Məhkəmə qərarları › İş №2(102)-1374/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1374/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1374/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARI (Açar sözlər: təmsilçi vasitəsilə bağlanmış əqd; əqdin etibarlıq şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1959/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və X9 xx.xx.1977-ci ildə rəsmi nikaha daxil olublar.

2. Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0392 ha torpaq sahəsi d aşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2016-cı il tarixdən qeydiyyata alınmışdır.

3. İddiaçı xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnamə ilə X5 müxtəlif səlahiyyətlər, o cümlədən mülkiyyətində olan Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən 0.0392 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə sərəncam vermək səlahiyyətlərini vermişdir.

4. X6 həmin etibarnamə ilə İddiaçı təmsil edərək, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətində olan Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv/m olan fərdi yaşayış evini və 0.0392 ha torpaq sahəsini 17000 manata Cavabdeh2 satmışdır. Həmin ev və torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyest rində Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

5. İddiaçı arvadı X9 notariat qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən, ona məxsus 0,0392 kv.m. torpaq sahəsi və üzərində olan 124,7 kv.m. tikiliyə dair xx.xx.2024-cü il tarixdə cavabd eh X3 ilə onun imzası olmadan adından Gəncə şəhər 5 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 4Ə-809 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X1 adına verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışın, qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun adına Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi 40 ünvanında yerləşən 124,7 kv.m. yaşayış sahəsi olan və 0,392 hektar torpaq sahəsi olan mülk olmuşdur. Onun həmin torpaq sahəsi və evi onun xəbəri və məlumatı olmadan icarə üçün etibarnamə verdiyi şəxs X6 tərəfindən aldadılaraq, deməsinə görə başqa şəxsə satılmış və dəyərindən ən aşağı qiymətə satılaraq, ona evin qiymətindən heç nə ödənilməmişdir. Həmin alğı-satqı müqaviləs i onun iradə ifadəsi olmadığına görə bağlandığına, onun əmlakı və əmlaka dair hüquqları mənimsənildiyinə və başqa şəxsə ötürüldüyünə görə, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməlidir. İddia verməmişdən əvvəl həmin evin və torpaq sahəsinin başqa şəxsə satılmasının qadağan edilməsi üçün və başqa şəxslərə özgəninkiləşdirilməsinə dair hər hansı notariat əməliyyatının aparılmasının qarşısının alınması üçün müəvvəqəti təminat tədbiri barədə məhkəməyə ərizə vermiş və ərizə artıq təmin edilmişdir. Onun 120.000 manatlıq evi, cəmi 17 min manata yəni, dəyərindən 10 qat aşağı qiymətə satılıb mənimsənilib.

8. Cavabdeh2 vəkili iddia tələbinə etiraz edərək, əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir.

9. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymət ləndirmə hesabatında Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən fərdi yaşayış evinin 0.0392 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2024-cü il tarixə likvid dəyərinin 82450 manat, real bazar dəyərinin isə 93200 manat təşkil etdiyi müəyyən edilmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(125)-2591/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli əmlakın icarəyə verilməsinə dair səlahiyyət verilmiş X6 tərəfindən aldadılaraq satıldığını bildirsə də, İddiaçı mübahisəli əmlaka dair digər səlahiyyətlərlə yanaşı sərəncam vermək səlahiyyətini X5 etibar etmişdir. Həmin səlahiyyət isə əmlakın özgəninkiləşdirilməsi hüquqi imkanını özündə ehtiva edir. İddiaçı əmla kın real dəyərindən daha aşağı qiymətə satıldığını bildirsə də, əmlakın dəyəri müqavilənin əvəzli ya əvəzsiz olmasını göstərən mühüm şərtdir və həmin məbləğin aşağı və ya yuxarı olması əqdin etibarlılığına təsir edən hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.

12. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi müqavilə üzrə ona hər hansı ödəniş edilmədiyini bildirsə də, alğı-satqı müqaviləsi üzrə notariat işində Rövşən Rüstəmovun adına alğı-satqı müqaviləsi üzrə 17000 manat məxaric qeydiyyata alınmışdır. Özgəninkiləşdirilmiş əmlakın dəyərinin iddiaçıya ödənilməməsi əqdin etibarsızlığı üçün əsas deyil. Bununla yanaşı, iddiaçı həmin əmlakın dəyərini müvafiq etibarnamə əsasında təhvil almış şəxsdən tələb etmək hüququna malikdir.

13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi müqavilənin onun həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirmiş, lakin bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Hazırkı iş üzrə sübutetmə yükü daşıyan iddiaçı aldadıldığına əsaslansa da, Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından əqdin etibarsız hesab edilməli olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsız hesab olunmasına dair əsas tələb və dolayısıyla ondan irəli gələn törəmə tələblər təmin edilə bilməz.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 347.1, 347.3, 347.4 və 347.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində müqavilədə olan imza nümunələrinin və eyni zamanda alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin depozit hesabından kimin tərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması təmin edilməli idi. Zərurət olduğu halda məhkəmə-xətşünaslıq və məhkəmə-komputer texniki ekspertizaları təyin edilməli idi. Evin və torpaq sahəsinin qiymətləndirilməsi barədə müstəqil qiymətləndiricinin rəyi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi 120000 manat dəyərində olan evin hansı səbəbdən 17000 manata alğı-satqı edilməsinə hüquqi qiymət verməmişdir. Həmçinin cavabdehin etibarnamə üzrə nümayəndəsinin (vəkil) Vəkil1 məhkəmə baxışı zamanı video çəkilişlə olan iclas protokoluna düşən izahatına da hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Rövşən Rüstəmov 57000 ABŞ dolları borcu olduğuna görə evin formal olaraq, cavabdehin adına rəsmləşdirmişdir. Bu fakt təsdiq edir ki, evə dair bağlanılmış alğı-satqı müqaviləsi mülkiyyətçiyə aid olmayan şifahi b orc müqaviləsini pərdələmək üçün bağlanmış əqddir və burada mülkiyyətçinin iradə ifadəsi yoxdur və borc münasibətlərindən onun məlumatı yoxdur. Həmçinin, etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmədə bildirmişdir ki, X11 Şəhər Məhkəməsinin foyesində gözləyir və onun şahid kimi dindirilməsi zəruridir. Ancaq məhkəmə işi bir iclasa yekunlaşdıraraq, heç bir araşdırma aparmadan iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Digər tərəfdən, məhkəmə iclasında bilmişdir ki, mülki iş məhkəmə baxışına təyin edilmişdir və məhkəmə iclasının baxışa təyin edilməsi barədə nə vəkilinə, nə də ki, ona heç bir məlumat verilməmişdir. Birinci instansiya məhkəməsində alğı-satqı müqaviləsində olan imza nümunələrinin və eyni zamanda alğısatqı müqaviləsi üzrə ödənilmiş vəsaitin depozit hesabından kimin t ərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması təmin edilməli idi. Nə hazırda, nə də alğısatqı müqaviləsi bağlanan zaman ona məxsus evin dəyəri 17000 manat olmamışdır. Heç bir halda evin dəyəri ilə razı deyildir və evin bugünkü bazar qiymətilə bağlı ekspertiza təyin edilməli və qiymətləndirmə rəyi alınıb sübut olunmalıdır ki, əqd yalançı əqddir və etibarsız əqddir. Notariatda aparılan alğı-satqı prosesindən və orada olan görüntülərdən və bankda olan pulun alınıb verilməsini əks etdirən görüntülərdən də aydın olur ki, alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitindən ona bir manat da olsun cavabdeh tərəfindən və ya da onun ətrafında olan dələduz şəxslər tərəfindən ödənilməmişdir. Rövşən adlı şəxs vasit əsi ilə aldadılaraq, notariat orqanına aparılmamışdır. Belə çıxır ki, həmin şəxs cavabdeh X2 adamı olmuşdur və onlar birgə qrup şəklində ona qarşı dələduzluq edərək notariat orqanında onun əmlakını alğı-satqı etdirib evini mülkiyyətlərinə keçirtmişlər. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyindən çəkişmə prinsipi də pozulmuşdur.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisələndirlən alğı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır. Əslində iddiaçı Rövşən Məmmədovun Cavabdeh2 borcu olmuşdur. Rövşən borcunu ödəyə bilmədiyindən mübahisə predmeti olan evi Cavabdeh2 adına keçirtmişdir. Nümayəndəsi olduğu şəxs ona görə Rövşən Rüstəmova etibarnamə vermişdir ki, sonuncu evi satsın və satışdan əldə olunan vəsaiti ona ödəsin. Həmin etibarnamə alğı-satqı müqaviləsi bağlanmamışdan 1 ildən çox müddət əvvəl verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı mübahisəsi gedən evin qiymətinin müəyyən olunması barədə ekspertiza təyin olunmasını xahiş etsə də, lakin vəsatəti təmin edilməmişdir. Halbuki, hazırda mübahisə həmin evin dəyəri ilə bağlıdır. Həmin əmlakın satış qiyməti çox aşagı olmuşdur. Realda həmin əmlakın bazar dəyəri xeyli yüksəkdir. Bundan başqa, mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə ödənilmiş 17000 manat vəsait satıcını təmsil edən Rövşən Rüstəmov tərəfindən qəbul edilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, İddiaçıla Rövşən Rüstəm ov tanış olmuşlar, onların hər hansı qohumluq və yaxın münasibətləri olmamışdır. Mübahisəsi gedən evdə hazırda heç kim yaşamır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan evə dair qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqı həyata keçirilmişdir. Həmin əqdin etibarsızlığı üçün heç bir qanuni əsas yoxdur. İddiaçı öz iradəsi ilə etibarnamə vermiş, təmsilçi vasitəsi ilə də əmlaka dair sərəncam vermişdir. Həmin ə mlakın satışından əldə olunan pulun təmsilçi tərəfindən iddiaçıya ödənilməməsi müqvilənin ləğvi üçün əsas ola bilməz. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1959/2023 nömrəli 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Günay Cavadova) apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(125)-2591/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə ə qdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən Rövşən Rüstəmova verilmiş etibarnamənin qüvvədə olduğu, mübahisələndirilən əmlak İddiaçıla arvadı Arzu Məmmədovanın birgə nikah dövründə (xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar) əldə edildiyindən evin özgəninkiləşdirilməsinə dair sonuncunun notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı müəyyən olunur. Mübahisələndirilən alğı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirmişdir.

21. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hətta Rövşən Rüstəmovun alğı-satqının predmeti olan əmlaklara dair ona verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal onun Cavabdeh2 ilə bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünkü işin hallarından görünür ki, Cavabdeh2 həmin müqaviləni bağladığı zaman etibarnamənin Rövşən Rüstəmova hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur.

22. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin əsaslandı rıldığı hallarla əhəmiyyətli dərəcədə ziddiyyət doğuran yeni dəlillər irəli sürərək (bax qətnamənin 14-cü bəndi) bildirmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır; Nümayəndəsi olduğu şəxs ona görə Rövşən Rüstəmova etibarnamə vermişdir ki, sonuncu evi satsın və satışdan əldə olunan vəsaiti ona ödəsin; Hazırda mübahisə həmin evin dəyəri ilə bağlıdır; Əslində, təmsilçi Rövşən Rüstəmovun Cavabdeh2 borcu olmuşdur, həmin borcunu ödəyə bilmədiyindən evi Cavabdeh2 adına keçirtmişdir.

23. Mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin iddiaçıya verilməməsi, habelə həmin vəsaitin satıcını təmsil edən Rövşən Rüstəmov tərəfindən qəbul edilməməsi barədə apellyatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəl a iş materailları ilə xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 17000 manat məxaricin X4 adına qeydiyyata alındığı öz təsdiqini tapır. Digər tərəfdən isə, İddiaçı tərəfindən Rövşən Rüstəmova verilmiş xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnamədə əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətləri nəzərdə tutulmuşdur ki, bu halda satış predmeti olan əmlakın dəyərinin mülkiyyətçinin özünə deyil də, onu təmsil edən şəxsə verilməsi qanunazidd hesab edilmir.

24. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisəsi gedən əmlakın bazar qiymətinə uyğun və ya bu qiymətdən aşağı dəyərə satılması mülki qanunvericiliyin tələbləri baxımından əqdin etibarsızlığına dəlalət etmir. Çünki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir.

25. Apellyatorun “təmsilçi Rövşən Rüstəmovun Cavabdeh2 borcu olmuşdur, həmin borcunu ödəyə bilmədiyindən evi Cavabdeh2 adına keçirtmişdir” barədə dəlilləri də, öz təsdiqini tapmadığından kollegiya tərəfindən əsassız hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 144, 337, 339, 359, 362, 567-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassa siya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2024-ci il tarixlı qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə qərar çıxarılmasını, bu mümkün olmazsa işin maddi və prosessual normaların kobud şəkildə pozulmasi səbəbi ilə yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində müqavilədə olan imza nümunələrinin və eyni zamanda pulun depozitdən kimin tərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması təmin edilməli idi. Həmç inin məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxışı zamanı video çəkilişlə olan iclas protokoluna düşən izahatına da hüquqi qiymət verməmişdir. Məhkəmə Mülki Məcəllənin 339-cu maddəsinin tələbini pozmuşdur. Apellyasiya məhkəməsi təqdim edilən bütün mötəbər sübutlara etinasız yanaşmış və birinci instansiya məhkəməsinin qanuni əsaslarla hüquqi qiymət vermədiyi sübutlara və sənədlərə isə ümumiyyətlə nəzər salmamışdır və həmin sübutları qətnamədə işiqlandırmamaqla sübut kimi qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümay əndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

36. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

37. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə mə hkəmə tərəfindən etibarsız sayıla bilər.

38. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

39. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

40. Maddə 362.2. Notarial forma tələb edən ə qdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

41. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

43. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

44. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hə yata keçməsinə kömək göstərir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxa rıldığına və maddi hüququ normaları pozulduğuna görə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

55. Belə ki, iddiaçı onun mülkiyyətində olmuş fərdi yaşayış evinin və altında olan torpaq sahəsinin etibarnamə üzrə nümayəndəsi Rövşən Rüstəmov tərəfindən Cavabdeh2 satılması barədə notariat qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin və həmin alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini xahiş etmişdir.

56. İşin mübahisə edilməyən faktik halları bu qərarın 1-5-ci paraqraflarında əksini tapmışdır.

57. Göründüyü kimi iddia tələbi, təmsilçi vasitəsilə bağlanmış əqdin etibarsız hesab edilməsi ilə bağlıdır.

58. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

59. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

60. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub -olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

61. İddiaçı mübahisələndirilən əqdin etibarsızlığı barədə tələbini belə izah etmişdir ki: ev onun məlumatı olmadan satılmışdır; ev icarə üçün verdiyi etibarnamə əsasında satılmışdır; onun təmsilçisi evi həqiqi qiymətindən dəfələrlə ucuz qiymətə - 17000 manata satmış, əldə olunan vasaiti ona qaytar mamışdır.

62. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçıya məxsus olan ev onun təmsilçisi tərəfindən satılmışdır. Bu halda iddia tələbinin düzgün həlli, işin hallarının əqdlərin etibarsızlığını müəyyən edən normalarla yanaşı, təmsilçiliyi tənzimləyən normalar əsasında təhlilini tələb edir.

63. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

64. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmi n normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edilən ədqlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

65. Kollegiya dərhal bildirir ki, evin onun məlumatı olmadan satılması barədə dəlil, müqavilənin etibarsızlığına əsas vermir. Belə ki, Mülki Məcəllənin 781-ci maddəsinə əsasən, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

66. Bu öhdəliyin yerinə yetirilmədiyi halda təmsilçi tərəfindən bağlanmış əqdin etibarsız hesab olunması barədə göstəriş qanunda yoxdur.

67. Həmçinin evin icarə üçün verdiyi etibarnamə əsasında satılması b arədə dəlil də əsassızdır. Çünki bu dəlil, yəni, təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması etibarnamənin məzmunu ilə müəyyən edilməlidir. Etibarnamənin məzmununda konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

68. İddiaçı tərəfindən verilmiş etibarnamədə təmsilçiyə verilən səlahiyyətin əmlakın icarəyə (kirayəyə) verilməsi ilə məhdudlaşması barədə göstəriş əksini tapmayıb.

69. Həmçinin təmsilçinin evin satılmasından əldə olunan vəsaitin iddiaçıya qaytarılmaması barədə dəlil də əqdin etibarsızlığı üçün müstəqi l əsas təşkil etmir. Doğrudur ki, etibarnamə əsasında tapşırığı icra edən şəxsin vəzifələrindən biri də tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməsidir (MM-nin 782.1-ci maddəsi).

70. Lakin bu öhdəlik pozulduğu halda vəkalət verən şəxs, Mülki Məcəllənin 784-cü maddəsinə əsasən ona dəyən zərərin ödənilməsini təmsilçidən tələb edə bilər. Eyni zamanda vəkalət verənin hüququnun təminatı olaraq, vəkalət alanın verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamaq öhdəliyi müəyyən olunmuşdur (MM-nin 782.2-ci maddəsi).

71. Bundan başqa, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (MM-nin 779.1-ci maddəsi).

72. Vəkalət alanın əsas vəzifəsi, tapşırığı vicdanla icra etmək, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməkdən ibarətdir (MM-nin 778.1-ci maddəsi). Vicdanlılıq dedikdə, müqavilə tərəfinin öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu qanunun tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməsi başa düşülür.

73. Etibarnamə əsasında tapşırığı icra edən şəxsin vəzifəsi tapşırığı təmsil edilənin iradəsinə tam uyğun həyata keçirməkd ir.

74. Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

75. Həmin Məcəllənin 360.1-ci maddəsində deyilir ki, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

76. Məhk əmə kollegiyası qeyd edir ki, “təmsilçinin evi həqiqi qiymətindən dəfələrlə ucuz qiymətə - 17000 manata satması” barədə dəlili, məhkəmələr tərəfindən yalnız alğısatqı müqaviləsinin bağlanması üçün zəruri şərtlərə əməl olunması kontekstində deyil, həm də Mülki Məcəllənin 339.1-ci maddəsində müqavilənin etibarsızlığına əsas verən “bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması” baxımından araşdırılıb qiymət verilməli idi. Çünki iddiaçı təmsilçinin evi cavabdehə olan şəxsi borcunu əvəzləşdirmək məqsədi ilə satdığını bildirir. Həmçinin iddia ərizəsində, iddiaçının hüquqi mövqeyi qarışıq və nizamsız ifadə olunmasına baxmayaraq, Mülki Məcəllənin 339.1-ci maddəsinə də istinad edilmişdi.

77. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin əqdlərdə təmsilçilik dən bəhs edən XVİ fəslinin və tapşırıq müqaviləsi üzrə münasibətləri tənzimləyən XL fəslinin müddəalarında təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəlməklə müqavilə bağlamasının hüquqi nəticələri müəyyən olunmamışdır. Bu fəsillərdə təmsilçinin öhdəliklərini pozması və ya lazımınca icra etməməsinə görə zərərin ödənilməsindən bəhs olunub. Təmsilçinin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində müqavilə bağlamasının hüquqi nəticələri məhz Mülki Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulub.

78. Evin həqiqi qiymətindən dəfələrlə aşağı qiymətə satılması, mübahisələndirilən müqavilənin təmsilçi ilə alıcı tərəfindən pis niyyətlə bağlanması barədə iddiaçının dəlili, aşıq-aşkar əsassız deyildi. Çünki iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin qiymətləndirmə hesabatı nda mübahisəli evin həyətyanı torpaq sahəsi ilə birlikdə real bazar dəyərinin 93200 manat olduğu əksini tapmışdır. Təmsilçiyə verilən etibarnamədə evin (minimal) satış qiyməti barədə xüsusi qeyd olmamasına baxmayaraq, hamıya bəlli olan həqiqi hal ondan ibarətdir ki, alğı-satqı bazar qiymətlərinə uyğun həyata keçirilir. Əşyanın qiyməti, buna haqq qazandıran hallardan asılı olaraq, mülkiyyətçinin aydın və aşkar iradə ifadəsi ilə həqiqi qiymətindən aşağı müəyyən edilə bilər. Təmsilçi tərəfindən əşyanın dəyərindən açıq-aşkar dəfələrlə aşağı qiymətə satılmasına mülkiyyətçinin iradəsinin olmadığı və alıcının da bunu aşkar bildiyi halda, həmin müqavilənin mülkiyyətçi üçün öhdəlik yaratması ədalətsizdir. Mülki Məcəllənin 360.1-ci maddəsinin də mənasından göründüyü kimi, təmsilçinin öz səlahiyyətin i aşaraq bağladığı əqd, təmsil olunan üçün hüquqi qüvvəyə malik deyildir.

79. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı evin ucuz satılmasını təmsilçinin alıcıya (cavabdehə) olan borcunun ödənilməsi məqsədi ilə bağlandığını bildirir. Bu halda, həmin dəlil araşdırılmalı, təmsilçi Rövşən Rüstəmov ən azından üçüncü şəxs qismində işə cəlb olunmalı, iddia tələbinə onun münasibəti öyrənilməli idi. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi sadəcə iddia tələbinin rədd olunmasını tələb etmiş, lakin məhkəmə iddiaçının irəli sürdüyü dəlillər barədə onunla sual-cavab etməmişdir. Apelyasiya məhkəməsində cavabdehin nümayəndəsindən təmsilçi ilə borc münasibətlərinin olub-olmaması, evin satılmasından necə xəbər bilməsi və s. kimi əhəmiyyətli hallar barədə sual-cavab edilməmişdir.

80. Həmçinin a lğı-satqı zamanı ödənilən 17000 manat pulun depozitdən Rövşən Rüstəmov tərəfindən götürülmədiyi barədə dəlili üzrə apelyasiya icraatında araşdırma aparılmamışdır.

81. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamış, maddi hüquq normalarını yarımçıq tətbiq etmişdir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələ ləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

82. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları ).

83. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

84. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəki şmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

85. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

86. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2(104)-1959/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar