeh1 ifadəsində və mülki iddiasında təqsirləndirilən Q.Məmmədovun mənzil satması adı ilə onu aldatmasını və saxta müqavilə verməsini təsdiq etmişdir; - birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə tərəfləri məlumatlandırmış, cavabdehlərin iştirakını təmin etmək məqsədilə məhkəmə iclaslarını dəfələrlə təxirə salmışdır. Mülki iş materiallarına cavabdehlərə bildirişlərin göndərilməsi bar ədə poçt qəbzləri mövcud olduğu halda, apellyasiya instansiyası məhkəməsinin hansı səbəbdən belə nəticəyə gəlməsini anlamaq mümkün deyil; - apellyasiya baxışında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxışında iştirakı təmin edilməmişdir. Məhkəmə onların iştirakı olmadan müvafiq qətnamə qəbul etmişdir. Məhkəmə həmin cavabdehlərin iddiaya qarşı mövqelərini, dəlillərini bilmədən, izahatlarını dinləmədən mübahisələndirilən qətnamədə qeyd edildiyi kimi “qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə” əsaslandırmışdır; - Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, cinayət işinə məhkəmədə baxıldığı ərəfədə ünvan 8 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 50 kv.m olan 19 saylı mənzillə əlaqədar Cavabdeh1la Cavabdeh4 MMC ("xxxx" MMC-in hüquqi varisi) ilə 04 yanvar 2014-cü il tarixli yeni müqavilə bağlanmışdır. Eyni yaşayış sahəsinə yeni müqavilənin bağlanması ona dəlalət edir ki, artıq yeni müqavilənin bağlanması ilə hazırda mübahisələndirilən müqavilə qüvvədən düşmüşdür.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)6104/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

39. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən yalnız biri – Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin hər hansı bir dəlili onun məhkəmə iclasının vaxtı yeri barədə məlumat verilməməsi il ə bağlı olmamışdır. Bu halda, apellyasiya instansiyası məhkəməsinin cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair dəlillərinə (halbuki belə dəlillərin olması müəyyən olunmur) əsaslanaraq qətnamənin ləğv olunmalı olması və müvafiq olaraq apellyasiya tələbindən kənara çıxaraq (Cavabdeh1 apellyasiya şikayətində tələbi yalnız iddianın ona aid hissədə rədd olunmasından ibarət olmuşdur) digər cavabdehlərə münasibətdə də qətnamənin ləğv olunması nəticəsinə gəlməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir; - bundan əlavə, işin müəyyən edilmiş halına görə Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008- ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4-cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzilin, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzilin, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzilin və ünvan 9 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyri-yaşayış sahəsinin ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması qət olunmuşdur. Həmin qətnamənin icrası nın başa çatması ilə bağlı Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2014-cü il tarixli qərardadı ilə başlanmış icraata icraatına xitam verilmişdir - həmçinin işə əlavə edilmiş cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən aldadıldığını və ev satmaq adı ilə ondan pul alındığı, müqavilə verildiyini göstərmişdir. Cavabdeh1 cinayət işində müvafiq olaraq zərərçəkmiş və mülki iddiaçı olaraq tanınmışdır; - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən iddiaçının sübut olaraq istinad etdiyi əvvəlki mülki icraat zamanı müəyyən edilmiş hallara, həmin qətnamənin icra edilərək mübahisə predmeti olan mənzillərin iddiaçıya təhvil verilməsinə və cinayət işi üzrə toplanmış və baxılan işdə sübut olaraq təqdim edilmiş materialları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməmiş və faktiki olaraq həmin sübutların araşdırılmasına cəhd göstərməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-524/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Telman Məmmədov, Səyyad Qafari)

41. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edib ki, hazırki iş üzrə qətnamədən işdə iştirak edən şəxslərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti verdyindən qətnamə yalnız mübahisələndirilən hissədə və hədlərdə apelyasiy a baxışının predmetidir.

42. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 194 №-li mənzilə dair 16 may 2008-ci il tarixdə MMC ilə Cavabdeh3 arasında, ümumi sahəsi 50 kv.m olan 19 №-li mənzilə dair 11 avqust 2009-cu il tarixdə MMC ilə Cavabdeh1 arasında, ümumi sahəsi 82 kv.m olan 192 №-li mənzilə dair 16 sentyabr 2007-ci il tarixdə MMC ilə Cavabdeh2 arasında kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin mənzillərə dair "xxxx" MMC ilə İddiaçı arasında da xx.xx.2009-cu ildə anoloji müqavilələr bağlanmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi onu da müəyyən edib ki, Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddia t əmin edilmiş, cavabdeh "xxxx" MMC-nin üzərinə 14 dekabr 2009-cu il tarixli müqavilələrdən və 04 sentyabr 2008-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək və ünvan 10 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 4- cü mərtəbəsində sahəsi 55 kvadrat metr 1 otaqlı 19 nömrəli mənzili, ünvan 11 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 11-ci mərtəbəsində sahəsi 85 kvadrat metr 2 otaqlı 194 nömrəli mənzili, ünvan 3 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda 12-ci mərtəbəsində sahəsi 85 kvadrat metr olan 2 otaqlı 192 nömrəli mənzili və ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok 2-ci mərtəbəsində sahəsi 108 kvadrat metr olan qeyriyaşayış sahəsini ağlabatan müd dət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsi qoyulmuş, qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir.

44. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 7800 manat, Cavabdeh3, Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən şəxsdən tutulması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-63/206 saylı, 08 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ləğv edilmiş, X5 Azərbaycan Resublikası CM-in178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirlənirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPMnin 39.1.5-ci madəsinə əsasən xitam verilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd edib ki, mövcud məhkəmə qərarları ilə bir tərəfdən İddiaçı mübahisəli mənzilə olan hüququ təsdiq edilmiş, digər tərəfdən Cavabdeh1la mübahisəli mənzilə dair müqavilə bağlanarkən aldadıldığı müəyyən edilmişdir. Cavabdeh1 qeyd edilən cinayət işi üzrə ifadəsində aldadıldığını, ev satmaq adı ilə ondan pul alındığı və müqavilə verildiyini göstərmiş, zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmiş və həmin qətnamə icra edilmişdir. Həmin qətnamə qüvvədədir.

46. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki halda Cavabdeh1 tərəfindən həmin mənzildən istifadə üçün heç bir hüquqi əsas olmamışdır. Əksinə, onun həmin mənzili boşaltmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər.

47. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qeyd edilən mənzilə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzilə dair onun sahiblik və istifadə hüququ məlum alqı-satqı müqaviləsi bağlandığı andan yaranmış, bu hal cavabdehlərdən fərqli olaraq daha öncə istinad olunan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Başqa sözlə, qeyd edilən yaşayış sahəsinə dair hüquqların qeydiyyatı üçün hüquqi maneə də olmamışdır. İddiaçının sahibliyinə və istifadəsinə verilmiş, hazırda mübahisə predmetinə çevrilmiş yaşayış sahəsinə dair hüquqları qanunla qorunmuşdur. Həmin mənzil Cavabdeh1 tərəfindən aidiyyəti üzrə geri qaytarılmalıdır.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3, 8.0.4-cü maddələri və Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki işlər üzrə məhkəm ə kollegiyаsının 02 iyun 2009-cu il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir” 15 yаnvаr 2010-cu il tаrixli Qərаrı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti belə əsaslandırılıb: - cavabdehin ədalətli məhkəmə araşdırması hüququ, eləcə də mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə cavabdeh tərəfin məhkəmədə iştirakını təmin etmək üçün yetərli tədbirlər görməmiş, nəticədə cavabdeh tərəf məhkəmədə iştirak etməmiş, tərəflərin çəkişməsi, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən onu əsas tutmuşdur ki, məhkəmənin vaxtı və yeri barədə xəbərdar edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili olmamışdır. Həqiqətən birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, ən azından belə xəbərdarlıq edilmişsə belə ona çatdırılmamış və bu dəlil apellyasiya məhkəməsində icraat zamanı yoxlanmış və iş üzrə verdiyi vəsatətdə də olmuşdur. Digər cavabdehlərin xəbərdar edilibedilməməsi barədə rəsmi məlumatı yoxdur; - qətnamənin nəticə hissəsində "xxxx" MMC ilə xx.xx.2008-ci il tarixdə aralarında ünvan 12 ünvanda yerləşən 50 kv.m olan 1 otaqlı 19 nömrəli mənzilin tikintisinə dair müqavilənin etibarsılığına dair heç bir yekun qərar olmamışdır; - məhkəmə iddianı təmin edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə ona dəymiş ziyanın ödənilməsinə dair hissəni sübutlar baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, həmin hökmə görə "xxxx" MMC cinayət məsuliyyətinə cəlb edilmiş, məhkum edilmiş rəhbər vəzifəli şəxsləri tərəfindən ona ödəməli olduqları pul ödənilməmişdir. "xxxx" MMC-nin hüquqi varisinin Cavabdeh4 MMC olduğu barəsində şikayət verilən məhkəmə aktında da göstərilmişdir. Cavabdeh4 MMC qanunla müəyyən edilmiş qaydada fəaliyyətinə icazə verilmiş sahibkarlıq subyekti olmuşdur. "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh4 MMC-ilə müqavilə bağlamağı, nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.x x.2015-ci il tarixli hökmü ilə ona dəymiş ziyanın ödənilməməsi, əksinə onun əlavə pul ödəyərək faktiki mülkiyyətində olan mənzilə görə Cavabdeh4 MMC-yə pul ödəməsi Azərbaycan Respublikası MM-nin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə nəzərə almalı idi ki, Cavabdeh4 MMC ilə aramızda bağlanmış 4 yanvar 2014-cü il tarixli müqavilə hazırda da qüvvədədir, mübahisəli mənzil həmin müqaviləyə uyğun olaraq onun mülkiyyətində olmuş, həmin müqavilə mübahisə predmeti olmamışdır; - iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 14 dekabr 2009-cu il tarixdə, onunla isə xx.xx.2008-ci il tarixdə bağlanmış, yəni iddiaçı müqavilə ilə tikilib mülkiyyətinə verilməli olan mənzilə həmin müqavilə qüvvədə olan zaman müqavilə bağlanmışdır ki, bu da iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 14 dekabr 2009-cu il tarixli m üqavilənin etibarsızlığı kimi qiymətləndirilməlidir; - mənzil Cavabdeh1 adına rəsmiləşdirilsə də, faktiki olaraq müharibə əlili, azyaşlı uşaqların atası olan qardaşı X6 mülkiyyətində olmuş, onun qüvvə və vəsaiti ilə təmir edilmiş, azyaşlı uşaqları ilə birlikdə həmin ev qardaşının yeganə yaşayış evi olmuşdur. Cavabdehin qardaşı uzun illərdir ki, mənzildən açıq və etirazsız istifadə etmişdir. Mənzilin cavabdehin qardaşı Z.Qasımovun onun istifadəsində olması həm də onunla müəyyən edilmişdir ki, icra sənədləri ona yönəldilmiş, məhkəmə o, proseslərinə çağırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əş yaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənz illərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

53. Kassasiya şikayətində Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti yalnız iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsi olub, qətnamə də həmin hissədə çıxarılıb. Bu baxımdan qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

54. Məhk əmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. İş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

57. İşin mübahisələndirilməyən halları ki mi müəyyən edilib ki, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 194 №-li mənzilə dair 16 may 2008-ci il tarixdə MMC ilə Cavabdeh3 arasında, ümumi sahəsi 50 kv.m olan 19 №-li mənzilə dair 11 avqust 2009-cu il tarixdə MMC ilə Cavabdeh1 arasında, ümumi sahəsi 82 kv.m olan 192 №-li mənzilə dair 16 sentyabr 2007ci il tarixdə MMC ilə Cavabdeh2 arasında kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin mənzillərə dair "xxxx" MMC ilə İddiaçı arasında da xx.xx.2009-cu ildə anoloji müqavilələr bağlanmışdır. Abşeron Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddia təmin edilmiş, göstərilən mənzillərin ağlabatan müddət ərzində tikib İddiaçı istifadəsinə vermək vəzifəsi "xxxx" MMC qoyul muş, qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxslər Cavabdeh1 xeyrinə 7800 manat, Cavabdeh3, Cavabdeh2 xeyrinə 28372 manat pulun təqsirləndirilən şəxsdən şəxsdən tutulması müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə etməsi müəyyən edilib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının gözlənilən mülkiyyət hüquqları olmasına istinadən gəldiyi nəticə düzgün olmuşdur.

59. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 42-48-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

60. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi v ə prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

61. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

62. Məhkəmə kollegiyası mənzilin Cavabdeh1 adına rəsmiləşdirilsə də, faktiki olaraq müharibə əlili, azyaşlı uşaqların atası olan qardaşı X6 mülkiyyətində olması, onun qüvvə və vəsaiti ilə təmir edilməsi, azyaşlı uşaqları ilə birlikdə həmin evin qardaşının yeganə yaşayış yeri olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlıdır və apellyasiya şikayətində irəli sürülm əyən yeni dəlillərdir. Kassasiya icraatında isə yeni dəlillərə, xüsusən də işin faktiki hallarına aid olan dəlillərə qiymət verilmir.

63. Kassasiya şikayətinin digər dəlilləri dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki hallarına aid olmaqla apellyasiya şikayətinin də dəlilləri olub, məhz həmin dəlillərə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qətnaməni qüvvədə saxlayıb.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar